Microsoft Word D\335n ve d\326vlet elaqeler\335 as\375l



Yüklə 478,48 Kb.
Pdf görüntüsü
səhifə4/20
tarix06.05.2018
ölçüsü478,48 Kb.
#42572
1   2   3   4   5   6   7   8   9   ...   20

 

 



başqa  insanların  əmrini  yerinə  gətirə  bilməz.  Əgər  yerinə  gətirmək  məcburiyyətində  qalarsa 

buna ya gizlicə ya da açıq şəkildə qarşı çıxar. Bu da  nsan və Vətəndaş Haqları Elanının giriş 

bölümündə  bildirildiyi  kimi  ”…xalqın  hüzursuzluqlarına  və  hökümətin  yozlaşmasına 

...’’səbəb olur.  nsan Haqları Üniversal Bəyannaməsinin 18-ci maddəsi belədir: 

“ Hər kəs düşüncə, vicdan və din hürriyətinə sahibdir; bu hər kəs üçün fərdi ya da birlikdə, 

istər  ictimaiyyət  qarşısında  istərsə  xüsusi  olaraq  təhsillə,  uyğulamalarla,  itaətlə  ya  da  dini 

məsuliyyətlərlə  yerinə  gətirdiyi  dinini,  inancını  ortaya  qoymaq  hürriyətinə,  səlahiyyətinə 

sahibdir


9

15.  Konstitusiyanın  başındada;  “...laiqlik  qaidəsinin  əsası  müqəddəs  din  duyğularının, 



Dövlət  işlərinə  və  politikaya  qətiyyən  qarışdırılmayacağı..”  ifadə  edilmişdir.  Demək  ki, 

vətəndaşa xidmət verildikdə dini inanclarına görə fərqlilik qoyulmaz. 

16.  Bu  slamda  onsuzda  vardır.  Bu  mövzuda  nöqsanı  olmayan  bir  dinin  mənsubuyuq. 

Dinimiz insanlarla münasibətdə onların dinlərindən qaynaqlanan bir ayırmaya icazə verməz. 

17.  Bütün  bu  qaidələri  nəzərə  alarsaq  laiqlik,  dinə  qarşı  deyil,  dövlətin  dini  təşkilatların 

hakimiyyəti altına girməsinə qarşıdır. 

slamda  dövləti  hakimiyəti  altına  alacaq  bir  dini  təşkilat  yoxdur.  Fransada  kilisəyə  qarşı 

aparılan  laiqlik  mücadiləsi  bir  neçə  əsr  sürmüş  və  çox  qanlı  hadisələr  meydana  gəlmişdir. 

Ancaq Türkiyə Cumhuriyyəti qəbul edərkən heç bir dini quruluşun etirazını almamışdır. Çünki 

slamda  həm  dövləti  hakimiyyəti  altına  alacaq  bir  dini  təşkilatı  yoxdur,  həm  də  laiqlik  üçün 

edilən yuxarıdakı təriflərin  slama tərs bir yönü yoxdur. 

Ə

lavə olaraq  slamda ruhani sinifi də olmaz. Heç kimsə bu dindən, insanlar üzərində nüfuz, 



mənfəət  əldə  etmənin  vasitəsi  olaraq  istifadə  edə  bilməz.  Məscidlər  də  Kilisə  təşkilatı  kimi 

deyildir.

10

 

slam inanclara təzyiq göstərilməsini qəbul etməz. Bir kimsənin müsəlman olması tamamilə 



öz qərarına bağlıdır. Bunun üçün bir dini quruluşun təsdiq etmə şərti  yoxdur. Vəftizə bənzər 

bir mərasimin təşkil edilməsinə də ehtiyac yoxdur. Çünki  nə din adamı, nə də bir başqa şəxs, 

Allah adına hərəkət edə bilməz. Allah müsəlman olmağı elə bir qaidəyə bağlamışdır ki, buna 

heç kimsə qarışa bilməz. Çünki dinin kökü imandır.  manın əsası da onu ürəkdən qəbul etmək, 

yəni  qəlb  ilə  təsdiqdir.  Qəlbdəki  təsdiqi  bir  o  şəxs,  bir  də  Allah  bilir.  Orası  insanın  ən  hür 

olduğu yerdir. Bu səbəblə heç kimsə bir inancı qəbul etməyə vəya inkara məcbur edilə bilməz. 

18. Kilisəyə bənzər bir təşkilatı olmayan, din adamlarını bir ruhani lider deyil, sadəcə din 

mövzusunda cəmiyyəti aydınladan və onlara nümunə olmağa çalışan və qapısını teokratiyaya 

tamamilə bağlamış olan bir dinin məşhur olduğu yerdə laiqlik nə mənaya gələ bilir? 

                                                            

9

 Böyük Larousse Ansiklopediyası, insan maddəsi. st. 1986. 



10

 Şeyxulislamlığı  bir  dini  təşkilat  sayanlar  ola  bilir.  Şeyxulislamlıq  kilisə  kimi  bir  dini  hal  deyildir.  Bunun 

Qurana vəya sünnəyə dayandırılan bir tərəfi yoxdur.  O,  ehtiyac  duyulduğu üçün ortaya  çıxarılmış olan  elmi və 

hüquqi  bir  təşkilatdır.  Şeyxülislam  siyasi  bir  nüfuza  sahib  idi.  Vəzifəyə  gəlməsi  və  vəzifədən  ayrılması  siyasi 

aftoritetin əmri ilə olurdu. Nəticədə bir qanunla bu məqam ortadan qaldırılmışdır. Amma dövlətlər yüz dəfələrlə 

qanun çıxarsa kilisənin varlığını ortadan qaldıra bilməzlər.  




 

 



Elə problem tam bu nöqtədə doğmaqdadır. Burada laiqliyi  slamın alternativi sayan və onu 

dinə qarşı qəbul edənlər ortaya çıxmaqdadır. 

19.  Müsəlmanların  yaşadığı  ölkələrdə  az  sayılmayacaq  qədər  ateist,

11

 yəni  heç  bir  dini 



qəbul  etməyən  insanlar  vardır.  Bir  çoxları  da  dinə  kənardan  yaxınlaşırlar;  ondan 

bəyəndiklərini alır, bəyənmədiklərini də kənara atarlar. Xalqın əksəriyyəti bu mövqeydədilər. 

Türkiyədəki ateistlər din ilə əlaqəli hər görüntünü layiqliyə tərs saydıqları halda dinə kənardan 

baxanlar  yəni  dindən  istədiyini  alıb  verənlər  də,  özlərinin  xoşlanmadığı  dini  görüntüləri 

laiqliyə tərs sayıb ortadan qaldırmağa çalışırlar. Bunlar dini, bir təşkilatın hakimiyyətinə qarşı 

mübarizə  olmaqdan  çıxarıb,  birbaşa  dinə  qarşı  mübarizəyə  çevirmişlər.  Onlara  görə  Allahın 

sosial və ictimai sahələrlə əlaqəli olan əmirləri bu dövrümüzdə tətbiq edilə bilməz. O sahədə 

səlahiyyətli  olanlar    özləridir.  Bunu  çoxu  açıq  şəkildə  ifadə  etməz  amma  söz,  davranış  və 

tətbiqatlarına  başqa  bir  məna  verilə  bilməz.  Bu  kimilərin  qərar  və  tətbiqatlarında,  insanların 

şə

xsi  sahələrini  əlaqədar  edən  dinə  tərs  məsələlərə  də  qarşı  çıxmanızı  əsla  qəbul  etməzlər. 



Onların  görüşlərinə  tərs  düşən  dini  əmir  və  tətbiqatlar  ya  dəyişdirilməli,  ya  da  yürürlükdən 

qaldırılmalıdır.  Onların  hörmət  qoyduqları  din,  öz  anlayışlarına  uyan  dindir.  slam  dini 

mövzusunda qərar mərkəzi Quran, sünnət və din alimləri deyil, özləridir. Yəni insanlar ancaq 

onların icazə verdikləri qədər dindar ola bilərlər. 

20. Vicdanlara sıxışdırılmaq istənilən din,  slam  dini olunca ona qarşı  mübarizə çox çətin 

olur. Çünki  slama qarşı çıxmaq hər şeydən əvvəl üniversal dəyərlərə, fitrətə qarşı çıxmaqdır. 

Çünki  slamın istədiyi şeylər insan təbiəti və sosial həyatla yəni bütün üniversal dəyərlərlə tam 

bir  uyğunlaşma  şəklindədir.  Çünki  bu  din  o  dəyərləri  qoyan  Allahın  dinidir.  Quranda  belə 

buyurulur: 

“ Sən üzünü tam doğru bu dinə, Allahın fitrətinə (yaratma qanununa) çevir. O insanları ona 

görə  yaratmışdır.  Allahın  yaratdığının  yerini  tuta  biləcək  bir  şey  yoxdur.  Elə  sağlam  din  bu 

dindir. Ancaq insanların çoxu bunu bilməzlər.” (Rum 30/30) 

21.  Bu  səbəblə  onlara  laiqliyin  nə  olduğundan,  insan  haqlarından,  konstitusiya  və 

qanunlarla  tanınmış  haqlardan  və  üniversal  dəyərlərdən  bəhs  etdiyiniz  vaxt  ölkənin  xüsusi 

şə

rtlərini irəli sürərək qəbul etməzlər. Laiqlik dövlətə aid bir xüsusiyyət ikən onu özlərinə aid 



bir  xüsusiyyət  olaraq  görür  və  “  Mən  laiqəm,  sən  laiq  deyilsən,”  kimi  ifadələr  işlədirlər. 

                                                            

11

 Ateizm,  tanrı  tanımamaq  mənasına  gəlir.  Adına  istəyir  təbiət,  istəyir  Göy  Tanrısı  nə  istəyir  deyilsin,  bütün 



varlıqları yaradan və kainatın tək hakimi olan Allahı inkar etmək mümkün olmadğından tanrıtanımayan, atasını 

tanımayan insana bənzəyir. O ən çətin zamanında necə atasını axtarırsa tanrı tanımaz da möhkəm dara düşəndə 

Allaha sığınır. Əslində bunlar hər şeyi verən amma özlərinə əmr verməyən bir Allah istəyirlər. 

Bəzi  kimsələrdə  Allaha  inandıqlarını  açıq  şəkildə  deyirlər  və  ateizmi  rədd  edərlər.  Amma  Allahın  və 

peyğəmbərin əmrlərini, öz anlayışlarına görə siniflərə ayırır, bir qismini qəbul edər, bir qismini də rədd edərlər. 

Bunların vəziyyəti, Quranda yer alan şeytanın vəziyyətinə bənzəyir. Şeytanı o hala gətirən Allahın bir tək əmrini 

bəyənməməsidir. Yoxsa o Allaha,  axirət gününə və inanması lazım olan bir çox şeyə inanır. Quranda bunu açıq 

tərzdə ifadə edən ayələr vardır. Ahzab sürəsinin 36-cı ayəsi belədir: 

“ Allah və Rəsulu bir işdə höküm verincə inanmış heç bir kişi və qadın o işlə əlaqəli davranışlarında sərbəst ola 

bilməzlər.” 

Müsəlman bu ayəyə uyğun tərzdə davranır. 



Yüklə 478,48 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə