Microsoft Word D\335n ve d\326vlet elaqeler\335 as\375l



Yüklə 478,48 Kb.
Pdf görüntüsü
səhifə3/20
tarix06.05.2018
ölçüsü478,48 Kb.
#42572
1   2   3   4   5   6   7   8   9   ...   20

 

 



Dövlət günəş kimi olmalıdır. Günəş necə müsəlman, xristian, yəhudi, zəngin, fağır, irq və 

millət fərqi qoymadan hər kəsə eyni məsafədə isə dövlət də vətəndaşlarına qarşı həmişə eyni 

məsafədə durmalıdır. 

2-LA QL K 

6.  Layiqlik

2

 fransada  ortaya  çıxmışdır.  Fransızca  dini  quruluşların  hakimiyətindən  asılı 



olmayan  təşkilata  Laik  (laic  və  ya  laiquə)  deyilir

3

.  Bu  ölkədə  dini  quruluş  deyilincə  Katolik 



kilisəsi başa düşülür. Laiqlik mübarizəsi xristianlığa qarşı deyil, kilisəyə qarşı aparılmışdır. 

7.  Kilisə,  Allah  adına  hərəkət  etdiyini  irəli  sürərək  kralı,  hökümətləri  və  icra  başçılarını 

təyin  etmədə  və  vəzifəyə  gətirmədə  özünü  səlahiyyətli  görmüşdür

4

.  Günümüzdə  seçilmiş 



insanlara and içdirməklə bu səlahiyyətlərini az da olsa sürdürməkdədir. Fransız tarixi kilisəyə 

qarşı  aparılmış  mübarizələrlə  doludur.  Kilisənin  dövlət  üzərindəki  hakimiyyətini  qırma 

cəhdləri XIV.yüz ildə başlamışdır.

5

 



8.  Laiqliq  mübarizəsinin  dinə  qarşı  aparılmadığının  ən  mühüm  işarəti,  Fransada  məclisin 

qurucu  namizədləri  tərəfindən  hazırlanan  və  Avqust  1789-da  qəbul  edilən  nsan  və  vətəndaş 

haqları bəyannaməsinin 10 və 11-ci maddələridir. Bu maddələr belədir: 

Maddə 10. Heç  kim  dini inancları daxil, düşüncələrindən ötürü rahatsız edilə bilməz; ola 

ki, bu inancların izah edilməsi qanun tərəfindən saxlanan asayişi pozmasın. 



Maddə 11. Düşüncə və inancların başqalarına azad şəkildə çatdırılması insanın ən mühüm 

haqlarından  biridir;  hər  insan  azad  şəkildə  danışa  bilər,  yaza  bilər  və  bunları  çap  edib  yaya 

bilər; bu hürriyyətin istismar edilməsindən ancaq qanunla bildirilən vəziyyətlərdə məsuliyyət 

daşıyır. 

9. Bu bildiriş, 1791 tarixli Fransız dövlət qanunun başlanğıc bölümü olmuşdu.

6

 Bu qanun, 



Katolik  kilisənin  imtiyazlarına  son  qoymağı  və  protestant,  yəhudi  və  ya  dinsiz  olanların 

haqlarını,  xüsusilə  din  və  vicdan  hürriyyəti  adına  hər  cür  dini  baxışı  bərabər  görməyi 

hədəfləyirdi

7

. Çünki kilisə bir başqa din mənsubuna həyat haqqı tanımazdı. 



                                                            

2

 Burada “Laiqlik”dedikdə, sizin eşitdiyiniz və gördüyünüz şəkliylə və ya Türkiyədə pratik yönüylə tətbiq edilən 



laiqlik qəsd edilmir. Türkiyədə laiqlərin Atatürk ilkələri (əsasları) adıyla yeritmək istədikləri, elə teokratiyanın bir 

tərzidir.  Mən  teorikdəki  laiqlikdən,  insanları  dini  və  ideoloji  təzyiqlərdən  xilas  edib,  sərbəst  buraxan  bir 

təşkilatdan bəhs edirəm. Fransada laiqlik dinə yəni xristianlığa qarşı deyil, kilisə hakimiyyətinin  təzyiqinə qarşı 

ortaya  çıxmışdır.  Çox  təəssüf  ki,  Türkiyədə  bu  məfhum  istismar  edilərək,  dinə  qarşı  bir  mübarizə  tərzində  əks 

etdirilmişdir. 

 Kimsə  də  bizim  laiqliyi  mənimsədiyimizi  düşünməsin.  Məqsədimiz  sadəcə  həqiqətdə  bir  şeyin  nə  olduğunu, 

insanların  bu  məfhumları    istismar  edərək  parçalanmamalarını  saxlamaqdır.  Niyyətimiz  hər  kəsin  inanc  və 

düşüncələrində  sərbəst  olduğunu,  fərqli  düşünə  biləcəyini  və  buna  baxmayaraq  bir  arada  yaşamaları  lazım 

olduğunu bildirməkdən ibarətdir. 

3

 Böyük Larousse Ansiklopediyası, Laiq maddəsi 



4

 Tümer, Küçük, e.q.ə. s.256. 

5

 Böyük Larousse Ansiklopediyası, Laiq maddəsi 



6

 Böyük Larousse Ansiklopediyası, Laiq maddəsi 

7

 GRIC  (Groupe  de  rechercehes  islamo-chretien= 



slam  Xristiyan  Araşdırmaları  birliyi),Din  və 

Dövlət, slamochristana,12,Roma 1986,s. 49-72 dən.Tərcümə M.Said Hatiboğlu, slami araşdırmalar jurnalı,C. III, 

SAYI 3,Ankara 1989,s. 102. 



 

 



Bildirişin  başlanğıcında  insan  haq  və  hürriyyətlərinin  əhəmiyyəti  bu  ifadələrlə 

bildirilməkdədir: 

“  Fransız  xalqının  Milli  Məclisini  təşkil  edən  təmsilciləri,  xalqın  hüzursuzluqlarına  və 

hökumətlərin yozlaşmasına tək səbəb olaraq, insan haqlarının bilinməməsi, unudulması olaraq 

görüldü. Bu səbəblə  insanın təbii, əvəz edilməz və müqəddəs haqlarını rəsmi bir bildiriş ilə 

izah etməyə qərar verdilər...” 

10.  Burada  hürriyyətin  tərifi  verilmiş  və  qanun  ilə  lüzumundan  çox  hüdudlandırılmaması 

üçün Bildirişə maddə qoyulmuşdur. Əlaqəli maddələr belədir: 



Maddə  4.  Azadlıq başqasına zərər verməyən hər şeyi edə bilməkdir.  O  halda hər  insanın 

təbii  haqlarını  yerinə  gətirməsi  ancaq,  cəmiyyətin  o  bir  fərdlərinə  saxladığı  eyni 

xüsusiyyətdəki haqlarla hüdudludur. Bu hüdudlar ancaq qanunla təyin edilə bilər. 

Maddə 5. Qanun ancaq cəmiyyətə zərər verici hərəkətləri qadağan edər. Qanun tərəfindən 

qadağan olunmayan heç bir şeyə əngəl qoyula bilməz və heç kim qanunun əmr etmədiyi bir işi 

görməyə məcbur edilə bilməz. 

11.  Rəsmi  məqamlarda  da    laiqlik  dinə  qarşı  deyildir.  Dövlət  Qanunun  2-ci  maddəsi 

belədir: 

“...cəmiyyətin hüzuru, milli dayanışma və ədalət anlayışı içində, insan haqlarına hörmətli, 

başda bildirilən əsas qaidələrə dayanan, demokratik, laiq və sosial bir hüquq dövlətidir.” 

12.  Deməli,  laiqlik  dövlətin  bir  xüsusiyyətidir.

8

 Dövlətin  bir  başqa  xüsusiyyəti  də  insan 



haqlarına hörmətli olmasıdır. 

Konstitusiya 24-cü maddəsi hər vətəndaşa vicdan, din, inanc və qənaət hürriyəti tanımışdır. 

Yəni  Konstitusiya,  laiqliyin  dövlətin  bir  xüsusiyyəti  olduğunu,  vətəndaşının  dindar  ola 

biləcəyini qəbul etmişdir. 

13.  Konstitusiyanın  26-cı  maddəsi  də  düşüncəni  ortaya  qoyma  və  yayma  hürriyyəti 

vermişdir. Maddənin giriş cümləsi belədir: 

“  Hər  kəs  düşüncə  və  qənaətlərini  söz,  yazı,  rəsim  və  ya  başqa  yollarla  tək  başına  və  ya 

birlikdə ortaya qoyma və yayma haqqına sahibdir…” 

Konstitusiyanın belə olması təbiidir. Bilavasitə insan və vətəndaş haqları bildirişinin 16-cı 

maddəsi belədir: 

“  Haqqları  təminat  altına  alınmamış,  güclərin  ayrılığı  təyin  edilməmiş  cəmiyyətlərin 

qanunları yox deməkdir.’’ 

14.1948-ci  ildə  Birləşmiş  Millətlər  tərəfindən  qəbul  edilən  nsan  Haqları  Üniversal 

(Ümumxalq)  Bəyannaməsi  də  düşüncə,  vicdan  və  din  hürriyyəti  mövzusunu  qərara 

bağlamışdır. Bu maddə dini, nə sosial sahədən nə ictimai sahədən nə də bir başqa sahədən iraq 

tutmaz.  Belə  bir  şeyi  əslində  ağıl  da  qəbul  etməz.  Dindar  insan,  dininin  əmrini  buraxaraq 

                                                            

!

8



 Azərbaycan da laiq bir dövlət olduğu üçün bu keyfiyyətləri pratikdə həyata keçirməsi ölkəmiz və vətəndaşları 

üçün zəruridir.  nsanlara dininin tələb etdiyi qaydalara  maneə törətmək, təzyiq  göstərmək  nə dövlətin  hüzur və 

mənafeyinə nə də birlik və tərəqqisinə fayda saxlamaz. Əksinə zərər verir. 



Yüklə 478,48 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə