Qaziyanlılar kimdir ?



Yüklə 72,21 Kb.
Pdf görüntüsü
tarix15.03.2018
ölçüsü72,21 Kb.
#32401


                 

                                            

        Abıl Əlıyev                                                  İbrahim Şirinov 

 

                    Qaziyanlılar kimdir ? 

 

Türkiyənin ən böyük tarixçisi, dünyaca məşhur Xəlıl İnalcığın (Halil İnalçık 1916-2016) 

yazdığına görə Osmanlının (1299-1923) təməlini qoyan tayfalar Abdalan və Qaziyan adlı iki 

türkmən tayfalarıdır. Abdalanlar Tanrı ərləri, Qaziyanlılar isə Tanrı savaşçıları anlamını 

daşıyan adlardır. Bu Türkmən tayfaları batini inancına (ənəlhəlq və ya tanrı insanın öz 

qəlbindədir fəlsəfəsi) sahib olaraq türk ruhunun coşqusunu öz yaşam tərzində də hopdurmuş və 

Anadoluda türk dövlətinin böyüməsində əsas rol oynamışlar. Fəqət, sonradan Osmanlı 

sarayında türk kımliyindən uzaqlaşmaq yaşandı. İstanbulun fəthi ilə Bizans Qeysər idarəçiliyinə 

keçməsi ilə kökə olan bağlılıq zəiflədi.   Sonradan  Qaziyan tayfaları Anadoludan Səfəvilər 

(Qızılbaşlar) dövlətnə keçərək onlarla birləşmişlər.(Türkiyədə hal-hazırda Adıyaman vilayətinin 

Çelikhan rayonunda Qaziyan kəndi var ,oradada əsasən kürdlər yaşayır).Türk tarixçilərinlən 

Aşıqpaşazadə(1400-1484) və  Fuad Köprülünun(1890-1966) fikirincə sonradan bu tayfa adları   

Qaziyan (Anadolu Qaziləri), Ahiyan (Anadolu Ahıları), Abdalan (Anadolu Abdalları) və Baciyan 

(Anadolu Bacıları) şəkilinə düşmüşdür. Fuad Köprülünun araşdirdiğı bu dörd tayfa ilə bağlı 

tarixi məlumat Şah İsmayıl Xətainin misralarındada təzahür etmişdir:                                                                                                                                            

“Əzəlzdən dost olan evliyaya                                                                                                                       

Ahilər, Qazilər, Abdallar oldu”.     

       Osmanlının qurulmasında və genişlənməsində əsas rol oynamış Qaziyan-i Rum, Ahiyan-i 

Rum, Baciyan-i Rum və Abdalan-i Rum adlanah bu dörd tayfa və qrupların Rum 

adlandırılmasının səbəbi indi Anadollu adlandırılan bu ərazilərin Türklərin buraya yerləşmədən 

əvvəl bu yerlərin "Diyarı Rum" (Rumlar ölkəsi) adlandırılmasından irəli gəlmişdir. Aşıq 

Paşazadənin fikirincə  Qaziyan-i Rumlar Osmanlı imperatorluğunun quruluşundan daha  ilk 

Anadolunun (Bizansın) fəthi dövründə bu yerlərdə mövcud olmuşlar. Bir sıra tarixi mənbələrdə 

Qaziyan-i Rumlar Alplar, Alpərənlər adı altında mövcud olmuşlar. İslamiyyətdən əvvəlki 

Türklərdə “qəhrəman”, “cəngavər” mənası verən Alp sözü  İslamiyyətdən sonrakı dövrlərdə də 

Müsəlman Türk dövlətlərində rəsmi titul kimi qəbul edilmişşşdir.                                            

Tarixi mənbələr göstərir ki, türklərin islamı qəbul edənədək Alplar, Alpərənlər adlanan bu 

tayfalar  Türklər müsəlman olduqdan sonra Qaziyanlılar adlandırılmışlar. Bunlar qəsdedilən 

vətən, millət və din uğurunda canlarını və mallarını fəda edən ərlər,ordu və şəhələrdəki  bəlli 

sinif  qəhrəmanlardır.Bəzən Qazi zözü ilə Qazı(şəriət məhkəməsi) sözü qarışdırılaraq Qaziyan 


sözünü kökü Qazı olduğu iddia olunur. Qaziyan zözünü belə qəbul etmək lazımdır Qazi - 

qəhrəman, yan - lar  cəm şəkilçisi olmaqla qəhrəmanlar mənasını bildirir. Örnək üçün XV əsrdə 

yaşamış şair Tüfeylinin  şerindən bir misal göstərək.            

                                     Ey  Tüfeyli, Mehdiyi-Sahibizaman dövranıdır.  

                                    Əhli-fəzlə vadeyi-huri-cihan döbranıdır. 

                                   İsmi-əzəm zahir oldu, “Cavidan” dövranıdır… 

                                   Sərbəst tutdu cahanı q a z I y a n i-Şah Səfi 

                                  Qalmadı kəsarət cahanda, vəhdətin  dövranıdır.                                          

 Burda qaziyanı- Şah Səfi sözləri  Şah Səfinin qəhrəmanları kimi başa düşülür.                    

Muasir tarixşunaslıqda “Səfəvilər” adlandırəlan dövlət özündə “Qızılbaş dövləti” (dövləti-ali-

qəzəlbaşan), ölkəyə də “Qızılbaş ölkəsi”(ölkə-i  qəzəlbaşan) deyilirdi. Bu dövləti meydana  

gətirən  türk tayfaları da “Qızılbaş tayfalari” (tayfeyı –qəzəlbaşan) adlanırdı. Səfəvi 

mənbələrində tez-tez “padişahi – qızılbaş”,”ümərayi-qızılbaş”,”ləşkəri-qızılbaş”,”sipahi-

qızılbaş”,”qaziyani-qızılbaş (qızılbaş qaziyanları)terminləri keçməkdədir. 

Tarixdən məlumdur ki Türk tayfaları üç qurupa: Qıpçaq - (Tatarlar, Başqurtlar, 

Qazaxlar,Kırgızlar), Oğuz -  (Türkmənlər,Azərbaycanlılar, Tüklər, Qaqauzlar, Balkan türkləri) 

və Karluklar – (Özbəklər və Uyğurlar). Kırım tatarları dil baxımından Oğuz və Qıpçaqların 

qarışığıdır.Oğuz türkləri - 24 Oğuz boyundan ibarət olub, Xəzər dənizinin şərqindən Ceyhun 

(Amudərya) çayına qədər olan ərazidə yerləşmişdirlər. Oğuz Türkləri 950-ci ildən etibarən 

İslam dinini qəbul etməyə başladılar. Oğuz sözünün kökü ilə əlaqədar müxtəlif fikirlər irəli 

sürülmüşdür. Sözün boy, qəbilə mənasını verən "Ox" və çoxluq əlavəsi olan "z"in birləşməsindən 

"Oxuq" (oxlar, qoylar) mənasında olduğu irəli sürüldüyü kimi, oyrat (haşarı, yaramaz) sözünün 

sinonimi olduğunu iddia edənlər də vardır. Bu söz Anadolu ləhcəsində "həlim, səlim, ciddi" 

mənalarında da istifadə edilməkdədir. Ərəb qaynaqlarında isə "guz" və ya "uz" şəklində 

keçməkdədir. İlk zamanlar İç və Dış adlarıyla iki ana qola ayrılmış olan Oğuzlar, daha sonrakı 

dövrlərdə, Doqquz Oğuz, Altı Oğuz, Üç Oğuz adlarında boylara da ayrıldılar. Oğuzlar iyirmi 

dörd boydan meydana gəlmişdi. Bunlardan on ikisi İç, on ikisi Dış qoluna bağlı idi. Oğuz 

boylarının nəslinin adı Oğuz Xanla bağlıdır.Oğuz Xanın Gün Xan, Ay Xan, Ulduz Xan, Göy Xan, 

Dağ Xan, Dəniz Xan adlarında altı oğulu vardır. Oğuz Xanın hər oğulunun da dörd oğlu olub. 

Oğuz Xanın altı oğulundan olan 24 nəvəsi 24 Oğuz Boyunu meydana gətirmişdir. Bütün dünyaya 

yayılan Oğuzlar məhz bu 24 boya söykənir. 

Oğuz dilləri bu gün 

 

 



 

 

 


 

 

 

 

24 OğuzBoyu



 

 



 

Soyumuz, OğuzHan‘dangelmektedir. Atamız OğuzHan‘ın “Gün Han, Ay Han, Yıldız Han, Gök Han, Dağ 

Han, Deniz Han” adlarında 6 (altı) taneoğluvardır. OğuzHan’ın her oğlunun da dört taneoğluvardır.  

İşteAtamızOğuzHan’ınaltıoğlundanolan 24 tane torunu, bugünkü “24 OğuzBoyu“numeydanagetirmiştir. 

BütündünyayayayılanOğuzlar, bu 24 boyadayanmaktadır. 

 

 



 

 

 



 

 

 



 

 

 

 

 

 


 

 

 

             



Oğuz boylarının  s i y a h ı s ı 

 

 

 




 

 

 

Əşirət (Tayfa) Adı 

Yaşadığı Yerlər 

Boyu 

Abbasan 

Tunceli (Hozat, Pülümür, Ovacık rayonları), 

Ərzincan, Gümüşxana (Kəlkit), Mardin 

(Nusaybin) 

İqdır, Döyər 

  

Abdalan 

Tunceli, Ərzurum (Xınıs, Aşqala), Ərzincan 

(Tərcan), Bingöl, Gümüşxana (Kəlkit), Muş 

(Varto), Qəhramanmaraş  (Göksun) 

Türkmen 

Qaziyan 

Adıyaman (Çelikhan) 

Bayandur 





         Türkiyəli  araşdırmaçı yazar Əli Rza Özdəmirin siyahısna əsasən Qaziyanlılar oğuzların Bayandır 

boyuna məxsusdurlar.Bayandır daimi nemətlə dolu yer anlamındadır.Mərhum akademik B.Budaqov 

isə qaziyanlıları qızılbaş tayfalarından biri hesab etmişdir(B.E.Budaqov, N.G.Məmmdov-

“Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlatı lüğəti –II-cilid)Qaziyan tayfaları  Qızılbaş 

Səfəvi dovləti zamanında (1501-1736) XVİ-cı əsrin əsrin əvvəllərində Qarabağa və Çuxur-sədd 

(İrəvan) əyalətləri ərazisinə yerləşmişlər.(İrəvan xanlığının Qarabulaq nahiyəsində Qaziyan kəndi 

olmuşdur.) Daha sonra Nadir şah Əfşarın zamanında Qızılbaş tayfalarının Xorasana, Əfqanstan və 

Hindistana köçürülməsi zamanı qaziyanlılarda bu ərazilərə yerləşləşmimişdir. Bu gün İran, 

Əfqanstan, Pakistan və Hindistan dövlətləri ərazisində çox sayda Qaziyan adında şəhər,kənd, küçə, 

prospekt, məhəllə, cəmiyyətlər, ticarət mərkəzləri, soyadlar mövcuddur. 

İran İ.R.ərazizində 

1.

 



QAZİYAN-e Əliya 

Fars vilayətində (ostanında) kənd 

2.

 



QAZİYAN-e Sofla

 Fars vilayətində (ostanında) kənd   

3.

 



QAZİYAN - Gilan

 vilayətində (ostanında) şəhər 

4.

 



Məzraehye - 

QAZİYAN


 Albarz vilayətində (ostanında) kənd  

5.

 



QAZİYAN-

Xorasan vilayətində (ostanında) kənd  

6.

 



QAZİYAN-Zəncan

 vilayətində (ostanında) dağ.Hündürlüyü 2568 metr                                                                                                                                     

             Əfqanstanın Kunar vilayətində və Kabil yaxınlığında Qaziyan adında kəndlər mövcuddur. 

Qəznə vilayətində isə Qarabağ adında rayon mərkəzi və onun yaxınlığında Qaziyan adında kənd var. 

Pakistan İ.R. və Hindistandada (Kəşmir və Pəncab bölgəsində) çox sayda Qazian adlı 

şəhər,kənd,küşə mövcuddur Bunlardan ən böyük  yaşayı məntəqəsi Pakistan İR Pəncab vilayətindəki 

Qaziyan şəhəridir. İslam dinində Əhmədiyyə təriqətinin banisi Mirzə Qulam Əhməd Qazianin 

(15.02.1835-26.05.1908) qəbri (məqbərəsi) burada yerləşir. Bu təriqətin digər İslam təriqətlərdən 

fərqi ondan ibarətdir ki, Əhmədiyyə təriqətinin tərəftarları İslam dininin 5 təməl prinsipindən 

(kəlmeyi-şəhadəti bilmək,oruc tutmaq,Namaz qılmaq,qurban kəsmək və həcc ziyarətinə ketmək) ilk 

dördünü qəbul edib hər xalqın özMəkkəsi (beytullahı) olmalıdır prinsipini əsas götürürlər. Qazian 

şəhəri Əhmədiyyə təriqətinintətəfdarları üçün müqəddəs məkan və ziyarətgah sayılır. Mirzə 

QulamƏhməd Qəzyani özü Türk əsillidir. 

 

 


 

 

Qaziyan şəhəri, Pakistan 

 

 

 

 

 

 

 

Qaziyan Destination Guide (Kabul, Afghanistan) 

 

 

 

Qazian kəndi, Hindistan 



 

 

 


 

 

 

 

İran Fars vilayəti Qaziyan kəndi 

 

 

 



 

 

 



 

 

 



 

 Город Qaziyan: Область Gilan,Ираn

 

 

 


 

 

 



 

Yuxarıda qeyd etdiyimiz kimi Qaziyan tayfaları Anadoludan Səfəvi (Qızılbaş) dövləti (1501-

1736) ərazisinə köç etmişlər. XVI əsrin  əvvllərində Qarabağ və Çuxur-sədd (İrəvan) ərazilərinə, 

Nadir şah əfşarın zamanında Xorasan, Əfqanstan və Hindistan ərazilərinə köçürülmüşlər. Nadir 

şahın ölümündən sonra Qarabağdan köçürülmüş əhalinin (daha çox Cavanşir qızılbaşları) bir 

hissəsi geri qayıda bilmiş və sonradan Qarabağ xanlığının (1747-1805) əsasını qoymuşlar.      

  

1797 -ci ildə Qaziyanlılar Qarabağ xanlığının Cavanşir elindən Şirvanşah dövləti ərazisinə (indiki Ucar 

rayonundakı Qaziyan kəndi) köç etmişlər. Qarabağ xanlığığının tarixçisi Mirzə Camal Cavanşir (1773-

1853) əhalinin  Qarabağ xanlığı ərazisini tərk etməsini belə izah etmişdir.”Mərhum (İçrahim) xan 

Qarabağa gəlib hökumət taxtında oturduğu zaman vilayətin əhalisi  qəhətlik və məşəqqət nəticəsinə var- 

yoxdan çıxıb olduqca pərişan idilər.Ellərin çoxu Gürcüstan, Gəncə, İrəvan, Ş i r v a n və hətta Rum 

vilayətinə dağılıb getmiş, mal-dövlətləri qarət olunmuşdur. Digər tarixçi  Əhməd bəy Cavanşir (1828-

1905) özünün “Qarabağ xanlığının 1747-1805 ci illərdə siyasi vəziyyətinə dair” əsərində isə haisələri belə 

işıqlandırmışdır:” Dəhşətli !897-ci il yaxınlaşırdı. Ağa Məhəmməd şahın dəstələri Qarabağa soxulmuşdu. 

Aclıq və qıtlıq bütün ölkəni bürümüşdür. Talan olmuş kəndlilər kütləvi surətdə öz yürdlarını tərk 

edirdilər.”Məskunlaşma  indi “Qurd  yuvası “ dəngəsi adlanan yerdən başlamışdır. Qısa bir müddətdə 60-

70 kv\km ərazidə (kənd ərazisinin uzunluğu 15 km,eni 6-7 km-dir) böyük bir kənd salınmış və ətraf 

kəndlərlə rəqabət aparacaq gücə malik olmuşlar. Məşğuliyyətin (iqtisadiyyatın) əsasını bağçılıq, 

bostançılıq, heyvandarlıq və ipəçilik (baramaçılıq) təşkil etmişdir. 

                19 əsrin 2-ci yarısından sonra kənd bölgədə tanınmış kəndlərdən biri olmuş, hətta 

S.Ə.Şirvaninin satiik şerlərindədə Qaziyanlılarıın adı hallanmışdırşdır                                                

“Topladı bir neçə bimərfətü –Qəzyani                                                                                                  

Birisi Məşədi Cəfərdi Xorasan lotusu,                                                                                                     

Ki salır gündə imamlı davası                                                                                                                    

Biri sərrac Məciddir ki, oda babi olur”...                                                                                              

XIX əsrdə Şamaxı ipəkçilik mərkəzlərindən biri sayılırmış.  Qazıyan kəndidə onu xammalla təmin edən 

kəndlərdən biriimiş.Yaşlı adamların  (söhbət XIX –XX əsrlərdə yaşamış şəxslərdən gedir.) 

xatirələrindən məlum olur kı, baramaçılıq gəlirli sahə olduğundan  əksəriyyət təsərrüfatın bu sahəsi ilə 

məşğul olurlarmış. Hətta oğruların əlindən hazır məhsulu  böyük xarallara yığıb ağacdan 

asırlarmışlar ki  oğrular məhsulu gecələr tapıb oğurlamasınlar.                                                               

İnzibati ərazi bölgüsü baxımından kənd 12 dəngə və 2 muxtar məhələdən ibarətdir.(“Dəngə” türk 

dilində tarazlıq və bərabərlik mənasını bildirən  zözdür). Hər dəngənin uzunluğu təqribən bir km 

bərabərdir vəhər birinin öz adı varrdır.Dəngələr şimaldan cənuba doğru aşağıdakı qaydada 

sıralanmmışlar;   Qurd yuvası”,”Bəylik”,”Molla hüseynli”,”Kərimli”,”Hacı 

Abbaslı”,”Süleymanlı”+”Çol dəngə”,“Bilağanlı”,”Cındırlı”(Köhnə qışlaq”),”Topçı”,”Zərbəçi”və 

“Kalvasöyünlü”(“Kərbəlayi Hüseyinli”)“Kərimli”dəngəsiilə “Suleymanlı” dəngəsi arasındakı Kövər 

deyilən yerlə indi Abuzərlilər küçəsi  kimi tanənan aradakı  ərazi  “Mahmudlı”(Çar rusiyası 

zamaninda kənddə yüzbaşı olmuş, kənddə və Qarabörk kəndindəsu dəyirmanı olmuş  Mahmud 

yüzbaşının  ərazisi olub.) kəndin məkəzi hissəsi indi Mirzəyevlər, Babayevlər, Qasımovlar və 

Abdullayevlər yaşayan hissəsi isə “Molla

 

Valı”adlanırmış.“Qurd yuvası”və”Zərbəçi”dəngəsi istisna 

olmaqla(“Qurd yuvası”məskunlaşma zamanı kol-kosdan təmizlənmiş yerə verilmiş 

addır,“Zərbəçi”1930 – cu illərdə kollektivləşmə zamanı kəndə  təşkil olunmüş 5 kolxozdan birinin adı 

olub,əvvəlki adı unudilub.) Kənd məskunlaşdırılarkən dəngələrərin adı dəngənin bəyi və yaxud həmin  

dəngədən olan nifuzlu şəxsin adı ilə ya məşğuliyətinə müvafiq adlandıırılıb. (Rusiya imperiyasında 

1860-cıillərdə təhkimçilik hüququ ləğv edilənə qədər və1910-cuillərdə Stolipin islahatlarına qədər 

toppaq sahələri mülkədarların (bəylərin) mülkiyətində olub.                                                                     

  Azərbaycanda xanlıqlar dövrüdə əyalətlərə şah (xan) tərəfinlən təyin olunmuş bəylərbəyi başçılıq edirdi. 

Bəylərbəylərin əsasən xan titulu olurdu. Əyalətlər vilayətlərə bölünürdü. Vilayətlərə hakimlər başçılıq 

edirdilər. Hakimlərin xan bəzən də sultan titulu olurdu. Vilayətlər qəzalara bölünürdü. Qəzalara 


hakim və qazi başçılıq edirdi. Qəzalar mahallara ayrılırlı .Mahllara naiblər rəhbərlik edirdi. Mahallar 

nahiyələrə ayrılırdı. Nahiyələrə bəylər başçılıq edirdilər. Nahiyələr kənd və obalara bölünürdülər. Bu  

inzibatı ərazilərə yerinə görə kəndxuda, kovxa, yüzbaşı rəhbərlik edirdi. Əyalətlərdə olan ellərə yerinə 

görə elxanilər, elbəylər, minbaşılar başçıləq edirdilər. Oymaqları kələntər adlanan  

    oymaqbəyləri  idarə edirdilər. Qaziyan kəndinin bəyi və yüzbaşısı olmuş, kəndidə həmin şəxslər də 

idarə etmişlərş.(Azərbaycanda Sovet hakimiyəti qurulduğu ərrəfədə “Bəylik” dəngəsində Ağalar 

bəy,Məlik bəy,  Məhəmmədəlı bəy, Rəhim bəy və Süleymanlı dəngəsində Süleyman bəy, bəy hesab 

olunurmuşlar və bular kəndin sonuncu bəyləri olmuşlar. Çar hökumətinin aprdığı islahatlar 

nəticəsində torpaqlarının böyük hissəsini itirdiklərinə görə bu bəylərə çox zaman “ac bəylər” 

deyərmişlər.)  

              Hörmətli yazıçı Anar (Rzayev) Qəzyan kəndinin Rəsul Rzanən babası ,öz dövrünün feodalı olmuş 

    Məmmədxana məxsus olmasını iddia edir(bax;525-ci qəzet,05.03.2013),ancaq bu əsası  

    olmayan bir iddiaddır . Əvvəla Məmmədxanlıların Çiyni (Çiyinni) kəndi( ərazisi 1900 ha) və əhali 

baxımından  Qaziyan kəndindən(ərazisi 69350 ha) 30-35  dəfə kiçikdir. Kənddə Məmmədxan kimi 8-9 

nəfər öz bəyi və yüzbaşısı olub(1886- cı ilin əhalinin siyahıya alma zamanı kənddə 9 bəy ailəsi 

olmuşdur)  və torpaq da həmin bəylərin mülkiyətində olub. Qaziyanlılar heç vaxt yaylaq-qışlaq həyat 

tərzi keçirməyiblər. Elə dəngələrin adları da ərazi sahiblərinin və ya həmin dəngənin nifüzlu və 

imkanlı şəxslərin adlarından qalmadır. Kəndin tarixini təsdiq edən əsas əlamətlər kəhdin 

qəbrstanlıqlarıdər. Kənddə əsasən 5 qəbirstanlıq mövcüddur. Lakin əsas qəbirstanlıq “Süleymanlı” 

və”Zərbəçi” qəbirstanlıqlarıdır. “Qurd yuvası”qəbirstanlığı kəndin ilk qəbstanlığı  olub “Qurd 

yuvası” dəngəsiiə  “Göy çay”çayı arasında yerləşir.”Topçu”dəngəsilə “Zərbəçi” dəngəsi 

arasənda yerləşən “Bağ” qəbirstanlığı və “Cındırlı”(Köhnə qışlaq) dəngəsi ilə Lək kəndi arasıdakı 

qəbirstanlıqlar 1921-23 –cü il (Sovet hökuməti “ərzaq Sapalağı”vergisi  adı altında əhalinin taxılının 

əlindən alınması zamanı kənddə böyük aclıq baş vermişdir) və 1941-45 il müharibəsi zamanı kənddə 

baş vermiş aclıq zamanı  kütləvi ölümlərin baş verdiyi zamanı meydana gəlmişdir. İlk qəbrlər hələ 

itməmiş.”Baş ağacı”ndakı vəfat etmə tarixlərini oxumaq mümkündür.Qazyanlılarn qarabağlı 

olmasınin subut edən əsas əlamətlərdən biri onların qarabağ ləhcəsində danışmasıdır.(danışıqda “C” 

səsi əvəzinə ”j”səsindən istifadə olunur.” bajıoğlu”,”gələjəm”,”gedəjəm”bibiyə “mama”demək və s.) 

və adət ənənəsidir. Kənddə qadınlar uşaqlarına “qarğış” edərkən “boyna Ləmbəran qamışı ölçüm” 

cümləsini işlədirlər.(keçmişdə vəfat etmiş şəxs üçün qəbir qazmaq üçün adətən  onun boyunu ölçmək 

üçün qamışdah istifadə olunurmuş.Qamış bataqlıq bitkisi sayıldığıdan Qarabağda hər yerdə qamış 

bitmirmiş.Ləmdəran kəndi Qarabağ ərazisində Tər-tər çayının Kür çayına töküldüyü yerin 

yaxınlığında yerləşdiyi üçün qamışın bol olanyeri sayılırmış.) İkinci əlamət bağçılıq 

mədəniyətidir.Qarabağ sözünün mənası elə sıx bağ olan yer deməkdir.                                             

Kənd  Şamaxı xanlığının, bu ərazilər Rusiya imperiyasının tərkibinə daxil olduqdan sonra 1840-cı 

ildən Kaspi vilayətinin tərkibində, 1846-cı ildə Şamaxı quberniyasının tərkibində, 1859 –cu ildə 

Şamaxı zəlzələsindən sonra Bakı quberniyasının Şamaxı qəzasının ,1867-ci ildə Bakı qyberniyasının 

tərkibində Göyçay qəzası yaradıldıqdan Sonra kənd Göyçay qəzasının tərkibinə daxil edilmişmişdir. 

1939 –cu ildə Ucar rayonu Goyçay rayonunun tərkibindən ayrılması ilə əlaqədar Ucar Rayonun 

tərkibinə daxil edilmişdir.  

                 Tabeçilik baxımından kənd əraizisi son dövrlərdə tabe olduğü Göyçay 1867 –ci ildə təşkil 

olmuşdur. (1859-cu ildə Şamaxı  zəlzələsindən zərər çəkmiş əhalinin yerləşdirilməsi və yeni qəza 

mərkəzinin yaradılması ilə əlaqədar). Elə o səbəbdəndə Göyçayın böyük əksəriyyətı ya Şamaxı 

əsillidir,ya da türkmandır (oturaq həyatına keçmiş tərəkəmələr).                                                                                                                   

Ucar isə 1880-ci illərdə Bakı-Tiflis dəmir yolunun çəkilişi zamanı ruslar tərəfindən təməli 

qoyulmuşdur.  Adətən paravoz keçidin yanından keçərkənucadan “fit”verərmiş,əhali isə bunu öz tanış-

bilişlərinə “orda bir şey ğördük “ uuu”eləyib “car”çəkirdi şəkilində danışarlarmış. Elə “ucar” 

sözüdə elə buradan yaranıb.                                                                                                                          

Qəzyan kəndi bölgədə bazarı.hamamı,dəyirmanı,məscidi və məktəbi olan tək-tük kəndlərdən biri  

olmuşdur. Kənddə ilk məscid 1880-cı ilin əvvəllərində(Qaziyanbazar-Boyad yolunun bir km-də) 

tikdirilmiş və Zaqafqaziya Ruhani idarəsində qeydiyatdan keçirilibmiş.(Məscidin ilk axundu axund 

molla Məmmədhəsən İmanverdi oğlu olmuşdur) Sonradan həmin məscid kolxoz ambarı kimi istifadə 

edilmişdir. Kəndin öndə gedənləri kənddə məktəb tikdirmək fikirinə düşüblər.Vəsaitləri olmadılarına 

görə kömək  üçün Hacı Zeynalabdin Tağıyevə məktub yazırlar. Tağıyev tərəfindən 2000 manat pul 

verilir və həmin pulun hesabına məktəb üçün yer (mülk)alnaraq1885-cı ildə fəaliyyətə başlamış bişmiş 

kərpicdən dörd ötaqlı bina tikdirilr. Məktəbdə həm dini,həmdə dünyəvi dərslər tədris 

olunurmuş.(Mətəbə lik rəhbərlik edən Baba Səfərəlibəyov dini işlər üzrə isə Əmrah Mollaəli Nəzər 

oğlu olmuşlar)Görkəmli  akademik Feyzulla Qasımzadə 1917-ci ilin sentiyabr ayından məktəb müdüri 

və müəllim kimi əmək  fəaliyətinə burdan başlamışdır 


 

 

 

 

 

 

. (F.Qasımzadənin fəaliyyəti 6 ay çəkmişdir. 1917-ci ildə Çar  hökumətinin yıxılması və 1918 ci ildə ADR 

qurulması və s.səbəblərdən) 

    Məlumat  üçün  onuda  qeyd  edək  kı,  bu  bölgələrdəə  su  dəyirmanını  1840-cı  ildən  başlayaraq 

Malakanlar  quraşdırmışlar. Sovet hakimiyəti qurulana qədər bölgədə 40-a qədər su dəyirmanı olmuş 

və  bunlarin  üçü  (Qarabörk  kədində  və  Qaziyan  kəndində  yan-yana  2)    Mahmud  yüzbaşıya  məxsus 

olmuşdur. Bölgədə ilk məktəb 1882-ci ildə Həsən bəy Zərd  abi  tətəfdən Zərdabda açılmışdır. Yalnız 

üç kəndin Potu(mal bazarı), Müsüslü və Qaziyanda bazarı olmuşdur  

 

 

İrad və təklifləri olanlar aşağıda qeyd olunan imel ünvanına və telefonlara müraciət edə bilərlər 

Ibrahim Shirinov: İmeil adresi    

                            Mobil telefonu: 0503118759 ,şəhər telefonu: 502-66-89 

Abıl Əliyev: İmeil adresi    

aliev.abyl@mail.ru

 

                         Mobil telefonu: 0504655998 ,şəhər telefonu: 579-76-98 

 

 

Re: Çox Hörmətli oxucular,Qazyan kəndinin,toponimi,tarixi,qazyanlıların mədəniyyəti, 

etnoqrafik xüsusiyyətləri barədə kitab hazırlamaq fikrindəyik.Odur ki, bu mövzuda mövcud 

məlumatları toplayıb bizə göndərməyinizi acizanə xahiş edirik. 

 

Yüklə 72,21 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə