Microsoft Word ellez metanet docx



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə8/22
tarix02.04.2018
ölçüsü0,56 Mb.
#35778
1   ...   4   5   6   7   8   9   10   11   ...   22

23 

 

cəmindən  satışla  əlaqədar  olmayan  əməliyyatlar  üzrə  xərcləri  (həm  də  itkiləri) 



çıxmaqla təyin edilir. 

Praktikada  balans  mənfəətini  (BM)  təyin  etmək  üçün  aşağıdakı  düsturdan 

istifadə edilir: 

BM = Sn + Əsn + Sasn + Sg — Sx  

Burada: BM - balans (ümumi) mənfəət; 

Sn - məhsul, iş və xidmətlər satışından alınan maliyyə nəticə (mənfəət, zərər); 

Ə

sn  -  əsas  vəsait  obyektlərinin  satışından  alınan  maliyyə  nəticə  (mənfəət, 



zərər); 

Sasn - sair aktivlərin satışından alınan maliyyə nəticə (mənfəət, zərər); 

Sg - sair gəlirlər (satışdankənar, əməliyyatlardan və fövqəladə hallardan); 

Sx - sair xərclər (satışdankənar, əməliyyatlardan fövqəladə hallardan). 

Onu da qeyd etmək yerinə düşər ki, beynəlxalq praktikada milli balanslardan 

fərqli  olaraq  hesabat  ilində  aşkar  edilmiş,  lakin  gələcək  illərinəməliyyatlarına  aid 

mənfəət  yaxud  zərər  müəssisənin  hesabat  ilinin  maliyyə  nəticələrinə  (balans 

mənfəətinə) aid edilir. 

Eynilə  də  hesabat  ilində  alınan,  lakin  sonrakı  hesabat  dövrlərinə  aid  gəlirlər 

mühasibat balansında ayrıca sətirdə gələcək dövrlərin gəlirləri kimi əks etdirilir. 

Beynəlxalq  praktikada,  kommersiya  təşkilatlar  da  gələcək  maliyyə 

nəticələrinə aid edilir. 

Qeyri kommersiya təşkilatlarında isə həmin gəlirlər daxil olan hesabat ilində 

gəlirlərin artırılmasına aid edilir. 

Mühasibat  uçotunda  balans  mənfəətinin  formalaşması  80N-li  «Mənfəət  və 

zərərlər» adlı sintetik hesabda aparılır. Bu hesabın kredit qalığı balans mənfəətini, 

debet qalığı isə balans zərərini göstərir. 

Bazar  münasibətləri  şəraitində  idarəetmədə  böyük  təcrübəsi  olan  xarici 

ölkələrdə  ayrı-ayrı  fəaliyyət  sahələrinin  sahibkar  üçün  faydalılıq  dərəcəsini  təhlil 

və  təyin  etmək  və  daha  effektli  idarəetmə  qərarlarını  qəbul  etmək  məqsədilə 

maliyyə  nəticələrini  təyin  edilməsinə  dair  hesablamalar  fəaliyyət  sahələri  üzrə 

aparılır. Başqa sözlə desək: 




24 

 



sənaye fəaliyyətinin maliyyə nəticələri; 

tikinti fəaliyyətinin maliyyə nəticələri; 



ticarət fəaliyyətinin maliyyə nəticələri; 

maliyyə qoyuluşlarının maliyyə nəticələri; 



birgə fəaliyyətin maliyyə nəticələri; 

qiymətli kağızlarla əlaqədar fəaliyyətin maliyyə nəticələri; 



ə

mlakın  etibarlılıqla  idarəetmə  fəaliyyəti  üzrə  maliyyə  nəticələri  ayrı- 



ayrılıqda hesablanır və qiymətləndirilir. 

Maliyyə  nəticələrinin  (mənfəət,  zərər)  bu  qaydada  hesablanması  və  təhlili 

sahibkar  kapitalının,  maliyyə  qoyuluşlarının,  investisiya  qoyuluşlarının  hansı 

istiqamətlərə  yönəldilməsinin  sahibkar  üçün  faydalılığını  təyin  etməyə, 

perspektivdə  mənfəətə  dair  göstəriciləri  elmi  cəhətdən  əsaslandırılmış  şəkildə 

planlaşdırmağa imkan verir. 

Beynəlxalq  praktikada  sadaladığımız  mənfəət  göstəriciləri  ilə  yanaşı  xalis 

mənfəət göstəricisindən də istifadə olunur. Nədənsə «Mühasibat uçotu haqqında» 

AR Qanunu da xalis mənfəət və onun formalaşma qaydası öz əksini tapmamışdır.  

Mənfəəti xarakterizə edən digər göstəricilərdən (mənfəətin növlərindən) fərqli 

olaraq  xalis  mənfəət,  başqa  sözlə  desək  sahibkarın  sərəncamında  qalan  mənfəət 

fəaliyyətdə olan müəssisələrin həyatında böyük rol oynayır. 

Müəssisə və təşkilatlar hesabat ilinin nəticələrinə istinad etməklə fəaliyyətinin 

nəticələrini təyin edir: hesabat ilinin balans mənfəətini, büdcə ilə hesablaşmaların 

saldosunu hesablayır və bu məlumatlara əsasən xalis mənfəəti təyin edir. 

Hesabat  ilinin  balans  mənfəətindən  mənfəətdən  büdcəyə  ödəmələr  üzrə 

istifadə məbləğlərini çıxmaqla müəssisənin (təşkilatın) xalis mənfəəti təyin edilir. 

Hesabat  ilinin  xalis  mənfəəti  mənfəətin  fiksiya  edilmiş  məbləğinigöstərir  və 

müəssisə fəaliyyətinin ən vacib göstəricisi sayılır. 

Təcrübədə  fəaliyyətdə  olan  müəssisələrin  çoxu  hesabat  ilinin  mənfəətindən 

büdcəyə  ödəmələri  həyata  keçirtməklə  yanaşı  hesabat  ilinin  mənfəəti  hesabına 

başqa  ödəmələr  də  həyata  keçirilir.  Deməli  xalis  mənfəətin  bir  hissəsi  hesabat  ili 

ə

rzində xərclənir. Buna görə də hesabat ilinin sonunda müəssisənin sərəncamında 




25 

 

qalan  mənfəət  göstəricisini,  yaxud  mühasibat  balansında  verilən  hesabat  ilinin 



bölüşdürülməmiş mənfəət göstəricisini xalis mənfəət göstəricisi kimi qəbul etmək 

olmaz. 


Bölüşdürülməmiş  mənfəət-xalis  mənfəət  bölüşdürüldükdən  (ondan  istifadə 

edildikdən)  sonra  müəssisənin  sərəncamında  qalan  və  gələcəkdə  istifadə  edilən 

(bölüşdürüləsi) xalis mənfəət qalığıdır. Qüvvədə olan qanunvericilik aktlarına görə 

bölüşdürülməmiş  mənfəət  gələcəkdə  istifadə  edildikdə  yaxud  təyin  edilmiş 

istiqamətlər  üzrə  bölüşdürüldükcə  azalır.  Bu  mənfəətin  bölüşdürülməsinin 

(yönəldilməsinin) əsas istiqamətləri aşağıdakılardır: 

ehtiyat fondun tamamlanmasına; 



səhmdarlara və təsisçilərə dividentlərin ödənilməsinə; 

nizamnamə 



sənədlərinə 

uyğun 


olaraq 

xüsusi 


təyinatlı 

fonlarıntamamlanmasına; 

keçmiş illərin örtülməmiş zərərlərin (əyər varsa) örtülməsinə; 



məqsədli maliyyələşdirməyə; 

müəssisənin 



sərəncamında 

qalan 


mənfəət 

hesabına 

ödəməli 

olanməsrəflərin və zərərlərin örtülməsinə; 

müstəqil balansa ayırmış qiş müəssisələrinə və digər strukturbölmələrin 



balanslarına silinməsinə; 

digər istiqamətlərə. 



Milli  mühasibat  uçotu  və  hesabatı  sistemində  bölüşdürülməmiş  mənfəəti 

xarakterizə edən iki göstərici mövcuddur: hesabat ilinin bölüşdürülməmiş mənfəət 

və keçmiş illərin bölüşdürülməmiş mənfəəti. 

Hesabat ilinin bölüşdürülməmiş mənfəəti hesabat tərtib olunan tarixə hesabat 

ilinin xalis mənfəət qalığını göstərir. Bu göstərici illik mühasibat balansında, daha 

dürüst ifadə etsək 1 yanvar tarixə qəti balansda 472-ci sətirdə göstərilir. 

Növbəti  hesabat  ilində  həmin  hesabat  ilinin  bölüşdürülməmiş  mənfəət 

məbləği keçmiş illərin bölüşdürülməmiş mənfəət məbləği ilə birləşdirilir. 




Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə