Microsoft Word ellez metanet docx



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə9/22
tarix02.04.2018
ölçüsü0,56 Mb.
#35778
1   ...   5   6   7   8   9   10   11   12   ...   22

26 

 

Keçmiş  illərin  bölüşdürülməmiş  mənfəət  göstəricisi  keçmiş  illərdə 



bölüşdürülməmiş  mənfəət  məbləğlərinin  yığımı  kimi  müəssisənin  sərəncamında 

qalan və istənilən zaman bölüşdürmək mümkün olan xalis mənfəət qalığıdır. 

Keçmiş  illərin  bölüşdürülməmiş  mənfəətin  hərəkəti  ayrıca  hesabda  –  88N-

li“Bölüşdürülməmiş  mənfəət  (örtülməmiş  zərər)”    adlı  sintetik  hesabda  uçota 

alınır. 

Onu  da  qeyd  etmək  yerinə  düşər  ki,  mühasibat  uçotu  təcrübəsində  hesabat 

ilinin  bölüşdürülməmiş  mənfəəti  (ödənilməmiş  zərərin),  keçmiş  illərin 

bölüşdürülməmiş  mənfəəti  (ödənilməmiş  zərəri),  habelə  bu  mənbələr  hesabına 

yığım  fondunu,  bunların  hərəkətini  uçota  almaq  üçün  88N°-li  «Bölüşdürülməmiş 

mənfəət  (ödənilməmiş  zərər)»  adlı  sintetik  hesabın  nəzdində  müvafiq  adlarla 

subhesablar açmaq nəzərdə tutulmuşdur. 

 

 




27 

 

2.2.  Məhsul  (iş  və  xidmətlər)  satışından  gəlirlərin  və  maliyyə 



nəticələrinin (mənfəətin, zərərin) formalaşmasının uçotu 

 

Məhsul, iş və xidmətlər satışından, başqa sözlə desək adi fəaliyyətdən gəlirlər, 



habelə  maliyyə  nəticələri  (mənfəət,  zərər)  dövlət  və  qeyri-dövlət  müəssisələrin 

təsərrüfat-maliyyə  fəaliyyətində  həlledici  rol  oynayır.  Məhsul,  iş  və  xidmətlər 

satışından  gəlirlər,  mənfəət  müəssisələrin  bütün  fəaliyyət  növlərindən  ajınan 

gəlirlərinin, balans mənfəətinin çox hissəsini təşkil edir.  

Bu  səbəbdən  də  reallaşan  (yəni  pula  çevrilən)  gəlirlərin  və 

mənfəətinçoxaldılması  ehtiyatlarını  bu  mənbədə  axtarıb  tapmaq,  satışdan  alınan 

gəlirlərin  və  mənfəətin  formalaşması  qaydasını  daha  dərindən  tədqiq  etmək  tələb 

olunur. 


Müəssisənin  pul  gəlirlərinin  həcmi  və  ahəngdarlığı,  mənfəətin  həcmi  və 

ahəngdarlığı, 

anbarlarda 

məhsul 


(mal) 

qalıqlarının, 

satışla 

ə

laqədar 



hesablaşmalarda  debitor  boclarının  azaldılması,  müqavilə  öhdəliklərinin  və 

sifarişlərin  yerinə  yetirilməsi,  bunun  əksinə  olaraq  peniya,  cərimə  və  iqtisadi 

sanksiyalar  üzrə  ödəmələrin  azaldılması  hesabına  qeyri  məhsuldar  xərclərin  və 

itktlərin azaldılması, malalanlarla sifarişçilərlə əlverişli münasibətlərin yaradılması 

və  genişləndirilməsi  və  s.  müəssisə  fəaliyyətinin  yaxşılaşdırılmasını, 

efeektivliyinin yüksəldilməsini təmin edən problemlərin həlli satış prosesinin bazar 

münasibətlərinin  tələblərinə  uyğun  idarə  edilməsindən  bilavasitə  asılıdır.  Bütün 

bunlar  satış  prosesinin  uçotauna  dair  informasiyalardan  istifadə  etməklə  idarə 

olunur. 

Digər maddi istehsal sahələrindən fərqli olaraq işləri uzun müddət ərzində icra 

edilən tikinti təşkilatlarında məhsul (iş və xidmətlər) istehsalı və satışının, habelə 

bu proseslərin idarə edilməsinin özünəməxsus xarakterik xüsusiyyətləri vardır. Bir 

qayda  olaraq,  podrat  tikinti  təşkilatlarında  tikinti-  quraşdırma  işləri  sifarişçi 

təşkilatlarla bağlanılan müqavilələrə əsasən həyata keçirilir. 

nvestisiya  prosesində  iştirak  edən  tərəflərin  iqtisadi  marağını  və 

məsuliyyətini  artırmaq,  müqavilə  iltizamını  möhkəmləndirmək  və  tikilən 




28 

 

obyektlərdə  maliyyə  resurslarından  səmərəli  istifadə  edilməsini  təmin  etmək 



məqsədidir. Aəzrbaycan Respublikasının Nazirlər Kabineti özünün 2 iyun 1994-cü 

il tarixdə «Əsaslı tikintidə podrat müqavilələri haqqında qaydaların təsdiq edilməsi 

barədə»  228N°-li  qərar  qəbul  etmişdir.  Əsaslıtikintidə  podrat  müqaviləsinin 

bağlanması və onun yerinə yetirilməsinin əsasları, podratçıların hüquq və vəzifələri 

bu normativ sənəddə - «Əsaslı tikintidə podrat müqavilələri haqqında Qaydalar»da 

öz əksini tapmışdır. Bu Qaydalarda göstərilir ki, «Podratçı, sifarişçinin tapşırığı ilə, 

özünün  və  ya  sifarişçinin  materiallarından  istifadə  etməklə,  konkret  işi  müəyyən 

olunmuş  müddətdə  mövcud  norma  və  qaydalara,  həmçinin  müqavilə  şərtlərinə 

uyğun  yerinə  yetirməyi  öz  öhdəsinə  götürür.  Sifarişçi  isə  götürülmüş  işi  təhvil 

götürməyi və müəyyən edilmiş müddətdə şərtləşdirilmiş qiymətlə haqqını ödəməyi 

öhdəsinə götürür. 

Ölkənin tikinti təcrübəsində aşağıdakı tip podrat müqavilələri bağlanır: 

tamam - kamal təhvil müqaviləsi; 



kompleks müqavilələr; 

ayrıca birbaşa müqavilələr. 



Podrat  müqaviləsinin  tərkibi  onun  ayrılımız  hissəsi  sayılan  əlavə  sazişlər, 

qoşmalar,  cizgilər  (çertyojlar),  təsnifatlar,  smetalar,  razılaşmaprotokolları, 

cədvəllər və s. daxil olmaqla, bütün sənəd və materialların siyahısından ibarət olur. 

Burada: 


müqavilənin dəyəri; 

işlərin başlama və qurtarma müddətləri; 



ödəmə və hesablaşma qayda və şərtləri; 

tərəflərin öhdəlikləri; 



işlərin görülməsi; 

işlərin təhvili və qəbulu; 



işlərin və materialların keyfiyyətinə nəzarət; 

zəmanət və təminat; 



müqavilənin pozulması şərtləri və qaydaları; 

başqa şərtlər göstərilir. 




29 

 

AR  Nazirlər  Kabineti  tərəfindən  təsdiq  edilmiş  podrat  müqavilələrinə  dair 



müqavilədə  konstruktiv  elementlər,  mərhələlər  üzrə  görülmüş  ayrı-ayrı  iş  və 

xidmətlər üzrə də hesablaşmalar nəzərdə tutulur. 

Bir  qayda  olaraq  podrat  tikinti  təşkilatlarında  beh,  avans  vermə  ilə  yanaşı 

aralıq hesablaşmalar da nəzərdə tutulur. Qərarın 3.5.4-cü maddəsində göstərilir ki, 

«Adətən  aralıq  hesablaşmaların  dəyəri  obyektin  tam  dəyərinin  95  faizini  təşkil 

edir». 


Bir  qayda  olaraq  tikinti  müəssisəsi  (podratçı)  işlərin  satışını  (eyni  zamanda 

maliyyə  nəticələrini)  ya  bütövlükdə  qurtarmış  və  sifarişçilərə  təhvil  verilmiş 

obyekt üzrə yaxud da yerinə yetirilən tikinti işləri üzrə təyin edə bilər, birinci üsul 

ə

nənəvi  üsul  sayılır.  Lakin  podrat  təşkilatların  maliyyə  vəziyyəti  qənaətbəxş 



olmayan  indiki  şəraitdə  ikinci  üsuldan  daha  sox  istifadə  olunur,  birinci  halda 

satışdan pul və mənfəət gəliri obyekt tamamilə təhvil verdikdən sonra, ikinci halda 

isə ayrı-ayrı mərhələlər üzrə işlər sifarişçiyə təhvil verildikdə təyin edilir. 

Maliyyə  nəticəsinin  təyin  edilməsi  metodu  sifarişçi  ilə  podratçı  (podratçı  ilə 

subpodrat) arasında bağlanılan müqavilədə nəzərdə tutulan 

yerinə  yetirilən  tikinti  işlərinin  qəbul-təhvil  qaydasından  və  buna  istinad 

etməklə  şərtləşmiş  maliyyə  nəticələrinin  uçotu  metodundan  asılı  olaraq  podratçı 

tərəfindən  müstəqil  surətdə  təyin  edilir.  Bu  halda  tikinti  təşkilatı  üçün  maliyyə 

nəticələrinin təyin edilməsi üsullarından birini seçmək ya işləri qəbul etmək lazım 

gəlir və hesabnamə təqdim etdikdən sonra - yəni işlər təhvil verildikcə, yaxud da 

işlərin dəyəri ödənildikcə. 

Lakin «Mühasibat uçotu haqqında» Azərbaycan Respublikasının Qanunun və 

Vergi məcəlləsinin tələbləri buna yəni seçimə imkan vermir. 

«Mühasibat  uçotu  haqqında»  AR  Qanunun  23.2  maddəsində  deyilir: 

«Satışdan  gələn  gəlir  müəssisənin  təsərrüfat  xüsusiyyətindən  və  bağlanmış 

müqavilələrin şərtlərindən asılı olaraq ya satılmış (yəni nağdsız hesablaşma zamanı 

müəssisənin  bankdakı  hesablaşma,  yaxud  cari  hesabına  ödəniş  sənədləri  əsasında 

daxil  olan  məbləğlər  üzrə  və  ya  nağd  hesablaşma  zamanı  müəssisənin  kassasına 

daxil olan məbləğlər üzrə) dəyəri ödənilmiş məhsullara, mallara, işlərə, xidmətlərə 



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə