Microsoft Word D\335n ve d\326vlet elaqeler\335 as\375l



Yüklə 478,48 Kb.
Pdf görüntüsü
səhifə7/20
tarix06.05.2018
ölçüsü478,48 Kb.
#42572
1   2   3   4   5   6   7   8   9   10   ...   20

 

13 


 

31. Müsəlmanların Quran ilə əlaqələri onu, mənasını başa düşmədən oxuma və gözəl səsli 

hafizlərin  ağzından  dinləmə  səviyəsinə  endirildiyi  üçün  təriqət  şeyxlərini  belə  bir  məqama 

gətirmək çətin olmamışdır. 

ndi nümunə olaraq onların bu sözlərini diqqətlə izləyək: 

Haqlı belə görünsə müridin ustadına etirazı haramdır.

15

 

Ş



eyx müridə bir şey yeritsə davamlı onunla məşğul olmalı və qəlbinə xeyir və şər deyə bir 

ş

ey gətirməməlidir



16

Müridə  lazım  olan  şərtlərdən  biridə  şeyxin  əmr  etdiyi  şeyləri  təvil  etməyərək  və 



gecikdirməyərək yerinə gətirməsidir. Çünki, təvil və gecikdirmə böyük kəsintiyə səbəbdir.

17

 



Mürid şeyxinin tərbiyəsində ölü yıxayanın əlindəki meyyit kimi olmalıdır ki, şeyx, müridə 

istədiyi kimi davrana bilsin.

18

 

Yəni  qısaca  mürid  şeyxinin  əsiri  olmalıdır.  Hətta  əsirindən  də  möhkəm  bir  bağlılığı 



olmalıdır. Çünki əsir əfəndisinə bəzən baş qaldırır və ya içindən mırıldanır, amma mürid həm 

içi ilə həm də çölü ilə şeyxinə tam boyun əyər. 

32.  Təriqətlər,  insanı  passifləşdirməkdə,  özünə  olan  güvəni  ortadan  qaldırmaqda  və  onu 

cahil  şəxsiyyətsiz  hala  gətirməkdədir.  Türkiyədə  təkkə  və  zaviyələr  rəsmi  şəkildə  bağlıdır 

amma feli çox təriqət vardır.  nsanları bu mövzuda məlumatlandırmaq üçün ciddi çalışmalar 

aparmaq lazımdır. Ancaq dövlət, bu mövzuda da tərəfkeş olmamalıdır ki, görülən çalışmalara 

duyğular qarışmasın, məsələ rahat bir mühitdə müzakirə edilsin və istənilən sağlam və qalıcı 

nəticələrə çatmaq mümkün olsun. 



5-D N TƏHS L  

Din hürriyətinə dini öyrənmə hürriyəti də daxildir. Din təhsili; inanc, ibadət və əxlaq təhsili 

deyə üçə ayrılır. 

A-  NANC TƏHS L  

33. Dinə inanmaq istəyən insan, hansı səviyədə təhsil alır alsın və nə vəziyyətdə olur olsun, 

Allaha  inanır  və  inandığı  kimi  davranmağa  çalışır.  Əgər  inancını  doğru  öyrənməmişsə  o 

boşluğu  xürafələrlə  doldurur.  Dövrümüzdə  necə  elm  adamı,  yüksək  bürokrat,  fabrikaçı  və  iş 

adamı  səmimi  olaraq  dinini  yaşamağa  səy  göstərmiş  amma  inancı  ilə  əlaqəli  kifayət  qədər 

məlumatı olmadığı üçün xürafəçilərin, istismarçıların əsiri halına gəlmişdir. 

34. Bir müsəlman, ilk əvvəl xürafələrdən uzaq bir imana sahib olmalıdır. Bunun ən etibarlı 

yolu,  inancını  Qurandan  öyrənməsidir.  Quran  bütün  insanlığı  yaradan  Allahın  kitabı  olduğu 

üçün, inancını Qurandan öyrənənlər, bütün insanlığı qucaqlayan və hər kəsə dərrakəli davrana 

bilən üfqü açıq insanlar olurlar. Allah Təala belə buyurur: 

                                                            

15

 Qotku, Təsəvvüfi Əxlaq, c.II,s.5, 2.paraqraf. 



16

 Qotku, Təsəvvüfi Əxlaq, c.II,s. 248. 

17

 Qotku, Təsəvvüfi Əxlaq, c.II,s. 246,paraqraf 5. 



18

 Qotku, Təsəvvüfi Əxlaq, c.II,s. 245,paraqraf 3. 




 

14 


 

De  ki:  ”  Doğru  olan  Rəbbinizdən  gələndir.  ”  Artıq  diləyən  inansın,  diləyən    inanmasın. 

(Kəhf 18/29) 

“ Kim yola gəlirsə ancaq özü üçün gəlir. Kim də yolunu azarsa ancaq öz əleyhinə azmışdır. 

Heç  bir  günahkar  başqasının  günahını  yüklənməz.  Biz  də  bir  elçi  göndərməyənə  qədər  əzab 

etmərik.’’( sra 17/15) 

Müsəlmanlığı  doğru  öyrətmək  üçün,  Quran  məalı  məktəblərdə  dərs  olaraq  oxudulmalıdır. 

Bu, eyni zamanda xürafələrə qarşı etibarlı və təsirli bir mübarizə olur. 



B- BADƏT TƏHS L  

35. Namaz, oruc, hac və zəkat mövzusunda əsas qaydaları doğru bilmək lazımdır. 

Namaz  qılan  hər  kəsin  Fatiha  sürəsini,  namaz  sürələrini,  Ayət  əl-kürsini  doğru  oxuması 

lazımdır. Namaz duaları ilə gündəlik həyatda tez-tez qarşılaşılan mövzularla əlaqəli əmrləri və 

öyüdləri  əhatə  edən  ayələri  də  öyrənməlidir.  Bunların  sayı  azdır.  Onları  doğru  oxumaq,  öz 

hərfləri  ilə  öyrənməyə  və  o  hərifləri  doğru  səsləndirməyə  bağlıdır.  Bu  günümüz  insanların 

çoxu  kəlimə-i  şəhadəti  belə  əslinə  uyğun  olaraq  səsləndirməyi  bacarmırlar.  Bu  vəziyyət, 

yüksək səviyyədə bilik və  görüş sahibi   özünü  müsəlman  görən insanın  kiçik düşürülməsinə 

yol açmaqdadır. 

36.  Quranı,  öz  hərfləri  ilə  doğru  oxumaq  da  hər  müsəlmanın  arzu  və  ehtiyacıdır.  *Şəxsi 

yorum  və  təvillərdən  çəkinərək,  Quranı  məzhəbinə  və  arzusuna  uymadan,  sırf  Allahın 

bildirdiyi şəkildə izah edib çatdırmaq məsuliyyət daşıyan hər müsəlmanın vəzifəsi olmalıdır. 

Təhsil  bu  şəkildə  aparılarsa,  insanlar  həm  fərqli  məzhəb  və  məqsədlərə  xidmət  edən  dini 

qruplaşmalardan  xilas  olar,  həm  də  dövlət  və  millət  arasında  birlik  və  bərabərlik  saxlanmış 

olar.  Dini  arzusunu  normal  yollarla,  yaxşı  yetişmiş  müəllimlər  nəzarətində  öyrənməyənlərin, 

başqalarına  alət  olmaları,  oyuna  gəlmələri  çıxılmaz  olur.  Sonra  da  bunlar  bu  ümmətə  qarşı 

yönləndirilmiş canlı bombaya çevrilirlər. Bu da dinin istismarına və xoşa gəlməz mənzərələrə 

yol  açmaqdadır.  Tariximiz  bunun  ibrətli  səhnələri  ilə  doludur.  Onun  üçün  ibtidai  sinifdən 

başlayaraq  istəyən hər tələbəyə Quran öyrətmək lazımdır. 

*37. Müsəlmanlıq bu ölkə xalqının rəsmi dini olduğu üçün, bu dini öyrənmək də xalqın ən 

təbii  haqqı  və  tələbatıdır.  Onu  əngəlləmək  nə  dövlətin,  nə  də  xalqın  xeyrinə  deyildir.  Tam 

tərsinə  zərərinədir.  Bu  səbəblə  həm  dövlətin,  həm  xalqın  rəfahı,  inkişafı  və  mənafeyi  üçün 

dinin  təhsilinə  ehtiyac  vardır.  Çox  təəssüf  ki,  bir  əsrə  yaxındır  dindən  və  din  təshilindən 

qorxmuş  və  qorxudulmuş  bir  idarə  və  xalq  kütləsi  vardır  ki,  bu  səbəblə  müsəlmanların  və 

Quranın  aydınlanması,  tərəqqisi  əngəllənməkdədir.  Buna  görə  də  hər  kəsə  Qurana  və 

müsəlmanlığa yenidən nəzər salmasını tövsiyə edərik.* 



C-ƏXLAQ TƏHS L  

38.  nsanın özünə, ailəsinə, yaşadığı cəmiyyətə, ölkəsinə və bütün insanlığa qarşı haqq və 

vəzifələri vardır. Bir müsəlman bu mövzudakı vəzifələrini; fərzləri, halal və haramları doğru 

öyrənməlidir.  Belə  olmazsa  nümunəvi  bir  insan  və  yaxşı  bir  müsəlman  olması  mümkün 

olmaz...* Məhz müsəlmanların terorist və pis insanlar kimi göstərildiyi bu çağımızda buna çox 

ehtiyac vardır. Əslində müsəlmanlar bunu kimlərəsə xoş görünmələri üçün də etməzlər. Çünki 

bu Allahın onlara yüklədiyi bir məsuliyyətdir və Allah rizası üçün edilir. 



Yüklə 478,48 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə