Microsoft Word D\335n ve d\326vlet elaqeler\335 as\375l



Yüklə 478,48 Kb.
Pdf görüntüsü
səhifə14/20
tarix06.05.2018
ölçüsü478,48 Kb.
#42572
1   ...   10   11   12   13   14   15   16   17   ...   20

 

27 


 

ncil, iki yerdə teokratiyanı əmr edər. Bu mətinlər Pavlosun və Petrusun məktublarında yer 

alır. 

a-Pavlusun Romalılara m

ə

ktubu 

70. Pavlusun məktublarında belədir: 

“ Hər kəs əmri altında olan hökümətlərə boyun əysin. Çünki, Allah tərəfindən verilməmiş 

bir  səlahiyyət  yoxdur.  Mövcud  hökümətlər  Allah  tərəfindən  təyin  edilmişdir.  Bunun  üçün 

hökümətə  qarşı  gələn  Allahın  nizamına  qarşı  dirənmiş  olur.  Dirənənlər  özlərini  məsuliyyət 

altına soxacaqlar. Çünki hökümdarlar yaxşı işlər üçün deyil, sadəcə pis işlər üçün qorxudurlar. 

Hökümətdən qorxmamaq istəyirsənmi?  Elə isə yaxşı olanı elə,o zaman tərif edilərsən? Çünki 

o  Allah  tərəfindən  sənin  yaxşılığın  üçün  vəzifələndirilmişdir.  Amma  əgər  pis  olanı  edərsən 

qorx, çünki qılıncı boş yerə daşımır. Çünki o, Allahın xidmətindədir,pislik edənə qəzəbindən 

ötürü  intiqam  alır.  Bu  səbəblə  ancaq  qorxudan  deyil,  könüldən  olan  bir  bağllılqla  da  ona 

bağlanmaq lazımdır.

34

’’ 


b- Petrusun 1-ci m

ə

ktubu 

71. Petrusun 1-ci Məktubunda bu ifadələr yer alır: 

“  ndi  insanlar  tərəfindən  qurulan  hər  nizama  Rəbb  üçün  bağlı  olun.  Başda  olan  krala  və 

onun valilərinə boyun əyin. Çünki onlar, Onun tərəfindən günahkarları cəzalandırmaq və yaxşı 

iş görənləri tərif etsinlər deyə göndərilmişlər. Çünki Allahın istədiyi budur: Hür insanlar kimi 

yaşayın,  amma  hürriyətinizi  şərrə  örtü  etməyin.  Ancaq  Allahın  xalis  qulları  kimi  yaxşılıq 

edərək  cahil  insanların  cəhalətini  susdurun.  Hər  kəsə  hörmət  göstərin.  Qardaşları  sevin. 

Tanrıdan qorxun. Krala hörmət göstərin.

35

’’ 



B-TEOKRAT YA  LƏ ƏLAQƏL  YORUMLAR 

72.  Xristian  mütəfəkkirlərdən  Jean  Calvin  və  Stephanus  Junıus  Brutusa  görə  xristianlıq 

teokratiyanı əmr etməkdədir. 

a-Jean Calvinin yorumları 

73. Calvin Kitab-ı müqəddəsin yuxarıdakı ifadələrini belə yorumlamaqdadır: 

Petrus, ” krala hörmət göstərin.” və Süleyman, ” Oğlum Tanrıdan və kraldan qorx.” dediyi 

zaman  bizdən  bir  şey  istəyir.  Çünki  birincisi,  hörmət  terminin  arxasında  könüldən  və  həqiqi 

                                                            

34

 Məktub  sadələşdirilmişdir,əsli  belədir:  “  Hər  kəs  əmri  altında  olduğu  hökümətlərə  itaət  etsin.  Çünki  Allah 



tərəfindən olmayan bir hökümət yoxdur və mövcud hökümətlər Allah tərəfindən tərtib olunmuşdur. Bunun üçün 

hökümətə  müxalifət  edən  Allahın  tərtibinə  qarşı  gəlmiş  olur  və  müqavimət  edənlər  öz  əleyhlərinə  höküm 

alacaqlar.  Çünki  hökümdarlar  yaxşı  əməllər  üçün  deyil,  ancaq  pis  əməllər  üçün  qorxudurlar.  Hökümətdən 

qorxmamaq  istəyirsənsə  yaxşı  işlər  gör,  bu  zaman  onun  tərəfindən  təriflənəcəksən.”  (Pavlosun  Romalılara 

məktubu, 13. Bab, 1-5, Kitabı Müqəddəs, Əhdi cədid s. 206.) 

35

  fadələr sadələşdirilmişdir, əsli belədir. ”  ndi Rəbb üçün nizami bəşəriyyətin hər birinə gərək padişaha,gərək 



icra  başçılarına,şər  işləyənlərin  tənbihi  və  xeyir  işləyənlərin  tərifi  üçün  onun  tərəfindən  göndərilmiş  olduqları 

üçün  itaət  ediniz.  Əslində  Allahın  iradəsi  budur  ki,  hür  insanlar  kimi  amma  hüriyyətinizi  şərrə  örtü  tutmayıb, 

ancaq  Allahın  qulları  kimi  hərəkət  edərək  cahil  insanların  cəhalətini  xeyir  işləməklə  qarşısını  alın.  Hər  kəsə 

hörmət edin. Qardaşlığı sevin. Allahdan qorxun. Padişaha hörmət edin.” (Petrosun  1. Məktubu, II/13-17.Kitabı 

Müqəddəs, Əhdi cədid, s. 298.) 



 

28 


 

bir  hörməti  qəsd  edir.  kincisi,  kralı  Tanrıyla  bərabər  xatırlayaraq  kralın  bir  növ  müqəddəs 

ucalıq və dəyərlə təchiz edilmiş olduğunu göstərir. 

Pavlusun bu buyruğunu da xatırlayaq. Onun, ” Bu səbəblə yalnız qorxudan deyil, könüldən 

bir istəklə də ona bağlanmaq lazımdır. ”sözüylə demək istədiyi, prenslərə və idarəçilərə olan 

itaətin  sadəcə  qorxudan deyil eyni  zamanda Tanrıya itaət  olduğu bilinərək  yerinə  yetirilməsi 

lazımdır. Çünki prenslərin və idarəçilərin iqtidarı Tanrıdan gəlir...Beləliklə, hər kim hökümətə 

qarşı gələrsə Tanrının nizamına qarşı gəlmiş olur. 

74.  Bu  xüsusda  heç  kim  özünü  aldatmasın,  Tanrıya  qarşı  gəlmədən  idarəçilərə  qarşı  gələ 

bilmərik. Çünki silahsız bir idarəçi cəzalandıra bilməyəcəyi üçün aşağılansa da Tanrı silahlıdır 

və bu aşağılamanın cəzasını dərhal verəcəkdir. 

taət anlayışı altında bu ünsurları görürəm: 

Fərdlər  ictimaiyyətlə  əlaqəli  mövzularda  özlərini  səlahiyyətli  görməməli,  dövlət  işlərinə 

qarışmamalı,  idarəçilərin  səlahiyyətinə  girən  işlərə  burunlarını  soxmamalı  ümumiyyətlə 

ictimaiyyəti əlaqədar edən hər hansı fəaliyyətə təşəbbüs etməməlidirlər.  ctimaiyyət nizamında 

düzəldilməsi  lazım  olan  bir  əyrilik  varsa  qarğaşa  çıxarmamalı,  əllərinin  çatmadığı  bir  işə 

boyunlarını  uzatmamalıdırlar.  Bu  sahədə  əli-qolu  bağlı  olmayan  tək  insan  idarəçidir.  Demək 

istədiyim, özlərinə bir əmr verilmədən heç bir işə təşəbbüs etməsinlər. Çünki əgər idarəçi əmr 

verəcək olarsa onlar da ictimai nüfuzu ilə səlahiyətləndirilmiş olarlar... 

75.  ctimaiyyət xeyrinə uyğun idarə edənlər, Tanrının hakimiyyətinin həqiqi nümunələridir. 

Diktatorlar  və  zülmlə  hökm  edənlər  də  yenə,  Tanrı  tərəfindən  günahkar  insanları  işlədiyi 

günahına  görə  cəzalandırmaq  üçün  göndərilmişlər.Yenə  də  onlarda  qanuni  gücü  Tanrıdan 

aldıqlarını göstərən səlahiyyət vardır... 

Heç bir şərəfi olmayan və pis xasiyyətli biri belə əgər ictimai səlahiyyətə sahibsə, Tanrının 

öz  buyruğuyla  ədalətinin  və  mühakiməsinin  nazirlərinə  həvalə  etdiyi  o  görkəmli,  müqəddəs 

iqtidarla təchiz edilmişdir. Bilavasitə, xalqının itaət etməsi yönündən, kralların ən yaxşısı kimi  

şə

rəfə və hörmətə layiqdir. 



Xasiyyətləri nə olur olsun, bu hörməti, hətta bu dini bağlılığı bütün idarəçilərimizə sonuna 

qədər göstərmək məcburiyyətindəyik. Bunu tez-tez təkrar edirəm ki, insanları tək başlarına ələ 

almamağı  öyrənək.  Onların  mənliklərində  Tanrının  kərəmiylə  sarsılmaz  qüdrət  və  gücün 

olduğunu kifayət görək… 

76. Pislikləri müalicə etmək bizə düşməz. Bizə düşən bir şeydir, bütün kralların  qəlblərini 

və meyillərini yaradanın əlində olan Tanrıdan kömək istəməkdir... 

Tanrının  qarşısında  Onun  xeyir  dua  verdiklərini  öpməyən,  xalqı  əzmək  üçün  ədalətsiz 

qanunlar  çıxaran,  yoxsul  insanlara  zülüm,  kimsəsizlərə  haqsızlıq,  əziyyət  edən,  yer  üzünün 

bütün kral və hakimləri sonunda yerlərindən düşəcək və əziləcəklər

36

.” 



b- Stephanus Junıus Brutusun yorumları 

                                                            

36

 Jean Calvin, Xristian Dininin təlimindən seçmə parçalar (Christianae religionis institutio,Kitab IV, Bölüm 20: 



Dövlət  darəsi Üstünə) çevirən Şahin Alpay, Avropada Siyasi Düşüncələr Tarixi 2, Yeni Çağ.Tərtib edən Mete 

Tuncay ankara 1969, s. 48-51) 




Yüklə 478,48 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə