AMEA Nəsimi adına Dilçilik İnstitutunun türk dilləri şöbəsi
**********************************************************
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
21
Quba dialektini tədqiq edən R.Rüstəmov bu dialekt-
də 3 qrammatik zamanda –
keçmiş, indiki, gələcək za-
manlarda 5 zaman –
şühudi keçmiş, nəqli keçmiş, indiki,
qəti gələcək, qeyri-qəti gələcək zaman formalarının ol-
duğunu göstərməklə yanaşı, keçmiş zamanın uzaq keç-
miş, bitməmiş keçmiş, qəti gələcəkli keçmiş, qeyri-qəti
gələcəkli keçmiş formalarından da bəhs etmişdir
1
.
Lakin “Azərbaycan dilinin dialekt və şivələrində fel”
adlı əsərində bu fikrindən daşınan müəllif,
sadə xəbər
şəkli + idi(və ya imiş)-dən
ibarət olan mürəkkəb şəkli,
əslində, heç bir yeni zaman məfhumu ifadə etmədiyini
yazmışdır
2
. Beləliklə, R.Rüstəmov da dialekt və şivələ-
rimizdə felin üç – 1. keçmiş (olduğunu şühudi keçmiş,
nəqli keçmiş); 2.indiki; 3.gələcək(qəti gələcək,qeyri-qə-
ti gələcək) zamanlarının olduğunu qəbul edir
3
.
M.İslamov Şəki dialektində felin xəbər şəkilinin 3
zamanla ifadə olunduğunu yazır: keçmiş, indiki və gə-
ləcək zamanlar.Keçmiş zamanın 2– şühudi və nəqli keç-
miş, eləcə də, gələcək zamanın 2 formasını qəti və qey-
ri-qəti gələcək zaman formalarını göstərmişdir. Qeyd
edək ki, müəllif xəbər şəklini
sadə və mürəkkəb forma-
larına ayırsa da, mürəkkəb xəbər şəkli haqqında məlu-
1
Rüstəmov R.Ə.Quba dialekti.Bakı,1961,s. 162-167.
2
Rüstəmov R.Ə.Azərbaycan dilinin dialekt və şivələrində fel.Bakı,1965,
s.186.
3
Yenə orada. s. 187.
AMEA Nəsimi adına Dilçilik İnstitutunun türk dilləri şöbəsi
**********************************************************
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
22
mat vermişdir. O, mürəkkəb xəbər şəkli adı altında yal-
nız hekayə formasını göstərməklə kifayətlənmiş, eyni
zamanda bu dialektdə mürəkkəb xəbər şəklinin rəvayə-
tinə də təsadüf olunduğunu söyləmiş, lakin çox da sə-
ciyyəvi olmadığı üçün ayrica bəhs etməyi lazım bilmə-
mişdir
1
.
Azərbaycan dilinin Muğan qrupu dialekt və şivələ-
rində felin zamanları ayrıca başlıq altında deyil, xəbər
forması adı altında təqdim olunur. Burada felin 3 zaman
və 5 forması haqqında məlumat verildikdən sonra
mürəkkəb fel formalarından söhbət açılır.
Müəllif burada fel formalarının yalnız hekayəsinin
işləndiyini yazır
2
. “Xəbər formasının hekayəsi” başlığı
altında
uzaq keçmiş, bitməmiş keçmiş, gələcəkli keçmiş,
müzareli keçmiş formaları verilir.
Azərbaycan dilinin Qərb qrupu dialekt və şivə-
lərində də felin keçmiş, indiki, gələcək zamanlarında 5
formanın olduğu göstərilir
3
.
Burada da xəbər şəkli dedikdə, əsasən,
uzaq keçmiş,
bitməmiş keçmiş, qəti gələcəkli keçmiş və
qeyri-qəti
gələcəkli keçmiş nəzərdə tutulur.
1
İslamov M.İ.Azərbaycan dilinin Nuxa dialekti.Bakı, 1968, s.114-133.
2
Azərbaycan dilinin Muğan qrupu şivələri.Bakı, 1955, s.124.
3
Azərbaycan dilinin Qərb qrupu dialekt və şivələri. I cild, Bakı, Azərb.
SSR. EA nəşriyyatı, 1967, s. 112-131.
AMEA Nəsimi adına Dilçilik İnstitutunun türk dilləri şöbəsi
**********************************************************
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
23
Azərbaycan dilinin Qərb
qrupu dialekt və şivələrini
o biri dialekt və şivələrdən fərqləndirən şəkilçilər indiki
və qəti gələcək zamanlara aiddir. Zaman formaları
dəyişməz qalsa da, onların morfoloji əlamətləri digər
dialekt və şivələrdə olduğu kimi, burada da öz rənga-
rəngliyi ilə seçilir.
§3. Felin zamanları türkoloji tədqiqatlarda
Türk dillərində fel zamanlarının tarixi baxımdan
tədqiqi də dilçilərin diqqət mərkəzindən kənarda qalma-
mış və bununla bağlı bir sıra
məqalələr, dissertasiyalar
yazılmışdır. Bununla yanaşı dilin tarixi qrammatikasına
həsr olunmuş bir sıra əsərlərdə, daha sonra abidələrin
tədqiqinə həsr olunmuş əsərlərdə də felin zamanları öz
əksini tapmışdır.
Türk dillərində felin zamanlar sistemi ilə bağlı, on-
ların sayının müəyyənləşməsi ilə əlaqədar olaraq türko-
loji ədəbiyyatda da fikir müxtəlifliyi və mübahisəli
məqamlar, haçalanmalar və ziddiyyətlər mövcuddur.
Türkologiyada zaman formalarının bölgüsü bir neçə
prinsip üzrə aparılır.
Bu prinsirlərdən biri ondan ibarətdir ki, dilçilər fel
zamanlarını keçmiş, indiki, gələcək zaman formalarına
ayırmaqla və hər bir zaman formasının
morfoloji əla-
mətlərini göstərməklə tədqiq etmişlər. İkinci fikir ondan
ibarətdir ki, zaman formaları sadə və mürəkkəb olmaqla
AMEA Nəsimi adına Dilçilik İnstitutunun türk dilləri şöbəsi
**********************************************************
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
24
iki hisəyə ayrılır. Sadə zaman formalarına qəti keçmiş
zaman, nəqli keçmiş zaman, indiki zaman, qəti gələcək
zaman,
qeyri-qəti gələcək zaman; mürəkkəb zaman for-
malarına isə
idi, imiş hissəcikli formalar daxil edilir.
Üçüncü qrup dilçilər isə
idi, imiş hissəcikli mürəkkəb
zaman formalarını keçmiş zaman forması kimi göstərir
və keçmiş zamanın sayını lüzumsuz şəkildə artırırlar.
A.N.Kononov 1961-ci ildə nəşr olunan “Müasir
özbək ədəbi dilinin qrammatikası” əsərində felin za-
manlarını sadə və mürəkkəb olmaqla 2 yerə ayırmışdır.
Müəllif
indiki-gələcək zaman, indiki konkret zaman,
indiki davamedici zaman, qəti keçmiş zaman, perfektli
keçmiş zaman, subyektiv keçmiş zaman, ehtimal bildirən
gələcək zaman, qəti gələcək zaman, tarixi qəti gələcək
zaman olmaqla felin 9 sadə zaman formasını göstərmiş,
keçmiş zamanın mürəkkəb formalarını
uzaq keçmiş
zaman, qeyri-müəyyən imperfekt, müəyyən imperfekt,
davamlı keçmiş zaman formalarına ayırmışdır
1
.
“Tuva dilinin qrammatikası” kitabında felin za-
manları
felin xəbər şəkli adı altında
təqdim edilmiş və
xəbər şəklinin
keçmiş, indiki və
gələcək zaman kimi 3
zaman formasından ibarət olduğu göstərilmişdir. Əsərdə
felin keçmiş zaman forması 5 yerə ayrılır:
1.
qəti keçmiş zaman;
1
Кононов А.Н. Грамматика современного узбекского литературного
языка. М.-Л., Изд. АН. СССР, 1960, с. 208-232.