Microsoft Word D\335n ve d\326vlet elaqeler\335 as\375l



Yüklə 478,48 Kb.
Pdf görüntüsü
səhifə2/20
tarix06.05.2018
ölçüsü478,48 Kb.
#42572
1   2   3   4   5   6   7   8   9   ...   20

 

 



ediləcək bir tərəfi yoxdur. Onun üçün teokratiyaya qarşı verilmiş və verilən mübarizə haqlı bir 

mübarizədir. Laiqlik bu mübarizənin adı olmuşdur. 

Teokratiyaya  başqaldırmanın  şüarı  olan  laiqlik,  zamanla  özü  inanclara  təzyiqin  vasitəçisi 

halına gətirilmişdir.  nsanları özünə qul etmə hərisliyi içində olanlar indi, ya dini ya da laiqliyi 

istismar edərək hürriyyətləri ortadan qaldırmağa çalışmaqdadırlar. 

Kilisəyə  bənzəyən  bir  dini  təşkilatı  musəlmanlıqda  meydana  gətirmək  mümkün 

olmamışdır.  Quranın  varlığı  buna  ən  böyük  maneədir.  Quran  din  və  dövlət  münasibətlərinin 

ideal  prensiplərini  ortaya  qoymuşdur.  Hissi  davranmayan  hər  kəs  onları  qəbul  edər.  Bu 

çalışma ilə biz, Quran işığında din və dövlət münasibətlərinin necə olmasını araşdırdıq. Çünki 

Quran,  Allahın  son  kitabıdır  və  heç  pozulmadan  bizə  qədər  gəlmişdir.  Bundan  sonra  

teokratiya  və  laiqlik  mövzusunu  ələ  aldıq.  Onu  da  Kitab-ı  Muqəddəsə  və  Qurana  görə  izah 

etməyə çalışdıq. 

Mövzunu həddi aşmadan ələ almaq ana qayəmiz olmuşdur.  nsanlar üzərində hakim olmaq 

üçün  dini  yeridənlərlə,  layiqliyi  yeridənlərin  xatalarını  qısa  və  öz  şəkildə  ortaya  qoymağa 

çalışdıq. 

Burada  doğruları  göstərmək  istədik.  Doğruları  hər  kəs  müəyyən  ölçüdə  bilir  amma  onları 

həyata  keçirmək  çoxlarının  işinə  gəlməz.  Bunu  yaxşı  bilirik.  Biz  əgər  insaflı  hərəkət  edən 

insanlara faydalı ola bilsək özümüzü müvəffəq olmuş sayacayıq. Belələrinin sayısı da az olur. 

Çalışmaq bizdən müvəffəqiyyət Allahdandır. 

 

B R NC  BÖLÜM 



D N və DÖVLƏT MÜNAS BƏTLƏR  

1. DÖVLƏT N D N  

1. Dövlət bir təşkilatdır. Təşkilatların dini olmaz, insanların dini olur. Dövlət namaz qılmaz, 

oruc  tutmaz  və  axirətlə  əlaqəli  heç  bir  narahatlıq  hiss  etməz.  Dövlət  kimi  digər  təşkilat  və 

quruluşların da dini olmaz. 

Dövləti və ya bir təşkilatı idarə edənlər, öz inanclarını idarələrinə əks etdirirlər. Bu təbii bir 

haldır. Müsəlmanların hakim olduğu dövlətə  slam dövləti, xrisianların hakim olduğu dövlətə 

də  xristian  dövləti  deyilməsi  bu  səbəbdəndir.  Təbii  olmayan  hadisə,  idarəçilərin  xalqı  özləri 

kimi inanmaya məcbur etmələridir. Bu zaman din dövləti və ya ideoloji dövlət ortaya çıxır. Bu 

inancı  zornan  dəyişdirmək  mümkün  olmadığı  üçün  belə  yerdə  iç  mübahisələrin,  təzyiq  və 

zülümlərin axırı olmaz. 

2.  Dinin  özü  imandır.  manın  əsası  da  qəlb  ilə  təsdiqdir.  Qəlb  insanın  iç  dünyasındadır. 

nsan  burada  tamamilə  azaddır.  Heç  bir  inanc  insana  zorla  qəbul  etdirilə  bilməz.  Ən  zalım 

rejimlər belə bunu bacara bilməzlər. Allah Təala bu barədə belə buyurur: 

“  Dində  məcburiyyət  olmaz;  artıq  doğru  ilə  əyri  bir-birindən  yaxşıca  ayrılmışdır.  Bundan 

belə kim,  zalımlara meyl etmədən Allaha inanırsa qopmayan sağlam bir qulpa yapışmış olur. 

Allah eşidəndir, biləndir.” (Bəqərə 2/256) 




 

 



Bu  səbəblə  müsəlmanlar  heç  kimi  müsəlman  olmağa  və  ya  müsəlman  kimi  davranmağa 

məcbur  edə  bilməzlər;  tam  tərsinə  hər  kəsə  inandığı  kimi  yaşama  imkanı  verirlər.  Bu  belə 

olduğu  üçün  müsəlmanların  dövləti,  din  dövləti  yəni  teokratik  dövləti  ola  bilməz

1

.  Onlar, 



insanları  Allah  adına  deyil,  öz  adlarına  yönəldirlər.  Yaxşı  yönəldən  savab  qazanır.  Pis 

yönəldən də onun məsuliyyətini üzərinə alır. 

3. Türkiyədə din deyiləndə  slam ağla gəlir. Bu dinin bir peyğəmbəri, bir də kitabı vardır. 

Müsəlman  olmaq  istəyən  həmin  peyğəmbərin  göstərdiyi  və  həmin  kitabın  bildirdiyi  kimi 

inanır və yaşayır. Yəni Qurana uyar. 

Bir  də  Quranı  özlərinə  uyduranlar  vardır.  Bunlar  həm  istədikləri  kimi  yaşamaq  həm  də 

müsəlman sayılmaq istəyirlər. Onun üçün öz keyflərinə gəlməyən ayə və hədislərin bir qismini 

köhnə  dövrlərlə  əlaqəli  görüb  yürürlükdən  qalxmış  sayırlar,  bir  qismini  də  fərqli 

yorumlayırlar. 

Quranı  özlərinə  uydurmağa  çalışmağın  doğru  olmadığını  onlar  da  bildiyindən  içlərini 

rahatlatmaq  üçün  müdafiəçilər  axtarırlar.  Özlərinə  yaxın  gördüklərini  qabağa  çıxarır, 

digərlərini  arxaya  atırlar.  Dövlət  adına  ya  da  bir  təşkilat  və  ya  quruluş  adına  danışdıqları 

havasını  verərək  güclü  və  haqlı  görünmək  istəyirlər.  Bu  xətalı  bir  yoldur.  Çünki  din 

mövzusunda kim danışırsa danışsın öz adına danışır. 

Din dövləti demək doğru olmadığı kimi, dinsiz dövlət demək də doğru deyildir. Dindarlıq 

və  ya  dinsizlik  sadəcə  insanla  əlaqəli  bir  anlayışdır.  Bu  səbəblə  heç  kimsə,  din  mövzusunda 

dövlətə ait bir təşkilat və ya quruluş adına danışa bilməz. Çünki bu təşkilat və quruluşlar eyni 

inanca mənsub insanların bir araya gəldiyi  bir dini cəmaat deyildir. Dini bir mövzuda bunlar 

adına  danışan  şəxs,  öz  inancını  o  təşkilat  və  ya  quruluşlara  mənsub  şəxslərin  inancı  kimi 

göstərmiş olur ki, buna heç kimin haqqı yoxdur. 

Din ilə əlaqəli olaraq hər müsəlmanı əlaqədar edən şeylər; Quran ayələri, səhih hədislər və 

icma  ilə  müəyyən  edilmiş  şeylərdir.  cma,  eyni  dövrdə  yaşayan  slam  alimlərinin  hamısının 

dinlə əlaqəli bir mövzuda görüş birliyi saxlamasıdır. 

4. Din hürriyyətinin təminatı Qurandır. Allah Təala bu barədə belə buyurur: 

“  Rəbbin  əmr  etsəydi  yer  üzündə  olanların  hamısı  inanırdı.  Elə  isə,  insanları  inanmağa 

sənmi məcbur edəcəksən? (Yunus 10/99) 

nsanın xarici aləmi də içi kimi azad olmalıdır. Elə o zaman həqiqi şəxsiyyətinə nail olur. 

5.  Dövlətin  vətəndaşı  ilə  əlaqəsi  dini  və  ya  ideoloji  səviyyədə  deyil,  ədalət  ölçüsündə 

olmalıdır. Dövlətin əsas vəzifəsi, ədaləti, iç və çöl güvənliyi qorumaq, vətəndaşların əsas haqq 

və hürriyyətlərinə mane olan şeyləri ortadan qaldırmaqdır. 

Dövlət təzyiqi ilə inanmış görünənlər vücuda bulaşmış mikrob kimi olur, güclü hala gəldiyi 

vaxt xəstəlik gətirirlər. 

nanclarına  təzyiq  edilməyənlər  də  vücuda  vurulmuş  aşı  kimi  ölkəni  qoruma  vəzifəsini 

üstlənirlər. Osmanlı  dövlətindəki az sayılı xalqların özlərini az sayılı deyil, dövlətin şərəfli bir 

vətəndaşı saymaları çox mühümdür. 

                                                            

1

 Teokratik dövlət mövzusu, bu kitabın ikinci bölümündə incələnmişdir. 




Yüklə 478,48 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə