Microsoft Word D\335n ve d\326vlet elaqeler\335 as\375l



Yüklə 478,48 Kb.
Pdf görüntüsü
səhifə9/20
tarix06.05.2018
ölçüsü478,48 Kb.
#42572
1   ...   5   6   7   8   9   10   11   12   ...   20

 

17 


 

Kapitalizm  bu  səbəblə  insanın  nəyə  inandığına,  nə  dediyinə,  düşündüyünə  baxmaz, 

qarışmaz. Amma malına toxundunmu heç bağışlamaz. 

Ancaq  kommunizm  bunun  tərsinə,  haqlı-haqsız,  pis-yaxşı  bütün  fərqli  düşüncələrin, 

inancların  əleyhinədir.  Mala,  mülkə,  vəzifəyə  özü  istədiyi  kimi  inandığın  zaman  sahib  ola 

bilərsən.  Yoxsa  kim  və  nə  olursan  ol,  sənə  bunları  əldə  etməyə  haqq  tanımazlar.  Qısacası 

kommunizm  özü  kimi  inananlardan  ibarət  olan  dövlətə  və  məqsədlərə  qul  etməyə  çalışan 

teokratik bir sistemdir.* 

45.  nanca  yönəlik  təzyiqlərdən,  düşmənçilikdən  bir  çox  ölkələrdə  dini  partiyalar  ortaya 

çıxmışdır.  Bu  vəziyyətdə  dinə  dayanan  partiya  xüsusi  bir  əhəmiyyət  daşıyır.  ndi  isə  o 

mövzuya girək: 

A-D NƏ ƏSASLANAN PART YA 

46.  slami  partiya  olmaz,  amma  müsəlmanların  partiyası  ola  bilər.  Bu  ikisi  arasında  fərq 

vardır.  slam bir dindir. Bu dinin hədəfi insanlardır. O, dünyalıq əldə etmənin vasitəsi olaraq 

istifadə olunmaz. Dini təbliğat ilə vəzifəli peyğəmbərlərin müştərək sözləri budur: 

,,  Mən  sizdən  bu  işimə  qarşılıq  bir  ödəniş  istəmirəm,  mənim  ödənişim  sadəcə  varlıqların 

sahibi olan Allaha aiddir.’’(Şüara 26/180) 

47. Dinə qarşı çıxanlar, din təbliği ilə iqtidar mübarizəsini bir-birinə qarışdırmışlar. Musa 

(a.s.)  ilə  dövrün  ən  böyük  krallarından  olan  Firavun  arasında  keçən  söhbət  bu  yöndən 

mühümdür. 

,, Musa dedi ki, “ Bax, Firavun! Mən aləmlərin Rəbbinin bir elçisiyəm. 

Mənə düşən, Allaha qarşı həqiqətin xaricində bir şey danışmamağımdır. Sizə Rəbbinizdən 

bir möcüzə gətirdim,  srail oğullarını mənimlə bərabər göndər.” (Araf 7/104-105) 

Firavun dedi ki: ” Aləmlərin Rəbbi, O nə cür olan bir şeydir? “ 

Dedi  ki,  dəqiq  olaraq  inanacaqsansa,  o  göylərin,  yerin  və  ikisi  arasındakı  hər  şeyin 

Rəbbidir.” 

(Firavun) Çevrəsində olanlara dedi ki,” Eşitmirsizmi? ” 

Musa sözünə davam etdi: “ O sizin də Rəbbiniz, əvvəlki atalarınızın da Rəbbidir. ” 

Firavun dedi ki, “ Sizə göndərilən elçiniz həqiqətən dəlidir.’’ 

Musa  dediki:  ”  Əgər  ağlınızı  istifadə  edərsəniz  O,  şərqin,  qərbin  və  bu  ikisi  arasında 

olanların Rəbbidir.’’ 

Firavun  dedi  ki:  Əgər  məndən  başqasını  Tanrı  etsən,  and  olsun  səni  zindanlardan  birinə 

ataram.” 

“ Əgər sənə açıq bir sübut  gətirmiş olsamdamı? ” dedi. 

“ Haydı gətir görək; əgər düzgün adamlardan biri isən.” dedi. 

O anda dəyənəyini atdı, bir də nə görsün böyük bir ilan! 

Ə

lini çıxartdı, o da baxanlar üçün düm-ağ oldu. 




 

18 


 

(Firavun)  çevrəsində  olan  qabaqda  gedənlərə  dedi  ki:  Bu  həqiqətən  bilikli  bir 

gözbağlayıcıdır. 

stəyir ki, tilsimi ilə sizi torpağınızdan çıxartsın. Nə əmr edərsiniz? 

Dedilər ki, ” Onu və qardaşını tut saxla, şəhərlərə əyyanlarını göndər. 

Sənə  bütün  bilikli  sehirbazları  gətirsinlər  ”.  (Şuara  26/18-37)  Burada  Musa  (a.s.):  “ 

srailoğullarını mənimlə  bərabər  göndər ” dediyi  halda  Firavun,  tam əksinə onun iqtidarı ələ 

keçirmək  istədiyini  iddia  edərək  milli  duyğuları  istismar  etmişdir.  Firavunun  sözünü  təkrar 

edək: 

“ O istəyir ki, tilsimiylə sizi torpağınızdan çıxartsın.” 



Halbuki,  Musa  (a.s.)  israiloğullarını  alıb  getmək  istəyirdi.  Firavun  Musanın  nə  dediyini 

yaxşı başa düşür amma sanki, onun həqiqi niyyətini sezmiş kimi davranaraq demaqoqluq edir 

və özünü deyil, xalqını düşündüyünü göstərməyə çalışır. Çünki doğrunu demək işinə gəlmir. 

48. Bu səbəblə  slamı, iqtidara gəlmənin bir vasitəsi olaraq istifadə etmək xatadır. O zaman 

səlahiyyətli məqamda olanlar  slama duyğusal, bir tərəfli reaksiya verərlər. Çünki heç kimsə 

ə

lindəki imkanları itirmək istəməz. Ayrıca bu davranış iqtidar hərisliyi ilə yanıb tutuşanları da 



hərəkətə  keçirir.  Nəticədə  kimisi  iqtidarı  əldən  qaçırmamaq  üçün  dinə  qarşı  gələrkən,  kimisi 

də  iqtidara  gələ  bilmək  üçün  dindən  istifadə  edərlər.  Hər  ikisi  də  dini,  lazım  olduğu  şəkildə 

düşünməyə və bir  təsir altına düşmədən o mövzuda qərar verməyə əngəl olur. 

49.  Dediyimiz  kimi,  slamın  partiyası  olmaz  amma  müsəlmanların  bir  vəya  bir  neçə 

partiyası  ola  bilər.  Bunlar  proqramlarını  ortaya  qoyar,  lazım  olan  bilik  və  təcrübəyə  sahib 

olduqlarını  göstərir  və  iqtidar  mübarizəsinə  qatılarlar.  Şayət,  iqtidara  gələrlərsə  din  adına 

deyil, öz adlarına idarə edərlər. Yaxşı idarə edərlərsə savabı özlərinə, pis idarə edərlərsə vəbalı 

yenə özlərinə aid olur. Çünki  slamda səhv olmaz amma müsəlmanda ola bilər. 

50. Din hürriyyəti mühümdür.  nanc isə bir qəlb işi olduğu üçün inanc hürriyətini tanımaq 

və  ya  tanımamaq  çox  da  böyük  məna  daşımaz.  Amma  din  hürriyəti  çox  mühümdür.  Din 

deyincə,  o  dinin  bütün  əmr  və  qadağanları  başa  düşülür.  Bunun  daha  açıq  ifadəsi,  inandığı 

kimi yaşama hürriyətidir. 

slam, insana inandığı kimi yaşama imkanı saxlayır və inanclara təzyiq və təhqiri qadağan 

edir. Osmanlının meyxana açmağı və donuz yetişdirməyi müsəlmanlara qadağan edib, qeyri -

müsəlmanlara sərbəst buraxması bu səbəblədir.  

Bu  anlayış,  spaniyadan  qaçan  yəhudilərə  qucaq  açmağımıza  və  onlara  tarixlərinin  ən 

sevincli zamanını  yaşatmağımıza səbəb olmuşdur. Yəhudilər bunun xatirəsinə 500. l Vəqfini 

qurmuşlar. 

51.  Amma  artıq  əvvəlki  mehribanlıq  havası  yoxdur.  Çünki  səlahiyyətli  mövqelərdə  olan 

ateistlər  və  dinə  uzaq  kimsələr,  mehriban  ola  bilməməkdədirlər.  Bunlar,  müxtəlif  səbəblərlə 

müsəlman görünmə ehtiyacı da hiss edərlər. Əslində bu ehtiyac, özlərinə yönəldiləcək tənqid 

və  mənfəətlərini  qoruma  məqsədindən  qaynaqlanmaqdadır.  1946  dan  bu  yana  qurulan  siyasi 

partiyalar,  daha  çox  səs  toplaya  bilmək  üçün  xalqın  dini  duyğularını  ələ  almaq  üçün  adəta 

yarışmışlar.  Bunların  içində  səmimi  olanlar  olduğu  kimi,  dini  duyğuları  istismar  edənlər  də 

olmuşdur. 



Yüklə 478,48 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə