Microsoft Word distant tehsil-movzu



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə15/48
tarix06.05.2018
ölçüsü1,48 Mb.
#43216
1   ...   11   12   13   14   15   16   17   18   ...   48

28 

 

quruluşunu,  məhsuldar  qüvvələrin  və  əmək  bölgüsünün  inkişaf  səviyyəsini,  ictimai  istehsalın 



səmərəliyini, xalq təsərrüfatının kompleks  inkişafı  məsələlərini öyrənməyə  imkan  verir. Ölkəmizin  xalq 

təsərrüfatının  təsnifatında  bütün  təsərrüfat  sahələri  istehsal  və  qeyri-istehsal  sferasına  bölünmüş-dür. 

İstehsal sferasına bilavasitə ÜDM istehsalı ilə məşğul olan sahələr- sənaye, kənd təsərrüfatı, tikinti, meşə 

təsərrüfatı,  bu  məhsulun  dövriyyəsi  ilə  məşğul  olan  sahələr-  yük  nəqliyyatı,  is-tehsal  sferasına  xidmət 

edən rabitə, ticarət və iaşə, maddi-tex-niki təchizat, tədarük və s. istehsal sahələri- su təsərrüfatı, geo-logi-

kəşfiyyat  və  məişət  xidməti  aid  edilmişdir.  Təsnifatda  bu  sahələrin  hər  biri  öz  tərkib  hissələrinə 

bölünmüşdür. 

    Qeyri-istehsal  sahələrinə  mənzil-kommunal  təsərrüfatı  və  əhaliyə  məişət  xidməti,  sərnişin  nəqliyyatı, 

səhiyyə,  bədən  tər-biyyəsi  və  sosial  təminat,  maarif,  mədəniyyət  və  incəsənət,  elm  və  elmi  xidmət, 

kreditləşdirməvə  dövlət sığortası,  idarə  orqan-ları  və  digər  içtimai təşkilatlar aid edilmişdir. Statistikada 

bun-dan  başqa  əsas  fondların,  təbii  ehtiyatların,  əmək  ödənişlərinin,  istehsal  xərclərinin  və  s. 

təsnifatlardan geniş istifadə edilir. 



Çoxölçülü qruplaşdırma və bölgü sıraları.

 

Qruplaşdırma me-todu öyrənilən sosial-iqtisadi hadisələrin 

müxtəlif  tərəfləri  haq-da  ümumi  təsəvvür  almağa,  əsas  göstəricilərin  dəyişilməsi  qanu-nauyğunluğunu 

aşkar etməyə, hadisələrin əlaqə  və asılılıqlarını  müəyyənləşdirməyə, nəticə əlamətinə ayrı-ayrı  amillərin 

təsirini  və  s.  müəyyən  etməyə  imkan  verir.  Sosial-iqtisadi  hadisələri  hərtərəfli  təhlil  etmək  üçün 

birəlamətli  qruplaşdırmalar  kifayət  etmir.  Belə  ki,  çox  vaxt  nəticə  əlamətinin  dəyişilməsinə  çoxlu 

miqdarda amil əlamətləri təsir göstərir.       

    İqtisadiyyatımızın  dinamik  inkişafını  təmin  etmək  üçün  ona  təsir  edən  amillərin  hərtərəfli  təhlilini 

aparmaq  məqsədilə  çox-ölçülü  qruplaşdırmadan  istifadə  etmək  lazımdır.  Çoxölçülü  qruplaşdırma 

əsasında  istifadə  edilməmiş  ehtiyatları  aşkar  et-mək  və  onları  istehsalın  dinamik  inkişafına  yönəltmək 

ölkə qar-şısında duran birinci dərəcəli vəzifələrdəndir. Çoxölçülü qrup-laşdırma metodu müxtəlif amilləri 

vahid şəkildə ifadə etməyə imkan verir. Bu metodun mahiyyəti ondan ibarətdir ki, nəticə əlamətinə təsir 

edən  müxtəlif  amil  əlamətlərinin  natura  ifadəsin-də  olan  qiymətlərinin  orta  kəmiyyət  nis-bətlərinin 

hesablanması  nəticəsində  həmin  amillərin  göstəriciləri  bircinsli  şəkilə  salinir.  Nəticə  əlamətinin  mütləq 

qiyməti aşağıdakı nisbətlə əvəz edilir: 

                                                                       Q

1

 ═

 



 y

: y  

 

       isə aşağıdakı kimi müəyyən edilir :            



          

                                                        



 ═ ∑ : n 

 

   Amil  əlamətlərinin  mütləq  qiymətlərinin  nisbi  kəmiyyətlərlə  əvəz  edilməsi  aşğıdakı  düsturlarla  baş 



verir:  

 

                                  x



ij

                                        ∑ x

ij 

                       P

ij

 ═

  



───          

           

x

j

  ═ ─── ; 

                                  x

j

                                         n 

 

    Nəticə  əlaməti  ilə  amil  əlaməti  arasında  tərs  əlaqə  olduqda,  tədqiqat  obyektinin  hər  vahidi  üçün 

kəmiyyəti  müəyyən  edilir.  Bu  göstərici  çoxolçülü  qruplaşdırma  üçün  əsas  götürülür.  Belə  qruplaşdırma 

öyrənilən  çoxlu  amil  əlamətlərilə  nəticə  əlaməti  arasındakı  qarşılıqlı  əlaqələri  müəyyən  etməyə  imkan 

verir.     

 

    Bölgü sıraları. Sosial-iqtisadi hadisələr haqqında kütləvi statistika müşahidəsi əsasında toplanmış mə-

lumatların  yekunlaşdırılması  və  sistemləşdirilməsi  nəticəsində  onların  həcminin  dinamikada  dəyişilmə-

sini, yaxud bu və ya digər dəyişən əlamət üzrə statistika məcmu vahidlərinin bölgüsünü xarakterizə edən 

sıra statistika sırası adlanır. Statistika sırası dinamika və bölgü sıralarına ayrılır. Sosial-iqtisadi hadisələ-

rin zaman etibarı ilə dəyişilməsini xarakterizə edən ədədlər sırasına dinamika sırası deyilir. Statistik məc-

mu  vahidlərinin  hər  hansı  dəyişən  əlamət  üzrə  qruplara  ayrılmasına  bölgü  sırası  deyilir.  Bölgü  sıraları 

bölgünün xarakteri və qanunauyğunluğu haqda aydın fikir söyləməyə imkan verir. Bölgü sıraları atributiv 

əlamətlər və kəmiyyət əlamətləri üzrə qurula bilər. Buna uyğun olaraq keyfiyyət əlamətləri üzrə qurulan 

sıralar atri-butiv bölgü sıraları, kəmiyyət əlamətləri üzrə qurulan sıralar isə variasiya bölgu sırası adlanır.  

    Bölgü sıraları bir qayda olaraq cədvəl formasında verilir. Bu sıralarda variant və tezlik olur. Bölgü sı-

rasında dəyişən əlamət variant adlanır. Variantın neçə dəfə təkrar olunduğunu göstərən kəmiyyətə tezlik 

deyilir. Tezliklərin cəmi bölgü sırasının həcmi, ayrı-ayrı qruplardakı tezliklərin bütün tezliklərin cəminə 



29 

 

olan  nisbəti  isə  nisbi  tezlik  adlanır.  Atributiv  əlamət  üzrə  bölgü  sırasına  misal  kimi  ali  məktəblərdə 



işləyən işçilərin elmi dərəcələrinə görə bölgüsünü göstərmək olar.  

    Statistika məlumatları kəmiyyət əlamətləri üzrə qruplaşdırıldıqda variasiya bölgü sırası alınır. Variasi-

ya bölgü sıraları fasiləli (diskret) və fasiləsiz bölgü sıralarına ayrılır. Fasiləli  bölgü sıralarında əlamətin 

qiyməti tam rəqəmlərlə  ifadə  olunur və  fasilə  ilə  dəyişir. Belə  əlamətlər üzrə tərtib edilən bölgü sıraları 

fasiləli bölgü sıraları adlanır. Qruplaşdırma əlaməti müəyyən fasilədə istənilən qiymətə malik olarsa, belə 

sıraya  fasiləsiz  variasiya  sırası  deyilir.  Əldə  olunan  məlumatı  histoqram  qrafikində  təsvir  etmək  üçün 

absis  oxunda  hasilat  normasının  yerinə  yetirilmə  faizini,  ordinat oxunda  isə  fəhlələrin  sayını  göstərmək 

lazımdır. Fasiləsiz bölgü sıraları sütunvari diaqramlar vasitəsi ilə təsvir olunmalıdır. Bərabər fasiləli böl-

gü sıralarında sütunların eni bərabər, sütunların hündürlüyü isə variantların tezliklərinə tənasüb olmalıdır. 

Düzbucaqlı sütunlar ortalarını düz xətlərlə birləşdirdikdə, poliqon bölgü qrafiki alınır.  



         

 Mövzu 4. Statistika cədvəlləri və qrafiklər 

Plan:  


   

1.Statistika cədvəlinin mahiyyəti və elementləri

 

   2.Statistik məlumatların qrafik təsviri və onun əsas növləri. 



    

3.Kartoqramlar və kartodiaqramlar

 

 

   I.Statistik məlumatlar izahlı mətn, cədvəl və qrafıklər şəklində verilə bilər. Statistika müşahidəsi mate-

riallarının yekunlaşdırılması və qruplaşdırılmasının nəticələri, adətən, cədvəl formasında izah olunur. On-

lar tədqiqat üçün toplanmış  statistika  materiallarının təsvir və  təhlilinin ən səmərəli  formasıdır. Bu cəd-

vəllərdə məlumatlar daha yığcam, aydın, ifadəli və əyani şakildə görünür. Statistika cədvəlləri sətir və sü-

tunlardan ibarət olub, sosial-iqtisadi hadisələr haqqında statistik məlumatları müəyyən ardıcıllıq və əlaqə-

də təsvir edir. Bu cədvəllər empirik məlumatların hesablanmış nəticələrinin məcmusunu əks etdirir və o 

ilkin informasiyanın yekunlaşdırılmasının nəticəsidir. Statistik cədvəllər bir və ya bir neçə mühüm əlamət 

üzrə  öyrənilən statistika  məcmusunun  yekun rəqəmlərlə  iqtisadi təhlilinin  məntiqi qarşılıqlı əlaqələrinin 

xarakterizəsindən ibarətdir. 

    Bu  cədvəllərin,  cümlədə  olduğu  kimi,  mübtəda  və  xəbəri  vardır.  Cədvəlin  mübtədasında  xarakterizə 

olunan obyekt, məcmu vahidi, qruplar vahidi, yaxud da məcmu bütövlükdə göstərilir. Öyrənilən cədvəlin 

mübtədasını xarakterizə edən kəmiyyət formasında göstəricilər cədvəlin xəbəri adlanır. Statistika cədvəl-

ləri üfüqi, şaquli sətirlərdən və şaquli sütunlardan ibarət olur. Sətirlər və sütunlar bir-birini kəsən düz xət-

lərlə ayrılır. Onların kəsişən yerlərində (xanalarda) mübtədaları xarakterizə edən rəqəmlər yazılır.    

    Mübtədanı  xarakterizə  edən  sətirlərin  yekun  məlumatı  cədvəlin  sağ  tərəfində,  xəbəri  göstərən  sütun-

ların  yekun  məlumatı  isə cədvəlin aşağı  hissəsində verilir. Statistika cədvəlinin  maketini aşağıdakı  kimi 

göstərmək olar. 



Cədvəl 1. Statistika cədvəlinin maketi 

 

2012-ci ilin iyul ayı üçün müəssisə işçilərinin dərəcələr üzrə orta  əmək haqqı. 

Tarif cədvəlinin dərəcələri 

Fəhlələ-rin 

sayı 

2009-cu ilin iyul ayında əmək haqqı 



məbləği (man.) 

1fəhlənin orta əmək haqqı (sətr 2 / 

sətr1). 

А 



II 



III 

IV 


VI 


 

 

 



Yekun 

.... 


...... 

...... 


    

 

    Cədvəlin  elementlərinin  düzgün  yerləşdirilməsi  onun  əyanilik  xüsusiyyətini  əhəmiyyətli  dərəcədə 



artırır. Mübtədanın xarakterinə görə cədvəlləri aşağıdakı növlərə ayırmaq olar: 1)sadə; 2)qrup;  3)quraşıq 

cədvəllər. 

    Sadə cədvəllərin mübtədasında öyrənilən obyekt qruplara ayrılmır. Belə cədvəllərdə məcmunun bütün 

vahidlərinin siyahısı,  yaxud bütövlükdə  məcmu göstərilir. Sadə  cədvəlin  mübtədasında  müşahidə  vahid-

lərinin,  xronoloji  tarixlərin,  yaxud  ərazi  bölgələrinin  siyahısı  verilir.  Sadə  cədvəllər  öyrənilən  hadisənin 

sosial-iqtisadi tipini, onların quruluşunu, həmçinin onların əlamətləri arasındakı əlaqə və asılılıqları aşkar 

etməyə imkan verir. Sadə cədvələ misal olaraq ölkəmizdə əhalinin sayının dinamikasını göstərmək olar:      

    


Cədvəl 2. Azərbaycan Respublikasında əhalinin sayının dinamikası.  

İllə



Əhalinin sayı (ilin ə

vvəlinə, min nəfər) 


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə