Microsoft Word ellez metanet docx



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə7/22
tarix02.04.2018
ölçüsü0,56 Mb.
#35778
1   2   3   4   5   6   7   8   9   10   ...   22

20 

 

Müəssisə  fəaliyyətinin  maliyyə  nəticəsinin  (mənfəətin,  zərərin)  həcmi 



müəyyən dövr ərzində təsərrüfat subyektində həyata keçirilən bütün əməliyyatların 

nəticələrini  uçota  almaq  və  balanslaşdırmaqla  təyin  edilir.  Hesabat  dövründə 

aparılan cari uçotda isə alınan gəlirlər və xərclər aşağıdakı qruplara bölünür: 

1) 


adi  fəaliyyət  növlərinin  maliyyə  nəticələri  (mənfəət,  zərər),  yəni  məhsul 

və malların, yerinə yetirilən işlərin, görüləni xidmətlərin satışından alınan mənfəət 

yaxud zərər; 

2)  ə


sas  vəsaitlərin  və  məhsul  və  mallardan  fərqlənən  digər  aktivlərin  pul 

vəsaitindən xarici ölkə valyutasından başqa) satışından mənfəət; 

3) 

satış  prosesi  ilə  əlaqədar  olmayan  maliyyə-təsərrüfat  əməliyyatlarından 



gəlirlər və xərclər; 

4) 


mənfəətin  bölüşdürülməsi  qaydasında  büdcəyə  ödəmələrlə  əlaqədar 

xərclər. 

Yuxarıda  sadaladığımız  gəlir  və  xərclərin  yekun  məlumatı  xüsusi  kapitalın 

artması (azalması) nəticəsini göstərir. 

Məhsul  (iş  və  xidmətlər)  və  digər  aktivlər  gəlirlərə  dair  göstərici  satışın 

nəticələrini qiymətləndirmək üçün istifadə olunan əsas göstəricidir. 

Məhsul (mal, iş və xidmətlər) və digər aktivlərin satışından gəliri (pul gəliri) 

malalanlardan, sifarişçilərdən daxil olan məbləğdə təyin edilir. Lakin bu göstəricini 

müəssisənin (təşkilatın) pul gəliri kimi qəbul etmək olmaz. Bu məbləğə, yəni satış 

pulu  məbləğinə  malalanlarla  və  sifarişçilərlə  hesablaşma  sənədlərinə  məhsulun 

(malın,  işin,  xidmətin)  satış  qiyməti  ilə  yanaşı  daxil  edilən  büdcəyə  çatası  ƏDV, 

aksiz vergisi, vergisi və digər satışla əlaqədar xüsusi vergi və rüsumlar da daxildir. 

Buna görə də satışdan gələn gəlirlərin idarə edilməsi sistemində məhsul (iş və 

xidmətlər)  satışından  netto-satışpulu  göstəricisi  təyin  edilir.  Bu  zaman  nəzərə 

almaq lazımdır ki, satışdan pul gəlirinin tərkibində daxil olan ƏDV aksiz vergisi və 

digər  büdcəyə  çatan  məbləğlərdir.  Bu  səbəbdən  də  büdcəyə  və  digər  təşkilatlara 

(məsələn,  tikinti  təşkilatlarında  subpodratçılara)  çatası  məbləğlər  maliyyə 

nəticələrini  (mənfəəti,  zərəri)  hesablayan  zaman  müəssisənin  pul gəlirlərinə daxil 

edilmir.  Müəssisənin  maliyyə  nəticəsini  dürüst  təyin  etmək  üçün  netto-satış  pulu 



21 

 

göstəricisi  təyin  edilir.  Xarici  iqtisadi  əlaqələr  fəaliyyətini  aparan  müəssisə  və 



təşkilatlar  özlərinin  pul  gəlirlərini  təyin  edən  zaman  satışdan  gələn  gəlirlərdən 

sadaladığımız  büdcəyə  çatası  məbləğlərlə  yanaşı  ödənilən  ixrac  rüsumları  da  pul 

gəlirinin ümumi həcmindən çıxır. 

Məhsul  (iş  və  xidmətlər)  satışından  netto-satış  məbləğini  təyin  etmək  üçün 

aşağıdakı düsturdan istifadə edilir: 

Sn = S-ƏDV-A-  

Burada: 

Sn - netto-satış pulu məbləğini; 

S - cəmi satış pulu məbləğini; 

Ə

DV - Əlavə dəyər vergisi məbləğini; 



A - aksiz vergisi məbləğini; 

 - ixrac rüsumu məbləğini göstərir. 

Beynəlxalq  praktikada,  o  cümlədən  milli  mühasibat  uçotu  və  hesabatı 

təcrübəsində adi fəaliyyət növlərindən maliyyə nəticə adlı göstəricidən də istifadə 

edilir. 

Adi  fəaliyyət  növlərindən  alınan  maliyyə  nəticə  müvafiq  gəlirlər  və  xərclər 

arasındakı fərq kimi təyin edilir. Məhsul, iş və xidmətlər, mallar satışından gəlirlər 

adi fəaliyyət növlərindən alınan gəlirlər, məhsul, iş və xidmətlər istehsalı və satışı, 

malların  alınması  və  satışı  ilə  əlaqədar  xərclər  isə  adi  fəaliyyət  növlərinə  aid 

xərclər hesab olunur. 

Məhsul,  mal,  iş  və  xidmətlər  satışından  maliyyə  nəticə  (mənfəət,  zərər) 

onların  satışından  netto-satış  məbləği  ilə  reallaşdırılan  (satılan)  məhsulun 

(malların,  iş  və  xidmətlərin)  istehsalına  (alınmasına)  və  satışına  çəkilən  xərclər 

arasındakı fərq kimi hesablanır. Bu halda müsbət maliyyə 

kənarlaşma  adi  fəaliyyətdən  alınan  mənfəəti,  mənfi  kənarlaşma  isə  zərəri 

göstərir. 

Adi fəaliyyət növlərindən alınan maliyyə nəticə aşağıdakı düsturun köməyi ilə 

təyin edilir: 

MN = Sn-Mi-Ks 



22 

 

Burada: 



MN - məhsul (iş və xidmətlər) satışının maliyyə nəticəsi; 

Sn - netto satış pulu məbləğini; 

Mi - istehsal maya dəyərini; 

Ks - satış hesabına silinən kommersiya xərclərini göstərir. 

Qeyri-maddi  aktivlərin,  xammal  və  materialların,  tara  və  tara  materialların, 

satın  alınmış  yarımfabrikat,  detal  və  komplektləşdirici  məmulatların,  ehtiyat 

müəssisələrinin,  tikinti  materiallarının,  sair  materialların,  azqiymətli  və 

tezköhnələn  əşyaların  və  digər  aktivlərin  satışından  alınan  maliyyə  nəticələri  də 

onların  satışından  faktiki  maya  dəyəri  (amortizasiya  hesablayan  əmlak  üzrə  isə  - 

qalıq dəyəri) və satışla əlaqədar xərclər arasındakı fərq kimi təyin edilir. 

Satışla əlaqədar olmayan əməliyyatlardan gəlirlər (xərclər), fövqəladə gəlirlər 

(xərclər),  əməliyyat  xərcləri  müasir  idarəetmə  sistemində  mənfəətin 

formalaşmasında az rol oynadığına görə bu qəbildən olan gəlirlər və xərclər barədə 

ə

vvəlki sualın cavabında verilən şərhlərlə kifayətlənməyi məsləhət bilirik. 



Bazar  iqtisadiyyatı  şəraitində  idarəetmədə  ümumi  (balans)  mənfəəti 

göstəricisindən daha çox istifadə edilir. Cari planlaşdırma, perspektiv planlaşdırma 

işlərində müəssisə fəaliyyətinin daimliyi və bu daimliyin sahibkar üçün, müəssisə 

personalı üçün təsisçilər və investorlar üçün, şəriklər üçün və i.a. effektliyi balans 

mənfəəti göstəricisinə istinad etməklə təyin edilir. 

Satışdan, habelə satışla əlaqədar olmyan əməliyyatlar üzrə gəlir və xərclərdən 

alınan  maliyyə  nəticəsi  (mənfəət,  zərər)  haqqında  məlumat  ümumi  yaxud  balans 

mənfəəti  (zərəri)  göstəricisi  ilə  müəyyən  edilir.  Balans  mənfəəti  ilin  əvvəlindən 

başlayaraq  hesabat  dövrünün  sonunadək  müəssisədə  həyata  keçirilən  bütun 

təsərrüfat əməliyyatlarının mühasibat uçotu və balans maddələrinin qəbul edilmiş 

qaydalara  görə  qiymətləndirilməsi  barədə  informasiyalara  istinad  etməklə  təyin 

edilir. 


Dövrü  hesabatlar  (illik  hesabat  yox)  tərtib  edən  zaman  balans  mənfəəti 

(zərəri)  göstəricisi  məhsul  (iş  və  xidmət),  əsas  vəsait  və  digər  aktivlər  satışının 

maliyyə  nəticələrini,  həm  də  satışla  əlaqədar  olmayan  gəlirlərə  aid  məbləğlərin 



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə