Microsoft Word ellez metanet docx



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə14/22
tarix02.04.2018
ölçüsü0,56 Mb.
#35778
1   ...   10   11   12   13   14   15   16   17   ...   22

42 

 

vəsait  obyektlərinin  silinməsindən  alınan  zərər  onların  sökülməsindən  alınan 



maddi  funksiya  dəyərlərin  mümkün  satış  (istifadə)  qiyməti  ilə  qalıq  dəyəri 

arasındakı fərq kimi təyin edilir. 

Təbii  fəlakət  və  digər  sığortalama  halları  ilə  əlaqədar  olaraq  əsas  vəsait 

obyektlərinin  silinməsindən  zərərlər  onların  qalıq  dəyərindən  sığorta  əvəzetmə 

məbləğlərini çıxmaqla hesablanır. 

Ə

sas vəsati obyektlərinin nizamnamə kapitalında pay kimi başqa təşkilatlara 



verildikdə yaxud sadə yoldaşlıq müqaviləsinin yerinə yetirilməsi qaydasında birgə 

fəaliyyət  göstərən  kənar  təşkilata  verildikdə  müqavilə  əsasında  verilən  obyektin 

razılaşmış  qiyməti  ilə  dəyərindən  qalıq  dəyərini  çıxmaqla  mümkün  maliyyə 

nəticəsi təyin edilir. 

Milli  mühasibat  uçotunda  əsas  vəsait  obektlərinin  satışı  və  sair 

xaricolmalardan maliyyə nəticələrini (mənfəət yaxud zərər) təyin etmək üçün 611 

N-li  “Sair  əməliyyat  gəlirləri”  və  731  N-li  “Sair  əməliyyat  xərcləri”  hesabları 

nəzərdə tutulmuşdur.  Bu hesablar  Tnüəssisəyə  məxsus olan  əsas vəsaitlərin satışı 

və sair xaricolma (ləğv, silinməsi, əvəzsiz olaraq verilməsi, təbii fəlakətdən məhv 

olması  və  i.a.)  prosesləri  haqqında  məlumatları  ümumiləşdirmək  və  eləcə  də  bu 

qəbildən  olan  əməliyyatlardan  maliyyənəticələrini  ümumiləşdirmək  üçün  nəzərdə 

tutulur. 

731  N-li  hesabın  debetində  xaric  olmuş  əsas  vəsait  obyektlərinin  ilk  dəyəri, 

həmçinin xaric olmuş obyektlərin sökülməsi (bunların, qurğuların, avadanlıqların, 

maşınların, neft quyularının və i.a. sökülməsi) ilə əlaqədar xərclər əks etdirilir. 

611N-li  hesabın  kreditində  xaric  olmuş  əsas  vəsait  obyektlərinə  xaricolma 

vaxtınadək  hesablanmış  köhnəlmə  məbləği,  əmlakın  satışından  əldə  edilən  pul 

məbləği və onun silinməsi ilə əlaqədar mümkün istifadə yaxud satış qiymətləri ilə 

daxil olmuş material qiymətlilərin dəyəri əks etdirilir. 

Ə

sas  vəsaitlər  qrupuna  daxil  olan  obyektlər  əsasən  kreditə  satılır.Kreditə 



satılmasından  alınan  reallaşmamış,  yəni  pula  çevrilməmiş  pul  gəliri  611  “Sair 

ə

məliyyat  gəlirləri”  hesabının  kreditində,  211  N-li  “Alıcılar  və  sifarişçilərin 



qısamüddətli debitor borcları” hesabınındebetində əks etdirilir. 


43 

 

Yuxarıda  qeyd  etdiyimiz  kimi  beynəlxalq  uçot  praktikasında  reallaşdırılan 



malın,  işin,  xidmətin  dəyəri  ödənildikdən,  başqa  sözlə  desək  pul  vəsaiti 

müəssisənin  kassasına,  hesablaşma  hesabına  yaxud  valyuta  hesabına  daxil 

olduqdan sonra onlar reallaşdırılmış sayılır. Bütün ensiklopediyalarda (Azərbaycan 

və  rus  dillərində  nəşr  olunmuş)  göstərilir  ki,  «Realizə  məhsulu  -  istehsalın 

müəssisədən  sifarişçilərə  və  onlar  tərəfindən  haqqı  ödənilən  məhsuldur. 

Stfarişçidən (tədiyyəçidən) vəsaitin (aldığı məhsula, mala və s. görə) malgöndərən 

müəssisənin hesablaşma hesabına daxil olması anı realizə anı sayılır. 

Azərbaycan  Respublikasının  təsərrüfat  subyektlərində  satılan  əsas  vəsait 

obyektlərinin  çoxu  dünya  standartlarına  cavab  verməyən,  yüksək,  tullantısız, 

çıxarsız  texnologiyaları  icra  etməyə  imkan  verməyən  və  bu  səbəbdən  də  kreditə 

satış zəruri olan obyektlər olduğunu nəzərə alsaq reallaşdırma dəyəri debitorlarda 

olan satış əməliyyatlarını 47 N-li hesabın kreditində qeydə almaq nəzəri cəhətdən 

düzgün olmur, praktiki cəhətdənqüsurludur. 

w



Bizim fikrimizcə realizə olunmamış, pula çevrilmiş gəlirləri 731 N-li hesabın 

debetində  uçota  almaq  və  hər  ayın  sonunda  satış  hesabını  bağlayan  zaman  əsas 

vəsait obyektlərin satışının nəticələrini 801 N-li “Ümumi mənfəət (zərər)” hesabına 

silmək  və  beləliklə  reallaşmamış  mənfəətdən  növbəti  ayda  vergi  hesablamaq  və 

ödəmək olmaz. 

Bu halda əsas vəsait obyektlərinin satışının ləğv edilməsi və silinməsi, əvəzsiz 

verilməsinin və şərikli müəssisələrə nizamnamə kapitalı kimiverilməsinin sahibkar 

üçün faydalılığını təyin etmək asan olur. Bu halda 731 N-li hesabın debetinə satılan 

obyektin ilk dəyəri ilə yanaşı ƏDV, onların satışı ilə əlaqədar kommersiya xərcləri, 

köməkçi istehsalatların xidmətləri ilə əlaqədar xərclər də silinir. 

611  N-li  kreditində  isə  onlara  xaricolma  vaxtınadək  hesablanmış  köhnəlmə 

məbləği  və  onların  satışından  gözlənilən  pul  məbləği  yazılır.  Hesabat  ayının 

sonunda  731N-li  hesab  bağlanılır,  onun  nəticəsi:  mənfəət  –801  N-li  hesabın 

kreditinə,  zərər  isə  801-li  hesabın  debetinə  silinir.  Müəssisə  reallaşmamış  gəlirə, 

mənfəətə  görə  gəlirdən  vergi,  mənfəətdən  vergi  habelə  ƏDV  üzrə  büdcəyə 

ödəniləsi  borclar  yaranmır  və  satış  pulunun  daxil  olmamasına  baxmayaraq 




44 

 

müəssisə  vergi  qanunvericiliyinə  görə  növbəti  ayın  15-dək  həmin  tədiyyələri 



yerinə  yetirməli  olur,  gecikdirildikdə  isə  hesablanan  peniyaları  da  daxil  etməklə 

ödəməli olur. Bizim fikrimizcə əsas vəsait obyektlərinin dəyərinin ödənilməsi ajnı 

satışı  anı  kimi  qəbul  etmək,  satış  məbləğini  (ƏDV  də  daxil  olmaqla)  611  N-li 

hesabın  kreditində  əks  etdirmək  daha  dürüst  olar.  Büdcəyə  olan  borcların  pulla 

ödənildiyini  nəzərə  alsaq  satış  pulu  daxil  olduqdan  sonra  ƏDV,  gəlirdən  vergi, 

yaxudmənfəətdən vergi boclarını vaxtında ödəməklə peniya ödəmələri üzrə itkiləri 

aradan qaldırmaq olar. 

Son  illərdə  ölkə  miqyasında  fəaliyyətdə  olan  müəssisələrdə  investisiya 

qoyuluşlarının sürətli artımı, bazar rəqabətinin dərinləşməsi yeni, daha məhsuldar 

ə

sas fondların, xüsusilə də maşın və avadanlıqların, nəqliyyat vasitələrinin və digər 



texniki  vasitələrin  artmasına  səbəb  olmuşdur.  Bu  hal,  həm  də  çoxlu  sayda 

müəssisələrin özəlləşdirilməsi, habelə özəlləşdirmək məqsədilə dayandırılması əsas 

vəsait obyektlərin ləğv edilməsi və silinməsi ilə əlaqədar əməliyyatların artmasına, 

onların  təsərrüfatdan  çıxmasının,  daxil  olması  ilə  müqayisədə  uyğun  artmasına 

səbəb  olmuşdur.  Belə  bir  şəraitdə  əsas  vəsaitlərin  ləğv  edilməsi  və  silinməsi  ilə 

ə

laqədar  əməliyyatların  müəssisənin  maliyyə  nəticələrinə,  yəni  mənfəətin 



formalaşmasına  təsirinin  təyin  edilməsi  idarəetmənin  ümdə  problemlərindən 

biridir.  

Təcrübədə  bir  qayda  olaraq  tamamilə  amortizasiyalaşmış  əsas  vəsait 

obyektlərə  daha  çox  silinir,  yaxud  da  ləğv  edilir.  Belə  əməliyyatlarda  bəzən 

sökülməsindən  alınan  material  dəyərləri  sökülməsi  ilə  əlaqədar  xərclərlə 

müqayisədə daha çox olur. Məsələn, ömür müddəti çoxdan keçmiş neft quyularının 

silinməsindən alınan və istehsal üçün yararlı elektrik matoru,stana, metal turbalar, 

borular  və  digər  metal  məmulatların  dəyəri  sökülməsi  ilə  əlaqədar  xərclərdən  bir 

neçə  dəfə  çox  olur.  Qiymətli  metallardan  detal  və  hissələri  olan  maşın  və 

avadanlıqlar,  texniki  vasitələr  ləğv  edildikdə  bu  fərq  daha  çox  olur.  Bu  fərq 

məbləği əsas vəsait obyektlərinin sökülməsindən alınan mənfəət kimi hesaba alınır 

və 80N°-li «Mənfəət və zərərlər» hesabının kreditinə yazılır. 




Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə