Microsoft Word D\335n ve d\326vlet elaqeler\335 as\375l



Yüklə 478,48 Kb.
Pdf görüntüsü
səhifə6/20
tarix06.05.2018
ölçüsü478,48 Kb.
#42572
1   2   3   4   5   6   7   8   9   ...   20

 

11 


 

“  Allahın  ipinə  hamınız  birlikdə  sım-sıx  sarılın;  bir-birinizdən  ayrılmayın.  “  (Al-i  mran 

3/103) 

“ Ey inananlar! Allaha boyun əyin, elçisinə itaət edin, sizdən olan əmirlərə də. Bir mövzu 



üstündə  mübahisə  edincə,  əgər  Allaha  və  axirət  gününə  inanırsızsa  onu  Allaha  və  Rəsuluna 

götürün. Bu həm daha xeyirlidir, həm də nəticə etibarı ilə daha yaxşı olur.”  (Nisa4/59) 

“  Allahın  endirdiyi  Kitab  ilə  aralarında  hökm  et.  Olmaya  onların  həvəslərinə  uyma. 

Onlardan  uzaqlaş  ki,  Allahın  sənə  endirdiyinin  bir  qismindən  səni  çaşdırmasınlar.  Əgər  üz 

çevirirlərsə  bil  ki,  Allah  bir  çox  günahlarına  qarşılıq  başlarına  bir  pislik  gəlməsini  istəyir. 

Ə

slində insanlardan çoxu həqiqətən yoldan çıxmışdır. 



Yoxsa cahiliyyə dövrünün hökmünü mü axtarırlar? Yaxşı başa düşən bir millət üçün kimin 

hökmü Allahın hökmündən gözəl ola bilər? ” (Maidə 5/49-50) 



4 - TƏR QƏTLƏ

28. Hər insan, rahatlıqla gedib qatılacağı söhbət və dostluq çevrəsi axtarır. Peyğəmbərlər bu 

çevrəni təşkil etmişdilər. Onlarla hər tipdən insan rahatlıqla və heç bir əngələ məruz qalmadan 

ünsiyyət  qurmuş  söhbətlərinə  qatıla  bilmişdir.  Məsələn,  Rəsulullah  (s.a.v.)  Mədinədəki 

məscidini qadın  kişi,  qoca cavan, alim cahil,  müsəlman  kafir və  yerli  yersiz fərqi qoymadan 

hər  kəsə  açıq  tutmuşdur.  Hərkəs  oraya  rahatlıqla  girər  və  söhbətə  qatılırdı.  Söhbət,  Quran 

ə

trafında olduğu üçün hərkəs öz bilik və qabiliyyətinə görə oradan bir şeylər alırdı. 



29.  Namazda  oxuduğu  Quranın  mənasını  bilməyən  insanın  namazı  olur.  Çünki  o,  bu 

mövzuda özünə verilən əmri yerinə gətirməkdədir. Əmrin içində oxuduğu Quranı başa düşmə 

şə

rti  yoxdur.  Amma  Quranı  başa  düşmək  ən  mühüm  hədəflərdən  olduğu  üçün  namazda 



oxunuşu  da  onu  daha  asan  başa  düşəcək  tərzdə  olur.  Məbsutda  bunu  izah  edən  ifadələri 

diqqətlə incələyək: 

“  Ona  dua  və  salam  olsun,  Peyğambər  belə  demişdir:  “  Kim  imama  uyarsa,    imamının 

oxuması  onun  oxuması  sayılır.”  O,  məşhur  bir  hədisində  də  belə  demişdir:  “  mam  təkbir 

alınca  siz  də  alın,  imam  oxuyunca  siz  də  susun.  ”  mama  uyan  insanın,  imamın  arxasında 

qiraət etmə qadağası böyük sahabələrdən 80-nı tərəfindən rəvayət edilmişdir. Bunların adlarını 

hədisçilər toplamışlar. Sad b. Əbu Vaqqas demişdir ki,” Kim imamın arxasından qiraət edərsə 

namazı pozulur.” Bunun mənası budur: Quran oxumada əsl məqsəd onu oxumuş olmaq deyil, 

onu başa düşmək, fikirləşmək və ona görə davranmaqdır.  bn Məsud belə demişdir:  “ Quran 

ona  uyulsun  deyə  endirildi  amma  insanlar  götürüb,  onu  oxumağı  ibadət  saydılar.”  mam 

oxuyur,  cəmaat  da  oxunan  Quranı  dinləyərsə  istənilən  əldə  edilir.  Amma  namazda  hər  kəs 

qiraətlə məşğul olarsa istənilən şey yerinə gəlmiş olmaz.”

12

 

Demək ki, onların əsl hədəfi, namazda belə olsa oxunan Quranı başa düşməkdir. 



30. Təriqətlər Pəyğəmbərin yoluyla getsələr, Quranı dərk etməyə yönəlik söhbətlər etsələr, 

bu  məqsədlə  təlim  və  təhsil  çevrələri  meydana  gətirsələrdi  çox  yaxşı  olardı.  Amma  onlar, 

Quranı dərk etmək üçün səy göstərmədilər. Oxuduqları Quran ağıllarına deyil, qulaqlarına və 

könüllərinə əks etdi. Məna unuduldu, onun sözləri və musiqisiylə yetindilər. Beləliklə Quran, 

söhbətin süsü halına gəldi. Bu vəziyyət, qaçınılmaz olaraq xurafələrə şərait hazırladı. Təriqət 

                                                            

12

 Şəmsuddin əs-Sərahsi, əl-Məbsud, Beyrut, 1409/1989, c.1, s.199-200. 




 

12 


 

ş

eyxi,  eynilə  xristian  əzizi  kimi  ruhani  lider  sayıldı  və  ruhani  aləmlə  əlaqəsinin  olduğuna 



inanıldı. O, Allah ilə müridlərinin arasında bir vəsilə və vasitə yerinə qoyuldu. Quranı Kərimə 

görə hər müsəlman Allahın dostu, yəni vəli qulu ikən, bu vəsf yalnız təriqət böyüklərinə xas 

edildi.  Dostun  dosta  nazı  keçər,  deyilərək,  Allahın  bunların  nazını  çəkəcəyi  qəbul  edildi. 

Onların  qeyri-  adi  yollarla  insanlara  kömək  edəcəyinə  inanıldı.  Təriqətə  girmə,  əl  alma 

şə

klində bir mərasimə bağlandı. Bundan əvvəl adayın o təriqətdən nəsibinin olub-olmadığını 



təyin  etmək  üçün  yuxu  görməsi  və  bu  yuxunu  şeyxə  danışması  şərti  gətirildi.  Beləcə 

istənilməyən  və  şeyx  tərəfindən  təsdiq  edilməyən  insanların  təriqətə  alınması  əngəlləndi. 

Qapılar  çölə  möhkəm  bağlanmış  oldu.  nsanlar,  təriqətdən  olan  və  olmayan  deyə  qrublara 

ayrıldı.  Bu  da  təriqətin  və  bilavasitə  şeyxin  müqəddəsləşdirilməsinə  şərait  yaratdı.  Bir  çox 

mürid, Allahın verdiyi nemətləri şeyxinin himməti ilə əldə etdiyini deməyə başladı. Onlara bir 

növ  vəhy  gəldiyinə,  qeybi  biləbildiklərinə  inanıldı.  Bunu  qəbul  etdirə  bilmək  üçün  şeyxin 

kəramət göstərməsi bir ehtiyac halına gəldi. Sonra hər murid, şeyxinə aid kəramət yaxalamaq 

üçün səfərbər oldu. Kiçik bir təsadüf, böyük şişirtmələrlə kəramət olaraq anlatılmaya başlandı. 

Elm-i  lədün  və  elm-i  batın  deyə  bir  elm  uydurularaq  onların  belə  bir  elmə  sahib  olduqları 

qəbul  edildi.

13

 Beləliklə,  elədikləri  hər  masxara  bir  hikmət  olaraq  mənimsənməyə  başlandı. 



180 il əvvəl, Naxşıbəndi təriqətinin Xalidiyə qolunda şeyxə rabitə adı altında yeni bir ibadət 

türü  ortaya  atıldı.

14

 Bu  iş,  şeyxin  Allahda  təcəlli  etdiyinə  qədər  götürüldü.  Dünyada 



müridlərinə  kömək  edəcəyinə  inanılan    şeyxin,  axirətdə  də  şəfaət  edərək  müridlərini 

cəhənnəmdən  qurtaracağına  inanıldı.  Şeyx  sanki,  Allah  Təalanın  xüsusi  katibi  və  sir  dostu 

kimi bir mövqeyə gətirildi. Qurandan adəta kəlbətinlə çəkilmiş bir neçə ayətin mənası ciddi bir 

şə

kildə  təhrif  edilərək  bu  xatalar  Qurana  təsdiq  etdirilmək  istəndi.  Allah  Təala  bütün  bu 



iftiralardan uzaqdır. 

Bunlar Qurana kökdən tərs şeylərdir. Quran diqqətlə oxunsa bilinər ki, bütün peyğəmbərlər 

həyatlarını bu kimi şeylərlə mübarizə etməklə keçirmişlər. Ən üzücü olanı da o insanların bu 

ş

eyləri, daha yaxşı müsəlman olma arzusuyla etmiş olmalarıdır. Həqiqətləri öyrəndikləri vaxt 



heyf ki, hər şey bitmiş olacaqdır. Duamız, onların bu dünyadan ayrılmadan doğruları öyrənib 

lazım  olan  dönüşü  etmələri  üçündür.  Şəxsi  araşdırmalarımıza  görə  az  və  ya  çox  yuxarıdakı 

xürafələrə və saymadığımız necə xürafələrə qarışmamış bir tək təriqət belə yoxdur. 

                                                            

13

 Kəhf  sürəsinin  65-ci  ayəsində,  Hz.Musa  ilə  qarşılaşan  şəxs  ilə  əlaqəli  olaraq  “Ona  öz  qatımızdan  elm 



öyrətmişdik” buyurulur. ”qat”  deyə tərcümə etdiyimiz kəlimənin Ərəbcə qarşılığı “lədünn” kəliməsidir. Hədisi 

şə

riflərdən  bu  şəxsin  Xızır  əleyhissəlam  olduğunu  öyrənirik.  lmi  lədun  və  elmi  batından  bəhs  edənlər  Xızır 



ə

leyhissəlamın  bu  elminini  qəsd  edərlər.  Fəqət  Xızırla  (a.s.)  bərabər  olan  Musanın  (a.s.)  bu  elmi  öyrənə 

bilmədiyini  də  qəbul  edərlər.  Çünki  bu  barədə  həm  ayətlərdə  həm  də  Peyğəmbərimizin  sözlərində  bəhs  edilir. 

(Bax.Buxari, Elm 44) Bununla bərabər təriqət şeyxləri, əllərində heç bir sənəd olmadığı halda Xızıra verilən bu 

xüsusi  elmin  özlərinə  də  verildiyini  iddia  edər,  özlərini  Xızır  əleyhissəlamın  yerinə  müridlərini  də  onu  başa 

düşməyən Musa  (a.s.) yerinə qoyarlar. Heç bir qaynağı və dəlili olmayan bu iddia, şeyxləri şeytanın əlində bir 

oyuncaq  halına  gətirmişdir.  slam  aləmi  Allahın  qəzəbinə  düçar  olub  dünya  səhnəsindən  çəkilib  bir  kənarda 

qalmasının əsl səbəbləri bunlardır. 

14

 Rabitəni, “Şeyxin sürətinin mürşidin iki gözünün arasında təsəvvür edilərək müridin mürşidə qarşı özünü son 



dərəcə alçaldaraq ona yalvarması və onu Allah ilə öz arasında vəsilə qılması şəklində”  tərif edən və təriqətə belə 

rabitəni  soxan  Xalidi  Bağdadidir.  Ölümü  1242  h.  1827  miladi  tarixidir.  (Bunun  kimi  mövzular  üçün 

bax.Abdülaziz Bayındır, Quran  şığında Təriqətçiliyə Baxış,  stanbul 1997) 



Yüklə 478,48 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə