Microsoft Word Gulnara-kitab son doc


AMEA Nəsimi adına Dilçilik İnstitutunun türk dilləri şöbəsi



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə4/61
tarix30.10.2018
ölçüsü1,55 Mb.
#76565
1   2   3   4   5   6   7   8   9   ...   61

AMEA Nəsimi adına Dilçilik İnstitutunun türk dilləri şöbəsi 
********************************************************** 
 
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
9
 
 
 
  
larının oxşar və  fərqli  əlamətləri meydana çıxarılmış, 
müasir türk dillərində felin zaman formalarının mor-
foloji əlamətləri, onun struktur-semantik və üslubi xüsu-
siyyətləri tarixi-müqayisəli təhlil fonunda aşkarlanmış, 
türk dillərində həmhüdud kateqoriyalarda zaman məsə-
ləsi araşdırılmış, müqayisə olunan türk dillərində felin 
zaman kateqoriyası dialektoloji aspektdə izlənilməklə 
ədəbi dil və dialekt xüsusiyyətləri üzə  çıxarılmış, felin 
zaman formalarının semantik və üslubi inkişaf yolu ay-
dınlaşdırılmışdır.  
Tədqiqat müasir türk dillərinin faktik materialları 
əsasında sinxron planda aparılmış, lakin lazım gəldikdə 
diaxron aspektə müraciət edilmişdir. Tədqiqat prosesin-
də  təsviri, müqayisəli və qarşılaşdırma metodlarından 
istifadə olunmuşdur.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
AMEA Nəsimi adına Dilçilik İnstitutunun türk dilləri şöbəsi 
********************************************************** 
 
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
10
 
 
 
 
I
I
 
 
F
F
Ə
Ə
S
S
İ
İ
L
L
 
 
 
 
T
T
Ü
Ü
R
R
K
K
 
 
D
D
İ
İ
L
L
L
L
Ə
Ə
R
R
İ
İ
N
N
D
D
Ə
Ə
 
 
F
F
E
E
L
L
İ
İ
N
N
 
 
Z
Z
A
A
M
M
A
A
N
N
L
L
A
A
R
R
I
I
:
:
 
 
 
 
T
T
Ə
Ə
D
D
Q
Q
İ
İ
Q
Q
A
A
T
T
L
L
A
A
R
R
,
,
 
 
İ
İ
S
S
T
T
İ
İ
Q
Q
A
A
M
M
Ə
Ə
T
T
L
L
Ə
Ə
R
R
 
 
V
V
Ə
Ə
 
 
B
B
A
A
X
X
I
I
Ş
Ş
L
L
A
A
R
R
 
 
Qrammatik zaman bizdən asılı olmayaraq obyektiv 
aləmdə mövcud olan zamanın insan təfəkküründəki tə-
zahürünün dildə ifadə olunmasıdır.Qrammatika özün-
dən zaman yaratmır, o yalnız insan şüurunda əks olunan 
obyektiv zamanı dildə xüsusi əlamətləri ilə qeyd edir və 
bununla yanaşı onu xeyli konkretləşdirir
1

Felin zaman kateqoriyası obyektiv zamanın inikası 
olub, hərəkətin danışıq vaxtına və yaxud zaman əlaqə-
lərinin əsası kimi qəbul edilmiş hər hansı başqa bir da-
nışıq vaxtına münasibətini bildirir
2
.  
Türk dillərində felin zamanları olduqca geniş, ma-
raqlı və mürəkkəb kateqoriyadır. Türk dillərinin sayının 
çoxluğu, zaman formalarının müxtəlifliyi, hər bir türk 
dilinin özünəməxsus inkişaf tarixi, təbii ki, oxşar xüsu-
siyyətlərlə yanaşı, bir sıra fərqli xüsusiyyətlər də  kəsb 
etmişdir.  
Türkologiyada felin zamanları kəmiyyət etibarı ilə 
müxtəlifdir. Biz monoqrafiyada dilçilikdə hamı tərəfin-
                                                 
1
 Axundov A.A. Felin zamanları. Bakı, ADU nəşri, 1961, s. 4.  
2
 Yenə orada, 12.  


AMEA Nəsimi adına Dilçilik İnstitutunun türk dilləri şöbəsi 
********************************************************** 
 
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
11
 
 
 
  
dən qəbul edilən 3 zaman – indiki, keçmiş  və  gələcək 
zamanların formal əlamətlərindən bəhs edəcəyik. 
Hər saniyə  ərzində bir saniyə  əvvəlki gələcək za-
man indiki zamana, bir saniyə əvvəlki indiki zaman isə 
keçmiş zamana çevrilir. İnsan təfəkküründə indiki za-
man keçmiş  və  gələcək zamanın müəyyən olunması 
üçün meyar rolunu oynadığına görə “indiki zaman an-
layışı yoxdursa, keçmiş  və  gələcək zaman anlayışı da 
ola bilməz” fikri obyektiv zamanın dərk olunmasında 
bir aksiom kimi qəbul olunmalıdır
1

V.Q.Quzevin zaman kateqoriyasına münasibəti 
maraqlıdır. O yazır:“Əgər qrammatik zaman mənaları-
nın istiqamət nöqtəsi kimi indiki vaxtın dillə ifadə olu-
nan və qrammatikləşmiş obrazı, yəni qrammatik indiki 
zaman hesab olunarsa, onda hərəkətin qrammatik indiki 
zamanla xronoloji əlaqələndirilməsinin bu və ya digər 
növü istənilən feli zaman forması  (əgər belələri dildə 
varsa) mənasında əks olunur. Məsələn, onunla bir vaxta 
düşən, ondan əvvəl və sonra gələn. Zaman formalarının 
toplusu onların mənalarının yaxınlığı  əsasında(onların 
hər birində ümumi məzmunun – indiki zamanla xrono-
loji  əlaqələndirmənin mövcudluğu səbəbindən) zaman 
kateqoriyasını təşkil edir”
2
 
                                                 
1
 Əsgərov M.B. Zaman formaları. Adverbial formaları və onlar arasında 
funksional semantik əlaqələr. Bakı, “Nurlan”, 2002, s. 11.  
2
Гузев
 
В.Г.Очерки по теории тюркского словоизменения:глагол.Л.,1990,с.68  
AMEA Nəsimi adına Dilçilik İnstitutunun türk dilləri şöbəsi 
********************************************************** 
 
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
12
 
 
 
 
“Fellərdə zaman kateqoriyası iki işin icrası arasın-
dakı zamanın müddətini müəyyən edir. Yəni,icra olun-
muş, olunan və olunacaq bir işin icrası haqqında xəbər 
verilən zaman arasındakı müddəti müəyyən edir” 
1
 
Qrammatik zaman bizdən asılı olmayaraq obyektiv 
aləmdə mövcud olan zamanın insan beynindəki inika-
sının dildəki ifadəsidir. Lakin məntiqi zaman kateqori-
yasından fərqli olaraq o (qrammatik zaman–G.Ə) müx-
təlif dillərdə müxtəlif formalarda olur
2
.  
Bu fikrə əsaslanaraq, biz də qrammatik zaman ka-
teqoriyasının müxtəlif türk dillərində müxtəlif forma-
larda təzahür etdiyini söyləyə bilərik.  
Türk dillərində tarixən və hal-hazırda da qramma-
tik zaman formalarının sayını artırma və azaltma hal-
larına həmişə rast gəlinir. İstər rus dilçiliyində, istər tür-
kologiyada, eləcə  də Azərbaycan dilçiliyində bununla 
bağlı xeyli fikirlər söylənilmiş, müxtəlif elmi araşdırma-
lar aparılmış, türk dillərində zaman formalarının sayının 
müəyyənləşdirilməsinə cəhdlər göstərilmişdir. Təbii ki, 
uyğun gələn fikirlərlə yanaşı, fikir ayrılıqları, mübahi-
səli məqamlar da olmuşdur. 
                                                 
1
 Hüseynzadə M. Müasir Azərbaycan dili. Bakı, Maarif, 1973,  
s.190.  
2
 Axundov A.A.Ümumi dilçilik (Dilçiliyin tarixi nəzəriyyəsi və metod-
ları). Bakı, “Maarif” nəşriyyatı, 1979,  
s. 82.  


Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə