Microsoft Word distant tehsil-movzu



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə7/48
tarix06.05.2018
ölçüsü1,48 Mb.
#43216
1   2   3   4   5   6   7   8   9   10   ...   48

12 

 

   Statistika  təcrübəsində  əhalinin  və  müəssisələrin  registrləri  fərqləndirilir.  Əhalinin  registrində  ölkənin 



ad-ba-ad və  müntə-zəm  yeniləşdirilən siyahısı  verilir (cins, doğulduğu tarix və  yer, evləndiyi tarix  və  s. 

əlamətlər üzrə). Müəssisələrin registri iqti-sadi fəaliyyətin bütün növlərini özündə əhatə edir və müəyyən 

dövr ərzində yaxud vaxt anında müşahidə obyektinin hər bir vahidi üzrə əsas əlamətlərin qiymətləri ifadə 

olunur  (müəssisə-nin  təşkil  olunduğu  vaxt,  onun  adı  və  ünvanı,  təşkilati-hüquqi  forması,  quruluşu, 

iqtisadi  fəaliyyət  növü  və  s.  əlamətlər  üzrə).  Statistika  təcrübəsində  milli  hesablar  sisteminin  tətbiqində 

re-gistrə  mühüm  əhəmiyyət  verilir.  Bütün  mülkiyyət  formalarına  aid  müəssisə  və  təşkilatların  vahid 

dövlət registri müəssisələ-rin məhdud statistika göstəriciləri üzrə ümumi müşahidəsinin aparılmasına nail 

olmaq  mümkündür.  Registr  bir  yaxud  bir  ne-çə  əlamət  üzrə  istənilən  məcmu  vahidini  seçməyə  və 

qruplaş-dırma aparmağa imkan verir. Registrin informasiya fondunda:  

   1)  subyektin registr kodu;  

   2) subyektin sahə, ərazi mənsubiyyəti, onun mülkiyyət şəklində təşkilati formada tabeliyi haqda məlu-

mat;  


   3)  arayış məlumatı (rəhbərin soyadı, ünvan və s.);  

   4)  iqtisadi göstəricilər haqqında məlumat verilir. 

   Beləliklə, müasir iqtisadi şəraitində Azərbaycan Respublika-sında artıq həyata keçirilən müşahidənin üç 

təşkilatı forması sosial-iqtisadi hadisələr haqqında lazımi məlumatları toplama-ğa imkan verir.  

 

   II.  Statistika  müşahidəsi  müxtəlif  amil,  fəaliyyət  və  istiqamətlər  əsasında  mürəkkəb  sistemi  təzahür 



etdirir. Statistika müşahi-dəsi faktların qeydə alınmasına görə fasiləsiz və yaxud cari, dövri və birdəfəlik 

müşahidə  növlərinə  ayrılır.  Sosial-iqtisadi  hadisələrin  vəziyyətində  baş  verən  dəyişikliklər  başvermə 

anın-da qeydə alınarsa, belə müşahidə cari adlanır. Cari müşahidəyə misal kimi yüklərin göndərilməsi və 

gətirilməsinin  uçota  alın-masını  və  s.  göstərmək  olar.  Belə  müşahidə  hər  hansı  hadisənin  dinamikasını 

öyrənmək məqsədilə də aparılır. 

    Bəlli  zaman  kəsiklərində,  vaxtaşırı  aparılan  müşahidəyə  döv-ri  müşahidə  deyilir.  Dövrü  müşahidəyə 

misal  kimi  müəssisə,  idarə  və  təşkilatların  hər  il  statistika  orqanlarına  verdikləri  illik  hesabatları, 

istehsalçıların  ayrı-ayrı  əmtəələrinin  qiymətlərinin  hər  ay  qeydə  alınmasını  və  s.  göstərmək  olar. 

Statistika  məluma-tına  ehtiyac  yarandıqda  aparılan  müşahidəyə  birdəfəlik  müşahi-də  deyilir.  Birdəfəlik 

statistika müşahidəsinə misal müxtəlif dövrlərdə aparılan əsas fondların, cins mal-qaranın, məktəblərin və 

s.  uçota  alınmasını  göstərmək  olar.  Statistika  müşahidəsinin  bu  və  ya  digər  növünün  təcrübədə  tətbiqi 

məsələsi  öyrənilən  so-sial-iqtisadi  hadisələrin  xüsusiyyətlərindən,  müvafiq  məlumata  ehtiyacdan  asılı 

olaraq həll edilir.  

    Statistika  müşahidəsi öyrənilən sosial-iqtisadi  hadisələrin  va-hidlərinin  əhatə  olunmasına görə  ümumi 

və  qeyri-ümumi  mü-şahidəyə  ayrılır.  Öyrənilən  müşahidə  obyektinin  bütün  vahid-ləri  qeydə  alınarsa, 

buna  ümumi  müşahidə,  öyrənilən  hadisənin  vahidlərinin  bir  hissəsi  qeydə  alınarsa,  belə  müşahidəyə 

qeyri-ümumi müşahidə deyilir. Bazar münasibətləri şəraitində ümumi müşahidəyə nisbətən qeyri-ümumi 

müşahidədən  daha  çox  istifa-də  edilir,  çünki  qeyri-ümumi  müşahidədə  vaxta  və  vəsaitə  əhə-miyyətli 

dərəcədə qənaət etmək mümkündür. Statistika müşahi-dəsinin forma və  növlərini aşağıdakı cədvəllə əks 

etdirək müm-kündür: 



Cədvəl 3.1. Statistika müşahidəsinin forma və növləri.  

Statistika müşahidəsinin formaları

 

Statistika müşahidə

sinin növləri 

Mütəmadilik və fasiləlik üzrə 

Məcmu vahidlərinin əhatəsi üzrə 

1.Uçot-statistika  müşahidəsi 

cari, dövri 

ümumi (başdan-başa), qeyri-ümumi (nadir hallarda) 

2. Xüsusi təşkil edilmiş statistika müşahidəsi 

birdəfəlik, dövri 

ümumi, qeyri-ümumi (seçmə qaydasında) 

 

    Qeyri-ümumi  müşahidənin  növləri.  Qeyri-ümumi  müşahidə-də  əvvəlcədən  bilinir  ki,  öyrənilən 



hadisənin  hansı  hissəsi  tədqiq  ediləcəkdir.  Qeyri-ümumi  müşahidənin  üstün  cəhəti  ondan  ibarətdir  ki, 

burada  məlumat  qısa  müddətdə  və  az  vəsait  və  əməklə  əldə  edilir.  Qeyri-ümumi  müşahidənin  bir  neçə 

növü vardir. Sistemli şəkildə onları nəzərdən keçirmək üçün sxem 3.1-ə müraciət edək.  

Sxem 3.1. 

 

 



 

                                                                    

 

Qeyri-ümumi müşahidə növləri 

seçmə müşahidə 

əsas kütlədən müşahidə 

monoqrafıya müşahidəsi 




13 

 

    Qeyr-ümumi  müşahidənin elmi cəhətdən ən  mükəmməl  növü-  seçmə  müşahidədir. Statistika  məcmu-



sunu  bütövlükdə  xa-rakterizə  etmək  ücün  məcmu  vahidlərinin  bir  hissəsinin  elmi  prinsiplər  əsasında 

seçilib öyrənilərək, alınan nəticənin ümumi-yə aid edilməsinə  seçmə  müşahidə deyilir. Seçmə  müşahidə 

düzgün təşkil  edildikdə  sosial-iqtisadi  hadisələr  haqda dəqiq  məlumat əldə  etmək  mümkündür. Belə  bir 

məlumat statistika məcmusunu ümumilikdə, dolğun xarakterizə etməyə  imkan ve-rir. Bazar iqtisadiyyatı 

şəraitində  bir  çox  sosial-iqtisadi  hadisə-lərin  tədqiqində  seçmə  müşahidədən  tez-tez  istifadə  edilir.  Seç-

mə  müşahidədən  iqtisadi  fəaliyyətin  bütün  sahələrində,  sosio-loji  tədqiqatların  aparılmasında, 

məhsulların keyfiyyətinin və s. sahələrin tədqiqində istifadə edilir.  

     Qeyri-ümumi  müşahidənin  ikinci  növü-  əsas  kütlədən  müşa-hidədir.  Öyrənilən  statistika  məcmusu 

vahidlərinin  ümumi  həc-mində  əsas  hissəsinin  uçota  alınaraq  tədqiq  edilməsi  əsas  kütlə-dən  statistika 

müşahidəsi  adlanır.  Əsas  kütlənin  müşahidəsinə  misal  kimi  şəhər  bazarlarında  satılan  əmtəələrin 

qiymətinin  və  miqdarının  uçota  alınmasını  göstərmək  olar.  Bu  şəhərlərin  ba-zarlarından  ümumi  əmtəə 

dövriyyəsində  daha böyük xüsusi çə-kiyə  malik olan bazarlarda satılmış əmtəələrin qiyməti və  miq-darı 

qeydə alınır. Ona görə də belə müşahidəyə əsas kütlədən müşahidə deyilir. 

     Qeyri-ümumi  müşahidənin  xüsusi  bir  növü  də  monoqrafıya  müşahidəsidir.  Öyrənilən  statistika 

məcmusunun ayrı-ayrı ob-yektlərinin ətraflı tədqiqi monoqrafiya müşahidəsi adlanır (mə-sələn, ayrı-ayrı 

müəssisələrdə  istifadə  olunmamış  ehtiyatları  aş-kar  etmək  məqsədilə  aparılan  tədqiqat).  Belə  müşahidə 

əsasın-da  qabaqcıl  təcrübə  müəyyən  edilir  və  onun  obyektinin  gələcək  inkişafını  təmin  etmək  üçün 

mühüın əhəmiyyətə malikdir.  



     Statistika müşahidəsinin üsulları. Statistika məlumatları müxtəlif üsullarla toplana bilər. Bu üsulların 

sistemləşdirilməsi  sxem  3.2.-də  verilmişdir.  Bu  sxemdən  də  göründüyü  kimi,  sta-tistika  müşahidəsinin 

mühüm üsullarına aşağıdakılar daxildir: bilavasitə müşahidə; sənəd üsulu; sorğu. 

     Sosial-iqtisadi  hadisənin  xüsusiyyətindən  asılı  olaraq  məlu-mat  toplanılmasında  bu  yə  ya  digər 

müşahidə üsulundan isti-fadə edilir. Bilavasitə müşahidə üsulunda qeydiyyatçıların şəx-sən sosial-iqtisadi 

hadisəni sayması, ölçməsi və s. əsasında faktlar müəyyənləşdirilır və statistik sənədlərdə qeydiyyat apa-

rılır.  Müşahidənin  bu  usulla  aparılmasında  yaxşı  təlimatlanmış,  hazırlıqlı  kadrlar  iştirak  etdiklərindən 

alınan  məlumat  dəqiq  və  dolğun  olur.  Sənəd  üsulu  ilə  aparılan  statistika  müşahidəsində  informasiya 

mənbəyi  kimi  ayrı-ayrı  uçot  sənədlərində  verilən  məlumatdan  istifadə  edilir.  Müəssisələrin  təqdim 

etdikləri statis-tik hesabatlar ilk uçot sənədləri əsasında tərtib edilir.  

 

Sxem 3.2. 

     


 

 

 

 

 

 

 

 

     Statistik  müşahidənin  aparılmasında  sorğu  üsulundan  da  ge-niş  istifadə  edilir.  Sorğu  üsulu  ilə 

statistika  müşahidəsində  lazı-mi  məlumat  soruşulan  şəxsin  verdiyi  cavabın  qeydə  alınması  əsasında 

toplanır  (məsələn,  əhalinin  siyahıya  alınmasında  sorğu  üsulu  tətbiq  edilir).  Sorğu  üsulu  ekspedisiya 

(şifahi  sorğu), özu-nüqeydəalma,  müxbir  və  anket  müşahidə  üsullarına  ayrilır.  Ekspedisiya  və  ya  şifahi 

sorğu  üsulunda  xüsusi  hazırlanmış  qey-diyyatçılar  statistika  formulyarlarında  qoyulmuş  suallara  cavabı 

soruşulan  şəxsin  şifahi  ifadəsi  əsasında  qeydə  alırlar.  Özünüqey-dəalma  muşahidə  üsulunda  statistika 

sənədlərində qoyulmuş su-allara cavab soruşulan şəxslərin özü tərəfindən yazılır. Burada qeydiyyatçıların 

vəzifəsi  statistika  formulyarlarını  soruşulan  şəxslərə  paylamaqdan,  onları  təlimatlandırmaqdan  və 

müəyyən  vaxtdan  sonra  həmin  formulyarları  toplayıb  statistika  orqanına  verməkdən  ibarətdir.  Müxbir 

üsulu  ilə  müşahidənin  mahiyyəti  ondan  ibarətdir  ki,  müşahidəni  aparan  orqan  statistik  formulyarı 

yerlərdəki  könüllü  müxbirlərə  göndərir.  Müxbirlər  statistika  for-mulyarlarında  qoyulmuş  suallara  cabab 

yazaraq,  onları  müşahi-də  aparan  orqana  qaytarırlar.  Bu  üsulla  müşahidənin  aparılması  xeyli  az  vəsait 

tələb  edir,  lakin  alınan  statistika  materiallarının  keyfıyyəti  tələb  olunan  səviyyədə  olmur,  çünki  alınan 

cavabla-rın düzgünlüyünü yerlərdə bilavasitə yoxlamaq mümküm olmur.     

Statistika müşahidəsinin üsulları

 

bilavasitə müşahidə 

sənəd üsulu 

Ekspedisiya 

Özunü qeydə alma 

Anket üsulu 

Müxbir  müşahidə 

sorğu 



Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə