Microsoft Word ellez metanet docx



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə2/22
tarix02.04.2018
ölçüsü0,56 Mb.
#35778
1   2   3   4   5   6   7   8   9   ...   22

 

Tədqiqat  obyekti  kimi  seçdiyimiz  «Azərtunelmetrotikinti»  səhmdar 

cəmiyyəti  mənfəətlə  işləyən  iri,  çoxsahəli  podrat  tikinti  təşkilatlarındanbiridir. 

Səhmdar Cəmiyyətinin mühasibat balansı üzrə ilin sonuna mənfəət məbləği 2013-

cü  ildə  61548  min  man.  (o  cümlədən  bölüşdürülməmiş  mənfəət  388  min  man.), 

2014-cü ildə 95764 min man. (10531 minman.) olmuşdur. 

Mənfəətlə  işləmələrinə  baxmayaraq  cari  tədiyyə  öhdəlikləri  ilbəil  artmaqda 

davam  etmişdir.  Təkcə  bunu  göstərmək  kifayətdir  ki,  1  yanvar  2014-cü  il  tarixə 

ödəmə müddəti çatmış kreditor borc məbləğləri 93741 min manat olmuşdur ki, bu 

da ilin əvvəli ilə müqayisədə (84093 min man.) 11,47% çoxdur. 

Ödəmə  vaxtı  çatmış  93741  min  manat  məbləğində  kreditor  borcları 

qaytarmaq  üçün  müəssisənin  kassasında  205  min  man.,  hesablaşma  hesabında 

5127  min  man.  valyuta  hesabında  38  min  man.  və  sair  pul  vəsaiti  932min  man., 

cəmi pul vəsaiti 5237 min manat məbləğindətəcili likvidlik vəsaiti vardır. Bu halda 

təcili  cari  likvidlik  əmsal  5237:93741=0,06  olur  ki,  bunu  da  qənaətbəxş  hesab 

etmək  olmaz.  Deməlisəhmdar  cəmiyyəti  tədiyyə  öhdəliklərinin  ancaq  6%-ni 

ödəmək iqtidarındadır. 

Mənfəətlə  işləyən,  rentabellik  səviyyəsi  yüksək  olan  müəssisənin  cari 

borcları,  hətta  mübahisəsiz  qaydada  alınan  büdcəyə  olan  borclardanqaytarmaq 

iqtidarında  olmamasımənfəətin  formalaşmasının,  uçot  registrlərində  qeydə 

alınması  və  hesabatlarda  əks  etdirilməsinin  qüvvədə  olan  qaydalarında,  digər 

normativ  sənədlərdə  olan  qüsur  və  çatışmamazlıqlarla  əlaqədardır  (bu  problem 

dissertasiya işində ətraflı şərh olunmuşdur). 

Bu hal öz növbəsində mövzunun aktuallığını bir daha sübut edir.  



Problemin  öyrənilmə  səviyyəsi.  Qeyd  etmək  lazımdır  ki,  təsərrüfat 

subyektlərinin  istehsal,  maliyyə  və  investisiya  fəaliyyətinin  son  nəticəsi  hesab 

edilən  mənfəətin  formalaşması,  bölüşdürülməsi  və  istifadəsinin  uçotu  və  təhlili 

metodikasının  təkmilləşdirilməsi  problemi  iqtisad  elmində  ən  çox  tədqiq  olunan 

məsələlərdən  biri  sayılır.  Tanınmış  iqtisadçılardan  A.D.Şeremet,  V.F.Paliy, 

V. .Petrova,  R.S.Sayfulin,  Q.Ə.Abbasov,  S.M.Səbzəliyev,  S.M.Yaqubov, 

H.A.Cəfərli,  N.M. smayılov  və  digərləri  əsərlərində  bu  məsələ  ilə  bağlı  dəyərli 



 

fikir  və  mülahizələr  irəli  sürsələr  də  mənfəətin  formalaşmasının  müasir 



konsepsiyaları üzrə tədqiqat aparılmasını başa çatdırmamışlar.  

Tədqiqat işinin məqsəd və vəzifələri. Aparılan tədqiqat işində əsas məqsəd 

müəssisənin istehsal və maliyyə fəaliyyətinin son nəticəsi hesab olunan mənfəətin 

formalaşmasının uçotu və inflyasiya şəraitində maliyyə nəticələrinin amilli təhlilini 

aparmaqdır. Buna görə də tədqiqatın məqsədinə müvafiq olaraq aşağıdakı vəzifələr 

kompleksinin həlli nəzərdə tutulmuşdur: 

-  Təsərrüfat  subyektlərinin  son  maliyyə  nəticəsi  hesab  olunan  mənfəətin 

mikroiqtisadi parametrlər sistemində yerinin müəyyənləşdirilməsi; 

-  Inflyasiya  şəraitində  mənfəətin  formalaşması,  bölüşdürülməsi  və 

istifadəsinin  təhlilinin  nəzəri-metodoloji  və  praktiki  problemlərinin  həll 

edilməsi; 

-  Mənfəət  və  zərərlər  haqqında  hesabat  konsepsiyasının  harmonizasiya 

edilməsi probleminin araşdırılması; 

-  Milli  Mühasibat  uçotu  standartlarına  uyğun  olaraq  mənfəət  və  zərərlərin 

uçotunun aparılmasının təkmilləşdirilməsi.  



Tədqiqatın  predmeti  və  obyekti.  Tədqiqatın  predmeti  təsərrüfat 

suğyektlərində  təsərrüfat-maliyyə  fəaliyyətinin  son  maliyyə  nəticəsi  sayılan, 

müəssisənin  daimliyinin  təmin  edilməsində,  xüsusi  kapitalın  çoxaldılmasında 

təsisçilərin,  investorların,  persionalın,  maliyyə  orqanlarının  maddi  maraqlarının 

təmin  edilməsində  həlledici  rol  oynayan  mənfəət  və  ondan  istifadə  problemidir. 

Tədqiqatın  obyekti  isə  312,5  milyon  manat  məbləğində  xüsusi  vəsaiti  olan,  ildə 

həm  öz  gücü  il  əvə  həm  də  subpodratçıların  xidmətlərindən  istifadə  etməklə 

mürəkkəb stukturda tikinti- quraşdırma işlərini icra edən, hazır tikinti məhsulunu, 

qurtarmış  mərhələlər  üzrə  tikinti  quraşdırma  işlərini  sifarişçilərə  təhvil  verən 

«Azərtunelmetrotikinti» Səhmdar Cəmiyyətidir. 

Tədqiqatın  nəzəri  və  metodoloji  əsasını  “Mühasibat  uçotu  haqqında” 

Azərbaycan  Respublikasının  qanunu,  “Azərbaycan  Respublikasının  Vergi 

Məcəlləsi”,  həmçinin  Nazirlər  Kabinetinin  uçot  və  hesabatın  hüquqi 

tənzimlənməsinə dair normativ sənədləri təşkil edir.  




 

Tədqiqat  işində  iqtisadi-riyazi,  balans-monoqrafik,  məqsədli  proqram,  qrafik 



üsullarından istifadə edilmişdir.  

Elmi  yenilik.  Dissertasiya  işində  mənfəətin  formalaşmasında,  o  cümlədən, 

məhsul, iş və xidmətlər satışından alınan, əsas vəsait obyektlərin ləğv edilməsi və 

satışından  alınan,  sair  satışdan  alınan  mənfəətin  formalaşmasında,  uçot 

registrlərində  qeydə  alınmasında  və  hesabatlarda  əks  etdirilməsində  mövcud  olan 

qüsur  və  çatışmamazlıqları  elmi  cəhətdən  əsaslandırılmış  və  beynəlxalq  uçot 

standartlarına uyğunlaşdırılmış şəkildə şərh edilmişdir. 



Təcrübəvi əhəmiyyət. «Mühasibat uçotu, audit və iqtisadi təhlil» elmi tətbiqi 

elmlər  sırasına  daxildir.  Bu  səbəbdən  də  mənfəətə  dair  real  göstəricinin 

hesablanması, uçot registrlərində və hesabatlarda əks etdirilməsinə dair tədqiqatın 

nəticələrinin  podrat  tikinti  təşkilatlarında  tətbiqi  onların  effektli  idarə  edilməsi 

üçün  dəqiq,  gerçək  informasiyaların  alınmasında  və  idarəetmə  qərarlarının 

hazırlanmasında  böyük  əhəmiyyət  kəsb  edəcəkdir.  Təhlilin  nəticələrinin  istehsal 

müəssisələriedə  tətbiqi  onların  maliyyə  vəziyyətinin,  xüsusilə  də  ödəniş 

qabiliyyətinin yaxşılaşdırılmasında xüsusi əhəmiyyət kəsb edəcəyi şübhəsizdir. 

ş

in  nəticələrinin  aprobasiyası  və  tətbiqi.  Magistr  dissertasiya  işi  ilə 

ə

laqədar  tədqiqatın  nəticələri  Azərbaycan  Dövlət  qtisad  Dövlət  Universitetində 



keçirilən  elmi  konfranslarda  müzakirə  olunmuş  və  tədqiqatın  nəticələri  tətbiq 

olunmaq məqsədilə “Azərtunel metrotikinti” səhmdar cəmiyyətinə göndərilmişdir. 

ş

in strukturu və həcmi. Magistrlik dissertasiya işi giriş, üç fəsil, nəticə və 

istifadə olunan ədəbiyyatın siyahısından ibarətdir. 

 

 

 




Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə