Microsoft Word distant tehsil-movzu



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə8/48
tarix06.05.2018
ölçüsü1,48 Mb.
#43216
1   ...   4   5   6   7   8   9   10   11   ...   48

14 

 

     Müasir dövrdə anket üsülu ilə müşahidədən də istifadə edi-lir. Anket üsulunda qoyulmuş suallar dövri 



mətbuatda  nəşr  olu-nur,  yaxud  ayrı-ayrı  şəxslərə  göndərilir.  Həmin  suallara  cavab-ların  verilməsi 

könüllülük  prinsipinə  əsaslanır.  Ona  görə  də  an-ketdə  qoyulmuş  sualların  hamısına  cavab  alınmır.  Belə 

müşahi-də üsulu sosial-iqtisadi hadisələr haqda ictimai fikirləri öyrən-mək işində tez-tez istifadə edilir.  

 

 



 

   III.Statistik  müşahidənin  nəzəriyyəsində  mühüm  yer  tutan  müşa-hidənin  proqram-metodoloji 

məsələlərinə  onun  (müşahidənin)  məqsədi  və  vəzifəsi,  müşahidə  obyekti  və  müşahidə  vahidinin 

müəyyənləşdirilməsi,  onun  proqramının  hazırlanması,  növünün  və  aparılma  üsulunun  seçilməsi, 

müşahidənin  vaxtının  və  aparıl-ması  müddətinin  müəyyən  edilməsi,  toplanılmış  statistik  məlu-matın 

dəqiqliyinin yoxlanılmasının təşkili daxildir. 

    Statistika  müşahidəsinin  məqsədi,  ilk  növbədə,  təcrübənin  və  elmin tələbatını,  idarəetmə  orqanlarının 

ehtiyaclarını təmin et-mək vəzifəsini həyata keçirməkdən ibarətdir. Statistik müşahi-dənin vəzifəsi sosial-

iqtisadi hadisələrin inkişaf qanunauyğun-luqlarını aşkar etmək üçun etibarlı məlumat əldə etməkdir. Hər 

bir statistik müşahidənin məqsəd və vəzifəsi aydın və ətraflı mü-əyyən edilməlidir.  

     Müşahidənin  məqsədi  və  vəzifəsi  müəyyən  edildikdən  sonra  onun  obyekti  müəyyənləşdirilməlidir. 

Tədqiq  olunacaq  sosial-iqtisadi  hadisənin  statistika  məcmusu  müşahidə  obyekti  adlanır.  Statistika 

müşahidəsinin obyektini düzgün  müəyyən etməyin  mühüm əhəmiyyəti  vardır. Məsələn, ölkədə  yaşayan 

fiziki şəxs-lərin məcmusu, ayrı-ayrı fəaliyyət sahələrinin müəssisələrində məşğul olan şəxslərin sayı və s.  

     Hər  bir  statistik  müşahidənin  obyekti  ayrı-ayrı  elementlərdən  və  müşahidə  vahidlərindən  ibarətdir. 

Müşahidə obyektinin tər-kib hissəsi olan, qeyda alınacaq əlamətləri özündə əks etdirən, uçota almaq üçün 

əsas  olan  elementlər  müşahidə  vahidi  adlanır.  Müşahidə  vahidini  elmi  əsaslarla  müəyyən  etmək  üçün 

müşahi-də  obyekti  keyfiyyətcə  təhlil  edilməlidir.  Müşahidə  vahidinin  düzgün  müəyyən  edilməsi 

nəticəsində  sosial-iqtisadi  hadisə  haqda  dolğun,  etibarlı  məlumat  əldə  etmək  mümkündür.  Müşa-hidə 

olunacaq obyektdən asılı olaraq ayrı-ayrı təsərrüfat sub-yektləri və s. müşahidə vahidi ola bilər. Müşahidə 

vahidi ilə  he-sabat vahidini ayırmaq lazımdır. Hesabat vahidi o subyektdir ki, ondan müşahidə  vahidləri 

haqqında məlumat daxil olur. 

     Müşahidə  proqramının  hazırlanmasında  qeydə  alınacaq  əla-mətlərin  düzgün  seçilməsinin  mühüm 

əhəmiyyəti  vardır.  Sosial-iqtisadi  hadisələr  haqqında  informasiya  bütün  əlamətlər  əsasın-da  deyil, 

hadisəni  bilavasitə  xarakterizə  edən  mühüm  əla-mətlər  üzrə  toplana  bilər.  Həmin  mühüm  əlamətlər 

əsasında  müşahidə-nin  proqramı  tərtib  edilir.  Müşahidənin  proqramı  qeydə  alınacaq  əlamətlərin,  yəni 

cavab  toplanılacaq  sualların  siyahısından  iba-rətdir.  Beləliklə,  statistika  müşahidəsinin  proqramının 

tərtibində aşağıdakı tələblər nəzərə alınmalıdır: 

 

proqramda öyrənilən sosial-iqtisadi hadisəni xarakterizə edən mühüm əlamətlər, hadisənin əsas 



xüsusiyyəti, tipi ifadə olunmalıdır; 

 



proqramda qoyulmuş suallar dəqiq olmalıdır və düzgün ca-vab almaq üçün asan olmalıdır; 

 



proqramı işləyərkən ancaq sualları tərtib etməklə kifayətlən-mək olmaz, onların ardıcıllığını da təmin 

etmək lazımdır; 

 

proqramda toplanılan məlumatların yoxlanılması və dəqiqli-yini təmin etmək üçün nəzarət xarakterli 



sualların qoyulması məqsədəuyğundur. 

    Statistika formulyarları. Hər bir hesabat vahidindən alınan məlumatın eyni olmasını təmin etmək üçün 

statistik  müşahidə-nin  proqramı  statistika  formulyarları  adlanan  sənəd  şəkilində  tərtib  edilir.  Belə 

formulyarlar informasiyanın işlənməsini təmin etmək üçün mühüm əhəmiyyətə malikdir. Formulyarlarda 

proq-ramın  sualları  və  müşahidənin  nəticəsi  eyni  məzmunda  verilir.  Qeydiyyat  aparılmamış 

(doldurulmamış) formulyarlar sadəcə blank adlanır.  

     Statistika  formulyarlarının  məcburi  elementi  titul  və  ünvan  hissəsidir.  Onların  titul  hissəsində 

müşahidənin  və  onu  aparan  orqanın  adı  və  formulyarın  kim  tərəfindən  və  nə  vaxt  təsdiq  edildiyi 

göstərilir.  Formulyarın  ünvan  hissəsində  soruşulan,  öy-rənilən  müşahidə  vahidinin  va  ya  hesabat 

vahidinin ünvanı qeyd edilir. Formulyarlar  müxtəlif adda ola bilər. Onlardan  istifadəsi ən çox olanlarını 

aşağıdakı kimi sadalamaq mümkündür: hesa-bat,  kartoçka,  siyahıyaalma vərəqi,  sorğu blankı, anket və 

s.  

Formulyarlar  bir-birindən  fərqlənən  iki  sistemə:  fərdi  (kar-toçka)  və  siyahı  sisteminə  ayrılır. 



Formulyarın  fərdi  (kartoçka)  sistemində  hər  bir  kartoçkada  bir  müşahidə  vahidi  və  onun  əla-mətləri 


15 

 

qeydə  alınır,  siyahı  sistemində  bir  siyahıda  (blankda)  bir  neçə  müşahidə  vahidi  haqda  suallara  cavab 



yazılır. Statistika he-sabat formalarının hamısı hər bir müəssisə tərəfindən ayrılıqda doldurulur. Əhalinin 

siyahıya alınmasında ailənin hər bir üzvü bir siyahıyaalma vərəqində qeydə alınır.  

    Statistik  müşahidə  formulyarları  ilə  bərabər  müşahidə  proq-ramında  qoyulmuş  suallara  eyni  cavab 

toplanmasında  təlimatın  hazırlanmasının  da  mühüm  əhəmiyyəti  vardır.  Təlimat  ayrıca  sənəd  (kitabça) 

şəklində  tərtib  edilir.  Onda  müşahidə  proqra-mındakı  hər  bir  sualın  ətraflı  izahı  verilir  və  onlara  necə 

cavab  yazılması  şərh  edilir.  Təlimatda  müşahidənin  obyekti  və  vahidi,  onun  məqsədi  və  vəzifələri, 

müşahidənin  kim  tərəfindən  və  han-sı  müddətdə  aparılması,  formulyarları  doldurmaq  üçün  məluma-tın 

haradan və neçə alınması və s. haqda ğöstəriş verilir. O, for-mulyarlarda qoyulmuş sualların düzgün başa 

düşülməsini təmin etməlidir. 

Statistika  müşahidəsinin  mühüm  təşkilati  məsələləri.  Statis-tika  tədqiqatı  üçün  müşahidənin  təşkilati 

məsələlərinin  əvvəlcə-dən  işlənilib  hazırlanmasının  əhəmiyyəti  böyükdür.  Statistik  müşahidənin  təşkili 

planı  müşahidənin  lazımi  səviyyədə  aparıl-masını  təmin  edən  tədbirlər  sisteminin  həyata  keçirilməsini 

nə-zərdə  tutur.  Planda  müşahidənin  obyekti,  məqsəd  və  vəzifələri,  onu  aparacaq  təşkilatın  adı, 

müşahidənin  aparılması  vaxtı  və  müddəti,  kadrların  seçilməsi  və  öyrədilməsi,  müşahidənin  apa-rılması 

qaydası,  statistik  materialların  təhvil  verilməsi  qaydası,  ilkin  və  son  yekunların  çıxarılması  və  s.  ətraflı 

xarakterizə  olunur.  Statistika  elmi  təcrübəni  ümumiləşdirərək  müşahidənin  bir  sıra  ümumi  prinsiplərini 

işləyib  hazırlamışdır.  Müqayisəli  məlumat  əldə  etmək  üçün  müşahidəni  eyni  vaxtda,  eyni  proq-ram 

əsasında  və  ölkənin  bütün  ərazisini  əhatə  etməklə  aparıl-ması  məqsədəuyğun  hesab  edilir.  Statistik 

müşahidənin aparıl-masında onun yeri və vaxtının müəyyən edilməsinin mühüm əhəmiyyəti vardır.  

     Müşahidənin  yerinin  seçilməsi  əsasən  müşahidənin  məqsə-dindən  asılı  olaraq  həyata  keçirilir.  Əgər 

ölkə üzrə əhalinin tər-kibini öyrənmək üçün məlumat əldə etmək lazımdırsa, o zaman müşahidə ölkənin 

bütün ərazisini əhatə etməli, Bakı və Naxçı-van şəhərlərində istehlak səbətinin dəyəri haqqında məlumat 

toplamaq lazımdırsa, o zaman müşahidə bu iki şəhərin ərazi-sində aparılmalıdır.  

    Öyrənilən  hadisə  haqda  dəqiq  məlumat  əldə  etmək  üçün  mü-şahidənin  böhran  anının  müəyyən 

edilməsinin  də  mühüm  əhə-miyyəti  vardır.  Öyrənilən  məcmunun  hər  bir  vahidinin  əlamət-lərinin  ilin 

müəyyən gününə, saatına qeydə  alınması  böhran  anı  adlanır. Böhran anının  müəyyən edilməsi obyektin 

sayı  haqqın-da  dəqiq  məlumat  əldə  etməyə  imkan  verir.  Müşahidənin  aparıl-masında  onun  müddətinin 

düzgün  müəyyən  edilməsinin  də  mü-hüm  əhəmiyyəti  vardır.  Müşahidənin  müddəti  dedikdə,  muşahi-də 

olunan  faktların  statistika  formulyarlarında  qeydə  alınması,  yəni  kütləvi  məlumatın  toplanılmasının 

aparılması  üçün  lazım  olan  vaxt  başa  düşülür.  Bu  müddət,  bir  qayda  olaraq,  günlə  mü-əyyən  edilir, 

müşahidənin  başlanma  və  qurtarma  tarixi  göstə-rilir.  Müşahidənin  müddəti  işin  həcmindən, 

informasiyanın  top-lanması  ilə  məşğul  olan  işçilərin  sayından  asılı  olaraq  müəyyən  edilir.  Müşahidənin 

müddəti  nə  qədər  qısa  olarsa,  müşahidə  olu-nan  hadisə  haqqında  bir  o  qədər  dəqiq  məlumat  əldə  oluna 

bilər. Əhalinin siyahıyaalınmasında müşahidənin müddəti bir qayda olaraq, 8 gün, əsas vəsaitlərin uçota 

alınması isə 5-6 ay həc-mində müəyyən edilir. 



 Statistika müşahidəsinin xətası.  Statistik  müşahidənin proq-ram-metodoloji  və  təşkilati  məsələlərinin 

düzgün  həyata  keçiril-məsi  nəticəsində  tam,  dolğun  məlumat  əldə  etmək  mümkündür.  Bununla  bərabər 

toplanılan məlumatın dəqiqliyini təmin etmək üçün müşahidə prosesində və sonra bir sıra tədbirlər həyata 

ke-çirmək  lazımdır  (kadrların  düzgün  seçilməsi  və  onların  lazımi  səviyyədə  təlimatlandırılması, 

müşahidənin aparılmasına nəza-rətin gücləndirilməsi, toplanılmış məlumatın dəqiqliyinin yoxla-nılmasını 

və s.). 


    Toplanılan  məlumatın  tam,  dəqiq  olmasını  təmin  etmək  tələb  olunan  şərtlər  sırasına  müşahidənin 

proqramının  düzgün  tərtib  olması,  statistika  formulyarlarında  sualların  düzgün  qoyulması,  təlimatın 

lazımi  səviyyədə  tərtib  olunması,  müşahidə  vaxtının  və  onun  aparılması  müddətinin  düzgün  müəyyən 

edilməsi və s. daxildir. Müşahidə nəticəsində əldə edilmiş statistika məlumatı ilə sosial-iqtisadi hadisənin 

həqiqi  qiyməti  arasında  əmələ  gə-lən  fərq  statistika  müşahidəsinin  xətası  adlanır.  Statistika  müşa-

hidəsinin  xətası,  iki  qrup  xətaya-  qeyd  xətasına  və  reprezentativ  xətaya  ayrılır.  Bu  xətaların  özləri  də 



təsadüfi və  müntəzəm xə-taya  bölünür. Qeyd  xətası toplanılan  məlumatın düzgün  müəy-yən edilməməsi 

və  ya  düzgün  alınmaması  nəticəsində  baş  verir.  Qeyd  xətası  həm  ümumi,  həm  də  qeyri-ümumi 

müşahidələrdə  baş  verə  bilər.  Təsadüfi  qeyd  xətası  müxtəlif  səbəblərdən  qey-diyyatı  aparan  şəxsin 

faktları düzgün dərk etməməsindən, rə-qəmləri düz yazmaması və s. nəticəsində baş verə bilər (məs, si-

yahıyaalma  zamanı  44  yaş  əvəzinə  43  yaş).  Kütləvi  məlumatlar  əsasında  baş  verən  belə  xətalar,  böyuk 

ədədlər  qanununun  prin-siplərinə  uyğun  olaraq  qarşılıqlı  ödənilirlər.  Müntəzəm  qeyd  xətası  göstərilən 




Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə