Həşim Kəlbiyev
Elnur Kəlbizadə
Ə r ə b m ü ə l l i f l ə r i T a l ı ş h a q q ı n d a
Ərəb müəllifləri
Talış haqqında
Azərbaycanın Talış dağları, bu Talış diyarı
Azərbaycan xalqının böyük insanlarını, böyük
şəxsiyyətlərini yetişdirmişdir. Siz burada -
Lənkəranda, bu Talış dağlarının ətəyində
Azərbaycan elmini, mədəniyyətini, təhsilini
inkişaf etdirən dəyərli insanlar yetişdirmisiniz.
Biz bunlarla fəxr edirik, bütün Azərbaycan
xalqı da bu dəyərli insanlarla fəxr edir.
_____
— Q59G'
Heydər Əliyev
Azərbaycan Respublikası Prezidentinin
İşlər İdarəsi
PREZİDENT KİTABXANASI
Bakı-2007
6 $ .
i ЭЛ
ic-eı
Ə r ə b m ü ə l l i f l ə r i T a l ı ş h a q q ı n d a
Elmi redaktorlar:
Qəzənfər Rəcəbli
Tarix elmləri namizədi, dosent
Əliağa Baxşıyev
Tarix elmləri namizədi, dosent
Rəyçilər:
Emil Kərimov
Tarix elmləri namizədi
Qəzənfər Rəcəbli
Tarix elmləri namizədi, dosent
Rakif İbadov
Tarix elmləri namizədi
,
Ərəb müəllifləri Talış haqqında. Kəlbiyev Həşim Adil oğlu,
Kəlbizadə Elnur Həşim oğlu. Bakı, «MBM» MMC nəşriyyatı,
2007, 108 səh.
«Ərəb müəllifləri Talış haqqında» adlı bu kitab «IX əsr
müəlliflərinin Talış haqqında qeydlərinin təhlili», «X əsr
müəllifləri Talış haqqında», «Talış sözünün mənşəyi yaranması
və mənası haqqında», «Bəlləbur Bəzzdir» adı altında dörd
bölmədən ibarətdir.
Əsər orta əsrlər Azərbaycan tarixi, etnologiya, arxeologiya,
diyarşünaslıq, toponimika və eyni zamanda Talış xalqının
etnogenezi ilə maraqlananlar üçnü nəzərdə tutulmuşdur.
ISBN 978-9952-29-020-2
©Həşim Adil oğlu Kəlbiyev
Elnur Həşim oğlu Kəlbizadə 2007
Haşım və Elnur Kəlbiyevlərin «Ərəb müəllifləri
Talış haqqında» adlı monoqrafiyasına
RƏY
Azərbaycanın orta əsrlər tarixini və etnoqrafiyasını öyrənmək üçün ərəb
qaynaqlarının əhəmiyyətini qeyd etməyə ehtiyac yoxdur. Lakin həmin
qaynaqlarda Azərbaycanın ayrı-ayn bölgələri haqqında o cümlədən, Lənkəran
bölgəsi haqqında materiallar tədqiqatçıların diqqətindən kənarda qalmış, xüsusi
tədqiqat obyektləri olmamışdır. Ona görə də IX-X əsrlərdə ərəb qaynaqlarında
Talış mahalı haqqında olan məlumatın araşdırılması elmi baxımdan çox maraqlı və
aktualdır.
Bu baxımdan gənc tədqiqatçılar Kəlbiyevlərin Lənkəran bölgəsinin orta
əsrlər tarixini və bəzi etnoqrafik məsələləri öyrənmək üçün ərəb qaynaqlarını
araşdırmaları təqdirə layiqdir. Müəlliflər IX-X əsrlər ərəb müəlliflərinin
əsərlərini araşdıraraq Lənkəran bölgəsinə aid məlumatı aşkara çıxarmış və təhlil
etmişlər.
Kitabda Babəkin başçılığı altında Azərbaycan xalqının azadlıq müharibəsinə
aid ərəb qaynaqlarının Talış bölgəsi ilə bağlı maraqlı məlumatlardan bəhs olunur
və təhlil edilir. Müəlliflərin Bəz (Bəzd) qalası haqqındakı mülahizələri daha çox
diqqəti cəlb edir və elmi araşdırmalar üçün maraqlıdır.
Kitabda müəlliflərin «talış» sözünün mənşəyi və etimologiyası haqqında
fikirləri də elmi baxımdan maraqlıdır və elmi diskussiyaya ehtiyacı vardır.
Kitaba əlavə edilmiş xəritələrin də elmi araşdırmalar üçün əhəmiyyəti vardır.
Kitabın bəzi fikirləri mübahisəli olsa da, onun çap olunmasının elmi əhəmiyyəti
vardır. Ona görə də nəşr olunması məqsədəuyğundur.
Azərbaycan MEA Arxeologiya
və Etnoqrafiya İnstitutunun
«Müasir dövr etnoqrafiyası»
şöbəsinin müdiri:
TƏSDİQ fcl> I * * M
Azerbaycan
M'liı l.lntl.: Akademiyası
А*че,'!<јфуа ve btnoqrafi
>--,; !uw;nun «İmi
кааг
tarix elmlər namizədi
Emil Kərimov
- 3 -
Giriş
Orta əsrlər tarixi rəngarəng hadisələrlə zəngin olan
uzun bir dövrdür. Bu dövrdə bəşər cəmiyyətinin
həyatında maddi və mənəvi mədəniyyətin xeyli inkişafı
nəzərə çarpır. Ümumilikdə, bu dövr V əsrdən başlamış
XVII əsrin ortalarına qədər davam etmişdir. “Medi um
aveum”un (orta əsrlərin) ən maraqlı dövrü isə erkən
orta əsrlərin sonu, inkişaf etmiş orta əsrlər dövrünün
əvvəli — IX-XII əsrləri əhatə edir. Bu dövrdə vətənimiz
Azərbaycanın tarixi də çoxlu hadisələrlə zəngin
olmuşdur.
Belə ki, VII yüzilliyin əvvəllərində
Vətənimiz şimaldan gələn xəzərlərin (türklərin), həmin
əsrin ortalarına yaxın isə cənubdan gələn ərəblərin
hücumlarına məruz qalmışdır. Azərbaycanın taleyində
həlledici dəyişikliklərə səbəb olan ərəb və xəzər
hücumları
nəticəsində
Albaniyanın
dövlət
müstəqilliyinə,
Adurbadaqanın
isə
hətta
daxili
müstəqilliyinə də son qoyulmuşdur. Albaniya və
Adurbadaqan
torpaqları
geniş
ərazili
Ərəb
imperiyasının tərkibinə qatılmışdır. IX əsrdə isə Ərəb
ağalığına qarşı vuruşan Xürrəmilər hərəkatı bütün
Azərbaycanı bürüdü və bir növ Azərbaycanın böyük bir
hissəsində “Xürrəmilər hakimiyyəti” yarandı. X əsrin
əvvəlləri Xilafətin ucqarlarmdakı hakim və canişinlərin
separatizminin güclənməsi, mərkəzi
Ə r ə b m ü ə l l i f l ə r i T a l ı ş h a q q ı n d a
* 4 *
hakimiyyətdən yarımasılı və ya müstəqil dövlət
qurumlarının yaranması ilə əlamətdardır
Bu dövrdə
Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Talış
vilayətinin tarixi də Vətənimizin tarixi ilə birbaşa bağlı
olmuşdur. Qeyd edildiyi kimi, VII əsrdə Ərəbistan
yarmadasında Ərəb Xilafəti yarandıqdan sonra ərəblər
geniş işğallar yoluna qədəm qoydular. Bu zaman Şərqin
bir çox digər dövlətləri kimi Azərbaycan və
Azərbaycanın digər vilayətləri kimi Taylasan (Talışan)
da ərəblərin hücumlarına məruz qalmışdır. Tarixçi
əl-
Bəlazurinin verdiyi məlumata görə Cənubi Azərbaycan
əhalisi artıq xəlifə Əli ibn Əbu Talibin xəlifəliyi
dövründə (656-661) islamı qəbul etmiş, “Quran”
oxuyurdu1
2. Qeyd etmək lazımdır ki, Əmirəlmöminin
Əli ibn Əbu Talib Xilafətin şimal torpaqlarında islamın
yayılmasına zahiri xəlifəliyi dövründə xüsusi diqqət
yetirmişdir . Bunun səbəbini isə müasir dövrümüzün
İranlı islamşünası Mehdi Pişvayi belə izah edir :
“Yeni İslam hökümətinin əsas düşmənlərindən biri Roma
imperiyası (Bizans imperiyası nəzərdə tutulur - E.K.)
olmuşdur . Roma daima İslamı şimal tərəfdən hədələyirdi .
Peyğəmbər (səllallahu əleyhi və alih) ömrünün son
anlarınadək
Roma
imperiyasının
təhlükəsindən
qafil
olmamışdı .”3
Müasir İranın görkəmli dinşünası Seyyid Rza
Nüseyninəsəb
“Şübhələrə
cavablar”
kitabında
Ə r ə b m ü ə l l i f l ə r i T a l ı ş h a q q ı n d a
1 Azərbaycan tarixi, 7 cilddə II cildi, B ., 1998 , s. 8.
2 Yenə orada : s. 187 .
3 M, Pişvayi; Məsum imamların həyatı, Tehran, 2005. s. 32.
-5 -