Microsoft Word derslik-Semengul doc



Yüklə 12,87 Kb.
Pdf görüntüsü
səhifə23/40
tarix11.04.2018
ölçüsü12,87 Kb.
#37910
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   40

 
71
aydın izahat verərək, ikinci dil kimi, fars dilinin tədrisi üzrə ana di-
lində tədris vəsaitinin olmamasından narazı qaldığına işarə etmişdir. 
İki hissədən ibarət olan «Sihah əl-əcəm» əsərinin birinci his-
səsinə farsca-azərbaycanca təxminən dörd min söz daxil edilmişdir. 
İkinci hissəsində isə fars dilinin qrammatikası haqqında Azərbaycan 
dilində oçerk verilmişdir. Burada bir çox qrammatik dəyişmələr 
müvafiq misallar əsasında izah edilmişdir. Buna görə də məktəb və 
maarif tariximizdə «Sihah əl-əcəm» əsərini fars dilinin ikinci dil ki-
mi tədrisi üçün Azərbaycan dilində  tərtib edilmiş ilk tədris vəsaiti 
kimi dəyərləndirmək lazımdır. Bu cəhətdən, Azərbaycan məktəb ta-
rixində «Sihah əl-əcəm» kitabı müstəsna əhəmiyyət kəsb edir. Çün-
ki «Sihah əl-əcəm» əsərinin Azərbaycan dilində tərtib edilməsi an-
caq təlimin ana dilində aparılması zərurətinin dərk edilməsi ilə əla-
qədar olan bir təşəbbüsdür. 
XIII  əsrdə  nəstəliq xəttini icad edən Xacə Mirəli Təbrizinin 
fəaliyyətindən belə bir qənaətə gəlmək olar ki, həmin dövrdə xətt və 
yazının inkişafı məsələsi ilə də Azərbaycanın maarif xadimləri məş-
ğul olmuşlar. 
XIII  əsrin ikinci yarısında Azərbaycanda təbabət üzrə Mah-
mud ibn İlyas, Əbdülməcid Təbib kimi görkəmli tibb alimlərinin də 
elmi və pedaqoji fəaliyyətləri nəzəri cəlb edir. Bu alimlərin “Tebbi-
name”, “Ketab ol-tebb” adlı  əsərlərinə verilmiş  təhlilə  əsasən belə 
bir nəticəyə  gəlmək olar ki, Azərbaycanda müstəqil bir elm kimi 
sistemləşdirilmiş tibbi fikir inkişafının başlanması məhz XIII əsrin 
ikinci yarısına təsadüf edir. 
XIII  əsrin axırları  və XIV əsrin  əvvəllərində Azərbaycanda 
maarif sahəsində yüksəliş daha artıq gözə çarpır. 
Bu dövrün mühüm xüsusiyyətlərindən biri bundan ibarətdir 
ki, Azərbaycanda ədəbi irsin ana dilində təşəkkül tapması, həmin is-
tiqamətdə maarif və təhsilin inkişafı məsələsi bir sıra şair, alim və 
ictimai xadimləri böyük maarif əhəmiyyəti daşıyan təşəbbüslər gös-
tərməyə sövq etmişdir. Habelə bu dövrdə  fəlsəfə,  ədəbiyyat, tarix, 
astronomiya və tibb elmləri üzrə  tədqiq və  təhsil sahələri daha da 
genişlənmiş, İranda və Azərbaycanda elmi düşüncə və maarifin in-


 
72
kişafı nöqteyi-nəzərdən tarixi əhəmiyyət daşıyan bir sıra mühüm 
abidələr yaranmışdır. Marağa rəsədxanası, “Şənb Qazan” məktəb və 
mədrəsəsi, Rəb Rəşidi darülfünunu, “Sultaniyyə” mədrəsələri bun-
lara misal ola bilər. 
Marağa rəsədxanası XIII əsrin ikinci yarısında (1258 – 1259) 
Məhəmməd Nəsirəddin Tusinin rəhbərliyi altında tikilərək,  Şərqdə 
ən mühüm elm və tədris mərkəzlərindən biri olmuşdur
1

Marağa şəhərində rəsədxana yaradılması burada elmi ocaqla-
rın, maarif işlərinin genişlənməsinə əhəmiyyətli dərəcədə təsir gös-
tərmişdir. Rəsədxananın nəzdində açılmış kitabxana şərq ölkələrin-
də mövcud olan ən mühüm kitabxanalardan biri idi. Nəsirəddinin 
yazdığına görə, Bağdad, Şam, Musel və Xorasanda olan ən dəyərli 
kitablar Marağa kitabxanasına köçürülmüşdü. 
Nəsirəddin Tusi kimi dövrün ən böyük alimi Marağa mədrə-
sələrinin müəllimlərindən biri idi
2
. Onun mühazirələrində  Şərqin 
müxtəlif rayonlarından gəlmiş  tələbə  və elm həvəskarları  iştirak 
edirdilər. Tusinin yanında təhsil almış Azərbaycanın görkəmli alim 
və ədibləri az olmamışdır. Hümam Təbrizi də bu sıraya daxildir. 
Marağa rəsədxanasında Nəsirəddin Tusi ilə əməkdaşlıq etmək 
üçün Tiflis, Qəzvin, Dəməşq, Musel şəhərlərindən dəvət edilmiş ri-
yaziyyatçı Möhyəddin  İxlati, filosof Nəcməddin Dəbiran, həndə-
səyə  və  rəsədxana alətlərinə yaxşı  bələd olan Müəyyəddin  əl-Ərzi 
və Fəxrəddin Mərağı kimi görkəmli alimlərin də Marağa mədrəsələ-
rində tədrislə məşğul olmalarıni ehtimal etmək mümkündür. 
Qeyd etmək lazımdır ki, XIII əsrin axırları və XIV əsrin əv-
vəlləri Azərbaycanda Məhəmməd Qazan xanın hakimiyyəti dövrünə 
təsadüf edir. Məlum olduğu kimi, Qazan xan öz hakimiyyətini möh-
kəmləndirmək üçün ölkədə monqolların zülmü nəticəsində büsbü-
                                                 
1
 Marağa rəsədxanasında ulduzların xəritələri, astronomiyaya aid olan cədvəllər, 
alətlər, elmi-nəzəri  əsərlər yaradılmışdır. Burada 1279-cu ildə  Məhəmməd ibn 
Müəyyidəddin tərəfindən hazırlanmış bir ulduz qlobusu Drezden şəhərində «Ri-
yaziyyat-fizika zalı» adlı bir muzeydə saxlanmaqdadır.  
2
 XVII əsr fransız səyyahı Şardənin yazdığına görə, «Tatar imperiyası mədrəsə-
lərinin rəhbərliyi uzun müddət Nəsirəddin Tusiyə tapşırılmışdır».
  


 
73
tün dağılmış kənd təsərrüfatı sahəsində, eləcə də maliyyə və pul sis-
temində bir sıra islahat aparmağa başladı. Qazan xanın islahatı mül-
kədarların xeyrinə olsa da, hər halda, ölkədə müəyyən dərəcədə 
kənd təsərrüfatını və maliyyə vəziyyətini yaxşılaşdırdı, xüsusilə ti-
carətin inkişafına səbəb oldu. Əlbəttə, bu vəziyyət ölkədə savada 
olan ehtiyacı daha artırdı, elm və mədəni-maarif işlərinin yüksəlişi-
nə təsirsiz qalmadı. 
Elm və  sənətə  dərin rəğbət bəsləyən Qazan xanın özü hərtə-
rəfli inkişaf etmiş bir hökmdar olmuşdur
1
. Buna görə  də  Fəzlullah 
Rəşidəddin kimi böyük tarixçi və maarifpərvər alimin Qazan xan tə-
rəfindən dövlət başçısı təyin olunması təsadüfi deyildir. 
Əlbəttə, yuxarıda göstərdiyimiz  şərait XIII əsrin axırları  və 
XIV əsrin əvvəllərində Azərbaycanda elm, mədəni-maarif işlərinin 
inkişafı üçün imkanların xeyli genişlənməsinə  təsir etmişdir. Belə 
ki, Qazan xan və onun vəziri Fəzlullah Rəşidəddinin dövründə 
Azərbaycanda mühüm elmi mərkəzlər və təlim-tərbiyə ocaqları tə-
sis edilmişdir. Bunlardan biri Qazan xanın təşəbbüsü ilə 1302-ci il-
də Təbrizin yaxınlığında Şam adlanan yerdə tikilmiş və “Şənb Qa-
zan” adı ilə məşhur olmuşdur. Orta əsr məxəzlərində Şənb Qazanda 
gözəl mədrəsələr mövcud olduğu qeyd edilmişdir. 
“Şənb Qazan” mədrəsəsini ibn Bətutə (1303 – 1379) görmüş 
və onu səyahətnaməsində qeyd etmişdir. O, yazır: «10 gün yol get-
dikdən sonra Təbriz  şəhərinə çatdıq. Təbrizin xaricində  Şam adla-
nan bir yerdə mənzil etdik. Əraq padşahı olan Qazan xanın qəbri bu 
məhəldədir. Onun qəbri yanında gözəl bir mədrəsə tikilmişdir». 
                                                 
1
 Orta əsrin ən mötəbər tarixçilərindən biri olan Fəzlullah Rəşidəddinin M.Qazan 
xana (1217 – 1304) yazdığı tərcümeyi-haldan məlum olur ki, yaxşı zərgər, dəmir-
çi, dülgər, xarrat olan M.Qazanxan kimyanı, təbabəti və əczaçılığı gözəl bilirdi. 
O, hətta təbabət sahəsində tədqiqat işi ilə də məşğul olurdu. Vaxtı ilə təbabət üçün 
çox əhəmiyyətli olan onun hazırladığı bir dərman «Teryaq-e Qazani» adı ilə məş-
hur olmuşdur. 
 
Qazan xan mahir mədəniyyətşünas və tarixçi olmuş, nücum elmini öy-
rənmişdir. «Came ət-təvarix»də Qazan xanın ərəb, fars, hind və Avropa dilləri ilə 
tanış olduğu qeyd edilmişdir.  


Yüklə 12,87 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə