Microsoft Word D\335n ve d\326vlet elaqeler\335 as\375l



Yüklə 478,48 Kb.
Pdf görüntüsü
səhifə8/20
tarix06.05.2018
ölçüsü478,48 Kb.
#42572
1   ...   4   5   6   7   8   9   10   11   ...   20

 

15 


 

D- ORTA MƏKTƏBLƏRDƏ ƏXLAQ VƏ QURAN TƏL M  

39. Ölkəmizdə, Türkiyədəki  mam Xətib lisələrinə bənzər  bir təlimin verilməsi dövlətin və 

xalqın  ruhi  və  mənəvi  qalxınmasına  çox  faydası  olacağına  inanıram.  Bu  fəaliyyət,  gənclərin 

hər tərəfli yetişməsini saxlayacaq, sektalara, qruplara,xurafələrə yönlənməsinə mane olacaq və 

bir  çox  həm  özlərinə  həm  dövlətin,  xalqın  zərərinə  olacaq  pisliklərə,  propaqandalara 

düşməsinin  qarşısını  alacaqdır.  manlı  gənclərin  varlığı  cəmiyyət  üçün  etibar  qazandırır.*  

Çünki xürafatçılar və fitnəkarlar həmişə dini yaxşı bilməyənləri axtarırlar. Cahilləri tabe etmək 

asandır və bunlar hər kəs üçün istismar edilən, çeynənən rahat loxmadır. 

Din təshili tədris planı Quranın işığında gözdən keçirildiyi təqdirdə ölkəyə ağlın və əməlin 

hakim olması qaçınılmazdır. 

40.  nsanların  dinə  yönəlmələrinə  mane  olmaq  mümkün  deyildir.  Bu  bütün  dünyada 

tarixdən günümüzə qədər yaşanan bir hadisədir. Bütün millətlərin bir dini olmuş və olacaqdır. 

Buna  heç  kim  və  heç  bir  şey  mane  ola  bilməz,  çünki  bu  insanın  fitrətinə  yerləşdirilmiş  bir 

ş

eydir.  nsanlar  onu  bu  və  ya  digər  şəkildə  qəlblərinə  ya  da  yaşayış  tərzlərinə  soxacaqlar. 



Kimsə  mənim  dinlə  əlaqəm  yoxdur  deməsin,  özünü  aldadır.  Hər  insanın  həyata  baxışı  və 

yaşayış tərzi onun dinidir. Bu səbəblə ,,din’’ə tutduğu yol mənası da verilmişdir. 

41. Dindən deyil, dinin səhv və əksik öyrənilməsindən qorxmaq lazımdır. Əgər dini təhsil 

orta  məktəblərdən başlayaraq  yayğınlaşdırılmazsa, özünü  mühakəmə  edə  bilməyən, inancını, 

mənliyini,  mədəniyyətini,  əxlaqını,  ədaləti  və  s.  qoruya  bilməyən  insanlar  çoxalar.  Elə  bu 

halda artıq fəlakətdən, zülümdən, kaosdan bəhs etmək əbəs olur. 



6-S YAS  PART YALAR 

42.  Konstitusiyaya  görə,  ”…dövlətin  bir  insan  və  ya  qrup  tərəfindən  idarə  edilməsini, 

ictimai  bir  sinifin  digər  ictimai  siniflər  üzərində  hakimiyətini  saxlamaq  və  ya  dil,  irq,  din, 

məzhəb fərqliliyi və sairə güdərək  belə bir anlayış və görüşlərə əsaslanan bir dövlət sistemini 

qurmaq məqsədi ilə...’’siyasi partiya qurula bilməz ”

19



Konstitusiya belədir, amma ideologiyalarını qabağa çıxaran bir çox idarəçilərin xalqı özləri 

inandığı kimi inanmaya məcbur edən davranışları dil, irq, din və məzhəb fərqliliyinə əsaslanan 

partiyaların  qurulmasına  şərait  yaratmışdır.  Bunlara  qarşı  başqa  partiyalar  da  qurulunca 

birdən-birə çox sayıda partiya ortaya çıxmış və hər biri özünə tərəfdar tapmışdır. 

Bu  vəziyyət  lüzumsuz  münaqişələrə  ,  vətəndaşların  sinif  və  qruplara  ayrılması  kimi 

təhlikəli  nəticələrə  yol  açmaqda,  ölkənin  gücü  və  imkanları  bu  çarx  içində  heç  olub 

getməkdədir.  darəçilərin  öz  ideologiyalarını  qəbul  etdirmə  səylərinə  qarşı,  muxalif 

ideologiyaları  da  dövlətə  hakim  olma  mübarizəsinə  soxmuşdur.  Bir  çox  siyasi  partiya,  bir 

xidmət  yarışı ortaya qoymaq  yerinə,  təmsil etdiyi ideologiyanı hakim qılma və tərəfdarlarını 

dövlət imkanlarından  yararlandırma  yarışı içərisinə  girirlər. Belə bir vəziyyətdə sonu gəlməz 

qarşıdurmaların yaranması qaçınılmazdır. 

43.  Bu  şəraiti  yaradan  hüquqi  və  ictimai  səbəblər  ortadan  qaldırılmazsa  nəticə  alınmaz. 

Necə  ki,  Türkiyədə  12  sentiyabr  1980  dan  sonra  siyasi  partiya  sayısını  azaltma  təşəbbüsü 

                                                            

19

 Bunlar Konstitusiyanın 14-cü maddəsində qoyulan hüdudlamalardır. Konstitusiyanın 69-cu maddəsində siyasi 



partiyaların 14-cü maddədəki hüdudlamaların xaricinə çıxa bilməyəcəyi yazılıdır. 


 

16 


 

müvəffəqiyyətsiliklə  nəticələnmişdir.  Artıq  20%  səviyyəsində  səs  alan  partiyalar  Türkiyənin 

ə

n böyük partiyaları olaraq hökümət qurmaqdadılar.  deolojik davranışlara son veriləcək olsa 



partiyalar öz ideologiyalarını hakim etməkdən imtina edərək ölkənin qalxınması üçün xidmət 

yarışına girmək məcburiyyətində qalarlar. 

Bir çox ölkələrdə olduğu kimi başda kommunizm olmaq üzərə ən böyük düşmənçilik  slam 

dininə qarşı aparılmaqdadır. 



* DEOLOJ YAYA ƏSASLANAN S YAS  PART YA (Marksizm) 

44.  stismara, haqsızlığa, bərabərsizliyə qarşı olma iddiası ilə ortaya çıxan bu ideolojiyanın 

banisi  Karl  Marksdır.  Yazdığı  Kommunist  Manifestosunda  insanlar  arasındakı  sinif  fərqinin 

ortadan  qalxmasını,  imperialistlərin  istismarına  qarşı,  işilərin  bərabər  olmasını  irəli 

sürməkdədir.  Bu  fikirləri  ilə  əzilən  sinifin,  xüsusilə  fəhlələrin  rəğbətini  qazanmışdır. 

Ölümündən  sonra  ideolojiyaları  hər  tərəfə  yayılmaya  başladı  və  ilk  dəfə  bu  ideolojiyalara 

sahib  olan  fəhlə  sinifi,  Çar  Rusiyasını  yıxaraq  1917-ci  ildə    hakimiyyətə  gəldi.  Hakimiyyətə 

gəldikləri  gündən  etibarən  hər  tərəfdə  öz  ideolojiyalarının  xaricində  olan  bütün  fikir  və 

mütəfəkkirləri  yıxaraq,  mətbuaları  yaxaraq  öz  ideolojiyalarının  fədailəri  olan  robot 

makinalarını  yetişdirdilər.  Hakimiyyət  qısa  zamanda  imperialistlərin  əlindən  alınaraq, 

inqilabçı  işçilərin  teokratik  rejiminə  çevrildi.  Teokratik  rejim  ancaq  diktatorluqla  idarə  edilə 

bilir.  Dövləti  və  əməyi  uca  tutaraq,insanların  bundan  başqa  qayələrinin  olmadığını  və  bu 

uğurda  yaşayıb  ölmələrini  öyrətdilər.Bu  səbəblə  öz  ideolojiyalarında  olmayan  və  şübhə 

etdikləri  milyonlarca  insanı  öldürdülər  və  ya  sürgünə  göndərdilər.  Tarixdə  heç  bir  rejim  bu 

kommunistlər qədər insan qanı tökməmiş, dinə qarşı düşmən kəsilməmişdir. Çünki fərqli baxış 

tərzinə,  inanclara,  fəaliyyətə  düşmən  kimi  baxmağı  öyrənmişlər.  Özləri  kimi  olmayan  heç 

kəsi,  yanlarına,  idari  işlərə  almazlar.  Bu  tiplərə  qarşısındakının  haqlı  olub-olmaması  mühüm 

deyil, mühüm olan onun öz fikrində olmasıdır. Nəinki dindarlara, Allahın adının çəkilməsinə 

belə  təhəmmül  edə  bilməzlər.  Dini  afyon,  geriləmənin  səbəbi  olaraq  görürlər.  Bu  allerjik 

halları  onların  fıtratlarına  tərs  yetişdirildiklərini  göstərir.  Çünki  inanc  insanın  doğuluşundan 

fitrətinə yerləşdirilmişdir. Hər nə qədər inanmıram deyib inancının üstünü örtməyə çalışsa da 

qəlbindəkini  yox  edə  bilməz.  Özünü  hüzursuz  edər,  bu  inadı  onu  insanlıqdan  kənarlaşdırır. 

Məsələn,  xain  birinin  yanında  mərdlikdən  danışdığınız  zaman  xainin  narahatlığı  artar  və  ya 

fahişə  birinə  namusdan  danışmaq  kimidir  kommunistin  yanında  Allahdan  danışmaq...Hər  nə 

qədər  bu  günahları  işləsə  də  ruhi  hüzursuzluğu  davam  edər.  Çünki  insan  fitrəti    mərdliyə, 

namuslu  olmağa  meyilli  yaradılmışdır.  Artıq  bir  əsrə  yaxındır  bu  teokratik  kommunistlərin, 

dünyanın  bütün  ölkələrində  az  da  olsa  tərəfdarları  vardır.  Onların  idarə  etdiyi  xalqların 

insanları  mütləq  ya  inanclarından  ya  da  fərqli  fəaliyyətlərindən  ötrü  bir  çox  imkanlardan 

kənarlaşdırılmışlardır.  Günümüzdə  də  bu  kommunist  diktatorların  xalqını  necə  istismar 

etdiyini,  bütün  gəlirlərin,  vəzifələrin  və  mənfəətlərinin  özünə  yaxın  olanlara  payladığını 

görməkdəyik.  

Qısa və ara cumlələrlə kommunizmlə kapitalizmin fərqini ifadə etsək: 

-Kommunizm insanın inancını, ruhunu alır. 

-Kapitalizm insanın malını canını alır. 




Yüklə 478,48 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə