Microsoft Word D\335n ve d\326vlet elaqeler\335 as\375l



Yüklə 478,48 Kb.
Pdf görüntüsü
səhifə5/20
tarix06.05.2018
ölçüsü478,48 Kb.
#42572
1   2   3   4   5   6   7   8   9   ...   20

 

 



nsanları da “ laiq olanlar və olmayanlar” deyə ikiyə bölərlər. Bunlar öz vicdanlarına qarşı da 

rahat  deyillər.  Vicdanlarını  rahatlatmaq  üçün  ara-sıra  elədiklərinin  doğru  olmadığını  qəbul 

edənlər  də  çıxar.  Elə  bütün  hüzursuzluqların  kökündə  bu  xatalı  anlayış  və  davranış  vardır. 

Bunlarla  ediləcək  ən  təsirli  mübarizə,  bezmədən,  yorulmadan  doğruları  çatdırmaqdır.  Çünki 

üniversal dəyərlərə qarşı mübarizə ta başından məğlub edilmiş mübarizədir. Əgər o dəyərlərin 

səmimi müdafiəçiləri varsa onlar qısa zamanda müvəffəqiyyət əldə edərlər. 



3-QURANA UYĞUN MÜSƏLMANLIQ 

22.  slam  Allahın  dini,  Muhamməd  (s.a.v.)  də  Allahın  son  elçisidir.  Ona  dua  və  salam 

olsun!  Quran-ı  Kərim,  həm  Muhammədin  (a.s.)  Allahın  elçisi  olduğunun  sübutu,  həm  də 

Allahın insanlardan nə  istədiyini açıq şəkildə ortaya qoyan ilahi  kitabdır. Bu səbəblə Quranı 

yaxşı başa düşmək lazımdır. 

Allah Təala belə buyurur: 

“  Bunlar  Quran  üzərində  ağıl  yormazlarmı?  Yoxsa  qəlbləri  üzərində  qıfıllarmı  vardır? 

(Muhamməd 47/24) 

And  olsun  ki,  biz  Quranı  üzərində  təfəkkür  edilsin  deyə  rahatlaşdırdıq;  amma  hanı 

düşünən? (Qəmər 54/17,22,32 və 40) 

23. Müsəlmanlar Quran üzərində düşünməyi əsrlərlə unutdular. Quran üstündə  ağıl yorma 

ə

həmiyyəti unudulunca o, əlçatmaz, müqəddəs bir kitab sayıldı və onu başa düşmərik şəklində  



də  bir  qənaət  ortaya  çıxdı.  Sonra  əvvəlki  (alim)  lərin  hər  şeyi  həll  etdiyi  müdafiə  edildi  və 

yeniliklərə  qapılar  bağlandı.  Nəhayət  Quran,  ancaq  savab  və  pul  qazanmaq  üçün  oxunan  bir 

kitab halına gəldi. 

Allah Təala belə buyurur: 

“ Bu Quran, həqiqətən ən doğruya və ən sağlama çatdırır.” ( sra 17/9) 

Quran həqiqətən ən doğru və ən sağlam olana çatdırır. Fəqət o, başa düşmək üçün deyil də, 

sadəcə  savab  olsun  deyə  oxunursa  onunla  bir  şeyə  nail  olmaq  olmaz.  Belə  bir  şey,  eynilə 

keyfiyyətli  bir  balın,  sırf  görünüşü  və  iyi  ilə  kifayət  etməyə  bənzəyir.  Yeyilməyən  balın 

vücuda  nə  faydası  olur.  Müsəlmanlar  əsrlərdir  belə  etmişlər  və  Quran  ilə  lazımı  şəkildə 

qidalanmamışlar.  Ən-ənəvi  adət  qəlibləri  ilə  xürafələr  iç-içə  girmiş,  xalqı  mövhümatlar 

sarmışdır. Amma gec də az da olsa, Quranı başa düşmək üçün oxuyanlar və Onun üstündə ağıl 

yoranlar  vardır.  Bunlar  özlərini  və  cəmiyyəti  mühasəbə  etməkdədirlər.  Bu  hərəkət  bir  növ 

keçmişdə buraxılan xatalarla da hesablaşmaqdır. 

Allah Təala belə buyurur: 

nanmış şəxslər üçün Allahı könüldən xatırlama və Ondan enən həqiqətə ürəkdən bağlanma 

vaxtı hələ gəlmədimi? Olmaya daha əvvəl özlərinə  Kitab verilənlər kimi olmasınlar. Onların 

üstündən  xeyli  müddət  keçmişdi  də  qəlbləri  qatılaşmışdı.  Onlardan  çoxu  yoldan  çıxmış 

vəziyyətdədir.(Hadid 57/16) 

24.  Ölkəmizdə  özünü  müsəlman  saymayan  azdır.  Özunu  müsəlman  sayanlar  iki  qrupdur. 

Birinci  qrup  özünü  iman  ölçüsündə  müsəlman  sayar.  Onların  arasında  oruc  tutan,  qurban 




 

10 


 

kəsən,  bayram  namazı  qılan  və  cümə  günü  Cümə  namazına  gedənlər  vardır.  Onların  çoxu 

Qərb mədəniyyətinin pərəstişkarlarıdır. 

Digər  qrup  isə  dinin  əmirlərini  yerinə  gətirmək  arzu  və  qərarlığı  içindədirlər.  Onlar  da 

dindar adlanır. 

Qərb  pərəstişkarları,  dindarları  gerici  və  fanatik  görürlər.  Dindarlar  da  onları  dinin 

xaricində qalmaqla günahlandırırlar. 

*25.  Əvvəlki  illərə  nisbətən  insanların  Quranı  öyrənmə,  başa  düşmə  meyilləri  artmışdır. 

Artıq  Quranın  başa  düşüləcək,  dərk  ediləcək  bir  kitab  olduğunu  insanların  çoxu  başa 

düşməkdədir. Onu oxuyan dindarlar özlərinin bir çox mövzuda mövhümata qaçdığını görürlər. 

Qərb  pərəstişkarları  da  özlərinin  müsəlmanlıqda  heç  bir  paylarının  olmadığına  şahid  olurlar. 

Hər iki qrup da Quranı oxuduqca həm keçmişdə dinə qondarılan xurafələrin həm də özlərinin 

həqiqi  slamla  heç  bir  əlaqəsinin  olmadığını  başa  düşürlər.  Günümüzdə  slama  və 

müsəlmanlara  atılan  digər  iftiralar  o  cümlədən...  Oxuyan  və  siyasi  aləmdən  xəbəri  olanlar 

xalqına,  dininə  və  mənəviyyatına  yönələn  təzyiqləri,  oyunları  pozmaqla  vəzifəlidirlər.  Çünki 

din  adına  müsəlmanlara  yönələn  hər  bir  iftirada  özlərinə  də  çatan  bir  pay  vardır.  Quranda 

Allah Təala insanları bu haqda belə xəbərdar edir:* 

 “ Əhl-i Kitabdan və müşrklərdən olan o inkarçılar, özlərinə açıq bir sübut gələnə qədər pəs 

etməyəcəklər.  O  (sübut)  Allahın  elçisidir  ki,  tərtəmiz  səhifələr  oxuyur.  Onlarda  tam-doğru 

hökümlər vardır. 

Özlərinə kitab verilənlərin parça-parça bölünmələri, ancaq bu açıq sənədin (Quranın) onlara 

gəlməsindən sonra olmuşdur. (Bəyyinə 98/1-3) 

De ki: “ Doğru gəldi, əyri yox oldu. Çünki əyri həmişə yox olmuşdur. 

nananları  əsirgəyən  və  yaxşılaşdıran  nə  varsa,  biz  Quran  ilə  onu  endiririk.  Amma  bu 

zalımların sadəcə qəddarlığını artırır. ( sra 17/81-82) 

26.  Qurana  yönəlmənin  güclü  olduğu  hər  yerdə  sökülən  qruplar,  əllərindəkini  itirməmək 

üçün  hərəkətə  keçərlər.  Duyğularla  davrandıqları  üçün  tozu  dumana  qatarlar.  Onlara  heç  bir 

ş

ey başa sala bilməzsiniz. Onlara qarşı səbirli olmaq lazımdır. Allah Təala bu mövzuda belə 



buyurur: 

Sizdə bir xeyir  görülsə bu onları rahatsız edər. Başınıza bir pislik  gəlsə ona da  sevinirlər. 

Ə

gər səbirli olur və  ehtiyat edərsəniz onların qurduqları sistem sizə bir zərər verməz. Çünki 



onlar nə etsələr Allah onu əhatə etmişdir.” (Al-i  mran 3/120) 

Bu  çalxantılar  faydalıdır.  Bu  sayədə  kimisi  savab  qazanır,  kimisinin  də  həqiqi  kimliyi 

ortaya çıxar. Nəticədə sağlam bir din anlayışı əldə etmək mümkün olur. 

27. Qurana yönəlmə bir xəyal ya da bir moda işi deyildir; üniversal və qalıcı yönləri olan, 

insanı  dünya  və  axirət  səadətinə  götürən  ciddi  bir  işdir.  Qurana  yönəlmə  şüarı  ilə  ortaya 

çıxanlardan bəziləri, Qurana uyma yerinə Quranı özlərinə uydurma fəaliyyəti içərisindədirlər. 

Bunlar başqalarını tənqid edərkən özlərinin nə vəziyyətə düşdüklərinin şüurunda deyillər. Bu 

səbəblə Qurana yönələn hərkəs özünü bu yöndən sıx-sıx muhasibə etməlidir. 

Allah Təala belə buyurur: 



Yüklə 478,48 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə