Microsoft Word ellez metanet docx



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə3/22
tarix02.04.2018
ölçüsü0,56 Mb.
#35778
1   2   3   4   5   6   7   8   9   ...   22

 

I FƏSIL. MÜASIR ŞƏRAITDƏ MÜƏSSISƏNIN MƏNFƏƏTININ 



FORMALAŞMASI VƏ UÇOT REGISTRLƏRINDƏ QEYDƏ 

ALINMASININ PROBLEM MƏSƏLƏLƏRI 

1.1. Müəssisənin gəlirləri (xərcləri) haqqında anlayış, onların 

təsnifatı və inflyasiya şəraitində qiymətləndirilməsi 

 

Ensiklopedik  mənbələrdə  verildiyi  kimi  müəssisənin  maliyyə  nəticələrini 



xarakterizə edən mənfəət göstəricisi onun gəlirləri ilə xərcləri arasındakı fərq kimi 

hesaba  alınır.  Deməli  mənfəəti  təyin  etmək  üçün  onun  gəlirləri  və  xərcləri 

haqqında  informasiyaya  malik  olmaq  lazımdır.  Beynəlxalq  uçot  praktikasında 

fəaliyyətdə  olan  müəssisənin  gəlirləri  və  xərclərinə  dair  standartlar  mövcuddur. 

Lakin  buna  baxmayaraq  ölkəmizdə  hələ  bu  günədək  maliyyə  nəticələrini  təyin 

edən zaman hesaba alınmayan gəlirlərə və xərclərə aid normativ sənədlər yoxdur. 

Bu  baxımdan  həmişə  istinad  etdiyimiz  Rusiya  Federasiyasının  təcrübəsi 

diqqətəlayiqdir.  RF  Maliyyə  Nazirliyi  «Təşkilatın  gəlirlərinin»  mühasibat  uçotu 

haqqında Qaydalar və «Təşkilatın xərclərinin» mühasibat uçotu haqqında Qaydalar 

təsdiq etmişdir (06 may 1999-cu il tarixli 32 N°-li qaydalar). Bu qaydalar demək 

olar ki, beynəlxalq uçot praktikasında qəbul olunmuş müvafiq qaydalara uyğundur. 

Beynəlxalq  praktikada  aktivlərin  daxil  olması  (pul  vəsaiti  yaxud  başqa  əmlak) 

nəticəsində  iqtisadi  faydanın  artması  yaxud  müəssisə  kapitalının  artmasını  təmin 

edən borcların ödənilməsi, yəni kənar təşkilatlar və şəxslər tərəfindən öhdəliklərin 

yerinə  yetirilməsi  (şəriklərin  qoyduğu  haqlar  daxil  edilməməklə)  «Təşkilatın 

gəlirləri» hesab edilir. 

Bu  qaydaya  görə  kənar  hüquqi  və  fiziki  şəxslərdən  aşağıdakı  daxilolmalar 

təşkilatın gəlirləri hesab olunmur: 

ə

lavə dəyərə vergi (ƏDV), aksizlər, satışolan vergi, ixrac rüsumları və bu 



qəbildən olan məcburi ödəmələr üzrə məbləğlər; 

komisyon müqavilələri, agentlik və digər buna oxşar komitentin xeyrinə 



müqavilələr üzrə daxilolmalar; 


 



məhsulun, iş, xidmətlərin, malların dəyərinin ödənilməsi hesabına alınan 

avanslar; 

behlər; 


girovlar (müqavilədə girov qoyulmuş əmlak girov alanda qalırsa); 

borclarına verilmiş borcun, kreditin qaytarılması üzrə gəlirlər. 



Təşkilatın  gəlirləri  xarakterindən,  alınma  şəraitindən  və  təşkilatınfəaliyyət 

istiqamətindən əksili olaraq aşağıdakı növlərə bölünür: 

a) 

adi fəaliyyət növlərindən gəlirlər; 



b) 

sair daxilolmalar; 

Sair daxilolmalara aşağıdakılar aid edilir: 

-  ə


məliyyat gəlirləri; 

satışdankənar gəlirlər; 



fövqəladə gəlirlər. 

Qüvvədə  olan  qaydaya  görə  məhsul  və  malların,  kənar  təşkilatlar  üçün 

görülən iş və xidmətlərin satışından gələn gəlirlər adi fəaliyyətdən alınan gəlirlərə 

daxil  edilir.  Milli  mühasibat  uçotu  sisteminində  bu  gəlirdən  olan  gəlirlər  601 

“satış” hesabın kreditində uçota alınır. 

Beynəlxalq  maliyyə  hesabatları  standartlarından  istifadə  olunan  ölkələrdə  1 

yanvar 1995-ci ildən başlayaraq satışdan gələn gəlirləri uçota almaq üçün 18N°-li 

«gəlirlər» (bəzi ölkələrdə «satış pulu»), adlı standartlardan (BMHS) Azərbaycanda 

isə  bu  məqsədlə  “Gəlirlər  üzrə”  kommersiya  təşkilatları  üçün  6  N-li  Milli 

mühasibat uçotu standartlarından istifadə edilir. 

Hamıya  məlumdur  ki,  inflyasiya  yəni  pulun  qiymətdən  düşməsi  və 

hiperinflyasiya  həddindən  artıq  qiymətdəndüşməsi,  valyuta  məzənnənin 

dəyişilməsi,  qiymətlərin  dəyişilməsi  müəssisənin  (təşkilatın)  gəlirlərinə,  həm  də 

real  pul  gəlirlərinə  və  mənfəətə  təsir  göstərir.  Buna  görə  də  BMHS-dən  istifadə 

edən  ölkələrdə  müxtəlif  amillərin  pul  gəlirlərinə,  mənfəətə,  son  nəticədə  isə 

sahibkar  kapitalına  təsirini  təyin  etmək  üçün  şərh  olunmalardan  (7N-li 

standartlardan),  əlavə  15  N-li  «Qiymətlərin  dəyişilməsinin  təsirini  əks  etdirən 

informasiya»,  21N°-li  «Valyuta  məzənnəsinin  dəyişilməsinin  təsiri»  və  30N°-li 



10 

 

«Bankların 



və 

oxşar 


maliyyə 

institutlarının 

maliyyə 

hesabatlarında 

informasiyaların  açıqlanması»  adlı  standartlardan  da  istifadə  edilir  ki,  bunlar  da 

sahibkar gəlirlərinin dəqiq təyin edilməsində az əhəmiyyət kəsb etmir. 

Onu da qeyd etmək yerinə düşər ki, 7N-li «Pul vəsaitlərinin hərəkəti haqqında 

hesabat»da  bizim  üçün  xarakterik  olmayan  «pul  ekvivalentləri»  terminindən  də 

istifadə  edilir.  Bu  qəbildən  olan  gəlirlərə  alınan  tarixdən  sonra  üç  aydan  gec 

olmayaraq ödənilən qısamüddütli pul qoyuluşları daxil edilir. 

Xarici ölkələr də, həm də ölkəmizdə gəlirlərin çox hissəsi pul gəlirləri təşkil 

edir.  Milli  mühasibat  uçotu  sisteminin  fərqli  olaraq  BMHS-dən  istifadə  olunan 

xarici  ölkələrdə  «xalis»  və  «ümumi»  pul  axını  terminlərindən  istifadə  edilir. 

«Xalis»  pul  axınını  təyin  edən  zaman  ümumi  pul  axınının  hesablanmış  divident 

məbləğləri çıxılır, «Ümumi» pul axını göstəricisini təyin edən zaman isə əvvəllər 

hesablanan pul axını məbləğinə gəlir vergisi, mənfəətdən vergi və əmlakdan vergi 

məbləğləri əlavə edilir. 

Xarici  ölkələrdə  sadəcə  olaraq  bazarın  tələbinə  uyğun  olaraq  qiymətlərin 

dəyişilməsi  15N-li  standartlarda,  inflyasiya  ilə  əlaqədar  olaraq  qiymətlərin 

dəyişilməsi  isə  29N-li  «hiperinflyasiya  iqtisadiyyatı  şəraitində  maliyyə  hesabatı» 

adlı  standartlarda  açıqlayır.  Bu  hal  ayrı-ayrı  səbəblərin  gəlirlərə  və  mənfəətə 

təsirini dürüst təyin etməyə imkan verir. 

Dünya  praktikasında  qəbul  olunmuş  qaydaya  görə  qiymətlərin  üç  il  ərzində 

100%  və  yuxarı  yaxudda  ildə  26%  (doqquz  aydan  çox  olmamaqla)  artımı 

hiperinflyasiya kimi qəbul edilir. 

Valyuta  kursunun  dəyişilməsinin  pul  gəlirlərinə  təsirini  hesaba  alan  zaman 

ancaq  xarici  ölkə  pulunun  (valyuta  hesabına  daxil  olan  yaxud  bu  hesabdan 

ödənilən) milli pula məzənnəsinin dəyişilməsi hesaba alınır. 

Gəlirlərin  və  xərclərin  habelə  bu  göstəricilərdən  istifadə  etməklə  mənfəət 

göstəricisinin dəqiq təyin edilməsində son illərdə RF-də istifadə olunan 4N°-li «Pul 

vəsaitinin  hərəkətinə  dair  hesabat»  xüsusi  əhəmiyyət  kəsb  edir.  Bu  hesabat 

formasının  böyük  əhəmiyyəi  ondan  ibarətdir  ki,  orada  «cari  fəaliyyətdən», 

«inflyasiya  fəaliyyətindən»  və  «maliyyə  fəaliyyətindən»  pul  gəlirləri,  habelə  pul 



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə