Ə rb əst iş n 9 Ad



Yüklə 184,59 Kb.
Pdf görüntüsü
tarix22.12.2023
ölçüsü184,59 Kb.
#154051
448719019-İqtisadi-inkişafın-novləri-və-ekoloji-faktorlar-pdf



S
ə
rb
əst iş N 

Ad: 
R
ə
hman 
Soyad: 
Hüseynli 
Fakült
ə

Maliyy
ə
v
ə
Mühasibat 
Qrup: 
606 
Kurs: 

F
ə
nn:
Ətraf Mühitin İqtisadiyyatı

ə
llim:
Həsənov Rövşən
S
ə
rb
əst işin
 
adı :
İqtisadi inkişafın növləri və 
ekoloji faktorlar
.


Müasir ekoloji problemlər müəyyən dərəcədə iqtisadi fikrin bu sahədə geri qalması 
nəticəsində yaranmışdır. Nə iqtisad elminin klassikləri (A.Smit, K.Rikardo), nə də 
onlardan sonra gələn iqtisadçılar (D.Keyns, A.Marşall da daxil olmaqla) iqtisadi 
inkişafda ekoloji məhdudliyyətlərə lazımi əhəmiyyət verməmişlər. Yalnız XX əsrin 70-
ci illərində, ekoloji problemlərin kəskinləşdiyi dövrdə, iqtisadiyyat elmi artıq mövcud 
olan ekoloji-
iqtisadi inkişaf meyillərini təhlil etmək, inkişafın prinsipcə yeni 
konsepsiyasını işləyib hazırlamaq zərurəti qarşısında qaldı.
İqtisadiyyatın müasir ekoloji-iqtisadi inkişaf növünü iqtisadi inkişafın texnogen növü 
kimi müəyyən etmək olar. Bu növü ekoloji məhdudiyyətlər nəzərə alınmadan yaradılan 
süni istehsal vasitələrindən istifadəyə əsaslanan təbiət tutumlu (təbiəti dağıdan) inkişaf 
tipi kimi 
səciyyələndirmək olar.
Bərpa oluna bilməyən təbii resurslardan sürətlə istifadə, bərpa oluna bilən təbii 
resursların onların bərpa sürətindən yüksək sürətlə istismar edilməsi texnogen inkişaf 
növünün xarakterik xüsusiyyətlərindəndir.
İqtisadi inkişafın texnogen üsuluna əhəmiyyətli eksternallar (yaxud xarici təsirlər) 
xasdır. Təbiətdən istifadədə onları iqtisadi fəaliyyətin neqativ ekoloji-iqtisadi nəticəsi 
kimi səciyyələndirmək olar.
Texnoge
n inkişaf növünün müxtəlif modelləri mövcuddur. Ekoloji-iqtisadi siyasət 
mövqeyindən iki ümumiləşdirilmiş modeli – “frontal iqtisadiyyat” və “ətraf mühitin 
mühafizəsi” konsepsiyasını qeyd etmək olar.
Son zamanlara qədər iqtisadi nəzəriyyə və təcrübədə əsas diqqət iqtisadi artımın iki 
amilinə - əmək və kapitala yönəldilmişdir. Təbii resurslar tükənməz hesab edilirdi. Bu, 
iqtisadi nəzəriyyə və iqtisadi tədqiqatlarda geniş istifadə edilən aşağıdakı ifadədə, 
istehsal funksiyasının misalında aydın görünür: 
U=f(K,L) (1) 
Burada: 
U
– iqtisadi artım göstəricisi (ümumi daxili məhsul, milli gəlir); 

– funksiyadır; 

– kapital; 
L - 
əmək ehtiyatları. 
İqtisadi inkişafın nəticəsi kimi ətraf mühitin və resursların pisləşməsi kimi problemlər 
isə nəzərə alınmırdı. Bunun əks tərəfi, ekoloji pisləşmə, iqtisadi inkişaf, əmək 
resurslarının vəziyyəti, əhalinin həyat keyfiyyəti arasında əks əlaqə öyrənilmirdi. Bu cür 
iqtisadi sistemi “ümumi iqtisadiyyat” və ya K.Bouldinqin ifadəsi ilə “kovboy iqtisadiyyatı” 
adlandırırlar.
Ümumi (frontal) iqtisadiyyat konsepsiyasının mahiyyəti son vaxtlara qədər etiraz 
doğurmurdu. Yalnız son zamanlar iqtisadi nəzəriyyənin ekologiya istiqamətinə 
yönəldilməsinin zəruriliyi dərk edilməyə başladı. Dərk etmək prosesi məhsuldar 
qüvvələrin sürətli inkişafı və əhalinin artımı nəticəsində təbiətlə cəmiyyət arasında 
münasibətlərin keyfiyyətcə dəyişməsi, ekosistemə düşən gücün böyük artımı ilə 
əlaqədardır. 
Ekoloji gərginliyin artması, ümumi iqtisadiyyatın köhnə anlayışlarla inkişafının təhlükəli 
olmasının dərk edilməsi, bir çox ölkələri ekoloji amil¬ləri nəzərə almaq üçün cəhdlər 
göstərməyə sövq etdi. Bununla əlaqədar olaraq, təqribi də olsa ətraf mühitin qorunması 
konsepsiyası kimi müəy¬yən edilən (bu çərçivədə yanaşmaların müxtəlifliyi səbəbi ilə) 
konsepsiya meydana çıxdı.


Ekoloji təhlükə yüzdən çox ölkədə təbiətin qorunması ilə əlaqədar dövlət orqanlarının 
yaradılmasına səbəb oldu.
Təbiətin mühafizəsi üzrə fəaliyyət göstərilməsinin zəruriliyi ona əsaslanır ki, ətraf 
mühitin pisləşməsi insanlara ziyan vurur və iqtisadi inkişafı gecikdirir. Lakin 
iqtisadiyyatla təbiət arasındakı ziddiyyəti real olaraq, bir konsepsiya çərçivəsində həll 
etmək qeyri-mümkündür. Bunu dünyada ekoloji problemlərin getdikcə artması sübut 
edir

Yüklə 184,59 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə