Microsoft Word distant tehsil-movzu



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə9/48
tarix06.05.2018
ölçüsü1,48 Mb.
#43216
1   ...   5   6   7   8   9   10   11   12   ...   48

16 

 

göstəricilərin əsasən yuvarlaqlaşdırılması nəti-cəsində baş verir. Belə xəta qəsdən edilən xəta da adlanır. 



Qəs-dən edilən qeyd xətası, qeydiyyat aparan şəxslərin düşüncəli olaraq təhrif edilmiş məlumat vermələri 

nəticəsində  baş  verir  (məsələn,  şəxsin  yaşı  62  olduğu  halda  onun  55  yaşlılar  qrupuna  daxil  edilməsi). 

Qəsdən  edilən  qeyd  xətası  statistika  müşahidə-sinin  bütün  növlərində  baş  verə  bilər.  Ona  görə  də 

statistika  or-qanları  aparılan  müşahidələrə  nəzarətin  lazımi  sə-viyyədə  olmasına  nail  olmalıdırlar. 

Reprezentativ  xəta  ancaq  qeyri-ümu-mi  müşahidələrdə  baş  verir.  Tədqiq  olunan  statistik  məcmunun 

bütun  vahidlərinin  müşahidə  əsasında  əhatə  olunmaması  nəticə-sində  reprezentativ  xəta  baş  verə  bilər. 

Statistik müşahidə başa çatdıqdan sonra toplanılmış məlumata nəzarət həyata keçirmək məqsədilə ətraflı 

yoxlanılmalıdır.  Bu  zaman  müşahidə  vahidinin  tam  əhatə  olunması,  statistika  formulyarlarının  və  s. 

müşahidə  sənədlərinin  ilk  növbədə  həm  məntiqi,  həm  də  hesablama  yolu  ilə  düzgün  doldurulması 

yoxlanılmalıdır. 

     Məntiqi yoxlamada statistik məlumatlar müşahidənin proqra-mındakı qarşılıqlı əlaqədə olan sualların 

cavabı ilə müqayisə edilməklə uyğunsuzluqlar aşkar edilə bilər. Hesablama yolu ilə toplanmış məlumata 

nəzarət  yekun  məlumatlarının  yoxlanılma-sı  əsasında  həyata  keçirilir.  Məntiqi  nəzarət  məlumatın 

düzgün-lüyünə  ancaq  şübhə  yaratdığı  halda,  hesablama  nəzarəti  xətanın  (səhvin)  mövcudluğunu 

müəyyən  etməyə  imkan  verir.  Statistik  müşahidənin  materialları  o  vaxt  qəbul  edilmiş  hesab  oluna  bilər 

ki,  məlumatların  düzgünlüyü  həm  məntiqi,  həm  də  hesablama  yolu  ilə  nəzarətdən  keçmiş  və  düzəliş 

verilmiş  olsun.  Toplanıl-mış  məlumatın  yoxlanılması  və  qəbul  edilməsilə  statistik  tədqi-qatın  ilkin 

mərhələsi başa çatmış olur. 



 

     IV.Qeyd  edildiyi  kimi,  qeyri-ümumi  müşahidənin  ən  geniş  ya-yılmış  növü  seçmə  müşahidədir. 

Məcmu vahidlərinin bir hissə-sinin elmi prinsiplər əsasında seçilib öyrənilməsindən alınmış nəticə bütün 

məcmuya  aid  edilərsə,  belə  müşahidəyə  seçmə  müşahidə  deyilir.  Əgər  məcmu  vahidlərinin  bir  hissəsi 

seçilib  öyrənildikdən  sonra  nəticəsi  məcmuya  aid  edilməzsə,  belə  mü-şahidəni  seçmə  müşahidə 

adlandırmaq  olmaz.  Seçmə  müşahidə-nin  əsas  prinsiplərindən  biri  qərəzsiz  seçmə  prinsipidir.  Ümumi 

müşahidədə olduğu kimi, seçmə müşahidəni aparmaq üçün, ilk öncə onun məqsədini müəyyənləşdirmək, 

müşahidənin  və  məlu-matın  işlənilməsi  proqramını  tərtib  etmək,  müşahidənin  təşkili  məsələlərini  həll 

etmək  və  seçilmiş  vahidlərin  müvafiq  əlamət-lərini  (proqramda  qoyulmuş  suallara  uyğun  olaraq)  qeydə 

almaq  lazımdır.     

     Mühüm  məsələlərdən  biri  məcmudan  seçiləcək  hissənin  faizinin  müəyyən  edilməsidir.  Seçilənlərin 

faizi  seçmə  müşahidənin  məqsəd  və  vəzifələrinə  uyğun  olaraq  müəyyən  edilir.  Bundan  sonra  seçmənin 

üsulu  müəyyənləşdirilir  və  onun  əsasında  seçmə  aparılır.  Seçmə  müşahidə  nəticəsində  toplanmış  məlu-

mat ümumiləşdirilir, seçmə xarakteristikası və seçmə  xətası hesablanır. Seçmənin nəticəsi baş məcmuya 

aid  edilir.  Statistika  məcmusunun  bütün  vahidlərinin  seçmə  məcmusuna  eyni  ehtimalla  düşə  bilməsi 

təmin  edilməlidir.  Statistika  elminin  inkişaf  tarixi  sübut  etmişdir  ki,  seçmə  mü-şahidəni  elmi  prinsiplər 

əsasında  təşkil  etdikdə  etibarlı  statisti-ka  məlumatı  əldə  etmək  mümkündür,  yəni  seçmə  müşahidə  nə-

ticəsində  alınmış  orta  və  nisbi  göstəricilər  bütövlükdə  statistik  məcmunun  orta  və  nisbi  göstəricilərini 

düzgün xarakterizə edə bilər. 

     Müasir  şəraitdə  seçmə  müşahidənin  tətbiqinə  ehtiyac  yük-səlməkdədir.  Beləki,  hal-hazırda  ayrı-ayrı 

fəaliyyət  sahələrində  çoxlu  miqdarda  müşahidə  vahidləri  əmələ  gəlmişdir.  Müasir  şəraitdə  xeyli  sayda 

kiçik, orta və iri müəssisələr, kəndli (fer-mer) təsərrüfatları, ticarət şəbəkələri, səhmdar cəmiyyətlər və s. 

fəaliyyət  göstərməkdədir.  Həmin  statistik  məcmularda  ümumi  müşahidəni  aparmaq  çoxlu  miqdarda 

material, əmək, maliyyə və digər xərclərin sərf olunmasını tələb edərdi. Ona görə də ba-zar münasibətləri 

şəraitində ümumi müşahidə əvəzinə seçmə müşahidəni aparmaq daha faydalıdır. 

    Seçmə müşahidənin tətbiqinin xeyli sayda səbəbləri vardır ki, bunlardan da əsasları aşağıdakılardır: 

 



seçmə  müşahidənin  tətbiqi  nəticəsində  məlumatın  həm  top-lanması,  həm  də  işlənməsi  prosesində 

vaxta və vəsaitə  xeyli qənaət edilir. Deməli, ümumi müşahidəyə  nisbətən seçmə  müşahidənin tətbiqi 

iqtisadi cəhətdən faydalıdır; 

 



seçmə  müşahidədə  məcmu  vahidlərinin az bir hissəsi tədqiq olunduğuna görə, onu daha geniş proq-

ram  əsasında  öyrən-mək  mümkündür.  Deməli,  hadisəni  daha  ətraflı  öyrənmək  üçün  seçmə  müşahi-

dədən istifadə edilir; 

 



ümumi  müşahidənin  aparılması  mümkün  olmadıqda,  bəzən  isə  ümumi  müşahidənin  nəticəsini 

dəqiqləşdirmək üçün seçmə müşahidə aparılır. 




17 

 

     Bütün bunlar statistik  məlumatın toplanmasında seçmə  müşahidənin  mühüm əhəmiyyətə  malik oldu-



ğunu göstərir. Statistikada seçmə müşahidənin tətbiqi təcrübənin ehtiyacından irəli gəlmişdir. Hələ XVIII 

əsrdə torpağın şumlanmasının və ot biçiminin keyfiyyətini müəyyənləşdirmək üçün seçmə müşahidə tət-

biq edilmişdir. Həmin əsrin axırlarında dünya bazarında mal satan rus tacirləri ixrac edilən malların key-

fiyyətini müəyən et-mək üçün seçmə müşahidəsindən istifadə etmişlər.  

     XIX əsrin sonu - XX əsrin əvvəllərində seçmə müşahidə zemstvo statistiklərinin işlərində geniş tətbiq 

olunmağa başlamışdır. 

    Seçmə müşahidədən istifadə edərkən rus statistiki Çuprov 1910-cu ildə Moskva quberniyasında savad-

sızlığın  faizini  müəyyənləşdirmişdir.  A.Çuprov  seçmə  müşahidəsinin  nəticəsinin  ümumi  müşahidənin 

nəticəsinə yaxın olduğunu sübut edə bilmişdir.  

 Baş  və  seçmə  məcmunun  ümumi  xarakteristikası.  Öyrənilən  hadisənin  bütün  məcmu  vahidlərinin 

cəminə  baş  məcmu  deyilir.  Baş  məcmuda  əlamətin  ümumiləşdirici  göstəri-cisi  olan  orta  kəmiyyət  baş 

orta  kəmiyyət  adlanır  və  özü  də  “x”-lə  işarə  olunur.  Baş  məcmuda  əlamətin  dispersiyası  “σ

2

”-la  işarə 



olunur. Baş məcmuda müəyyən əlamətə malik olan vahid-lərin hissəsi baş hissə adlanır və "phərfı ilə, 

əlamətə malik ol-mayan vahidlərin hissəsi isə “q” hərfi ilə işarə olunur. Əgər baş məcmuda əlamətə malik 

olan  vahidlərin  sayını  “M”-lə,  baş  məcmudakı  bütün  vahidlərin  sayını  “N”-lə  işarə  etsək, onda  əlamətə 

malik olanların hissəsini  

 

                                                                M           

                                                     P ═  ──── ; 

                                                                N

  

 

 

əlamətə malik olmayanların hissəsini isə  

 

                                                           N  - M  

                                                P ═ ─────── ;           

                                                              N

                    

 

 



düsturu ilə  hesablamaq olar. Buradan aydındır ki,  p+q  həmişə  vahidə  bərabər olur. Tədqiq etmək  üçün 

baş  məcmudan  seçil-miş  vahidlərin  məcmusu  seçmə  məcmu  adlanır.  Seçmə  məcmu-da  əlamətin  orta 

kəmiyyəti  seçmə  orta kəmiyyət adlanır və  x-lə, dispersiyası  isə  seçmə  dispersiya adlanır və  σ

o

2

-la  işarə 



edi-lir.  Seçmə  məcmuda  əlamətə  malik  olan  vahidlərin  sayı  m-lə,  əlamatə  malik  olan  vahidlərin  seçmə 

məcmuya olan nisbəti nis-bi tezlik adlanır və W- işarə edilir. Əgər seçmə məcmudakı vahidlərin sayını 



n hərfı ilə işarə etsək, o zaman əlamətə malik olan vahidlərin nisbi tezliyi aşağıdakı düsturla hesablanar:  

 

 

                                                                m          

                                                   W ═  ──── ; 

                                                                n 

     Qeyd etmək lazımdır ki, seçmə məcmunun göstəriciləri (seç-mə orta kəmiyyət və nisbi tezlik) dəyişən 

kəmiyyətdir, yəni se-çilənlərin tərkibindən asılı olaraq həmin göstəricilər dəyişə bi-lər.     



      Reprezentativ  xəta.  Seçmə  müşahidə  elmi  əsasda  təşkil  edil-dikdə  onun  ümumiləşdirici  göstəriciləri 

baş  məcmunun  ümumi-ləşdirici  göstəricilərinə  çox  yaxın  ola  bilər,  yəni  seçmə  məc-munun  göstəriciləri 

baş məcmunun göstəricilərini düzgün təmsil edə bilər. Buna seçmə müşahidənin reprezentativliyi deyilir 

(“Reprezentativ”-  fransız  sözü,  “təmsil  etmək”).  Seçmə  məcmu  göstəricilərinin  baş  məcmu 

göstəricilərinə  yaxınlıq  dərəcəsini  öyrənmək  üçün,  seçmə  müşahidəsi  nəticəsində  alınmış  statistika 

materiallarının dəqiqliyini müəyyən etmək üçün baş məcmu ilə seçmə məcmunun göstəriciləri arasındakı 

fərqi müəyyənləşdir-mək lazımdır. 

     Seçmə  müşahidəsində  də  qeyd  xətası baş verə  bilər. Lakin sübüt olunmuşdur ki, ümumi  müşahidəyə 

nisbətən seçmə müşa-hidəsində qeyd xətası xeyli az olur. Bu, ilk növbədə, onunla əla-qədardır ki, ümumi 

müşahidəyə  nisbətən  seçmə  müşahidəsində  uçota  alınan  vahidlərin  sayı  əhəmiyyətli  dərəcədə  azalır, 

ikinci  tərəfdən  isə,  seçmə  müşahidə  yüksək  səviyyədə  təlimatlandırıl-mış  mütəxəssislər  tərəfindən 

aparılır.  Bununla  barabər,  ümumi  müşahidədə  baş  verməyən,  lakin  seçmə  müşahidəyə  xas  olan 

reprezentativ xəta da mövcuddur. 

      Seçmə məcmu göstəriciləri ilə baş məcmunun göstəriciləri arasındakı fərqə reprezentativ xəta deyilir. 

Bu  xəta  da  müntə-zəm  və  təsadüfı  xətaya  ayrılır.  Seçmə  müşahidənin  aparılması  prinsipi  pozulduqda 

əmələ  gələn  xəta  müntəzəm  reprezentativ  xəta  adlanır.  Seçmə  məcmuya  qəsdən  ən  yaxşı,  yaxud  ən  piş 

vahidlər  ayrılarsa,  bu  müntəzəm  xətanın  baş  verməsinə  səbəb  olacaqdır.  Seçmə  müşahidə  -  obyektiv, 

qərəzsiz  aparılıb,  bütün  vahidlərin  elmi  qaydada  seçilməsi  təmin  edilərsə,  müntəzəm  reprezentativ  xəta 




Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə