Microsoft Word Gulnara-kitab son doc



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə14/61
tarix30.10.2018
ölçüsü1,55 Mb.
#76565
1   ...   10   11   12   13   14   15   16   17   ...   61

AMEA Nəsimi adına Dilçilik İnstitutunun türk dilləri şöbəsi 
********************************************************** 
 
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
49
 
 
 
  
və başqa türkoloqlar türk dilində -ır, -ir, -ur, -ür,  -ar, -
ər, -r şəkilçili həmin bu zaman formasını indiki-gələcək 
zaman adlandırırlar. Lakin bu zaman formasının hansı 
zaman daxilində verilməsi, təqdim olunması da dilçilər 
arasında həmişə fikir ayrılığına səbəb olmuşdur.Belə ki, 
dilçilərin bir qismi adlandırdıqları indiki-gələcək zaman 
formasını indiki,bir qismi isə gələcək zamana daxil edir.  
E.A.Qrunina “Türk dillərində -(
0
)r şəkilçili indiki-
gələcək zaman formasına dair” adlı məqaləsində bunun-
la bağlı olaraq yazır:“Qədim türk yazılı abidələri indika-
tivin elə vəziyyətini əks etdirir ki, burada indiki zama-
nın funksional-semantik zonası bir forma ilə -(
0
)r şəkil-
çili indiki-gələcək zamanla ifadə olunur. O, aktual indi-
ki, ümumi indiki(eləcə də zamanda lokallaşmayan hərə-
kət mənaları) və  gələcək(potensial və niyyətli gələcək) 
mənaları ilə çıxış edir”
1
. O bu bölgünü müasir türk dil-
lərinə də şamil edir
2

Ə.Dəmirçizadə yazır:“XI  əsrin məşhur dilçisi M. 
Kaşğari də ümumən türk dillərində, o cümlədən oğuz, 
qıpçaq dillərində  də “-r” ر  hərfinin həm indiki zaman, 
həm də gələcək zaman üçün işləndiyini “Kitabi-divani-
luğat ət-türk” əsərində ətraflı surətdə izah etmişdir”
3
.  
                                                 
1
 Грунина Э.А.Индикатив в турецком языке.АДД.Москва,1975,с.94.  
2
Грунина  Э.А.О  форме  настоящего-будущего  на (°)r в  тюркских  языках. 
Тюркологические исследования.М.,«Наука»,1976, с.94-112.  
3
Dəmirçizadə Ə.M.“Kitabi-Dədə Qorqud” dastanlarının dili.Bakı,Elm,1999, 
 s.79  
AMEA Nəsimi adına Dilçilik İnstitutunun türk dilləri şöbəsi 
********************************************************** 
 
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
50
 
 
 
 
Burada A.N.Kononovun maraqlı mövqeyi diqqəti 
cəlb edir. Türk və özbək dillərini tədqiq edən rus türko-
loqu özbək dilində -a, -y şəkilçisi ilə formalaşan indiki-
gələcək zaman formasını indiki zaman,  türk dilində -r,    
-ır
4
, -ar
2
  şəkilçiləri ilə  əmələ  gələn formanı  indiki-gə-
ləcək zaman adlandırır və onu indiki zaman daxilində 
təqdim edir.  
N.K.Dmitriyev isə bu formanı  indiki-gələcək za-
man  adlandırsa da, A.N.Kononovdan fərqli olaraq onu 
indiki zamana deyil, gələcək zamana aid edir. 
-Ir  şəkilçili zaman formasına fərqli münasibətlər-
dən biri N.P.Dırenkovaya məxsusdur. Belə ki, müəllif    
-ır şəkilçisini gələcək zamanın formal əlaməti kimi gös-
tərsə də, onun “eyni zamanda indiki zaman mənasını”
1
 
bildirdiyini yazır.  
Bu o deməkdir ki, -ır şəkilçisi tofalar dilində həm 
indiki, həm də gələcək zamanı ifadə edir. Məsələn, men 
qılırmen, sen qılırsen, ol qılır və s. dedikdə həm indiki, 
həm də gələcək zaman nəzərdə tutulur.  
C.Curayeva da özbək dilində -a, -y şəkilçisi ilə dü-
zələn bu zaman formasını  indiki-gələcək zaman adlan-
dırır və onu gələcək zamana daxil edir.
2
  
                                                 
1
Дыренкова  Н.П.Тофаларский  язык.//Тюркологические  исследова-
ния.  Москва-Ленинград, 1963, с. 18. 
2
 Джураева Дж. (Мухиддинова) Категория будущего времени глагола 
в современном узбекском языке. АКД. Ташкент, 1961. 


AMEA Nəsimi adına Dilçilik İnstitutunun türk dilləri şöbəsi 
********************************************************** 
 
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
51
 
 
 
  
Sibir tatarlarının dilini tədqiq etmiş D.Q.Tumaşeva 
barabin tatarlarının dilində, tom dialektində  -r ünsürü 
ilə əmələ gələn indiki-gələcək zaman formasını gələcək 
zaman  daxilində verir.
1
 
A.Xaciyev də digər əksər müəlliflər kimi əvvəllər 
indiki-gələcək zaman formasını indiki zamanın fel for-
ması olaraq nəzərdən keçirmiş, lakin sonralar onu xüsu-
si növ kimi ayırmağa başlamış və qeyd etmişdir ki, ona 
yalnız indiki yaxud yalnız gələcək zaman forması qis-
mində baxmaq olmaz.

 
A.N.Kononov türk dilində indiki zamanı 3 zaman 
formasından ibarət olduğunu göstərir:-yor  şəkilçisi ilə 
düzələn indiki zaman I, -r, -ır, -ar şəkilçisi ilə formala-
şan indiki-gələcək zaman, -makta, -mekte şəkilçisi ilə 
düzələn davamlı indiki zaman.
2
  O, özbək dilində də in-
diki zamanın 3 formasını  indiki-gələcək zaman(-a,-y), 
konkret indiki zaman(yap), davamlı indiki zaman(-mok-
da) formalarının olduğunu qeyd edir.
3
 
E.R.Tenişev sarı-uyğur dilində 3 indiki zaman for-
masının olduğunu bildirir.Müəllif -p+par(II və III şəxs-
                                                 
1
Тумашева Д.Г.Язык сибирских татар.Ч.II.Изд.Казан.Ун.-та, 1968, 184с.  

 Bax: К.Усманов. Формы настоящего времени глагола в говорах уз-
бекского языка. АКД. Ташкент, 1969, 22 с. 
2
 Кононов А.Н. Грамматика современного турецкого литературного 
языка. М.-Л., Изд. АН СССР, 1956, 
3
 Кононов А.Н. Грамматика современного узбекского литературного 
языка. М.-Л., Изд. АН. СССР, 1960, 
AMEA Nəsimi adına Dilçilik İnstitutunun türk dilləri şöbəsi 
********************************************************** 
 
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
52
 
 
 
 
lər üçün həmçinin  -dro) ilə düzələn formanı  indiki za-
man I, -γaq,-qaq,-gek, -kek ilə əmələ gələn formanı in-
diki zaman II, -ōyan, -ūyan şəkilçisilə düzələn formanı 
indiki zaman III adlandırır
1
.  
V.İ.Rassadin indiki zamanın 3 formasını göstərir: 
adi indiki zaman(-dır(ı), -dir(i), -dur(u), -dür(ü)), kon-
kret indiki zaman (-u,-ı), davamlı indiki zaman(-bı-
şaanqa)
2
. Yakut dilində indiki zamanın yalnız bir for-
masının – indiki-gələcək zamanın olduğunu bildirilir.  
Müasir Azərbaycan dilçiliyində də indiki zamanın 
sayının artırılması halları olmuşdur. -ır, -ir, -ur, -ür şə-
kilçisi ilə düzələn indiki zaman formasından başqa bə-
zən  -maqda, -məkdə şəkilçisini də indiki zaman şəkilçi-
si kimi təqdim etmişlər.  
1971-ci ildə  nəşr olunmuş “Azərbaycan dilinin 
qrammatikası” kitabında indiki zamanın iki forması 
göstərilir:1) 
-ır
4
 şəkilçisi ilə düzələn indiki zaman, 
2) -
maq-
da, -məkdə ilə düzələn indiki zaman
3
.
 
Birinci növ bizə məlum olan indiki zamandır. Gös-
tərilən ikinci indiki zaman isə  -maq, -mək  məsdər for-
ması ilə  -da, -də hal şəkilçisinin birləşməsindən  əmələ 
                                                 
1
 Тенишев Э.Р.Строй сарыг-югурского языка.Москва, 1976, «Наука», 
с.83-86.  
2
 Рассадин  В.И.Морфология  тофаларского  языка  в  сравнительном 
освещении. Москва, «Наука», 1978, с. 201-208.  
3
 Грамматика азербайджанского языка. Баку, «Елм», 1971, 
 с. 136.  


Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə