Microsoft Word distant tehsil-movzu



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə3/48
tarix06.05.2018
ölçüsü1,48 Mb.
#43216
1   2   3   4   5   6   7   8   9   ...   48

 

Operativ  və  mühasibat  uçotu  məlumatı  istehsal  prosesinə  rəhbərliyi  asanlaşdırır,  bu  prosesin 



proqnozlara  müvafiq  nizam-landırılmasına  və  istiqamətləndirilməsinə  kömək  edir,  habelə  is-tehsal 

proqramının yerinə yetirilməsini təmin edən növbəti təd-birlər hazırlamaq üçün baza materialı olur. 

Statistika  uçot  sistemində  son  mərhələdir.  O,  mühasibat  və  operativ  uçot  məlumatlarından  istifadə 

edir. Bu məlumat ye-kunlaşdırılır, işlənir və nəticədə bütün xalq təsərrüfatının, onun ayrı-ayrı sahələrinin 

artım və inkişafını xarakterizə edən kəmiy-yət göstəriciləri əldə edilir. 

     Uçot  mürəkkəb  məsələləri  ona  görə  həll  edə  bilir  ki,  onun  növlərinin  üçü  də  bir-biri  ilə  sıx  əlaqədə 

olur, biri-birini ta-mamlayır və uçot məlumatlarından qarşılıqlı istifadə edir. Mü-hasibat və operativ uçot 

məlumatlarından  statistikada  istifadə  et-mək  üçün  bütün  uçot  statistika  qaydasında  təşkil  olunmalıdır. 

Uçotun statistika qaydasında təşkil olunmasının I şərti- onun xalq təsərrüfatının bütün sahələrində vahid 

şəkildə  aparılmasından  ibarətdir.  Bu,  uçot  məlumatlarını  sənaye,  kənd  təsərrüfatı  sahələri  və  inşaatın 

müxtəlif növləri üzrə statistika qaydasında yekunlaşdırmağa imkan verir. II və əhəmiyyətli şərt vahid ilk 

sənədlərin  tətbiqindən  ibarətdir.  Bütün  uçot  növlərinin  obyekti  (xüsusilə  də  maddi  istehsal  sahələrində) 

əsas etbarı ilə eyni faktlardan, hadisələrdən yaxud proseslərdən ibarət olduğu üçün onların əsasını vahid 

ilk  sənədlər  təşkil  edir.  İstehsal  yaxud  təsərrüfat  əməliyyatları  əks  etdirilən  bu  sənədlərdə  operativ  və 

mühasibat uçotuna lazım gələn məlumat mövcud olur ki, bu məlumatlardan da statistikada istifadə etmək 

mümkündür. 

    Vahid ilk sənədlər işə çıxma tabellərindən, mədaxil və məxaric orderlərindən, qaimələrdən, iş tapşırıq-

larından, işsiz dayanma və əlavə ödəniş vərəqələrindən və s. sənədlərdən ibarətdir. Statistika qaydasında 

təşkil olunmuş uçot müəssisə və təşkilatların fəaliyyətini təhlil etmək və müvafiq təşkilatlara hesabat ver-

mək üçün həm mühasibat uçotuna, həm də operativ uçota lazım olan bir çox statistik göstəriciləri hesab-

lamağa imkan verir. Sənaye müəssisələrində ilk uçot əsasında icmal sənədlərdə və başlıca olaraq hesabla-

malarda  müəssisənin rentabelliyini,  hazırlanmış  məhsulun həcmini, əmək  haqqı  fondunu, əmək  məhsul-

darlığını  və  s.-ni  xarakterizə  edən  statistika  göstəriciləri  hesablanır.  İri  müəssisələrdə  statistika  işlərini 

planlaşdırma və statistika şöbələri, kiçik müəssisə, təşkilat və idarələrdə isə mühasibat şöbələri aparırlar. 

     Statistikanın  digər  elmlərlə  əlaqəsi.  Statistika  ilə  bir  sıra  iqtisadi  istiqamətlərin  qarşılıqlı  əlaqələri 

mövcuddur. Məsələn, statistika ilə planlaşdırmanın arasındakı əlaqə ondan ibarətdir ki, ictimai hadisə və 

proseslərin xarakterizə olunması üçün onlar eyni göstəricilərdən istifadə edirlər. Göstəricilər statistika və 

planlaşdırmada ayrı-ayrı hadisələrin kəmiyyət xarakteristikasını göstərən ədədlərə deyilir. Bu ədədlər sta-

tistikanın müəyyənləşdirdiyi ciddi qaydalar üzrə hesablanır. Göstəricilərin məzmunu hadisənin məhs ne-

cə və hansı tərəfdən xarakterizə olunduğunu əks etdirir. Məsələn, “ümumi məhsul” göstəricisi müəssisə-

nin işinin son nəticəsini təşkil edən məhsulu pul ifadəsində xarakterizə edir. Statistikanın vəzifəsi maddi 

istehsal sahələrində  gedən hadisə  və  prosesləri öyrənməklə  yanaşı, həm də  digər həyat hadisələrini, mə-

sələn, elm, səhiyyə və s. sahələrdə gedən hadisələri öyrənməkdən ibarətdir. Ona görə də statistikada nəin-

ki maddi istehsal sahələrinin statistik məlumatlarından istifadə olunur, həm də əhalinin və s.-nin siyahıya-

alma  işləri  aparılır,  məktəblərdə,  kitabxanalarda,  nəqliyyatda,  elmi  idarələrdə,  səhiyyə,  ədliyyə,  məişət 

xidməti idarələrində, mədəniyyət evlərində, teatrlarda və s.-də görülən işlərin məlumatı yekunlaşdırılir. 

     İctimai  hadisələri  xarakterizə  etmək  üçün  statistikada  göstəricilər  sistemi  işlənib  hazırlanmışdır.  Sta-

tistika göstəricisi anlayışı yuxarıda izah edilmişdir. Məsələn, sənayedəki hadisə və prosesləri xarakterizə 

etmək üçün sənaye müəssisələrinin təsər-rüfat fəaliyyətini əks etdirən göstəricilər işlənib hazırlanmışdır. 

Xalq təsərrüfatının digər sahələrində,  məsələn, kənd təsərrüfatında,  nəqliyyatda, rabitədə, ticarətdə,  icti-

mai iaşədə və s. müəssisələrin vəziyyətini və inkişafını xarakterizə edən göstəricilər işlənib hazırlanmış-

dır.  Xalq  təsərrüfatının  müxtəlif  sahələri  bir-birilə  sıx  bağlıdır,  ona  görə  də  hər  bir  sahəni  xarakterizə 

edən  statistika  göstəriciləri  də  qarşılıqlı  əlaqəli,  vahid  ümumi  xalq  təsərrüfatı  göstəriciləri  sistemində 

birləşdirilir.  



 

Mövzu 2. Statistika elminin nəzəri-metodoloji əsasları və vəzifələri 

Plan: 

  1. Statistika elminin nəzəri əsasları  

  2. Statistikanın metodu və mərhələləri  

  3. Statistikanın vəzifələri və təşkili prinsipləri. 

  4. Statistika elminin sahələri 

 

   I.Statistika öz inkişaf tarixində əsaslı sürətdə dəyişilmiş və təkmilləşmişdir. O, fəlsəfə və iqtisadi nəzə-

riyyə elmlərinin kateqoriya, qanun va müddəalarına istinad edərək özünəməxsus olan anlayış və kateqo-



 

riyalarını inkişaf etdirmişdir. Statistika elmi cəmiyyətin inkişaf qanunauyğunluqlarını tədqiq edərkən fəl-



səfənin prinsiplərinə istinad edir. Bu prinsiplərə hadisə və proseslərin qarşılıqlı əlaqə və asılılıqda olması, 

sosial-iqtisadi  hadisələrin  daim  hərəkətdə,  dəyişməkdə  və  inkişafda  olması,  hadisələrin  inkişafı  nəticə-

sində kəmiyyətin keyfıyyətə keçməsi qanunu, obyektiv varlığın ən mühüm prinsipi olan əksliklərin vəh-

dəti və mübarizəsi qanununu göstərmək olar. Eyni zamanda statistika sosial-iqtisadi hadisələrin kəmiyyət 

tərəflərini öyrəndiyinə görə iqtisadi nəzəriyyə elminə, onun kateqoriya və qanunlarına da əsaslanır. Onlar 

bir-birilərindən istifadə etmədən qənaətbəxş nəticələr əldə edə bilməzlər. 

Statistika  sosial-iqtisadi qanunları kəşf etmək üçün  lazımi  materiallar verməklə  bərabər, konkret mə-

kan  və  zaman  daxilində  həmin  qanunların  baş  verməsi  fəaliyyətini  rəqəmlərlə  işıqlandırmaqla,  onların 

dərk  edilməsi  və  istifadə  olunmasını  asanlaşdırır.  Deməli,  statistika  elmi  fəlsəfə,  iqtisadi  nəzəriyyə  və 

iqtisad  elmlərinin  ayrı-ayrı  sahələrinin  kateqoriya  və  anlayışlarına  istinad  edərək  sosial-iqtisadi  hadisə-

lərin  dərk  edilməsində  mühüm  rola  malikdir.  Hər  bir  elmin  təzahürünün  mühüm  məsələsi  onun  nəzəri 

əsaslarının  mövcudluğudur. Statistika elminin  nə-zəri əsasını ona  məxsus əsas prinsiplərin  məcmusunda 

olan  anlayış  və  kateqoriyalar  təşkil  edir.  Bu  elmdə  mühüm  anlayış  və  kateqoriyalara  əlamət,  statistika 

məcmusu, məcmu vahidi, əla-mətin variasiyası, qanunauyğunluq və s. daxildir. 

Nəzəri  əsasların  mühüm  komponenti  hesab  olunan  əlamətlər  atributiv  (keyfiyyət)  və  kəmiyyət  əla-

mətləri olmaqla iki qrupa bölünür. Mühüm xüsusiyyətlərinə, xassələrinə görə bir-birindən fərqlənən əla-

mətlər  atributiv  (keyfiyyət)  əlamətlər  adlanır.  Statistik  tədqiqatın  bu  istiqamətdə  aparılmasında  ilk  növ-

bədə  keyfiyyət  əlamətinin təyini, sonra  isə  ona uyğun kəmiyyətin  müəyyənləşdirilməsi  baş  verir. Qarşı-

qarşiya duran keyfiyyət əlamətlərinin birinin qəbul edilməsi alternativ əlamət adlanır. Ayrı-ayrı qiymət-

ləri kəmiyyətcə bir-birindən fərqlənən əlamətlərə kəmiyyət əlamətləri deyilir.   

Əlamətlər mühüm və qeyri-mühüm əlamatlərə ayrılır.  

Statistika elminin mühüm anlayış və kateqoriyalarından birini statistika məcmusu təşkil edir. Hər hansı 

bir  əlamət  üzrə  eyni  keyfiyyətli  sosial-iqtisadi  hadisələr  çoxluğu  statistika  məcmusu  adlanır.  Statistika 

məcmusunda  vahidlərin  sayının  çox  olması  məcburi  deyildir.  Bazar  iqtisadiyyatı  şəraitində  statistika 

məcmusunun həcmi prinsipcə çox az ola bilər. Statistika məcmusunun ayrı-ayrı vahidləri məcmu vahid-

ləri adlanır.   

Məcmu vahidlərinin eyni olması onları bir statistika məcmusunda ifadə olunmağa imkan verir. Bunun-

la bərabər məcmu vahidləri muəyyən əlamatə görə bir-birindən fərqlənirlər. Məcmu vahidləri onlara xas 

olan əlamətə görə müxtəlif qiymətlərə malik olarsa, buna statistika elminin mühüm kateqoriyası olan ala-

mətin variasiyası (dəyişməsi) deyilir. Əlamətin variasiyası təsadüfi səbəblərin təsiri nəticəsində baş verir.   

Statistikanın mühüm kateqoriyası onun qanunauyğunluğudur. Statistika qanunauyğunluğu kütləvi, çox 

götürülmüş  məlumatlar  əsasında  müəyyən  edilə  bilər.  Qanunauyğunluq  dedikdə  hadisələrdə  baş  verən 

təkrar olunması  və  ardıcıl  dəyişilmə  başa  düşülür.  Deməli,  statistika  qanunauyğunluğu  kütləvi  faktların 

obyektiv  kəmiyyət  qanunauyğunluğudur.  O, obyektiv  qanunların  fəaliyyəti  nəticəsində  baş  verir,  daima 

həmin  hadisəni  törədən  kompleks  şəraitin  qalması  haqqında  orta  kəmiyyətin  sabitliyinə  təminat  verir. 

Belə ki, statistika qanunauyğunluğu kütləvi statistika müşahidə məlumatı əsasında müəyyənləşdirilə bilər 

və bu da onun böyük ədədlər qanunu ilə qarşılıqlı əlaqədə olmasını ifadə edir. 

Böyük  ədədlər  qanunu.  Sosial-iqtisadi  hadisələrin bəlli  məkan  və  zaman daxilində  inkişaf qanunauy-

ğunluqlarının kütləvi məlumat əsasında öyrənilməsində statistika elminin mühüm rolu vardır. Həmin sta-

tistika qanunauyğunluqları ilə böyük ədədlər qanunu arasında sıx əlaqə olduğunu göstərir. Böyük ədədlər 

qanununun  sadə  formada  mahiyyəti  ondan  ibarətdir  ki,  hadisələrin  kəmiyyət  qanunauyğunluğu  ancaq 

külli miqdarda məlumatlar əsasında özünü biruzə verir. Azərbaycan Respublikasında bazar vasitəsilə bir-

birlərilə  əlaqədə  olan  istehsalçıların  isteh-sal qanunauyğunluqları ancaq  bu  və  ya digər tərəfə  göstərilən 

fərdi  meyllərin  bir-birini  tarazlaşdırılması  yolu  ilə  orta  kəmiyyət  vasitəsilə  müəyyənləşdirilir.  Böyük 

ədədlər  qanunu  sosial-iqtisadi  hadisələrin  dərk  edilməsi  və  tədqiqində  mühüm  əhəmiyyətə  malikdir. 

Müasir şəraitdə sosial-iqtisadi hadisələrdə mövcud olan təsadüfi kənarlaşmalar bu qanun əsasında aradan 

götürülür  və  həmin  hadisələrdə  ümumi  inkişaf  meylləri  aşkar  edilir.  Qanun  kütləvi  müşahidə  məlumatı 

əsasında fəaliyyət göstərir, təsadüflərin va zərurətin dialektikasını ifadə edir. Təsadüfi tərəddüdlərin orta 

kəmiyyətlərlə qarşılıqlı ödənilməsi nəticəsində tipik göstərici alınır. Bu, göstəricini ümumilikdə xarakte-

rizə  etməyə  imkan  verir.  Qanun  sosial-iqtisadi  hadisələri  xarakterizə  edən  statistika  göstəricilərini  təsa-

düflərdən  azad  etməyə  va  həmin  göstəricilər  üzrə  ümumi  qanunauyğunluqları  aşkara  çıxarmağa  imkan 

verir. 



Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə