Microsoft Word distant tehsil-movzu



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə4/48
tarix06.05.2018
ölçüsü1,48 Mb.
#43216
1   2   3   4   5   6   7   8   9   ...   48

 

Müasir  iqtisadi  şəraitdə  riyazi  statistika  və  optimallıq  nəzəriyyəsi,  statistika  elmi  ilə  birlikdə  sosial-



iqtisadi  hadisələrin  müxtəlif  amillərin  təsiri  nəticəsində  daim  dəyişməkdə  olan  kə-miyyət  və  keyfiyyət 

tərəflərinin  dərk  edilməsində  mühüm  rol  oynayır.  Statistika  sosial-iqtisadi  hadisələrin  kəmiyyət  tərəflə-

rini tədqiq edərkən riyazi statistika və ehtimal nəzəriyyəsinin üsullarından geniş sürətdə istifadə edir. Bu 

metodlardan  statistika  tədqiqatında  müvəffəqiyyətlə  istifadə  edilən  dispersiya  və  korrelyasiya  təhlilini 

göstərmək olar.  

 

    II.Tarixi inkişaf və hər bir mərhələdə onun xüsusiyyətlərinin təzahürü tədricən elmi mühitin formalaş-



masına,  yeni  elmi  istiqamətlərin  yaranması  və  inkişafı  ilə  müşayət  olunmuşdur.  Elmin  yaranması  cə-

miyyətin tələblərindən və təkamülündən irəli gəlmişdir. Onun sistemli və kompleks şəkildə formalaşması 

məhs uyğun dövrlərin ictimai və iqtisadi mühitlərinin təsiri ilə əlaqəli olmuşdur. Elmin mövcudluğu, ona 

olan ehtiyac öz növbəsində onun metod və metodologiyasının yaranması ilə müşayət olunur ki, bu da tə-

biət, cəmiyyət və iqtisadiyyatın tələblərə uyğun araşdırılması baxımından məqsədəmüvafiq hesab edilmə-

lidir.  Qeyd  olunan  məsələlər  statistikadan  da  kənar  keçməmişdir.  Statistikanın  metodoloji  əsasını  elmi 

sürətdə  dərketmə  və  sosial  fəlsəfə  nəzəriyyəsi  təşkil  edir.  Statistika  məlumatının  müxtəlif  tədqiqat  me-

todları (üsulları) vasitəsilə əldə edilir. O, bir tərəfdən digər elmlər kimi öz tədqiqatını dialektik metodun, 

yəni təbiət və cəmiyyəti elmi sürətdə dərketmə metodunun müddəalları üzərində qurur. Dialektik metoda 

əsaslanaraq, elmlər öyrəndiyi predmetdən asılı olaraq, öz xüsusi tədqiqat üsullarını tətbiq edirlər. Xüsusi 

metodlar hər bir elmin fərdi qaydada araşdırma yolu formasında təzahürlərindən hesab olunmalıdır. Sta-

tistika özünün spesifik metodlarından: statistika müşahidəsindən, statistik məlumatın qruplaşdırılması və 

yekunlaşdırılmasından, ümumiləşdirici göstəricilərin hesablanması (nisbi və orta kəmiyyətlər, zəncirvari 

yerdəyişmə, indekslər, müxtəlif riyazi metodlar və s.) metodlarından  istifadə edir.    

    Statistika  sosial-iqtisadi  hadisələri  tədqiq  edərkən  üç  ardıcıl  mərhələdən    istifadə  edir:  1.tədqiqat  ob-

yekti  haqda  məlumatın  toplanması  (müşahidə);  2.toplanmış  məlumatların  qruplaşdırılması  və  yekunlaş-

dırılması; 3.alınmış nəticələrin təhlili (işləmə və təhlil). Bu mərhələlərin hər biri məzmun və həyata keçi-

rilmə vaxtına görə fərqlidir və onların hər birində müxtəlif statistika metodları tədbiq edilir. Birinci mər-

hələdə statistika tədqiqatı üçün məlumatlar toplanılır. Məlumatın alınması metoduna statistika müşahidəsi 

deyilir. İnformasiyanın toplanılması planlaşdırılarkən onun öyrənilən obyektin nə kimi xarakter və xassə-

lərinin vəziyyətinə aydınlıq gətirəcəyi müəyyənləşdirilməlidir. Statistika müşahidəsi nəticəsində toplanıl-

mış  xam  statistika  materiallarını  dərk  ediləcək  şəklə  salmaq  üçün  onu  müəyyən  əlamətlər  üzrə  bircinslı 

qruplara ayırmaq, yekunlaşdırmaq lazımdır. Qruplaşdırma müşahidə nəticəsində toplanmış xam statistika 

materiallarının  elmi  işlənilməsinin  və  təhlilinin  əsasını  təşkil  edir.  Deyilənlərdən  aydın  olur  ki,  müşahi-

dənin başa çatmasından sonra mütləq aparılmalıdır ki, ondan alınan nəticələr də öz növbəsində növbəti - 

təhlil mərhələsində istifadə edilə bilsin.  

Keyfiyyətcə  bircinsli  olan  qrupları  düzğün  ayırmaq  üçün  həmin  hadisəyə  xas  olan  mühüm  əlamətlər 

seçilməlidir.  Bu  əlamətlər  öyrənilən  məcmunun  xüsusiyyətlərinə  uyğun  gəlməlidir.  Statistikada  həmin 

əlamətlər qruplaşdırma əlaməti adını daşıyır və bölüşdürməni müəyyən edən rola malikdirlər.    

    Əlamətlərin sayından və növlərindən asılı olaraq qruplaşdırma sadə və quraşıq qruplaşdırmaya ayrılır. 

Qruplaşdırma  kəmiyyət  və  keyfiyyət  əlamətləri  üzrə  aparıla  bilər.  Qruplaşdırmanın  vəzifələrindən  asılı 

olaraq sosial-iqtisadi hadisələr tipik, quruluş və analitik qruplaşdırma növlərinə görə qruplaşdırılır. Qrup-

laşdırma prosesində bölgü sıralarının qurulması mühüm yer tutur. Müşahidə vahidlərinin kəmiyyətinə və 

yaxud əlamətlərin qiymətinə  görə  qruplara ayrılmasına bölgü sırası  deyilir. Bölgü sıraları sosial-iqtisadi 

hadisələrin  xarakterik  cəhətlərinin  müəyyən  edilməsində  mühüm  əhəmiyyətə  malikdirlər.  Statistika  ma-

teriallarının qruplaşdırılmasının  və  yekunlaşdırılmasının  nəticələri statistika cədvəllərində  verilir. Statis-

tika cədvəlləri kütləvi statistika  məlumatlarının  sistemə  salınmış  və  əyani  şəkildə  ifadə  olunmuş  forma-

sıdır. Adətən cədvəllər öz başlıqları ilə özündə hansı tədqiqat obyektini işıqlandıracaqları haqqında öncə-

dən  təəsürat  yaradır.  Cədvəllərlə  yanaşı  əyani  vasitə  kimi  qrafiklərdən,  diaqramlardan,  kartoqramlardan 

və kartodiaqramlardan da istifadə oluna bilər. 

    Statistika tədqiqatının son üçüncü mərhələsi - təhlildir. Bu mərhələni həmçinin nəticələrin alınması və 

zəruri göstəricilərin hesablanması kimi də adlandırmaq və ya təqdim etmək mümkündür. Statistika ümu-

miləşdirici göstəricilər vasitəsilə sosial-iqtisadi hadisələrin quruluşunu və onda baş vermiş dəyişiklikləri, 

onların dinamikasını, ayrı-ayrı amillərin təsirini və s. prosesləri təhlil edir.  

    Statistika elminin metodologiyasının spesifik metodları sırasına daxildir: kütləvi statistika müşahidəsi; 

statistika  materiallarının  qruplaşdırılması  və  yekunlaşdırılması;  statistik  materialların  cədvəl  və  qrafik 

təsviri;  ümumiləşdirici  göstəricilərin  hesablanması;  balans  metodu  və  s.  Bunlar  statistika  elminin  pred-



Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə