Microsoft Word distant tehsil-movzu



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə48/48
tarix06.05.2018
ölçüsü1,48 Mb.
#43216
1   ...   40   41   42   43   44   45   46   47   48

75 

 

bola reqressiya tənliyi şəklində qurula bilər. Təcrübədə bir çox hallarda sosial-iqtisadi hadisələr arasında 



qarşılıqlı əlaqələri öyrənmək üçün parabola tənliyinin ikinci qaydasından istifadə edilir. 

 

    


Ən kiçik kvadratlar üsulunun tələblərini ödəyən a

o

a



2

 və a



3

 parametrlərini hesablamaq üçün aşağıdakı 

normal sistem tənlik tərtib edilir:  

 

                              a



o

n +a


1

x + a


2

x

2



 = 

                              a

o

x + a


1

∑x

2

 + a



2

x

3



 = xy 

                              a

o

x

2



 + a

1

x

3

 + a



2

x

4



 = x

2



 

    Amil əlamətinin  bərabər inkişaf  meyli  nəticə  əlamətinin qey-ri-bərabər  inkişafına səbəb olduqda, əla-

qənin tədqiqinin parabola tənliyilə həyata keçirilməsi məqsədəuyğundur. Məsələn, verilən gübrənin miq-

darı  optimal  normaya  çatdırılana  qədər  məhsuldarlığın  maksimum  artmasını  təmin  edir,  gübrənin  miq-

darı optimal normadan artıq olduqda, məhsuldarlığın artımı normaya qədər olan səviyyədə davam etmir. 

Belə  bir asılılıq  yağıntı  ilə  dənli  bitkilərin  məhsuldarlığı,  fəhlələrin əmək  məhsuldarlığı  və  onların dərə-

cələri, əməyin əsas istehsal fondları ilə silahlanması və əmək məhsuldarlığı və s. arasında da mövcuddur. 

Bu zaman amil əlamətinin artmasına müəyyən həddən sonra isə onun hətta azalmasına səbəb olur.  

Əlaqələrin  korrelyasiya  tədqiqində  əlamətlər  arasındakı  əlaqənin  sıxlıq  dərəcəsinin  hesablanmasının 

mühüm  əhəmiyyəti  vardır.  Riyazi  əlaqə  tənlikləri  hadisələrin  əlamətləri  arasında  mövcud  olan  əlaqələri 

düzgün təsvir edir. Lakin reqressiya tənlikləri əlaqənin sıxlıq dərəcəsini ölçə bilmir. Əslində a

1

 parametri 

müəyyən  mənada  əlaqə  sixlıgının  ölçüsü  kimi  istifadə  edilə  bilər,  çünki  o  x  və  y  arasındakı  müəyyən 

nisbəti gostərir. Lakin a



1

 parametri mütləq kəmiyyətlərdə ifadə olunur. Ona görə də digər əlamətlər üzrə 

buna  oxşar  göstəricilərlə  və  digər  tənliklə  hesablanmış  göstəricilərlə  müqayisə  edilə  bilməz.  Əlaqənin 

sıxlığını ölçmək üçün nisbi göstəricilər lazımdır. Dispersiyaların cəmlənməsi qaydasından məlumdur ki, 

ümumi  dispersiya  (σ

2

)  qruplararası  dispersiya  (δ



2

)  ilə  orta  qrupdaxili  dispersiyanın  (σ



2

)  cəminə  bəra-

bərdir.  Qruplararası  dispersiya  (δ

2

)  amil  əlamətinin  (x)  təsiri  nəticəsində  nəticə  əlamətinin  tərəddüdünü 

əks  etdirir.Orta  qrupdaxili  dispersiya  (σ

2

)  nəzərə  alınmayan  bütün  digər  amillərin  təsiri  altında  nəticə 

əlamətinin  tərəddüdünü  xarakterizə  edir.Ümumi  dispersiya  bütün  amıllərin  təsiri  nətıcəsində  nəticə 

əlamətinin  variasiyasını  xarakterizə  edir.  Buradan  aydındır  ki,  x  və  y  arasındakı  əlaqəni  ölçmək  üçün 

qruplararası  dispersiyanın  ümumi  dispersiyaya  nisbətini  əks  etdirən  determinasiya  əmsalını  (η

2

)

 



          

hesablamaq  lazımdır.  Determinasiya  əmsalı  ümumi  variasiyanın  hansı  hissəsinin  amil  əlamətinin  (x

variasiyası əsasında baş verdiyini göstərir. Bu göstəricinin kvadrat kökü korrelyasiya indeksi və ya nəzəri 

korrelyasiya nisbəti adlanır. Dispersiya qrup orta kəmiyyətlər əsasında hesablandıqda, onda buna empirik 

korrelyasiya

 

nisbəti  deyilir.  Nəzəri  korrelyasiya  nisbətinin  kəmiyyəti  (əlaqə  olmadıqda)  sıfırla  vahid 



arasında gözlənilir. Cavab vahidə bərabər olduqda əlaqə funksional əlaqə

 

olur. Nəzəri korrelyasiya nisbəti 



hər cür əlaqə  forması üçün hesab oluna

 

bilər. Düzxətli əlaqənin sıxlığını ölçmək üçün  xətti korrelyasiya 



əmsalı hesablanır. 

 

    Xətti korrelyasiya əmsalı ümumi korrelyasiya indeksinin xüsusi halı olub, ancaq xətti əlaqə forması (y



x

 

a



o

 + a

1

x) üçün tətbiq edilir. Bunun cavabı da sıfırla vahid arasında olur. Cavab müsbət işarə ilə alınarsa 

əlaqənin düz, mənfi işarə olduqda isə əlaqənin tərs olduğunu göstərir.  

 Sosial  hadisələrin  tədqiqində  alternativ  əlamətlər  arasındakı  əlaqənin  sıxlığını  öyrənmək  xüsusi  əhə-

miyyətə  malikdir.  Kəmiyyət  qiymətinə  malik  olmayan  keyfiyyət  göstəriciləri  və  əlamətləri  arasındakı 

sıxlığı ölçmək üçün xüsusi sıxlıq əmsallarından- assosiasiya, kontengensiya, A.Çuprovun bağlılıq əmsal-

larından  istifadə  edilir.  Nəzərə  çatdırmaq  lazımdır  ki,  kontengensiya  əmsalı  assosiasiya  əmsalından  hə-

mişə kiçik olur. Assosiasiya əmsalı- A≥0,5 olarsa, kontengensiya əmsalı isə- k≥0,3 olarsa əlamətlər ara-

sında əlaqənin olduğu təsdiq edilir. İkidən çox atributiv əlamət arasında  əlaqənin sıxlığını ölçmək  üçün 

K.Pirsonun və A.Çuprovun qarşılıqll qovuşma əmsallarından istifadə olunur.  

     Əlaqə  tənliyi  hadisələrin  əlamətləri  arasındakı  əlaqəni  riyazi  cəhətdən  nisbətən  dəqiq  təsvir  etsə  də, 

əlaqənin  sıxlığıınn  vahid  ölçüsünü  vermir.  Odur  ki,  əlaqənin  sıxlığını  ölçmək  üçün  nisbi  göstərici  he-

sablamaq lazımdır. Nəzəri korrelyasiya nisbəti (korrelyasiya indeksi), qoşa korrelyasiya əmsalı (xətti kor-

relyasiya  əmsalı)  belə  göstəricilərdəndir.  Sosial-iqtisadi  hadisələrin  nəticəsi  bir  deyil,  bir  neçə  amillərin 

təsiri  altında  dəyişir,  yəni,  nəticə  əlamətinə  (y)  bir  neçə  amil  əlaməti  (x





,  x

2

  və  s.)  təsir  göstərir.  Belə 

halda  çoxamilli  korrelyasiya  hesablamaq  lazımdır.  Çoxamilli  korrelyasiya  təhlilinin  əsas  mürəkkəbliyi 

amillərin seçilməsində və reqressiya tənliyinin qurulmasındadır. Təhlilə başlamazdan əvvəl nəticə və hər 

bir  amil  əlaməti  üzrə  x,  σ

2

,  σ,  V  göstəriciləri  hesablamaq  məqsədəuyğundur  ki,  bu  da  korrelyasiya təh-



lilini daha məzmunlu aparmağa imkan verir.  Korrelyasiya təhlili üçün ilk növbəfə  nəticə əlamətinə təsir 


76 

 

edən mühüm amillər seçilməlidir. Çoxamilli tənliyi qurarkən kifayət qədər geniş və  iri həcmli müşahidə 



məlumatına əsaslanmaq lazımdır. 

 

    Çoxamilli  korrelyasiya  təhlili  əsasında  öyrənilən  göstəricilər  və  amillər  arasında  əlaqənin  sıxlığını 



xarakterizə  edən  müxtəlif  qoşa,  xüsusi  və  çoxamilli  korrelyasiya  əmsalları  və  çoxamilli  determinasiya 

əmsalı hesablanır. Məcmu çoxamilli xətti korrelyasiya əmsalı amil əlamətlərinin nəticə əlamətinə təsirini 

birlikdə göstərir və onun qiyməti 0-la 1 arasında tərəddüd edir. Öyrənilən göstəricinin variasiyasında han-

sı hissənin tədqiqata daxil edilən amillərin təsir dərəcəsini müəyyən etmək üçün çoxamilli determinasiya 

əmsalı R

2

 hesablanır. Nəzəri korrelyasiya nisbəti dispersiya vasitəsilə hesablanır. 



 

    


Çoxamilli reqressiya tənliyində olduğu kimi, burada da məlum olmayan  a

o

, a

1

, a

2

  parametrləri  ən  ki-

çik kvadratlar üsulu əsasında müəyyənləşdirilir. Məcmu çoxamiili korrelyasiya əmsalı düzxətli əlaqənin, 

nəzəri çoxamilli korrelyasiya əmsalı isə həm düz, həm də tərs əlaqənin sıxlığını ölçmək üçün hesablanır. 

Reqressiya  əmsalları  müxtəlif  ölçü  vahidlərilə  ölçdüklərinə  görə  hansının  nəticə  əlamətinə  çox  təsir 

etdiyini müəyyən etməyə imkan vermir. Bu məqsədlə xüsusi elastiklik əmsalları (э



i

) və beta  əmsalları (β

hesablanır. 

 

 



VI.Aparılmış  müşahidənin,  onun  nəticəsintə  toplanan  informasiyanın  sistemləşdirilməsinin  və  ümu-

miləşdirilməsinin,  alınmış  nəticələrin  fərqli  müəyyənləşdirici  əlamətlər  əsasında  qruplaşdırılmasının  və 

əyani  təsvir  vasitələri  ilə,  əsasən  mütləq  ifadələrlə  əks  etdirilməsinin  mühüm  sosial-iqtisadi  əhəmiyyəti 

vardır.  

İqtisadi statistik təhlil özü ilə mürəkkəb quruluşu ifadə edir ki, onun da hər bir bölməsi lokal qaydada 

nəzərdən  keçirildikdə  özü  də  ayrıca  sistem  kimi  qəbul  oluna  bilər.  Bunları  bloklar  şəklindən  aşağıdakı 

qruplara bölmək mümkündür: tədqiqatın məqsədi, vəzifələri, statistik təhlilin vəzifələri, mərhələləri, prin-

sipləri.  

İqtisadi statistik araşdırmanın mühüm mərhələsi hesab olunan təhlil özü ilə nəzərdən keçirilən obyek-

tin  ayrı-ayrı  tərkib  hissələrə  bölüşdürülməsini,  onların  statistik  məcmunun  vahidləri  kimi  nəzərdən 

keçirilməsini və elmi cəhətdən öyrənilməsini təcəssüm etdirir.  

İqtisadi-statistik təhlil qeyd olunan mərhələlərlə yanaşı on-larda tətbiq olunacaq metodikanı da işləyib 

hazırlamalıdır. Tədqiq olunan hadisə və proseslərin olduğu kimi əks etdirilməsinin təmin olunması  iqti-

sadi-statistik təhlilin aparılmasında hansı statistik-araşdırma metodlarından istifadəni, onların hansı qayda 

və ardıcıllıqla aparılması və s. bu kimi işlərin görülməsini nəzərdə tutur. İqtisadi informasiyanın statistik 

təhlilinin aparılmasını ilk növbədə bu işlə bağlı qarşıya qoyulan məqsədlə nizamlamaq mümkündür.  

Hər hansı iqtisadi-statistik araşdırmanın vəzifələri sırasında ilkin addımlarından biri tədqiqat obyektini 

təşkil edən obyekt və hadisələri müəyyənləşdirilməsi və onun qiymətləndirilməsi hesab olunur. Digər tə-

rəfdən,  obyektin  qiymətləndirilməsində  həm  eyni,  həm  də  müxtəlif  cinsliliyini  bilinməməsi  müşahidə 

olunur  ki,  buradan  da  həmçinin  digər  spesifik  məqamların  işıqlandırılması  mümkün  deyil.  İqtisadi 

proseslərin səmərəlliyinin və təsərrüfat subyektlərinin işgüzar fəalliğının cəmiyyətin sosial infrastrukturu 

və onun vəziyyətinin qiymətləndirilməsi, empirik materialların keyfiyyətindən, onların inkişaf qanunauy-

ğunluqları və meyllərinin aşkara çıxarılması və elmi cəhətdən əsaslandırılmasından asılıdır.   

Hadisə və proseslərin quruluşunun, onların arasındakı qarşılıqlı əlaqələrin, həmçinin inkişaf qanunauy-

ğunlarının  araşdırılması  iqtisadi-statistik təhlildə  mühüm  məsələlərdən  hesab olunur və bununla da əsas 

vəzifələri sırasına daxil edilmişdir. İstənilən araşdırılan obyektin daxili və xarici qiymətləndirilməsi onun 

həm  tərkibi  və  quruuşu,  həm  digər  obyektlərlə  qarşılıqlı  əlaqə  və  asılılıqları,  həm  də  inkişaf  qanunauy-

ğunluğu və meyli (həmçinin dinamikası) haqda məlumatların mövcudluğu şəraitində baş tuta bilər.     

Oxşarlıqlarla  bərabər  araşdırılan  statistik  məcmunun  vahid-lərində  xeyli  fərqlər  mövcuddur  ki, 

bunların  əsasında  da  təhlilin  təşkili  mümkün  olur.  Təhlil  araşdırması  məcmu  və  ya  onun  va-hidlərinin 

inkişaf perspektivləri haqda nəticələrin formalaşdırıl-ması və uyğun təkliflərin verilməsi ilə başa çatır.  

Təhlilin  mərhələləri onlarda  istifadə  olunan  metodların özünəməxsusluğu  ilə  fərqlənir. Statistik təhlil 

zamanı  istifadə  olunan  metodlara  hadisə  və  əlamətlər  arasındakı  mühüm  əlaqələrin  aşkara  çıxarılması, 

topludakı  vahidlərin  bircinsliyinin  qiymətləndirilməsi,  toplunun  öyrənilən  əlamət  üzrə  bölgüsünün  sis-

temli təhlili və s. əyani nümunə kimi göstərilə bilər. Öz növbəsində təhlil metodları da standart və daimi 

deyildir,  onlar  öyrənilən  hadisə  və  proseslərin  xarakter  və  xassələrindən,  onların  təzahür  formalarından 

asılı olaraq dəyişə və uyğunlaşdırıla bilər.          

 

 



77 

 

İSTİ



FADƏ OLUNAN ƏDƏBIYYAT VƏ MƏNBƏLƏR 

 

1.

 



 Azərbaycan Respublikasının Konstitusiyası.Bakı 1995. 

2.

 



“Rəsmi statistika haqqında” Azərb. Respublikası Qanunu. Bakı. 1994. 

3.

 



Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi haqqında Əsasnamə. Bakı. 2009. 

4.

 



“2008-2012-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın təkmilləşdirilməsinə dair Dövlət Proqramı”. Bakı. 

2007. 


5.

 

M.Bağırov. Statistikanın nəzəri əsasları Naxçıvan. 2012 



6.

 

M.Bağırov.Statistika kursu. Naxçıvan 2012. 



7.

 

M.Bağırov. Statistika nəzəriyyəsi. I nəşr. Naxçıvan, 2010.     



8.

 

M.Bağırov. Statistika nəzəriyyəsi. II nəşr. Naxçıvan, 2011. 



9.

 

M.Bağırov. Sosial-iqtisadi statistika. 2 cildlik. Naxçıvan, 2011. 



10.

 

S.Hacıyev. Statistikanın ümumi nəzəriyyəsi. Bakı. 2005. 



11.

 

S.Hacıyev. Statistikanın tarixi. Bakı. 1993 



12.

 

S.Hacıyev. Statistikanın ümumi nəzəriyyəsi. Bakı. 1994 



13.

 

S.Hacıyev, S.Əliyev. Statistikanın indeks metodu. Bakı. 1996 



14.

 

S.Hacıyev. Statistikanın ümumi nəzəriyyəsindən məsələlər  külliyatı. Bakı.1996.   



15.

 

S.Yaqubov. Sosial statistika (dərs vəsaiti) 2 cild. 1995.     



16.

 

O.Məmmədli, M.İsmayılov, F.İsmayılov. Statistika nəzəriyyəsi. Bakı. 2009. 



17.

 

R.Məmmədov. Beynəlxalq statistika. Bakı.2004 



18.

 

R.Məmmədov. Ev təsərrüfatı büdcələrinin tədqiqatı statistikası. Bakı. 1998. 



19.

 

R.Məmmədov. Milli hesablar sistemi. Bakı.2005. 



20.

 

A.Məmmədov. Sosial-iqtisadi statistika. Bakı. 2000.  



21.

 

Y.İvanov. İqtisadi statistika. Moskva.1999. 



22.

 

R.Şmaylova. Statistika nəzəriyyəsi. Moskva. 2008. 



23.

 

İ.Yeliseyeva. Statistika. Moskva. 2008.   



24.

 

İ.Yeliseyeva, M.Yüzbaşev. Statistikanın ümumi nəzəriyyəsi. Moskva, 1998. 



25.

 

A.Sidenko. Beynəlxalq statistika. Moskva. 2006. 



26.

 

İ.İvanov. İqtisadi statistika. Moskva. 2003. 



27.

 

S.İlyenkova. Firmaların iqtisadiyyatı və statistikası. Moskva. 1996. 



28.

 

M.Yefimova, Y.Petrova, V.Rumyantsev. Statistikanın ümumi nəzəriy-yəsi. Moskva, 1999. 



29.

 

N.Tolstik, N.Mateqorina. Statistika. Postov-Don. 2001. 



30.

 

B.Ploşko. Qruplaşdırma və statistika göstəriciləri sistemi. Moskva, 1994



 

Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə