Microsoft Word ellez metanet docx



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə1/22
tarix02.04.2018
ölçüsü0,56 Mb.
#35778
  1   2   3   4   5   6   7   8   9   ...   22


 

 



AZƏRBAYCAN RESPUBLIKASI TƏHSIL NAZIRLIYI 

AZƏRBAYCAN DÖVLƏT  QTISAD UNIVERSITETI 

 

“Magistratura Mərkəzi” 

 

 

Ə



lyazma hüququnda  

 

Məhərrəmov Xəyal Fəxrəddin oğlu 



 

“Mənfəətin uçotu və inflyasiya şəraitində maliyyə nəticələrinin amilli 

təhlili” 

 

MAG STR D SSERTAS YASI 

 

xtisasın şifri və adı  



 

 

 



060402 “Mühasibat uçotu və audit” 

xtisaslaşma: 

“ stehsal sferasında mühasibat uçotu 

və audit” 

Magistr proqramının rəhbəri:   

 

dos.S.M.Süleymanov 



Elmi rəhbər:  

 

 



 

 

prof.Ə. .Daşdəmirov 



Kafedra müdiri:   

 

 



 

prof.S.M.Səbzəliyev 

 

 

 



BAKI – 2015 


 

MÜNDƏRICAT 

 

G R Ş 


I FƏSIL. MÜASIR ŞƏRAITDƏ MÜƏSSISƏNIN MƏNFƏƏTININ 

FORMALAŞMASI VƏ UÇOT REGISTRLƏRINDƏ QEYDƏ 

ALINMASININ PROBLEM MƏSƏLƏLƏRI 

1.1.  Müəssisənin  gəlirləri  (xərcləri)  haqqında  anlayış,  onların  təsnifatı  və 

inflyasiya şəraitində qiymətləndirilməsi 

1.2.  Milli  və  beynəlxalq  praktikada  istifadə  olunan  mənfəətin  növləri  və 

onların formalaşmasının qısa xarakteristikası 

II FƏSIL. MÜƏSSISƏNIN  ŞGÜZAR FƏAL YYƏT N   FADƏ EDƏN 

MAL YYƏ NƏT CƏLƏR N N (MƏNFƏƏT, ZƏRƏR) UÇOT 

REG STRLƏR NDƏ FORMALAŞMASI QAYDALARINA TƏNQ D  

MÜNAS BƏT 

2.1. Təsərrüfat-maliyyə fəaliyyətindən maliyyə nəticələlərinin 

formalaşmasının uçotu metodikasının problem məsələləri 

2.2.  Məhsul  (iş  və  xidmətlər)  satışından  gəlirlərin  və  maliyyə  nəticələrinin 

(mənfəətin, zərərin) formalaşmasının uçotu 

2.3.  Əsas  vəsait  obyektlərinin  satışı  və  ləğv  edilməsindən  gəlirlərin  və 

mənfəətin formalaşmasının uçotunun problem məsələləri 

III  FƏSIL.  MÜƏSSISƏNIN  MALIYYƏ  NƏTICƏLƏRININ  FORMALAŞMASI 

VƏ ONLARDAN ISTIFADƏNIN TƏHLILI METOFIKASI 

3.1. Müasir idarəetmə sistemində maliyyə nəticələrinin təhlilinin əhəmiyyəti, 

vəzifələri və informasiya mənbələri 

3.2. Mənfəətin ıtrukturu və dinamikasının təhlili. 

3.3. Məhsul, iş və xidmətlər satışından mənfəətin amilli təhlili 

3.4.  Müəssisənin  xalis  mənfəətin  formalaşmasına  təsir  göstərən  amillərin 

qiymətləndirilməsinin təhlili 

NƏT CƏ VƏ TƏKL FLƏR 

Ə

DƏB YYAT S YAHISI 




 

G R Ş 

 

Mövzunun aktuallığı. Bazar münasibətləri şəraitində dövlət müəssisələrində 

idarəetmənin  başlıca  vəzifəsi  sahibkarların,  təsisçilərin,  investorların  varidatlarını 

artırmaq, başlıca məqsədi isə maksimum mənfəət əldə etməkdir. Fəaliyyətdə olan 

müəssisələrin işinə mənfəət və rentabellik göstəricilərinə əsasən qiymət verilir. Bu 

göstəricilər  əmək,  material,  maliyyə  və  digər  istehsal  resurslarından  istifadənin, 

təchizat,  istehsal  və  kommersiya  fəaliyyətinin,  istehsalın  və  əməyin  təşkili 

formalarının, idarəetmənin, kapitalın strukturu və yerləşdirilməsinin sahibkar üçün 

faydalılığını xarakterizə edir. 

Mənfəət  müəssisənin  xüsusi  vəsaitinin,  başqa  sözlə  desək,  sahibkar 

kapitalının  artırılmasını  təmin  edən  başlıca  mənbədir.  Mənfəətlə  işləyən 

müəssisələrdə 

istehsalı 

genişləndirmək, 

onun 


maddi-texniki 

bazasını 

möhkəmləndirmək,  yəni,  daha  müasir  maşın  və  mexanizmləri  əldə  etmək,  yeni 

texnologiyalardan  istifadə  etmək,  yeni,  bəzən  də  unikal  məhsul  çeşidlərini 

mənimsəmək  və  buraxılan  məhsul  çeşidlərini  modernləşdirmək,  bazarın  tələbinə 

uyğun olaraq məhsul (iş və xidmət) çeşidlərinin moda və fasonlarının dəyişdirmək, 

bazar  münasibətlərinə  xarakterik  olan  gözlənilməyən  situasiyalarla  qarşılaşdıqda 

istehsal  istiqamətlərini  və  strukturunu  daha  tez  dəyişdirmək,  ixrac  məqsədi  ilə 

dünya  standartlarına  uyğun  məhsul  (iş  və  xidmət)  istehsal  etmək,  bəzən  də 

xaricilərin sifarişi ilə məhsul, iş və xidmətlər istehsal etmək imkanları böyük olur. 

Xarici  və  milli  investorlar  mənfəətlə  işləyən  müəəssisələrə  investisiya 

qoyulmasında daha maraqlı olur. 

Mənfəətlə  işləyən  müəssisələrdə  əməyin  ödənilməsinə  daha  çox  vəsait 

yönəltmək,  əmək  adamlarının  sosial  şəraitini  yaxşılaşdırmaq,  geniş  miqyasda 

maddi  stimullaşdırma  tədbirlərini  həyata  keçirtmək,  malsatanlara,  iş  və  xidmətlər 

görən  təşkilatlara,  banklara,  büdcə  və  büdcədən  kənar  təşkilatlara  olan  borcları 

vaxtında  qaytarmaq  və  beləliklə  də  onlarınetimadını  qazanmaq,  peniya,  cərimə, 

dəbbələmə  məbləğlərini  azaltmaq,  iqtisadi  sanksiyalar  üzrə  qeyri-məhsuldar 

xərclərə və itkilərə yol verməmək imkanları çox olur. 



 

Mənfəətlə  işləyən  müəssisələrdə  mənfəətdən  vergi,  gəlirlərdən  vergi,  ƏDV, 



aksiz  vergisi,  torpaq  vergisi,  əmlak  vergisi,  yol  vergisi  və  i.a.  büdcəyə  çatası 

məbləğləri,  yəni büdcə  öhdəliklərini vaxtında  yerinə  yetirmək  üçün kifayət  qədər 

imkanları  olur.  Deməli,  mənfəət  göstəricisi  büdcə  gəlirlərinin  formalaşmasında 

həlledici rol oynayır. 

Deyilənlərdən  aydın  olur  ki,  istehsal  müəssisələrinin  mənfəətlə  işləməsi  və 

mənfəətin  daim  çoxaldılması  müəssisələrin  və onlarda  işləyən  əmək  adamlarının, 

malsatanların və malalanların, müəssisə ilə qarşılıqlı əlaqədə olan kənar müəssisə 

və  təşkilatların  investorların,  mənfəətdə  payı  olan  dövlətin  və  mənfəətə  görə 

divident  alan  təsisçilərin  maraqlarını  təmin  edən  iqtisadi,  siyasi  və  təşkilati 

problemlərdən biridir. Mövzunun aktuallığı da bununla izah olunur. 

Mənfəət  müəssisə  gəlirlərinin  xərclərindən  artıq  qalan  hissəsidir.  Deməli 

mənfəətlə  işləyən  müəssisələrin  cari  borcların,  xüsusilə  də  istehsal  məsrəfləri  ilə 

ə

laqədar  borcların  ödənilməsi  problemi  olmamalıdır.  Lakin  buna  baxmayaraq 



ölkəmizdə  mənfəətlə  işləyən  cari  borcları  ödəyə  bilməyən,  yəni  tədiyyə 

öhdəliklərini  yerinə  yetirə  bilməyən,  hətta  tədiyyəçilərin  tələbi  ilə  müəssisəyə 

xidmət  edən  bank  tərəfindən  mübahisəsiz  qaydada  hesablaşma  (valyuta) 

hesabından  köçürülən  tədiyyə  öhdəlikləri  üzrə  borcları  olan,  bəzən  də  ödəmə 

müddəti  keçmiş  borclarıolan  müəssisələr  çoxdur.  Təkcə  bir  faktı  göstərmək 

kifayətdir  ki,  AR  Dövlət  Statistika  Komitəsinin  verdiyi  rəsmi  məlumata  görə 

(2014-cü ilin sonuna) ölkənin ərazisində fəaliyyətdə olan təsərrüfat subyektlərində 

qarşılıqlı  heçablaşmalar  üzrə  vaxtı  keçmiş  borclar  44350  min  manat  məbləğində 

olmuşdur  ki,  bu  da  onların  cəmi  mənfəətindən  1,2  dəfə  çoxdur.  Daxili 

hesablaşmalarda yaranan ödəmə vaxtı keçməmiş borclar daha da çoxdur və ilbəil 

artmaqda davam edir. 

Ölkənin təsərrüfat subyektlərində 2010-cu ildən başlayaraq mənfəətlə işləyən, 

rentabelli  müəssisənin  sayı,  mənfəət  məbləğlərinin  və  rentabellik  səviyyələrinin 

artmasına  baxmayaraq  qarşılıqlı  hesablaşmalarda  vaxtı  keçmiş  borc  məbləğləri 

ə

vvəlki illərə nisbətən xeyli artmışdır. 




Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə