Microsoft Word ellez metanet docx



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə6/22
tarix02.04.2018
ölçüsü0,56 Mb.
#35778
1   2   3   4   5   6   7   8   9   ...   22

17 

 

və i.a. üsullarından istifadə etməklə xalis mənfəəti, büdcəyəçatası, təsisçilərə çatası 



mənfəəti və xalis mənfəəti tənzimləmək (qanundairəsində) səlahiyyəti verilir. 

Milli  mühasibat  uçotu  və  hesabatı  sistemində  mənfəətin  və  onun  ayrı-ayrı 

növlərinin formalaşmasının tənzimlənməsini təmin edən normativ sənədlər yoxdur. 

Bu  sahədə  həmişə  istinad  etdiyimiz  və  nailiyyətlərindən  bəhrələndiyimiz  Rusiya 

Federasiyasının  nailiyyətləri  diqqətə  layiqdir.  Bu  baxımdan  RF  Maliyyə 

Nazirliyinin 06 iyul 1999-cu il tarixli 43NQ-I  əmri ilə təsdiq edilmiş «Təşkilatın 

Mühasibat  Hesabatı»  adlı  mühasibat  uçotu  üzrə  Qaydalar  və  həmin  nazirliyin  13 

yanvar  2000-ci  il  tarixli,  4N-li  əmri  ilə  təsdiq  edilmiş  «Təşkilatın  mühasibat 

hesabatı formaları haqqında» əsasnamə diqqətəlayiqdir, həmin normativ sənədlərə 

görə mənfəət göstəriciləri və onların formalaşması qaydası aşağıdakı kimidir: 

1.Ümumi mənfəət: 

Malların, məhsulların, iş və xidmətlərin satışından alınan gəlirdən (satış pulu) 

satılan malların, məhsulların, iş və xidmətlərin maya dəyərini çıxmaqla təyin edilir; 

2.Satışdan alınan mənfəət (zərər); 

Ümumi mənfəətdən kommersiya xərcləri və idarəetmə xərcləri çıxmaqla təyin 

edilir. Ölkəmizin təsərrüfat subyektləri üçün nəzərdə tutulan hesabat formalarında 

bu xərclərə dair informasiya verilmir. Digər hesabat formalarından fərqli olaraq 9 

senytabr  2000-ci  il  tarixli,  46/2  N-li  qərarı  ilə  təsdiq  edilmiş  «Müəssisənin 

(təşkilatın)  maliyyə  fəaliyyətinin  əsas  göstəriciləri  haqqında  hesabat»da  (1  - 

maliyyə  N-li  forma)  kommersiya  xərcləri  (sətir  003)  və  idarəetmə  xərcləri  (sətir 

004) adlı göstəriciləri - hesabat kvartalı ərzində ilin əvvəlindən və əvvəlki ildə ilin 

ə

vvəlindən sütunlarında müvafiq hesabat göstəricilərini əks etdirmək üçün sətirlər 



(adlı)  nəzərdə  tutulmuşdur.  Lakin  idarəetmə  xərclərinin,  kommersiya  xərclərinin 

uçotu  və  hesabatlarda  əks  etdirilməsinə  dair  normativ  sənədlər  olmadığına  görə 

müəssisə  və  təşkilatlar  tərəfindən  təsdiq  olunan  1-maliyyə  N-li  hesabat 

formalarında bu şərtlərboş qalır. 

3)  Vergiyə cəlb edilənədək mənfəət (zərər): 



18 

 

Məhsul  satışından  alınan  mənfəətə  (zərərə)  əməliyyat  gəlirini  və 



satışdankənar  gəlirləri  əlavə  edib,  əməliyyat  xərclərini  və  satışdankənar  xərcləri 

çıxmaqla təyin edilir. 

4)  Adi fəaliyyətdən alınan mənfəət: 

Vergiyə  cəlb  edilənədək  mənfəətdən  (zərərdən)  vergi  və  digər  oxşar 

tədiyyələri çıxmaqla təyin edilir. 

5)  Xalis mənfəət [bölüşdürülməmiş mənfəət (örtülməmiş zərər)]: 

Xalis  mənfəətə  (adi  fəaliyyətdən  alınan  zərərlərə)  fövqəladə  gəlirləriəlavə 

edib fövqəladə xərcləri çıxmaqla təyin edilir. 

6) 

Hesabat ilinin bölüşdürülməmiş mənfəəti (hesabat ilinin zərəri). 



RF Maliyyə Nazirliyinin 13 yanvar 2000-ci il tarixli, 4-n N°-li əmri ilə təsdiq 

edilən  «Təşkilatın  mühasibat  hesabatı  formaları  haqqında»  normativ  sənəddə 

nəzərdə tutulan 2N-li «Mənfəət və zərərlər» haqqında hesabat formasında yuxarıda 

sadaladığımız növlərdə mənfəət göstəriciləri, habelə onları hesablamaq üçün tələb 

olunan  «kommersiya  xərcləri»,  «idarəetmə  xərcləri»,  «alınan  faizlər»,  «ödənilən 

faizlər»,  «digər  təşkilatlarda  iştirakdan  gəlirlər»,  «sair  əməliyyat  xərcləri»,  «sair 

ə

məliyyat gəlirləri», «satışdankənar gəlirlər)), «satışdankənar xərclər», «fövqəladə 



gəlirlər»,  «fövqəladə  xərclər»,  «bir  səhmə  düşən  dividendlər»  (imtiyazlı  və  adi 

səhmlər üzrə ayrı-ayrılıqda) və sair göstəricilər öz əksini tapmışdır. 

Bizim  fikrimizcə  sadaladığımız  normativ mənbələrdən  istifadə  etməklə  milli 

mühasibat  uçotu  və  hesabatı  sisteminə  uyğunlaşdırılmış  normativ  sənədlərin 

hazırlanması  mənfəətin  formalaşmasının  idarə  edilməsi,  maliyyə  nəticələrinin 

təhlili,  bu  nəticələrə  istinad  etməklə  maliyyə  göstəricilərinin  planlaşdırılması 

(Biznes  planında),  müəssisənin  (təşkilatın)  daimiliyinin  təmin  edilməsində 

həlledici  rol  oynayan  mənfəətin  proqnozlaşdırılması,  investorların  və  təsisçilərin 

maraqlarının  təmin  edilməsi  və  i.a.  sahibkarlıq  fəaliyyəti  üçün  həlledici  rol 

oynayan problemlərin tənzimlənməsi üçün çox faydalı olar. 

 

 



19 

 

II FƏSIL. MÜƏSSISƏNIN  ŞGÜZAR FƏAL YYƏT N   FADƏ 



EDƏN MAL YYƏ NƏT CƏLƏR N N (MƏNFƏƏT, ZƏRƏR) 

UÇOT REG STRLƏR NDƏ FORMALAŞMASI QAYDALARINA 

TƏNQ D  MÜNAS BƏ

2.1.

  Təsərrüfat-maliyyə fəaliyyətində

maliyyənəticələlərinin formalaşmasının uçotu 

metodikasınınproblem məsələləri 

 

 



Hesabat  dövrü  ərzində  maliyyə-təsərrüfat  fəaliyyətindən  alınan  maliyyə 

nəticələrinin (mənfəət, zərər) həcminə dair göstərici müəssisənin işgüzar fəallığını 

ifadə  edən  əsas  formadır.  Müəssisə  fəaliyyətinin  maliyyə  nəticəsi  qüvvədə  olan 

normativ sənədlərə uyğun olaraq onun bütün əməliyyatlarının mühasibat uçotu və 

mühasibat  balansı  maddələrinin  qiymətləndirilməsi  ilə  əlaqədar  məlumatlara 

ə

sasən təyin edilir. 



Hesabat dövründə müəssisə fəaliyyətinin maliyyə nəticəsinin (mənfəət, zərər) 

artması  yaxud  azalmasının  həcmi  onun  xüsusi  kapitalın  artmasını  (azalmasını) 

göstərir. Bir qayda olaraq təsərrüfat-maliyyə fəaliyyəti nəticəsində xüsusi kapitalın 

artımı alınan mənfəətin artımı, zərərlərin azalması məbləğləri cəminə bərabər olur. 

Mənfəəəti  formalaşdıran  maliyyə-təsərrüfatəməliyyatlarınıümumiyyətlə  üç 

qrupa ayırmaq olar: 

1) 

xüsusi kapitalı artıran amillər. Bu qəbildən olan əməliyyatlar nəticəsində 



təsərrüfat subyektinin gəlirlərini (mənfəəti) artırır; 

2) 


xüsusi  kapitalı  azaldan  əməliyyatlar.  Bu  qəbildən  olan  əməliyyatlar 

nəticəsində müəssisənin xərcləri (itkiləri) olur; 

3) 

müəssisənin  (təşkilatın)  xüsusi  kapitalın  həcminə  təsir  göstərməyən 



ə

məliyyatlar. Başqa sözlə desək müəssisənin maliyyə nəticələrinə (mənfəət yaxud 

zərərlərə)  təsir  göstərməyən,  mənfəəti  yaxud  zərərləri  artırmayan  (azaltmayan) 

ə

məliyyatlar. 




Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə