1
D N VƏ
DÖVLƏ
T MÜNAS BƏ
TLƏ
R
TEOKRAT YA VƏ
SEKULYAR ZM
Müəllif: Abdulaziz Bayındır ( stanbul Universitetinin lahiyyat fakültəsinde professor, slam
hüququ kafedrasının müdiri)
ÖN SÖZ
Bu kitab, mənim 20 illik dövlət, şəriət düşüncəmi böyük ölçüdə dəyişdirdi. Bu dərdi
məndən alıb həqiqi hədəfə yönləndirən Allaha sonsuz şükürlər olsun və bunda vasitəçi olan
kitabın müəllifi prof. Abdüləziz Bayındır müəllimə təşəkkür edirəm. Kitabın təsiri bizimlə
hüdudlu qalmamış, Türkiyədəki bir çox dövlət və din adamlarının, məmurlarının üzərində
böyük müsbət təsiri olmuşdur. Bu kitabda qısa və öz cümlələrlə din və dövlət münasibətlərinin
ə
sas düsturları, maddələri vurğulanmışdır. Heç bir təsirin və tərəfkeşliyin xəyalına düşmədən,
Quran və sünnətdəki din və dövlət münasibətlərinin əsas məğzi izah edilmiş və bir müsəlman
olaraq izləyəcəyimiz yol və vəzifələrimiz haqqında məlumatlar verilmişdir. Bir müsəlman
olan hər kəsin vəzifəsi yer üzündə Allahın qoyduğu ədaləti, yaxşılığı əvvəl öz üzərində,
sonrada digər insanlara təmin və təbliğ etməkdən ibarətdir. Aranızda hər kim hansı düşüncədə
olur- olsun, yazılanları diqqətlə oxusun, sonra fikir bildirsin. Duyğularına qapılıb, mövzunu
tam oxuyub dərk etmədən hökm çıxarmasın. Höküm Allahındır şüarı ilə çıxış edənlərin çoxu,
ə
sasən öz hökümləri ilə qərar verənlərdir.
A.
Mülayim
G R Ş
Hər şeyimizi Allaha borcluyuq, heç kim Onun verdiyindən artığına sahib ola bilməz.
“Göylərdə nə var, yerdə nə varsa hamısı Allahındır.” (Bəqərə 2/255) Buna hər insan inanır və
inancını hər hansı bir şəkildə ifadə edər.
Bütlərə sitayiş edənlər də Allaha inanır. Bunlar bütlərini Allaha yaxın hesab etdikləri bəzi
ruhanilərin simvolu olaraq görürlər. Sonrada onlara, özlərini Allaha daha çox yaxınlaşdırsınlar
deyə sitayiş edərlər. Amma bu inanc (əqidə) ağla tərsdir. Xəyallara və əfsanələrə dayanır.
Doğruluğunu sübut edəcək bir tək məlumat və sənəd yoxdur. Qısacası, bu şirkdir.
Günümüzdə tanrıtanımaz deyə adlandırılan ateistlər də əslində Allaha inanırlar. Adına
istəyir Təbiət, istəyir Göy Tanrısı nə deyir desin, bütün məxluqatı yaradan və kainatın tək
hakimi olan Allahı inkar mümkün olmadığı üçün tanrıtanımaz, atasını tanımamazlıq edən
insana bənzəyir. O, çətin vaxtında necə atasını axtararsa, bu da dara düşən kimi Allaha sığınır.
Ə
slində bunlar, Allahın özlərinə hər şey verməsini ancaq əmr verməməsini istəyərlər.
2
Bəziləri də Allahın əmr verməsini qəbul edirlər. Amma onları siniflərə ayırır, bəzisini
münasib görür, bəzisini də münasib görməzlər. Bu səbəblə özlərinə sərf edəni götürür, sərf
etməyəni də tərk edərlər. Bunların vəziyyəti, Quranda yer alan ifadəsiylə, şeytanın vəziyyətinə
bənzəyir. Şeytanın o hala gəlməsi, Allahın bir tək əmrini münasib görməməsi ilə başlamışdır.
Yoxsa o Allaha, axirət gününə və inanılması lazım olan bir çox şeyə inanmaqdadır.
nanc, insanın bütün münasibətlərinə təsir edər. stəyir xüsusi sahədə olsun, istəyir ictimai
sahədə olsun, hər yerdə təsirini göstərir. Fəqət insan eyni inancda qalmaya bilər. nancı dəyişdi
deyə yaşadığı bir cəmiyyətdən çıxıb bir başqa cəmiyyətə keçə bilməz. Bu səbəblə hər
cəmiyyət, müxtəlif inanc sahiblərinə qatlanmağı bacarmalıdır. Nəqliyyat və informasiyanın
inkişaf etdiyi, bir çoxunun doğub böyüdüyü cəmiyyətdən çıxıb başqa yerlərə köç etdiyi
çağımızda, özümüz kimi inanmayanlara qatlanmaq, qaçınılmaz bir məcburiyyət halını
almışdır. Çünki kəndindən, şəhərindən ayrılıb başqa yerlərə gedənlər inanclarını özləri ilə
bərabər götürürlər.
Məntiqli düşünən hər insan, heç kəsi özü kimi inanmağa məcbur etməyəcəyini başa düşər.
Amma insanların çoxu məntiqli hərəkət etməzlər. Bu səbəblə inanc fərqlilikləri yüzlərlə
problemə yol açar.
Cəmiyyətlərə doğru görüşlərin hakim olması lazımdır. Doğru görüş, insanların inandıqları
kimi yaşamalarını saxlayacaqdır. Təəssüf ki, təsirli və səlahiyyətli vəzifədə olanlar, doğruların
deyil, gücün müstəqil olmasına daha çox əhəmiyyət verirlər. Bu da nəticədə zülümlərə və
haqsızlıqlara yol açar.
Doğruların yerinə gücün müstəqil olmasını istəyənlər, əslində insanların özlərinə qul
olmasını istəmiş olurlar. Onlardan bəzisi bu mövzuda maddi gücünü, bəzisi dövlət gücünü,
bəzisi də dini yürüdürlər. Bu səbəblə hürriyətlər mövzusu, tarix boyunca insanlığın ən mühüm
mövzusu olmuşdur. Hürriyyət mübarizəsinə atılan necə insanların, təsirli və səlahiyyətli
mövqeyə gəlincə özündən başqasına hürriyət tanımadığı çox görünən, rastlanan bir həqiqətdir.
Allahın dini, inanclara təzyiq edilməsini qətiyyən qəbul etməz, rədd edər. Peyğəmbərlər
həmişə bunun mübarizəsini aparmışlar. Onlar insanı, insana qul olmaqdan qurtarmağa və
Allahdan başqasına qul olmamalarını saxlamağa çalışmışlar. Bütün peyğəmbərlərin ümumi
istəyi, insanların Allahdan başqasına ibadət etməməsidir. ” badət,, sözlükdə qulluq və əsirlik,
yəni qeyidsiz- şərtsiz boyun əymə mənasına gəlir. Allahdan başqasına ibadət etməmək, Ondan
başqa heç kimə qeyidsiz- şərtsiz boyun əyməmək deməkdir. Amma dini, bir təzyiq vasitəsi
olaraq yeritməyə çalışanlar, əvvəlcə onu, peyğəmbərlərin göstərdiyi cizgidən azdırıb tanınmaz
hala gətirmək məcburiyyətində qalmışlar.
Bunlar dini, fərdi olmaqdan çıxarıb təşkilat formasına salmışlar, insanları dinə qəbul və
dindən çıxarma əməliyyatlarını mərasimə bağlayaraq, inancları da öz əmirləri altına
soxmuşlar. Bir yandan da bu təşkilat sayəsində dövlətə hakim olma və Allah adına dövləti
idarə etmə imkanına qovuşmuşlar. darəyə Allah adına əl qoyunca, dövlətin bütün
nemətlərindən yararlanmış amma verdikləri ekonomik və sosial sıxıntılardan, elədikləri zülüm
və təzyiqlərdən Allahı məsul tutmuşlar. Heç kim Allahı hesaba çəkə bilməyəcəyindən, özləri
cavabdehsiz bir mövqəyə çıxmış olurlar. Elə bu teokratiyadır. Buna uyğun təşkilatlanma
xristianlarda vardır. Teokratiya, dövlətin kilisənin əmri altına girməsinin adıdır. Bunun qəbul