Microsoft Word cobanli elshad docx



Yüklə 0,86 Mb.
Pdf görüntüsü
səhifə4/30
tarix22.05.2018
ölçüsü0,86 Mb.
#45397
1   2   3   4   5   6   7   8   9   ...   30

 

 

10 



 

və prosesi izləmək üçün kompüterlərdən və başqa həssas qurğulardan istifadə olunur. 

Bu daha optimal qarışıqlar əldə etməyə kömək edir, eləcə də prosesə diqqətli nəzarət 

olunarsa, arzuolunmaz və baha başa gələn təkrar emal və təkrar qarışdırmaya ehtiyac 

qalmaz.  Bu  prosedur  həm  də  son  məhsulun  keyfiyyətinə  nəzarətə  və  emal  müəs-

səsinin məhsul spesifikliyini nəzərə almağa kömək edir. 

Ümumiyyətlə, sənayedə neftin 2 cür emalı: ilkin və təkrar emalı aparılır. Neftin 

ilkin emalı zamanı nefti uçucu karbohidrogenlərdən ayırıb, onu borulu peçdə qızdırıb, 

rektifikasiya  kolonuna  daxil  edirlər.  Bu  zaman  buxar  halında olan karbohidrogenlər 

kolon  boyu  yuxarı  qalxır  və  qaynama  temperaturundan  asılı  olaraq  müxtəlif 

hündürlükdə kondensləşir.  Bu qayda  ilə neftin  ayrı-ayrı  qarışıqlarını  (fraksiyalarını) 

yığmaq olar. Neftin ilkin emalından alınan asas fraksiyalar aşağıdakılardır. 

40-dan 200°C-dək toplanan fraksiya-neftin qazolin fraksiyasıdır və C

5

H



16

-dan 


C

11

H



24

-ə  qədər  karbohidrogenlərə  malikdir.  Fraksiyanın  sonradan  distilləşməsi 

nəticəsində  qazolindən  təyyarə  (40-dan  70°C-dək),  avtomobil  benzinləri  (70-dən 

120°C-dək) və s. alınır.  

Avtomobil  benzinləri  neftayırma  zavodunun  istehsal  etdiyi  məhsulun  yarısını 

təşkil  edir.  Bütün  avtomobil  yanacaqlarının  tərkibi  əsasən  eyni  olsa  da,  onların 

ə

həmiyyətli  fərqləridə  var.  Benzin  emal  olunmuş  karbohidrogen  axınlarının 



qarşığından və qatıqlar əlavə etməklə müxtəlif yollarla istehsal olunur. 

Cədvəl 1.2 



Energetikada neft və neft məhsullarının payı 

Göstəricilər/ llər 

2009 

2010 


2011 

2012 


2013 

Xam neft 

Xam neftin istehlakı, min ton (min ton) 

6055,0 

6174,0 


6345,0 

6216,0 


6576,4 

Neft məhsulları 

Maye qazın istehlakı, min ton (min ton) 

89,0 

85,0 


135,0 

124,0 


166,9 

Avtomobil benzininin istehlakı, min ton 

(min ton) 

981,0 


1030,0 

1146,0 


1241,0 

1296,8 


Ağ neftin istehlakı, min ton (min ton) 

70,0 


97,0 

106,0 


134,0 

187,8 


Dizel  yanacağının  istehlakı,  min  ton 

(min ton) 

683,0 

837,0 


1011,0 

1105,0 


1297,8 

Mazut yanacağının istehlakı, min ton 

257,0 

77,0 


134,0 

138,0 


33,4 

Neft bitumunun istehlakı, min ton (min 

ton) 

214,0 


213,0 

226,0 


268,0 

323,8 


 


 

 

11 



 

Ə

sasən benzin neft qurğularının üst təbəqələrində toplanan yüngül maddələrin 



qarşığımndan alınır. Onlar 3 əsas keyfiyyət fərqi nəzərə alınmaqla qarışdırılır. Uçma 

yaxud buxarlanma qabiliyyəti (mühərriki işə salmağa kömək edən qabiliyyət), təmiz 

yanma və oktanlılıq (yanma qabiliyyətinin göstəricisi). Kimyəvi qatqılar mühərrikdə 

çöküntülərin  qalmasının,  karbüratorun  donmasının  və  başqa  potensial  problemlərin 

qarşısını almaq üçündür. Yanacağın su və başqa kənar maddələrdən azad olması da 

olduqca vacibdir. Qeyd etmək lazımdır ki, avtobenzinlər A-72, A-76, Ai-93, Ai-95, 

Ai-98  markalarda  buraxılır.  Avtomobil  benzinləri  2  növdə  buraxılır:  yay  və  qış 

benzinləri.  Qeyd  etmıək  lazımdır  ki,  qış  vaxt,  maşının  tez  işə  düşməsi  üçün  yararlı 

olan yaxşı buxarlanma qabiliyyəti, yay vaxtı isə buxar tıxacı və tez qızma problemi 

yarada  bilər.  Bu  emal  müəssisələrinin  benzin  qarışıqlarını  mövsümlərə  və  müxtəlif 

coğrafi zonalara görə uyğunlaşdırılmasının səbəblərindən biridir. 

Aviasiya  benzini-kiçik  kommersiya  təyyarələrində  yanacaq  kimi  təmizlənmiş 

kerosin istifadə olunur. O konversiya qurğularından çıxan karbohidrogen birləşmələri 

ilə  qarışdıqdan  sonra  daha  yaxşı  yanma  qabiliyyəti  qazanmaq  və  tüstüyə  səbəb  ola 

biləcək  aromatik  birləşmələrdən  təmizlənmək  üçün  emal  edilə  bilər.  Hərbi 

təyyarələrdə işlədilən maye yanacağın tərkibində həm də yaxşı emal olunmuş ağ neft 

və distillə edilmiş başqa yüngül maddələr ola bilər. 

Daxiliyanma  mühərrikləri  üçün  istifadə  olunan  aviasiya  benzini  və  alkoloidli 

yanacaq,  eləcədə  avtomobil  benzinindəkindən  qat-qat  yuxarı  olan  oktanlılıq  və 

buxarlanma  standartlarına  uyğun  gəlmək  üçün  müəyyən  ağ  neft  fraksiyalarından 

ibarət  olur.  Qeyd  etmək  lazımdır  ki,  təyyarə  benzinləri  B-100/130,  B-85/130,  B-

91/115, B-70 markalarda buraxılır. 

Qaynama  temperaturu  180-300°C  olan  kerosin  fraksiyasına  C

12

H



26

-dən, 


C

18

H



38

-ə qədər olan karbohidrogenlər daxildir. Kerosin təmizləndikdən sonra ondan 

traktorlar, reaktiv təyyarələr və raketlər üçün olan yanacaq kimi istifadə edilir. 

Sonrakı  fraksiyadan  (275°C-dən  yuxarı)  qazol-dizel  yanacağı  alırlar.  Qeyd 

etmək lazımdır ki, dizel mühərrikləri üçün yanacaq orta distillə olunmuş maddələrin 

qarışığından alınır. Mextəlif keyfiyyətləri, o cümlədən tərkibindəki setanın miqdarını 




 

 

12 



 

artırmaq  üçün  qatqılardan  istifadə  olunur.  Dizel  yanacağında  setanın  miqdarı 

yanacağın  dizel  mühərrikinin  silindrdə  təzyiq  və  temperaturun  təsiri  ilə  sponton 

yanma qabiliyyətini tənzimləyir. 

lkin  dizel  yanacağı  daha  çox  buxarlanma  qabiliyyətli  yanacaq  növüdür  və 

avtomobillərdə,  avtobuslarda,  yük  maşınlarında  və  kiçik  gəmi  mühərriklərində 

istifadə  olunur.  «Dəmiryol  dizel  yanacağı»  lokomotivlər  və  orta  ölçülü  gəmilər  və 

stasionar  mühərriklərin  işləməsi  üçün  istifadə  olunur.  Daha  ağır  olan  «dəniz  dizel 

yanacağı»  isə  böyük  mühərriklər  üçündür.  Neftin  distilləsindən  sonra  qalıqda-

mazutda çoxlu sada karbon atomları olan karbohgidrogenlər olur. 

Ümumiyyətlə,  mazut  neftin  ağır  fraksiyaları  ilə  distillə  olunmuş  daha  yüngül 

maddələrin  qarşığından  alınır.  Yüngül  maddələr  yanma  qabiliyyətini  artırmaq  üçün 

və məhsulu nasos ilə axıdılacaq şəklə salmaq üçün qarışdırılır. Sənayedə və elektrik 

enerjisinin istehsalı üçün, eləcə də bəzi gəmilərdə yanacaq əvəzinə istifadə olunan bu 

maddə neftayırma müəssisələrinin istehsal gücünün 7-8%-i təşkil edir.  nkişaf etmiş 

kommersiya  avadanlığına  malik  bəzi  zavodlarda  isə,  ümumiyyətlə,  mazut  istehsal 

etmirlər. 

Mazutun  aşağı  təzyiqdə  (vakuumda)  distilləsindən  sürtkü  yağları,  salyar 

yağları, dizel yanacağı və s. istehsal olunur. Mazutun distilləsindən sonra qara kütlə 

qudron qalır. Bəzi növ neftlərin mazutundan vazelin və parafin alınır. 

Vazelin  maye  və  bərk  karbohidrogenlərin  qarşığından  ibarət  olub,  tibbdə 

işlədilir. Onun tərkibində aramatik karbohidrogenlərin olması məqsədə uyğun deyil. 

Parafin (bərk karbohidrogenlərin qarşığı) adi kibrit və şam istehsalında istifadə 

olunur.  Qudron  yolların  salınmasında  geniş  tətbiq  olunur.  Qeyd  etmək  lazımdır  ki, 

neftdən eyni zamanda xüsusi keyfiyyətli məhsullar da istehsal edilir. Xüsusi keyfiy-

yətli  məhsullar  müxtəlif  neft  fraksiyalarının  istənilən  xüsusiyyətləri  qazandıqdan 

sonra  alınan  kiçik  həcmli,  qiymətli  maddələrdir.  Bir  xüsusi  keyfiyyətli  məhsulun 

istehsalı zamanı digərləri də əlavə məhsul kimi istehsal oluna bilər; məsələn, sürtkü 

yağlarının istehsalı zamanı xammaldan ayrılan parafin və aromatik birləşmələri sonra 

emal edərək qiymətli məhsul əldə etmək olar. 




Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə