Microsoft Word D\335n ve d\326vlet elaqeler\335 as\375l



Yüklə 478,48 Kb.
Pdf görüntüsü
səhifə20/20
tarix06.05.2018
ölçüsü478,48 Kb.
#42572
1   ...   12   13   14   15   16   17   18   19   20

 

39 


 

hakimiyyətini  qırma  səyləri  X V.yüz  ilə  qədər  uzanır.

67

 Laiqlik  bu  göstərilən  səylər 



nəticəsində ortaya çıxmışdır. 

Fransızca  dini  quruluşların  hakimiyyətindən  müstəqil  bir  təşkilata  Laiq  (laic  vəya  laique) 

deyilir

68

. Fransada dini quruluş deyincə ağla gələn Katolik Kilisəsidir. Bilavasitə bu kilisənin 



hakimiyyətində olmayan hər təşkilat laiqdir. 

109.  Laiqlik  mücadiləsi  dinə  qarşı  deyil,  kilisəyə  qarşı  verilmişdir.  Necə  ki,  Fransada 

qurucu məclis nümayəndələri tərəfindən hazırlanan və Avqust 1789- cu ildə qəbul edilən  nsan 

və  Vətəndaş  Haqları  Fərmanının  10-cu  maddəsi  fikir  azadlığını,11-ci  maddəsi  də  ifadə 

hürriyyətini  nizamlayırdı.  Bu  fərmanda  1791  il  tarixli  Fransız  Konstitusiyasının  ilk  bölümü 

oldu.


69

 Beləliklə,  bu  konstitusiya  Katolik  Kilisəsinin  səlahiyyətlərinə  son  verməyi,  protestan, 

yəhudi və ya dinsiz olanların haqlarını, xüsusilə vicdan hürriyyəti adına hər cür dini təzahürü 

bərabər görməyi hədəfləyirdi.

70

 Çünki teokratik sistemdə bir başqa din mənsubuna həyat haqqı 



tanınmırdı.  Bu  hərəkət  dinə  qarşı  olsaydı,  o  ölkədə  müvəffəqiyyətdən  sonra  din  azadlığı 

verilməz, əksinə bu azadlıq tamamilə ortadan qaldırılırdı. 

110.  1948-  də  Birləşmiş  Millətlər  tərəfindən  qəbul  edilən  nsan  Haqları  Üniversal 

Bəyannaməsi  də  düşüncə  vicdan  və  din  azadlığı  mövzusunu  qərara  bağlayaraq  teokratiyanın 

qarşısnı möhkəm almağa çalışdı. Bu maddə də dinə deyil, kilisənin hakimiyyətinə qarşıdır. Bu 

hərəkət,  dinin  xalqın  arasından  və  ictimai  sahədən  çıxarılmasına  yönəlik  də  deyildir.  Bu 

barədə heç  bir söz gedə bilməz. Dindar bir insan, dinin əmirlərini buraxaraq başqa insanların 

ə

mirlərini yerinə gətirə bilməz. Əgər yerinə gətirmək məcburiyyətində qalırsa ya gizli şəkildə 



ya  da  açıq  şəkildə  buna  qarşı  çıxar.  Bu  da  cəmiyyətdə  hüzursuzluq  çıxarır.  Bəyannamənin 

müvafiq 18-ci maddəsi belədir: 

“ Hər kəs düşüncə, vicdan və din hürriyyətinə sahibdir; bu hər kəs üçün tək ya da ümumi, 

istər  ictimaiyyət  qarşısında  istərsə  xüsusi  olaraq  təlimlə,  tətbiqlə,  itaətlə  ya  da  dini 

məsuliyyətləri yerinə gətirərək dinini ya da əqidəsini ortaya qoymaq hürriyyətini əldə edir.

71

 



111.  Bütün  bu  hallara  görə  laiqlik,  dövlətin  dini  təşkilatların  hakimiyyətindən  çıxıb, 

müstəqil hala gəlməsi deməkdir.Yəni laiqlik dövlətin bir vəsfidir. 

*Müsəlman  nüfuzunun  ən  çox  yaşadığı  Endoneziya  Konstitusiyasının  29-cu  maddəsi 

belədir: 

1-ci bənd; Dövlət ancaq tək bir Tanrı inancına dayanır. 

2- ci bənd; Dövlət hər bir vətəndaşının din və ibadət hürriyyətini öz din və inancına görə 

yaşamasını və tətbiq etməsinə təminat verir. 

Maddə 9- da eyni zamanda, Başçı və müavini rəsmi olaraq vəzifələrinə başlamadan əvvəl, 

inandıqları dinə görə and içərlər.* 

                                                            

67

 Böyük Larousse Ansiklopediyası, Laiqlik maddəsi, 



68

 Böyük Larousse Ansiklopediyası, Laiqlik maddəsi 

69

 Böyük Larousse Ansiklopediyası, insan maddəsi 



70

 GRIC  (Groupe  de  rechercehes  islamo-Chretien=  slam  Xristian  Araşdırmaları  Cəmiyyəti),Din  və  Dövlət. 

slamochristana, 12, Roma 1986, s. 49-72-dən.Tərcümə M.Said Topaloğlu,  slami Araşdırmalar Jurnalı, c.ııı. s. 3, 

Ankara 1989, s.102. 

71

 Böyük Lrousse Ans.  nsan maddəsi.  st.1986. 




 

40 


 

Bununla  bərabər,1982  il  tarixli  Türkiyə  Cumhuriyyəti  Konstitusiyasının  2-ci  maddəsi  də 

buna bənzər ifadələrlə mütəşəkkildir. 

Konstitusiyanın  24-cü  maddəsi  hər  vətəndaşa  vicdan,  dini  inanc  və  qənaət  hürriyyəti 

tanımışdır. 26-cı maddəylə də düşüncəni açığa vurma və yayma hürriyyəti verilmişdir. 

Mövzu  Quran  yönündən  dəyərləndirilincə,  Quranda  din  hürriyyətinin  dəyişməz  əsaslara 

bağlandığı görülür. 

Dinin  əsası  imandır.  manın  özəyi  də  qəlb  ilə  təsdiqdir.  Qəlb  insanın  iç  dünyasındadır. 

nsan burada istədiyi qədər azaddır. Bu səbəblə heç bir inanc insana zorla qəbul etdirilə bilməz. 

Din hürriyyətinin təminatı Qurandır. Allah Təala belə buyurur: 

“Rəbbin əmr etsəydi, yer üzündə olanların hamısı iman edərdi. Elə ikən, insanları inanmağa 

sən məcburmu edəcəksən? (Yunus 10/99) 



4- DƏYƏRLƏND RMƏ 

112. Tövratda teokratiyanın dəlili deyə  göstərilən söz Süleymana (a.s.) aiddir. Əlimizdəki 

Tövrata görə Süleyman (a.s.) Allahın elçisi deyil, bir kraldır.

72

Amma Quran Süleymanı (a.s.) 



Allahın elçisi sayar. 

Tövratda  Süleymana  (a.s.)  aid  olduğu  bildirilən  ifadə  belədir:  ”  Ey  oğlum!  Rəbbdən  və 

məlikdən  qorx.  nqilabçılara  qarışma

73

.  ”  Kraldan  qorxmaq,  onun  zülmünə  qarşı  qorunmaq 



üçün  ola  bilir.  Çünki  bu  haqsızlığa  qarşı  bir  növ  qarşı  qoymaqdır.  Necə  ki,  Quranı  Kərimdə 

kafir  və  münafiqlərə  qarşı  qorunma  ilə  əlaqəli  bənzər  bir  ifadə  vardır.  Allah  Təala  belə 

buyurur: 

“ Əğər səbirli olub qorunsanız, onların hiylələri sizə bir zərər verməz.” (Ali  mran 3/120) 

Qorunma ehtiyacı qorxudan irəli gəlir. Bu səbəblə ayətdə, ” qorunma” deyə tərcümə etdiyimiz 

ittiqa ( ءا قتا ) kəliməsi qorxu deyə də tərcümə edilmişdir. 

“  htilalçılara  qarışma”  ifadəsi  də  “  pozğunçulara  qarışma  ”  şəklində  yorumlanırsa 

Süleymana (a.s.) aid olduğu ifadə edilən bu söz, teokratiyaya aid olmaqdan çıxar. 

113.  ncildəki  mətinlərə  gəlincə;  Pavlosun  və  Petrusun  məktublarının  ncil  deyə  qəbul 

edilməsini  Quran  qəbul  edə  bilməz.  Çünki  Qurana  görə  ncil  Allahın  kitabı,  sa  (a.s.)  da 

elçisidir

74

. Petrus  sanın (a.s.) havarilərindəndir



75

. Pavlos isə Quranın ifadə etdiyi bir mənada 

                                                            

72

 Bax. Əmsali Süleyman, I/1, Kitabı müqəddəs Əhdi atik s.751. 



73

 Əmsali Süleyman, xxıv/21, Kitabı Müqəddəs Əhdi atik s. 775. 

74

 ...Məryəm oğlu  saya yol göstərici, aydınladıcı olan və özündən əvvəlki Tövratı doğrulayan  ncili qorunanlara 



öyüd və yol göstərici olaraq verdik. (Maidə 5/46) 

75

 Bax. Böyük Larousse Ansiklopediyası, Petrus və Pavlos maddələri  st. 1986. 




 

41 


 

həvari  deyildir,  xristiandır.  Amma  xristianlar  onu  havarilərdən  sayarlar

76

.  sanın  (a.s.) 



havariləri, Qurana görə Muhammədin (a.s.) səhabiləri kimidir.

77

 



114. Tövrat,  ncil və Quran, Allahın sözlərini ehtiva edən kitablardır. Bunlarda insan sözü 

olmaz. Amma  əlimizdəki Tövrat və  ncilə insan  sözü qarışdırılmışdır. Bunun ən açıq sübutu 

Pavlus  və  Petrusun  məktublarıdır.  Quranda  Allahın  sözləri  xaricində  tək  bir  söz  yoxdur. 

Muhammədin  (s.a.v.)  sözləri  Quranın  xaricindədir  və  hədis  deyə  adlanır.  Həvarilər  isə  Əli 

(r.a.) və Əbu Bəkr (r.a.) kimidir. Əli (r.a.) və Əbu Bəkr (r.a.) sözlərinə səhabi sözləri deyilir. 

Peyğəmbərin  (a.s.)  sözləri  Quran  səviyyəsində  qəbul  edilə  bilməz.  Səhabənin  sözü  də 

Peyğəmbər sözü səviyyəsində ola bilməz. Bilavasitə Petrus və Pavlosun məktubları  ncilin bir 

parçası sayıla bilməz. Bunların hər biri insan sözüdür. 

ncildə  sa (a.s.) çarmıxa çəkilib dəfn edildikdən üç gün sonra qəbrindən çıxdığı, Galiledə 

11 həvarisinə görünərək belə dediyi yazılıdır: 

“  Göydə  və  yer  üzündə  bütün  hakimiyyət  mənə  verilmişdir.  ndi  gedin  bütün  bəşəriyyətə 

təlim  edin.  Onları  Atam,  Mən  və  Müqəddəs  Ruh  adına  vəftiz  edin.  Sizə  dediyim  hər  şeyi 

yerinə  gətirmələrini  onlara  öyrədin.  Elə  dünyanın  sonuna  qədər  mən  hər  an  sizinlə 

bərabərəm.” 

Bu  sözlər  kilisənin,  güclü  oluğu  zamanda  dövlətlər  üzərində  hakimiyyət  qurmasına  yol 

açmışdır.  Eyni  ncilin  bir  başqa  ifadəsinə  görə  sa  (a.s.)  dünyaya  hakimiyyət  qurmaq  üçün 

deyil,  xidmət  etmək  və  həyatını  vermək  üçün  gəlmişdir.

78

 Bu,  bir  əvvəlki  ifadəylə  ziddiyyət 



təşkil etməkdədir. 

Quran  sanın  (a.s.)  vəfatından  sonra  dünya  ilə  əlaqəsinin  kəsildiyini  və  olub  bitənlərdən 

xəbərdar olmadığını bildirir. 

“  Allah,  (axirətdə  belə)  deyəcəkdir.  ”  Ey  Məryəm  oğlu  sa!  Sən  insanlara  məni  və  anamı 

Allahdan  başqa  iki  Tanrı  olaraq  mənimsəyin  dedinmi?  ”  O  da  belə  cavab  verəcəkdir:  Əsla, 

haqq  olmayan  sözü  demək  mənə  yaraşmaz;  əgər  demişəmsə,  şübhəsiz  sən  onu  bilirsən;  sən, 

mənim  içimdə  olanı  bilirsən;  mən  sənin  içində  olanı  bilmərəm;  doğrusu  görülməyəni  bilən 

ancaq sənsən.” 

“ Mən onlara ancaq Rəbbim və Rəbbiniz olan Allaha qulluq edin deyə mənə əmr etdiyini 

dedim.  Aralarında  olduğum  müddətcə  onlara  nəzarət  edirdim.  Məni  vəfat  etdirdikdən  sonra 

artıq onlar üzərində nəzarətçi ancaq Sən oldun. Sən hər şeyi görüb, nəzarət edirsən ”. (Maidə 

5/116-117) 

                                                            

76

 Pavlos  sanı (a.s.) görməmişdir. Əlimizdəki  ncildə Pavlosun əsl adının Saul olduğu, (Amal –rusul 13/9) qəti 



bir  xristian  düşməni  ikən,  Şam  yolunda  anidən  göydə  parlayan  bir  nurun  çevrəsini  sardığı,  Hz. sanın  ona 

səsləndiyi  (Amal-rusul  9/3-6),  sonra  onun  Hz. saya  inandığı  və  vəftiz  edildiyi  (Amal-rusul  9/18  vd)  ifadə 

edilməkdədir. Buna görə Pavlos, Quranın işarət etdiyi həvarilərdən deyildir. 

77

 “ Ey inananlar! Allahın dininin köməkçiləri olun. Necəki,  Məryəm oğlu  sa,  həvarilərə: “Allaha  gedən  yolda 



köməkçilərim kimlərdir?” deyincə, Həvarilər: ” Allahın dininin köməkçiləri bizik “ demişdilər.  srail oğullarının 

bir qismi bu şəkildə inanmış, bir qismi də inkar etmişdi; amma biz inananları düşmənlərinə qarşı dəstəklədik və 

qalib gəldilər.” (Saf 61/14) 

78

 Necə  ki,  bnul-insan  (yəni  sa)  özünə  xidmət  olunmaq  üçün  deyil,  ancaq  xidmət  etmək  və  bir  çoxlarının 



günahlarına qarşılıq bədəl olaraq canını verməyə gəldi, dedi.” (Matta 20/28)  


 

42 


 

Necəki,  Hz.Muhammədin  sözləri  Quran  ayəti  deyilsə  sanın  (a.s.)  sözləri  də  ncil  ayəti 

deyildir.  Hələ  sanın  (a.s.)  vəfatından  sonra  dediyi  irəli  sürülən  sözlər  onun  sözü  belə  ola 

bilməz.  Teokratiya  bu  sözlər  üzərinə  qurulduğu  üçün  həqiqi  ncilin  Quran  kimi  teokratiyanı 

qəbul etmədiyi ortaya çıxar. 

115.  Xristianlar  necə  ki,  Petrus  və  Pavlusun  məktublarına  dayanaraq  bir  teokratik  sistem 

qurmuşlarsa şiələrin imamiyyə qolu da öz böyüklərinə aid sözlərə dayanaraq teokratik sistemə 

bənzər  bir  sistemin  müdafiəçiləri  olmuşlar.  Şiələr  imamlarının  və  müctəhidlərinin  sözlərinə 

Allahın  sözü  deməzlər.  Amma  bir  çoxu  onları  Allahın  sözü  kimi  əsaslı  sayar.  Onların  bu 

ifadələrinə diqqət edək: 

“  ctihad  şərtlərini  özündə  toplamış  müctəhid,  qeybət  (imamın  gözdən  uzaq  olması) 

dövründə  mam  əlehyissəlamın  naibidir,  qeydsiz-şərtsiz  hakim  və  rəisdir;  xalqa  höküm 

verməkdə  imamın  səlahiyyətinə  sahibdir.  Onun  hökmünü  qəbul  etməmək  mamın  hökmünü 

qəbul etməməkdir;  mamın hökmünü qəbul etməmək  isə Allahın hökmünü qəbul etməməkdir 

ki, bu, Sadiqi ali Muhamməddən rəvayət edilən hədisə görə Allaha şirk qoşmaqla birdir.

79

” 



Sadiqi  ali  Muhamməd,  Muhammədin  (s.a.v.)  nəslindən  gələn  doğru  insan  deməkdir.  Bu 

insan Hasan (r.a.) və ya Hüseyn (r.a.) belə olsa onların sözləri bizə dəlil ola bilməz. Bu, Petrus 

və Pavlusun sözlərinə verilən dəyərə çox bənzəməkdədir. 

Ə

hli sünnət, müctəhid imamlardan heç birinə  müqəddəslik tanımaz və heç birinin sözünü 



bağlayıcı qəbul etməz. 

Man  bin  sa  əl  Qəzzaz  demişdir  ki,  mam  Malikdən  bunu  eşitdim;  ”  Mən  sadəcə  bir 

insanam, xata etdiyim də olur doğrunu tapdığım da olur. Görüşüm üzərində düşünün, Kitab və 

sünnətə  uyğun  olanını  alın,  uyğun  olmayanını  da  buraxın

80

.  ”  mam  Malik  tez-tez  belə 



deyərdi: ” Bizim fikrimiz zəndən ibarətdir. Dəqiq bir qənaətə gələ bilmərik.

81

 ” Əbu Yusif və 



Həsən bin Ziyad, Əbu Hənifənin belə dediyini nəql etmişlər. ” Bizim bu elmimiz bir görüşdür. 

O gücümüzə görə əldə etdiyimiz ən gözəl görüşdür. Kim bundan daha gözəlini gətirərsə qəbul 

edərik..

82

” 



NƏT CƏ 

116.  Təkrar  olaraq,  Quran    teokratik  sistemi  əsla  qəbul  etməz.  Teokratiya  Allahın 

səlahiyyətinin kilisəyə həvalə etmə və ya kilisə ilə paylaşılması mənasına gəldiyi üçün Qurana 

görə belə bir davranış şirkdir. 

Digər  tərəfdən  teokratiyada  insanların  Allaha  boyun  əydiyi  kimi,  idarəçilərə  də  boyun 

ə

yməsini  istəməkdədir.  Onlara  itaət  Allaha  itaət,  onlara  müxalifət  Allaha  qarşı  gəlmək 



sayılmaqdadır. Quran bunu da şirk sayır. 

117. Bunun xaricində Quranın tövsiyə etdiyi bir dövlət nizamı yoxdur.  slamın universal və 

hər dövrə aid olması da bunu məcburi hala gətirir. Quran dövlətlərə bəzi üniversal qaydaları 

                                                            

79

 Şiə  nancları, s. 24. 



80

  bnul-Qayyum  əl-Cəvziyyə,  Əbu  Abdillah  Muhamməd  b.  Əbubəkr  (öl  h.701) lamul-muvakkın,  c.  

1.Beyrut,1987/1407 s. 75. 

81

  bnul-Qayyum e. q. ə. c.1,s.76. 



82

  bnul-Qayyum e. q. ə. c.1,s.76. 




 

43 


 

təqdim  edər.  Bunlardan  bir  qisminə  yuxarıda  işarət  etmişdik.  Onlar  elə  şeylərdir  ki,  heç  bir 

cəmiyyət  bunlardan  boyun  qaçıra  bilməz.  Heç  bir  idarə  də  bu  sahədə  mübarizə  aparan 

insanlara bir başa qarşı gəlməz. Bu da  slamın hər zaman və hər yerdə yaşana bilməsinə imkan 

verir. 

118.  slam  alimlərinin  siyasi  arenadan  gözlədikləri  vəzifələr  belə  xülasələşdirilə  bilər:  ” 



Siyasi  nüfuz  qanunları  tətbiq  edilir,  cəzaları  yerinə  gətirir,  camaatın  ehtiyaclarını  həll  edir, 

ə

sgəri  təchiz  edir,  vergi  toplayır,  zülm  edənləri  və  soyğunçuları  dizə  gətirir.  nsanlara 



inandıqları  kimi  yaşama  hürriyyətini  saxlayır.  Ədliyyə  təşkilatının  axsamadan  və  sərbəst 

şə

kildə çalışmasını təmin edər. Qazanc və sərvət paylarının balanslı olması üçün tədbirlər alır. 



Qorunmağa möhtac uşaqların ehtiyaclarının təbii şərait içərisində qarşılana bilməsi üçün lazım 

olanı edər.Yoxsulların müdafiəçisi olur.” 

Nəticə  olaraq  bunu  demək  lazımdır:  Teokratiya  Quranın  qəbul  etmədiyi  bir  dövlət 

sistemidir.  ncilin teokratik sistemi əmr edən ifadələri, Quran ölçülərinə görə həqiqi  ncilə aid 

ola  bilməz.  Bu  mövzu  yuxarıda  izah  edilmişdir.  Bundan  həqiqi  xristianlığın  da  teokratiyanı 

qəbul  etməyəcəyi  nəticəsi  çıxar.  Laiqlik  də  teokratiyaya  qarşı  verilən  mübarizənin  adı 

olmuşdur. 

Azərbaycan dilinə tərcümə edib uyğunlaşdıran: A. Mülayim 



Yüklə 478,48 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə