Microsoft Word distant tehsil-movzu



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə6/48
tarix06.05.2018
ölçüsü1,48 Mb.
#43216
1   2   3   4   5   6   7   8   9   ...   48

10 

 

   IV.Ölkənin  inkişafı  statistika elminin qarşısında  yeni-yeni  vəzifələr qoymaqla  bərabər onun  vəhdətin-



dən yeni sahələrin yaranmasına səbəb olmuşdur. Müxtəlif elmlərdə olduğu kimi, statistikada da fərqli ya-

naşmaların təmin edilməsi, ayrı-ayrı istiqamətlərin rəqəmlər etibarı ilə işıqlandırılması məqsədilə statisti-

ka elminin daxili tərkibini müəyyən edən quruluşunu aydınlaşdırmaq zərurəti ortaya çıxır. Tədqiq olunan 

məsələ  ilə  bağlı  daha  təfsilatlı  baxışları  formalaşdırmaq  məqsədilə  sxem  1-ə  müraciət  etmək  yerinə  dü-

şərdi.  

Sxem 1. Statistika elminin tərkibi. 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

     


Sxem  1-dən  də  göründüyü  kimi,  vahid  statistika  elminin  aparıcı  sahəsi  statistikanın  nəzəriyyəsidir. 

Statistika elminin hər bir sahəsinin tədqiqat obyekti vardır və onlar müəyyən göstəricilər sisteminin ma-

hiyyətini  aydınlaşdırır.  Statistikanın  bütün  sahələrində  onun  nəzəriyyəsinin  hazırladığı  prinsip  və  me-

todlar  tətbiq  edilir.Statistikanın  nəzəriyyəsi  sosial-iqtisadi  hadisələrin  rəqəmlərlə  işıqlandırılmasının  ən 

ümumi  prinsipləri,  qaydaları  və  qanunları  haqqında  elmdir.  Nəzəriyyə  statistika  elminin  ümumi  anlayış 

və kateqoriyalarını, statistika müşahidəsinin nəzəriyyə-sinin, statistika materiallarının qruplaşdırılması və 

yekunlaşdırılmasının prinsipləri və aparılma qaydalarını, ümumiləşdirici göstəricilərin hesablanması qay-

dalarını,  mütləq,  nisbi  və  orta  kəmiyyətlərin  mahiyyəti  və  müəyyənləşdirilməsini,  onların  qurulmasının 

elmi metodologiyasını işləyir. O, əlamətin variasiyasını ölçür və təhlil edir, sosial-iqtisadi hadisələrin və 

onların əlamətlərinin qarşılıqlı əlaqəsini, əlaqənin sıxlığını reqressiya-korrelyasiya metodu ilə təhlilini ve-

rir. Statistikanın nəzəriyyəsi sosial-iqtisadi hadisələrin inkişaf qanunauyğunluqlarını öyrənmək məqsədilə 

dinamika sıralarının qurulma qaydasını və onların təhlili məsələlərini işləyir, hadisələrin məkan və zaman 

daxilində dəyişilməsini öyrənmək uçün indekslər sisteminin qurulması və təhlili prinsiplərini işləyir. Sta-

tistika elminin digər sahələri statistika nəzəriyyəsinin kateqoriyaları, göstəriciləri və metodlarından istifa-

də edərək öz tədqiqat obyektlərini öyrənirlər.   

Statistika elminin mühüm sahələrindən biri iqtisadi statistikadır. İqtisadi statistika iqtisadiyyatın bütün 

sahələrində baş verən nisbətləri, sahələrin quruluşunu, qarşılıqlı əlaqələrini və təkrar istehsalın elementlə-

rini  öyrənir.  İqtisadi  statistikanın  quruluşunda  makroiqtisadi  statistika  xüsusi  yer  tutur.  O,  ölkənin  iqti-

sadiyyatını  kompleks  öyrənən  metodlar  işləyir,  sahələrarası  əlaqələri  və  s.  öyrənir.  İqtisadi  statistikanın 

tərkibinə  müəssisələr  statistikası,  sənaye  stalistikası,  kənd  təsərrüfatı  statistikası,  istehsal  sahələrində 

əmək statistikası, ticarət statistikası, tikinti statistikası və digər istehsal sahələrinin statistikası daxildir. Bu 

sahələr statistikası statistik  nəzəriyyənin və iqtisadi statistikanın metod və kateqoriyalarına istinad edərək 

öz tədqiqat obyektlərini öyrənirlər. Statistika elminin üçüncü sahəsi sosial  statistikadır. Sosial  statistika, 

ilk növbədə, əhalini, onun yaşayış şəraitini, əmək prosesində onların münasibətlərini öyrənir. Onun əsas 

məqsədi insanların sosial şəraitinin müxtəlif tərəflərini və həyat tərzini kompleks öyrənməkdir. 

 

 

Mövzu  3. Statistika müşahidəsi və qruplaşdırılması. 

Plan: 

1. Statistika informasiyası haqda anlayış və statistik müşahidənin təşkilinin əsas formaları.  

2. Statistika müşahidəsinin növləri və üsulları.  

3. Statistik müşahidənin proqram-metodoloji məsələləri və xətası 

4. Seçmə müşahidənin mahiyyəti və tətbiqi. Seçmə üsulları 

Statistika elmi 

İqtisadi statistika

 

Statistikanın 

 

nəzəriyyəsi

 

Sənaye statistikası

 

Əhali statistikası



 

Sosial statistika

 

Kənd təsərrüfatı statistikası

 

Maarif statistikası 



Digər istehsal sahələrinin statistikası

 

istehsal sahələrində əmək



 

statistikası

 

İstehsal sahələrində əmək statistikası



 

Tikinti statistikası

 

Həyat səviyyəsi statistikası



 

Mədəniyyət və incəsənət  statistikası

 

Digər sosial sahələr statistikası



 

Səhiyyə  statistikası 

Müəssisələr statistikası

 

Makroiqtisadi statistika  



Sahələrarası əlaqələr statistikası 

 

Ticarət statistikası 




11 

 

5.Statistik yekunlaşdırma haqda anlayış və onun vəzifələri 



6.Statistika qruplaşdırmasının mahiyyəti və növləri 

 

     Statistika  informasiyası  ilkin  statistika  materialı  olub,  statistik  müşahidə  əsasında  formalaşır.  O,  sta-



tistik  tədqiqatın  ilk  mərhələsidir.  Sosial-iqtisadi  hadisələri,  onların  inkişaf  qanunauyğunluqlarını  öyrən-

mək  ücün, ilk növbədə, həmin hadisələrin həcmini, səviyyəsini xarakterizə edən statistika məlumatı əldə 

edilməlidir. Həyatda baş verən kütləvi hadisə və proseslər haqqında ilkin məlumatın toplanılması üzrə el-

mi əsasda təşkil edilmiş va aparılmış işə statistika müşahidəsi deyilir. Deməli, statistika müşahidəsi kütlə-

vi  məlumat əldə  edilməsində  ilk  mərhələ  olub, sosial-iqtisadi  hadisələrin tədqiqində  çox  mühüm  yer tu-

tur.  Ona  görə  də  hər  bir  statistika  tədqiqatının  nəticəsi  öyrənilən  sosial-iqtisadi  hadisələr  haqqında  top-

lanan məlumatın tamlığından, düzgünlüyündən və vaxtında uçota alınmasından asılıdır.  

     Sosial-iqtisadi  hadisələr  haqqında  statistik  informasiyaya  olan  tələbat  bazar  iqtisadiyyatı  şəraitində 

daha  da  artır.  Statistika  müşahidəsi  dövlət  statistika  orqanlarının  elmi-tədqiqat  institutlarının,  birjaların, 

firmaların iqtisadi xidmətləri tərəfindən aparıla bilər. Statistika müşahidəsinin aparılması aşağıdakı mər-

hələləri əhatə edir: müşahidəyə hazırlıq; məlumatın kütləvi toplanmasının həyata keçirilməsi; məlumatın 

işlənilməsi üçün hazırlıq; statistika müşahidəsinin təkmilləşdirilməsi üzrə təkliflərin işlənilməsi. 

    Toplanılan  kütləvi  statistika  məlumatlarının  etibarlılığını  tə-min  etmək  üçün  onlar  ətraflı 

yoxlanılmalıdır.  Toplanan  faktla-rın  etibarlılığının  yoxlanılması  statistika  müşahidəsinin  mühüm 

məsələlərindəndir.  Hər  bir  statistika  müşahidəsinin  elmi  təşkili  obyektiv  statistika  materiallarının 

toplanılmasının  mühüm  şər-tidir.  Statistika  müşahidəsinin  aparılması  müşahidənin  hazırlıq  işlərinin 

lazımi  səviyyədə  həyata  keçirilməsini  tələb  edir. Ha-zırlıq  işlərinə  müşahidənin  məqsədini  və  obyektini 

müəyyən  et-mək,  qeydə  alınacaq  əlamətlərin  tərkibini  müəyyən  etmək,  mə-lumatları  toplamaq  üçün 

sənədləri  işləmək,  müşahidə  vahidini  və  hesabat vahidini,  məlumatın alınması  metodlarını  və  vasitə-ləri 

müəyyənləşdirmək daxildir.  



     Müasir  şəraitdə  statistika  müşahidəsinin  aşağıdakı  üç  əsas  təşkilati  formalarından  istifadə  edilir:  1) 

hesabat; 2) xüsusi təşkil edilmiş statistika müşahidəsi; 3) registr. 

     Statistika  müşahidəsinin  mühüm  təşkili  forması  hesabatdır.  O,  rəsmi  sənəd  olub,  müəssisə,  idarə, 

təşkilatlar  və  s.  işləri  haq-qında  statistika  məlumatlarını  əhatə  edir,  təsdiq  edilmiş  forma-da  məcburi 

şəkildə  statistika  orqanlarına  təqdim  edilməlidir.  Müşahidənin  əsas  forması  kimi  hesabat  ilk  uçot 

məlumatına  əsaslanır.  Fəaliyyətdə  olan  statistika  hesabatları  tipik  və  ixtisas-laşdırılmış  hesabatlara 

ayrılır.  Tipik  hesabatda  göstəricilərin  tərkibi  fəaliyyət  sahələrinin  bütün  müəssisələri  üçün  eynidir. 

İxtisaslaşdırılmış  hesabatlarda  göstəricilərin  tərkibi  iqtisadiyya-tın  ayrı-ayrı  sahələrinin  xüsusiyyətindən 

asılı  olaraq  dəyişir.  He-sabatlar  verilmə  müddətindən  asılı  olaraq  cari  və  illik  hesabat-lara  ayrılır.  Cari 

hesabatlara günlük, həftəlik, ongünlük, aylıq, rüblük və yarımillik hesabatlar daxildir. Ən dolğun və geniş 

mə-lumat  illik  hesabatda  verilir,  çünki  müəssisə,  idarə  və  təşkilatlar  öz  fəaliyyətləri  haqda  ən  geniş 

məlumatı  illik  hesabatda  verir-lər.  İllik  hesabatda  verilən  məlumat  ölkənin  sosial-iqtisadi  mə-sələlərini 

proqnozlaşdırmaq,  onların  təhlili  əsasında  istifadə  edilməmiş  ehtiyatları  aşkar  etmək  üçün  mühüm 

məlumat mən-bəyidir. Məlumatın verilmə üsuluna görə hesabatlar elektron, teleqraf, teletayp və poçt ilə 



göndərilən hesabatlara ayrılır.  

     Bazar  münasibətləri şəraitində  xüsusi təşkil  edilmiş statisti-ka  müşahidəsi  formasından geniş  istifadə 

edilir. Ölkənin sosial-iqtisadi həyatında mühüm əhəmiyyəti olan bir çox hadisələr haqda məlumat xüsusi 

təşkil  edilmiş  statistika  müşahidələri  əsa-sında  əldə  edilir.  Bir  çox  sosial-iqtisadi  hadisələr  haqda  tam, 

dolğun  və  dəqiq  məlumatı  xüsusi  təşkil  edilmiş  siyahıyaalmalar  (məsələn  əhalinin  siyahıyaalınması) 

vasitəsilə toplamaq müm-kündür.  

Statistika  müşahidəsinin  təşkili  formalarından  biri  də  registr-dir.  Bu  müşahidə  formasında  qeydə 

alınmış  və  əvvəli  olan  uzun-müddətli  proseslərin  fasiləsiz  statistika  müşahidəsidir.  Registr  müşahidə 

formasında  müşahidə  vahidinin  vəziyyətini  daima  iz-ləyən  bir  sistem  olub,  öyrənilən  göstəricilərə 

müxtəlif  amillərin  təsirini  qiymətləndirir.  Bütün  göstəricilər  tədqiq  olunan  məcmu  vahidlərinin 

müşahidəsi  tam  başa  çatana  qədər  mü-hafizə  olu-nur.  Aşağıdakı  məsələləri  həll  etmədən  registr  təşkil 

etmək və aparmaq mümkün deyildir: 

 

məcmu vahidini nə vaxt registrdə qeydə almaq və nə vaxt məcmu vahidindən çıxarmaq; 



 

hansı informasiya mühafizə olunmalıdır; 



 

məlumatı hansı mənbələrdən almaq lazımdır; 



 

informasiyanın təzələnməsi və əlavə edilməsi necə həyata keçirilməlidir. 




Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə