Microsoft Word cobanli elshad docx



Yüklə 0,86 Mb.
Pdf görüntüsü
səhifə16/30
tarix22.05.2018
ölçüsü0,86 Mb.
#45397
1   ...   12   13   14   15   16   17   18   19   ...   30

 

 

43 



 

temperatur  qalxdıqca  azalır:  sürətli  dizellər  üçün  özlülük  20°S-də,  aşağı  sürətlilər 

üçün  isə  50°S-də  təyin  olunur.  Kinematik  özlülüyü  götütrlmüş  miqdar  yanacağın 

20°S  temperaturda  viskozimetrin  kapillyarından  keçmə  müddətinə  görə  müəyyən 

edirlər.  Sürətli  mühərriklər  üçün  dizel  yanacağının  özlülüyü  1,8-8,0  mm

2

/c,  aşağı 



sürətli mühərriklər üçün isə 36 mm

2

/c-yə kimidir. 



 

Şə

kil 2.2.  Dizel yanacağının özlülüyünün temperaturdan aslılığı: 1-yay; 2-qış; 3-arktik. 

 

 

lin  soyuq  vaxtlarında  dizel  yanacağının  özlülüyü  aşağı  olan  və  temperatur 



aşağı düşdükcə bir qədər artan qış növlərini tətbiq etmək lazımdır. 

Aşağı  temperaturda  mühərrikin  işinə  həcminin  tutqunlaşma,  kristallaşmanın 

başlanması  və  yanacağın  ərkimə  (donma)  temperaturları  təsir  edir.  Tutqunlaşma 

temperaturu o temperatura deyilir ki, həmin tempeaturda yanacaq öz faza bircinsliyini 

itirməyə  başlayır  və  tutqun  olur.  Bu  zaman  bərk  karbohidrogenlərin  əmələ  gəlməsi 

səbəbindən  yanacağın  xarici  görkəmi  dəyişir.  Yanacağın  sonrakı  soyudulması  bərk 

fazanın  miqdarının  artmasına,  kristalların  əmələ  gəlməsinə  gətirir.  lk  kristalların 

ə

mələ  gəldiyi  temperatur  kristallaşmanın  başlanma  temperaturu  adlanır.  Yanacağın 



öz  mütəhərrikliyini  təmamilə  itirdiyi  temperatur  bərkimə  (donma)  temperaturu 


 

 

44 



 

adlanır. Tutqunlaşma, kristallaşmanın başlanma və bərkimə (bərkimə) temperaturları 

dizel  yanacağının  fraksiya  tərkibindən  asılıdır.  Məsələn,  parafin  karbohidrogenlər 

aşağı  bərkimə  temperaturuna  malikdirlər  və  yanacağın  yay  növlərinin,  yüksək 

bərkimə  temperaturuna  malik  naften  karbohidrogenlər  isə  yanacağın  qış  növlərinin 

emalı  üçün  tətbiq  olunurlar.  Mühərrikin  normal  işləməsi  üçün  tutqunlaşma 

temperaturunun  ətraf  mühitin  minimal  temperaturundan  3-5°S,  bərkimə 

temperaturunun isə 10-12°S aşağı olması zəruridir. 

Benzinə  nisbətən  dizel  yanacağında  kükürdün  miqdarı  həmişə  yuxarıdır,  belə 

ki,  kükürdlü  birləşmələrin  əksəriyyəti  200°S-dən  yuxarı  temperaturda  qaynayıb 

buxarlanan  karbohidrogenlərlə  birlikdə  neftdən  ayrılırlar.  Kükürd  və  kükürdlü 

birləşçmələr  mühərriklərin,  xüsusilə  də  yüksək  sürətli  mühərriklərin  detallarının 

korroziyasına  səbəb  olurlar.  Ona  görə  də  yüksək  sürətli  dizellər  mümkün  qədər  az 

kükürdlü  yanacaqla  istimar  olunmalıdırlar.  Bundan  başqa,  mühırrik  kükürdlü 

yanacaqla  işlədikdə  aşınma  (şəkil  2.3)  və  kül  əmələ  gəlmə  artır,  mühərrikin  gücü 

azalır  və  yağın  oksidləşməsi  prosesi  sürətlənir.  Kükürdün  zərərli  təsirini  azaltmaq 

üçün təmizləmə zamanı onu yanacaqdan diqqətlə kənarlaşdırmaq lazımdır. Kükürdün 

törətdiyi  korroziya  ilə  mübarizənin  təsirli  üsulu  dizel  yanacağına  əlavə  olunan 

antikorroziya  aşqarlarının  (məsələn,  sinkin  naftenatı)  əlavə  edilməsi,  eləcə  də 

tərkibində  aşqarın  müəyyən  kompozisiyalarının  olduğu  motor  yanğın  düzgün 

seçilməsidir. Aktiv kükürdlü birləşmələrin mövcudluğu mis lövhədə sınaq keçirməklə 

müəyyən edilir. 

Dizel  yanacağının  korroziya  aktivliyi  həmçinin  suda  həll  olunan  turşu  və 

qələvilərin,  oksigen  birləşmələrinin,  qatranın,  mexaniki  qarışıqların  və  suyun 

miqdarından  asılıdır.  Yanacaqda  mineral  turşuların  və  ya  turşu  reaksiyası  yaradan 

maddələrin,  eləcə  də  mexaniki  qatışıqların  və  suyun  mövcudluğu  yolverilməzdir. 

Mexaniki qatişıqlar yanacaq verən aparatın detallarının sıradan çıxmasına səbəb olur: 

onların  miqdarı  orta  yanacaq  nümunəsinin  kağız  filtrdən  keçirilməsi  ilə  müəyyən 

edilir. Dizel yanacağında benzinə nisbətən suyun miqdarı çox ola bilər, belə ki, dizel 



 

 

45 



 

yanacağı daha hiqroskopikdir. Su yanacaqla birləşərək emulsiya əmələ gətirir, bu da 

mühərrikin yanacaq verən aparatının korroziyasına səbəb olur. 

 

 



Şə

kil 2.3. Yanacaqda kükürdün miqdarının mühərrikin aşınmasına təsiri

 

 



 

stifadə  olunan  yanacağın  kimyəvi  tərkibindən  yanacağın  xırdalanma  (toz 

halına  keçmə)  keyfiyyətini  pisləşdirən,  mühərrikin  qızmasına  səbəb  olan  və  onun 

gücünü aşağı salan qatranlı maddələrin və kükün əmələ gəlmə intensivliyi asılıdır. 

Dizel  yanacağının  keyfiyyətini  yaxşılaşdırmaq  üçün  ona  setan  ədədini  artıran 

aşqarlar,  korroziya  inhibitorları  (korroziyanı  aradan  qaldıran  maddələr),  metalların 

dezaktivatorları və  s.  əlavə  edilir.  Belə  ki,  1%  izopropilnitratın  əlavə  edilməsi  dizel 

yanacağının  setan  ədədini  10-12  vahid  artırır,  onun  işə  salma  xarakteristikalarını 

yaxşılaşdırır. 

Tətbiq olunma şəraitindən asılı olaraq sənayedə üç marka dizel yanacağı bura-

xılır: L (yay-rusca letniy sözündən), - ərtaf havanın temperaturu 0°S və ondan yuxarı 

olduqca istismar edilmək üçün; Z (qış-rusca zimniy sözündən) - ətraf havanın tempe-

raturu -20°S və ondan yuxarı olduqda istismar edilmək üçün; A(arktik)- ətraf hacanın 

temperaturu  -50°S  və  ondan  uxarı  olduqda  istismar  üçün.  Hər  üç  marka  dizel 

yanacağı üçün setan ədədinin norması 45-dən yuxarı müəyyən edilmişdir. Kükürdün 



Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə