Microsoft Word distant tehsil-movzu



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə1/48
tarix06.05.2018
ölçüsü1,48 Mb.
#43216
  1   2   3   4   5   6   7   8   9   ...   48


 

Mövzu  1. Statistika elmi haqqında anlayış, onun predmeti  



və statistik fəaliyyətin təşkili 

Plan: 


     

1.Statistika elmi haqqında anlayış.



  

      

2. Statistika elminin tarixi haqda 

      3. Statistikanın predmeti 

      4. Azərbaycan Respublikasında statistik fəaliyyətin təşkili  

 

I. Müasir iqtisadi şəraitdə sosial və iqtisadi hadisələrin mövcud vəziyyətinin və inkişaf qanunauyğun-

luqlarının öyrənilməsində statistika mühüm, əhəmiyyətli vasitələrdən hesab olunur. Hal-hazırda yaşadığı-

mız  həyatı  statistikasız  təsəvvür  etmək  mümkün  deyil.  Əsrlərlə  davam  edən  mövcudluğu  iqtisadi  inki-

şafın faktiki vəziyətinin “güzgüsü” rolunda çıxış etməsi ilə səciyyələnən statistika cəmiyyətdə baş verən 

sosial  və  iqtisadi  hadisə  və  proseslərin  hər biri üzrə  sistemli  informasiyanı təqdim  edən  vasitəyə  çevril-

mişdir.  Statistika  həm  təbiət  hadisələrini,  həm  də  insanların  fəaliyyətinin  bütün  istiqamətlərini  özünün 

uyğun göstəricilər sistemi  vasitəsilə xarakterizə edir. Statistik  məlumatlar bu elmin öz dili  hesab olunan 

və "rəqəm dili" adını daşıyan bir dildə informasiya istehlakçılarına təqdim olunur.  

Müasir bazar  münasibətləri  şəraitində  statistikadan  istifadənin əhəmiyyəti daha da artmışdır. Müasir 

dövrdə “statistika” termininin çoxmənalı şəkildə istifadəsinə rast gəlinir. Məsələn, əksər hallarda statisti-

ka külliyyatlarında və dövrü olaraq mətbuatda dərc edilən məlumatlar statistika adlandırılır. Hər birimizin 

müntəzəm olaraq KİV-lər vasitəsilə əldə etdiyimiz həm öz özümüzün, həm də xarici ölkələrin və ümumi-

likdə daha geniş beynəlxalq miqyasların iqtisadi inkişafı, sosial vəziyyət və sosial inkişafın vəziyyəti (do-

ğulanlar və ölənlər, evlənənlər və boşananlar, məşğuliyyəti olanlar və  işsizlər, əhalinin gəlir və xərcləri, 

orta aylıq əmək haqqı və s.), aparıcı maddi-istehsal sahələrində  istehsalın həcminin, inflyasiyanın səviy-

yəsinin  vəziyyəti  qeyd  olunan  məlumatlardan  hesab  olunur.  Ölkəmizin  ayrı-ayrı  inzibatı-ərazi,  istehsal 

vahidləri  üzrə  toplanmış  məlumatlar  son  nəticədə  Azərbaycan  Respublikası  Dövlət  Statistika  Komitə-

sində (Dövlətstatkom) qruplaşdırılır, ümumiləşdirilir və yekunlaşdırılır.  

     Qeyd  olunanlarla  bərabər,  statistika  özünün  predmetinə  və  tədqiqat  metodlarına  malik  müstəqil  və 

mühüm  bir  elmdir.  Müxtəlif  tədqiqat  mənbələrindən  aydın  olmuşdur  ki,  statistika  sözünün  ilkin  olaraq 

əmələ gəlməsi  fərqli  şərh edilir. Bir qrup alimlərin  fikrincə, statistika  latın sözü “status”-dan əmələ gəl-

miş,  mənası  isə  hadisələrin  vəziyyətinin öyrənilməsi kimi şərh edilmişdir. Digər qrup onun  italyan sözü 

stato”-dan  (mənası-dövlət)  kökünü  götürdüyünü  bildirir.  Statistika  XIX  əsrin  iqtisadçı-filosoflarının 

fikrincə “hesab, hesaba alma” mənasında başa düşülmüşdür.  

“Statistika” terminindən ilk dəfə 1746-cı ildə alman alimi Qotfrid Axenval istifadə etsədə, onun sta-

tistikanın məzmunu, predmeti və  vəzifələri haqqında baxışları müasir statistika elmi-nə olan baxışlardan 

əsaslı fərqlənirdi. Alman təsviri məktəbin-dən 100 il qabaq əmələ gəlmiş ingilis siyasi hesab məktəbinin 

statistikaya baxışları müasir statistika elminə olan baxışlara da-ha yaxın olmuşdur. Həmin dövrdə ingilis 

“Siyasi hesab” məktəbinin yaradıcıları görkəmli ingilis alimləri Vilyam Petti (1623-1687) və Con Qraunt 

(1620-1674) olmuşdur. Vilyam Pettinin düşüncə və baxışları müasir statistikanı sistemləşdirməyə və elmi 

meydanlara  çıxarmağa  imkan  vermişdir.  O,  “cəmiyyət  –  iqtisadiyyat”  qarşılılqlı  əlaqələrində  qanun  və 

qa-nunauyğunluq  anlayışlarını  müəyyən  etmiş,  statistik  məcmu,  məcmu  vahidi  haqda  fikirləri  daha 

təkmil  sə-viyyədə  formalaşdırmış,  kəmiyyətlər  sistemindən  kompleks  (qarşılıqlı)  şəkildə  istifadənin 

mümkünlüyünü  və  məqsədəmüvafiqliyini  irəli  sürmüşdür.  Heç  də  təsadüfi  deyil  ki,  V.Petti  kapitalist 

istehsal üsulunun tədqiqatçıları tərəfindən “statistikanın yaradıcısı” kimi qəbul edilirdi.  

Statistikanın əmələ gəlməsi həmçinin dövlətin yaranması və inkişafı ilə sıx əlaqədar olmuşdur. Statis-

tika təcrübəsinin inkişafının umumiləşdirilməsi nəticəsində statistika elmi yaranmışdır. Statistikanın tari-

xi  formalaşması  uzun  və  mürəkkəb  olmuşdur.  Onun  yaranmasının  kökündə  təsərrüfat  uçotunun  yaran-

ması durur, təsərrüfat uçotunun yaranması isə qədim dövrə mənsubdur. Müvafiq uçot əsasında əldə edi-

lən maksimum məlumat olmadan dövlətin fəaliyyətini həyata keçirmək mümkün deyildir.  



                  

 

     II.Statistika qədim köklərə malik bir elm sahəsidir. O, insan cəmiyyətinin ehtiyacından irəli gələn sta-



tistikanın inkişaf təcrübəsinin ümumiləşdirilməsi nəticəsində əmələ gəlmişdir. Statistikanın yaranması və 

inkişafı  ictimai  təlabatdan:  əhalinin,  torpaq  sahələrinin,  mal-qaranın,  əmlakın  və  s.  uçota  alınması  eh-

tiyacı ilə əlaqədar olmuşdur. Belə məlumatlar Çində e.ə. XXIII əsrdə toplanılmışdır. Qədim Romada azad 

vətəndaşların  və  onların əmlaklarının  senzləri (uçotu) aparılmışdır. Cəmiyyətin  inkişafı,  beynəlxalq əm-




 

təə-pul münasibətlərinin, daxili və xarici ticarətin inkişafı statistika informasiyasının əhəmiyyətli dərəcə-



də artmasını tələb etdi. Bunlar öz növbəsində statistikanın fəaliyyət dairəsini daha da genişləndirdi, onun 

metodologiyasının  əhəmiyyətli  dərəcədə  təkmilləşməsinə  səbəb  oldu.  IX  əsrin  axırlarında  ilk  uçot  əmə-

liyyatları  aparılmağa  başlandı.  Bu  dövrlərdə  sosial-iqtisadi  hadisələr  haqqında  məlumat toplanması  əsa-

sən hərbi va maliyyə məsələlərilə əlaqədar təşkil olunurdu.  

     Statistika  məlumatlarının  eramızdan  xeyli  əvvəl  toplanmasına  baxmayaraq,  onların  işlənilməsi  va 

təhlilinə XVII əsrin ikinci yarısında təsadüf olunur. Həmin dövrdə alman alimi Q.Axenval ilk dəfə elmə 

statistika  sözünü  daxil  etmişdir.  O,  1746-ci  ildə  əvvəlcə  Marburq  Universitetində,  sonra  isə  Gettinq 

Universitetində  yeni  fənn  tədris  etməyə  başladı  və  həmin  fənni  statistika  adlandırdı.  Lakin  bu  elmin  nə 

predmeti, nə də metodu dəqiq müəyyən edilmədi. Bu məktəbin nümayəndələri əsasən təsviri informasiya 

materialları toplayır, ancaq toplanmış məlumatlar təhlilsiz qalırdı. Bir qədər sonra Gettinq Universitetinin 

professoru  A.Şletser  (1736-1809)  “təsviri  məktəbin  nümayəndələrinin  statistikada  ancaq  dövlətin  siyasi 

quruluşunu təsvir etməlidir” baxışlarını rədd edərək göstərdi ki, statistikanın predmeti bütün cəmiyyətdir. 

    Müasir statistika  baxışlarına daha  yaxın  ingilis  siyasi  hesab  məktəbi olmuşdur. "Siyasi  hesab"  məktə-

binin  əsası  D.Qraunt,  E.Qalley  və  V.  Petti  tərəfindən  qoyulmuşdur.  İngilis  alimlərinin  əsərlərində  iki 

istiqamət:  həyatın  sığortası  ilə  məşğul  olan  demoqrafıya  məsələləri  va  iqtisadi  məsələlərlə  məşğul  olan 

statistika istiqaməti özünü aydın biruzə vermişdir. Bu istiqamətlərdən birincisi (demoqrafiya) D.Qrauntun 

və  E.Qalleyin  əsərlərində,  ikinci  istiqamət  (statistika)  V.Pettinin  əsərlərində  özunə  geniş  yer  tapmışdır. 

V.Petti statistika üzrə bir neçə elmi iş nəşr etdirmişdir. Bu əsərlərdə o, sosial-iqtisadi hadisələri xarakte-

rizə etmək üçün rəqəm dilindən istifadə olunmasını məqsədəuyğun hesab etmişdir. O, özünün “Siyasi he-

sab”  əsərində  faktları  ümumiləşdirmək  və  təhlil  etmək  yolu  ilə  cəmiyyətin  vəziyyətini  və  inkişafını 

rəqəmlərlə xarakterizə edə və kütləvi məlumatlarda ictimai hadisələrin inkişaf qanunauyğunluqlarını gös-

tərə bilmişdir.  

    Statistika  bir elm kimi XIX əsrin I  yarısında daha  sürətlə  inkişaf etməyə  başlamışdır. Buna kapitalist 

istehsal münasibətinin, azad rəqabətin inkişafı səbəb olmuşdur. Statistika elminin riyazi istiqamətinin in-

kişafında  Belçika  statistiki  A.Ketlenin  xüsusi  xidməti  olmuşdur.  Ketle  statistikanı  “sosial  fizika”  adlan-

dırmışdır.  Onun  fikrincə,  statistika  kəmiyyət  metodları  ilə  ictimai  sistemlərin  qanunlarını  öyrənir.  Ket-

lenin  “orta  adam”  nəzəriyyəsi  kütləvi  məlumatlarda  qanunauyğunluqların  müəyyənləşdirilməsinə  yö-

nəldilmişdir.  Statistikada  riyazi  istiqamət  XIX  və  XX  əsrlərdə  F.  Qaitonun,  K.Pirsonun,  V.Qossetin, 

R.Fişerin, M.Mitçelanın əsərlərində daha da inkişaf etdirilmişdir.   

    Statistikanın təcrübəsinin və elminin inkişafında rus statistiklərinin böyük xidmətləri olmuşdur. I Pyotr 

dövründə  İ.K.Kirilovun,  B.H.Tatişevin,  M.V.Lomonosovun,  İ.İ.Qoliqovun,  M.İ.  Çulkovun  və  digərləri-

nin əsərlərində statistika təsviri elm kimi şərh edilmişdir. XIX əsrin II yarısından Rusiyada statistika bir 

elm kimi siyasi hesab məktəbinin nümayəndələrinin əsərlərində şərh olunmuşdur, yəni onlar ictimai hadi-

sələri  öyrənərkən  ölçü,  çəki  və  rəqəmdən  istifadə  etmişlər.  Rus  statistikasında  siyasi  hesab  məktəbinin 

əsas nümayəndələri sırasına D.Bernulli, İ.German, V.Poroşin, İ.Sreznevski, K.Arsenyevvə s. daxildir. Bu 

dövrdə  statistikanın  ümumi  nəzəriyyəsi  üzrə  sanballı  işlər  nəşr  olunur  (məs:  Germanın  “Statistikanın 

ümumi nəzəriyyəsi”, D.Juravskinin “Statistika məlumatlarının mənbəyi və istifadəsi haqqında” və s.).  

    Statistikanın inkişaf tarixində (xüsusilə XIX əsr) Rusiya statistiklərinin xüsusi rolu olmuşdur. Bu mək-

təbin görkəmli nümayəndələrindən A.İ. Çuprovu, A.A.Çuprovu, E.Y.Yansonu və  s. göstərmək olar. Ru-

siyada  statistikanın  riyazi  istiqamətinin  inkişafında  rus  riyaziyyatçıları  P.Çebışevin,  A.Markovun,  A. 

Lyapunovun əsərləri  mühüm rol oynamışdır. Keçmiş sovet məkanında statistikanın tarixi elmi təcrübəsi  

V.Xotinski, V.Nemçinov, V. Staroyski, A.Boyarski, B.Yastremski və d. alimlərin əsərlərində ümumiləş-

dirilmiş və daha da inkişaf etdirilmişdir. 

Tarixi yanaşma müəyyən edir ki, statistikanın təşəkkülü və təkamülü keçmiş dövrlərdə əsasən inkişaf 

etmiş ölkələrdə mümkün olmuşdur.   

    Hal-hazırda  müstəqillik  əldə  etmiş  respublikamızda  statistika  metodologiyasının  təkmilləşdirilməsi, 

beynəlxalq təcrübədə  qəbul edilmiş  və  bazar  iqtisadiyyatının  inkişaf tələblərinə  uyğun uçot və  statistika 

sisteminə  keçmək  sahəsində  böyük  işlər  həyata  keçirilməkdədir.  Nəzəriyyəçi-alimlər  tərəfindən  statis-

tikanın  müasir  vəziyyəti  haqda  fikirlərin  formalaşdırılması  müasir  inkişaf  mərhələsində  ölkəmizdə  də 

qeyd olunan istiqamətdə görülən işlərin səviyyəsinin yüksəldilməsi ilə müşayət olunur. Belə ki, statistika 

sahəsində  iqtisadçı-alimlərdən  S.Hacıyevin,  S.Yaqubovun,  O.Məmmədlinin,  M.İsmayılovun,  M.Bağıro-

vun,  F.İsmayılovun,  A.Məmmədovun  və  başqalarının  əsərləri  müvafiq  istiqamətdə  ölkədə  potensalın 




Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə