Microsoft Word distant tehsil-movzu



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə5/48
tarix06.05.2018
ölçüsü1,48 Mb.
#43216
1   2   3   4   5   6   7   8   9   ...   48

 

metinin öyrənilməsində, sosial-iqtisadi hadisələrin quruluşunda, dinamikasında və qarşılıqlı əlaqələrində 



baş verən kəmiyyət qanunauyğunluqlarının tədqiqində mühüm əhəmiyyət kəsb edir.  

 

 



     III. Statistika elminin hərtərəfli öyrənilməsi sosial və iqtisadi həyatda baş verə biləcək dəyişikliklərin 

dərk  edilməsində  xüsusi  rol  oynayır.  Bu  istiqamətdə  zəruri  komponentlərdən  biri  də  onun  vəzifələri  və 

təşkili prinsipləri hesab olunmalıdır. Müasir dövrdə statistikanın xeyli sayda vəzifələri vardır ki, bunlar-

dan əsas olanı- respublikamızdakı sosial-iqtisadi hadisələrin hərtərəfli işıqlandırılmasıdır. Bu hadisələrin 

dərk edilməsində ən qüdrətli vasitə olan statistikanın müasir şəraitdə əhəmiyyəti daha da artmışdır. Belə 

şəraitdə  regional  və  ölkə  səviyyəsində  yeni  göstəricilər  sisteminin  yaradılması  zərurəti  ortaya  çıxdı. 

Bütün  bunlar  beynəlxalq  uçot  və  statistika  təcrübəsində  qəbul  edilmiş,  bazarın  tələblərini  ödəyə  bilən 

Milli Hesablar Sisteminə (MHS) keçidi zərurətə çevirdi.  

    Ölkəmizin  müstəqillik əldə  etməsində  sonra ilk dəfə  1992-ci  il 11 avqust tarixli prezident fərmanı  ilə 

Azərbaycan Respublikasında beynəlxalq təcrübədə qəbul edilmiş uçot və statistika standartları sisteminə 

keçid  haqqında Dövlət Proqramı təsdiq edildi ki,  bu da sonrakı 5  il  ərzində reallaşdı. Proqramın  həyata 

keçirilməsinə  rəhbərlik  Dövlət  Statistika  Komitəsinə  həvalə  edilmişdi.  1994-cü  il  18  fevral  tarixli  Pre-

zident  Fərmanına  uyğun  olaraq  Azərbaycan  Respublikasının  “Statistika  haqqında”  Qanunu  Milli  Məc-

lisdə təsdiq edilmişdir. Dövri olaraq həmin Qanuna dəyişikliklərin aparılması nəzərdə tutulmuş və həyata 

keçirilmişdir.  1998-ci  iI  20  avqust  tarixli  Azərbaycan  Respublikası  Prezidentinin  Fərmanı  ilə  “1998-

2002-ci  illərdə  dövlət  statistika  sistemində  islahatların  aparılmasına  dair"  II  Dövlət  Proqramı  təsdiq 

edilmişdir.  Dövlət  Proqramında  statistikanın  müasir  göstəricilər  sisteminin,  onların  hesablanması  meto-

dologiyasının  bazar  iqtisadiyyatının  tələblərinə  uyğun  olaraq  dəyişdirilməsinın  başa  çatdırılması,  statis-

tika  məlumatlarının obyektivliyinin, operativliyinin və  dolğunluğunun təmin edilməsi  və  yerli  icra haki-

miyyəti  orqanlarının  və  digər  informasiya  istehlakçılarının  ölkənin,  rayonların  (şəhərlərin)  və  təsərrüfat 

subyektlərinin  sosial-iqtisadi  vəziyyəti  haqqında  obyektiv  statistik  informasiyaya  olan  tələbatının  ödə-

nilməsi nəzərdə tutulur. Dövlət Pröqramının statistika müşahidəsi metodlarının təkmilləşdirilməsi bölmə-

sində seçmə  müşahidəsinin yeni növlərinin (çoxfazalı, çoxməqsədli) metodologiyasının işlənib hazırlan-

ması,  müşahidə  məlumatlarının  bütövlükdə ölkəyə şamil edilməsi probleminin  həll edilməsi  nəzərdə tu-

tulmuşdur. 1998-2002-ci illərdə sahələrarası balansların Milli Hesablar Sisteminin sxemi üzrə işlənilmə-

sinə, riyazi statistika metodları və makroiqtisadi göstəricilər sistemi bazasında Azərbaycanın və regionla-

rın sosial-iqtisadi inkişafının kompleks təhlili metodologiyasının təkmilləşdirilməsinə mühüm əhəmiyyət 

ve-rilmisdir.  Dövlət  Proqramında  1993-cil  ilin  MHS-yə  keçidin  1998-2000-ci  illərdə  başa  çatdırılması 

nəzərdə tutulmuş və ye-rinə yetirilmişdir. 

    İkinci  Dövlət  Proqramının  müvəffəqiyyətlə  həyata  keçirilməsi  “2003-2007-ci  illərdə  Azərbaycan 

Respublikasında rəsmi sta-tistikanın təkmilləşdirilməsinə dair” yeni Dovlət Proqramı haqqında 20 fevral 

2003-cü ildə Prezident Fərmanının verilməsinə səbəb oldu. Bölmələrdə milli hesablar və iqtisadi balans-

lar sisteminin, sahələr üzrə makroiqtisadi göstəricilərin və onların hesablanma metodologiyasının təkmil-

ləşdirilməsi,  beynəlxalq  standartlara  uyğun  olaraq  statistika  müşahidələrinin  və  göstəricilərin  metodolo-

giya  və  proqramların  təkmilləşdirilməsini  və  müşahidələrin  aparılması,  beynəlxalq  statistikanın  tələblə-

rinə müvafiq olaraq müəssisələr statistikasına keçidin inkişaf etdirilməsi, iqtisadi statistika təsnifatı siste-

minin  inkişaf  etdirilməsinə  va  beynəlxalq  səviyyədə  qəbul  edilmiş  təsnifatlara  üyğun  milli  təsnifatların 

tətbiqi,  sosial  və  demoqrafiya  statistikasının  təkmilləşdirilməsi  sahəsində  həlli  hayata  keçirilməli  olan 

problemlərin şərhi,  statistika məlumatlarının nəşr edilməsi və yayılması üzrə işlərin təkmilləşdirilməsi və 

məlumatların  qorunmasının  təmin  edilməsi,  dövlət  statistika  sisteminin  informasiya  texnologiyasının, 

texniki və proqram-texnoloji təminatının təkmilləşdirilməsi, statistika fəaliyyətinin qanunvericilik aktları-

nın  inkişaf  etdirilməsi,  DSK-nın  strukturunun  təkmilləşdirilməsi  və  statistika  sisteminin  kadr  potensia-

lının  möhkəmlənməsi,  statistika  sahəsində  beynəlxalq  alaqələri  gücləndirməyi,  DSK-nın  BMT,  Avropa 

Birliyi,  BVF,  Dünya  Bankı  və  s.  beynəlxalq  təşkilatların  statistika  xidmətləri  ilə  geniş  və  hərtərəfli 

əməkdaşlıqdan bəhs olunur. 

    Müasir  dövrdə  informasiyanın  əldə  edilməsi  və  işlənilməsi  sistemi  ciddi  islahata  məruz  qalmaqdadır. 

Hal-hazırda  siyahıyaalmalar,  seçmə  müşahidələr,  monitorinqlər  və  s.  kimi  tədbirləri  həyata  keçirmək 

üçün statistikanın fundamental əsaslarından biri hesab edilən müəssisələr registrinə malik olmadan müm-

kün deyil.  

    Müəssisələr registrinin əsas vəzifəsi - statistik müşahidə obyektlərinin məcmusunun tamlığının və düz-

günlüyünün təmin edilməsidir. Planlı iqtisadiyyat dövründə Azərbaycanda müəssisələr registri olmamış- 



 

dır. Müəssisələr registrinin əsas funksiyaları aşağıdakılardır: 



1.

 

statistik müşahidə vahidlərinin baş məcmusunun formalaşdırılması; 



2.

 

hər bir statistik uçot vahidi haqqında kəmiyyət göstəricilərinin əldə edilməsi; 



3. riyazi statistika metodlarının tətbiqi; 

4. bütün təsərrüfat subyektləri üzrə demoqrafik göstəricilərin formalaşdırılması və s. 

     Azərbaycan  Respublikasında  Uçot  vahidlərinin  Dövlət  Registri  (UVDR)  1995-ci  ildə  DSK-da  yara-

dılmış  və  01.09.09-cu  il  vəziyyətinə  özündə  86117  hüquqi  şəxs  haqqında  məlumatı  əks  etdirir.  Uçot 

vahidlərinin dövlət registrində  bütün vahidlər aşağıdakı  əsas göstəricilərlə  xarakterizə  olunur: 1.eyniləş-

dirmə nömrəsi;  2.vergi ödəyicisinin eyniləşdirmə nömrəsi;  3. vahidin adı; 4.əsas, qeyri-əsas və köməkçi  

fəaliyyətin  kodları;  5.  Iqtisadiyyat  sektorunun  kodu;  6.vahidin  tabeçilik  kodu;  7.vahidin  yerləşdiyi 

ərazinin  kodu;  8.vahidin  mülkiyyət  formasının  kodu;  9.  vahidin  təşkilati-hüquqi  formasının  kodu; 

10.vahidin  maliyyələşmə  forması;  11.ünvan  göstəriciləri;  12.  rəhbərin  adı,  soyadı;  13.vahidin  iqtisadi 

fəallığının  vəziyyəti;  14.dövlət  qeydiyyatı  haqqında  məlumatlar;  15.vahidin  yaranma  tarixi:  16.işçilərin 

sayı və digər iqtisadi göstəricilər.  

    Müəssisələr  registri  təsnifatlar  sistemi  üzərində  qurulur.  Statistikada  təsnifat  –  hadisə  və  obyektlərin 

oxşar  və  fərqli  cəhətləri  əsasında  onların  müəyyən  qruplara,  siniflərə  və  növlərə  sistemli  şəkildə  bölüş-

dürülməsi  nəzərdə  tutulur. Onun vəzifəsi öyrənilən  hadisələr  məcmusunun  bəzi  meyarlar əsasında  həm-

cins qrup və siniflərə parçalamaq və bununla da informasiyanın kodlaşdırılması və nizama salınması im-

kanını  təmin  etməkdən  ibarətdir.  Bu  istiqamətdə olan  mühüm  vəzifələrdən  biri  –  daim  fəaliyyətdə olan 

monitorinqlərin aparılmasıdır. Bunun mahiyyəti ondan ibarətdir ki, hər hansı obyektin vəziyyəti üzərində 

xüsusi təşkil edilmiş  müntəzəm  müşahidə  aparılır. Ümumilikdə  isə  statistikanın əsas vəzifə-lərinə  daxil-

dir: 



 



cəmiyyətdə  baş  verən  ciddi  iqtisadi  və  sosial  proseslərin  dəyişilməsini  elmi  əsaslandırılmış  göstə-

ricilər əsasında hərtərəfli tədqiq etmək;  

 

sosial-iqtisadi hadisələrin inkişaf meylinin ümumiləşdirilməsi və proqnozlaşdırılması; 



 

müxtəlif səviyyələrdə idarəetmə orqanlarını elmi əsaslandırılmış informasiya ilə təmin etmək; 



 

istehsalın iqtisadi səmərəlliyini təmin edən ehtiyatları aşkar etmək;  



 

müxtəlif istehsal fəaliyyəti sahələri arasında nisbəti müəyyənləşdirmək;  



 

istehsal sahələrinin quruluşunu və quruluşda baş vermiş dəyişiklikləri öyrənmək; 



 

ölkənin iqtisadi və mədəni həyatını əhatə edən statistika məcmuələrinin nəşrini genişləndirmək və s. 



    Bazar iqtisadiyyatının  inkişaf tələblərinə  uyğun olaraq statis-tika  materiallarının komputerləşdirilməsi 

çox mühüm bir vəzifə kimi qarşıya qoyulmuşdur. Statistik məlumatların toplanılması, işlənilməsi və ötü-

rülməsi  vasitələrinin  və  metodlarının  inkişaf etdirilməsində  yeni  informasiya-kommunikasiya texnologi-

yalarının tətbiqinə böyük ehtiyac vardır. Bu məqsədlə statistik hesabatların və informasiyanın maksimum 

avtomatlaşdırılmış  işlənilməsi təmin edilməlidir. Müasir şəraitdə hesabatların əhəmiyyətli dərəcədə ixti-

sar  edilməsi,  ümumi  müşahidədən  qeyri-ümumi  statistik  müşahidələrə  -  birdəfəlik,  seçmə  və  monoqra-

fiya tədqiqatlarına keçilməsi təmin edilməlidir.  

    BMT-nin baş orqanında iki böyük statistika orqanı fəaliyyət göstərir: İqtisadi və Sosial Şuranın tərki-

bində Statistika komissiyası və Katibliyin tərkibində Statistika Bürosu. Hazırda beynəlxalq statistika təş-

kilatları 2 qrupa bölünür: a) statistik metodologiya və müşahidə proqramlarını işləyənlər; b) statistik mə-

lumatları toplayanlar, işləyənlər və nəşr edənlər. 

Birinciyə Beynəlxalq Statistika Institutu və BMT-nin Statistika komissiyası, ikinciyə  isə BMT Katib-

liyinin Statistika Bürosu və BMT-nin icraedici və ixtisaslaşdırılmış orqanlarının statistika xidmətləri aid-

dir.  Statistika  komissiyasının  tövsiyələri  milli  statistika  xidmətləri  üçün  məcburi  sayılmasa  da  BMT-yə 

göndərilən statistik məlumatlar beynəlxalq standartlara uyğun hazırlanmalıdır.  

1992-ci ildə keçmiş SSRİ məkanında MDB Statistika Komitəsi yaradılmışdır. O, birliyin üzvləri olan 

dövlətlərin statistika xidmətlərinin fəaliyyətini əlaqələndirmək üçün bir sıra vəzifələr həyata keçirir, keçid 

dövrünə  xas  olan  müxtəlif  problemlərə  dair  vahid  statistika  metodologiyasını,  metodik  materialları  və 

tövsiyyələri  işləyib  hazırlayır. O, üzv ölkələrdə  iqtisadi  islahatlar prosesinin, özəlləşdirmə  və  bazar  mü-

nasibətlərinin  formalaşması prosesinin statistik tədqiqini aparir, əhali siyahıyaalınmasını,  xalq təsərrüfa-

tında  baş verən prosesləri izləyərək MDB-nin İcraiyyə Komitəsini statistik məlumatlarla təmin edir. Onu 

da  qeyd  etmək  lazımdır  ki,  beynəlxalq  arenada  statistikanın  təşkilinin  2  forması:  mərkəzləşdirilmiş  və 

qeyri-mərkəzləşdirilmiş forma tətbiq edilir.        

 



Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə