Microsoft Word cobanli elshad docx



Yüklə 0,86 Mb.
Pdf görüntüsü
səhifə14/30
tarix22.05.2018
ölçüsü0,86 Mb.
#45397
1   ...   10   11   12   13   14   15   16   17   ...   30

 

 

37 



 

(TEQ)  göstərilə  bilər.  TEQ  yanacaqda  həll  olaraq  onda  peroksid  birləşmələrin 

yaranmasını dayandırır və detonasiyaya dayanıqlığı yaxşılaşdırır. Təmiz şəkildə TEQ 

çox zəhərlidir, ona görə də yanacağa onun etil mayesi şəklində məhlulunu daxil edir-

lər (0,5-1,0 q/kq miqdarında), bu da yanacağın oktan ədədini 10-12 vahid artırır. Bu 

zaman alınan və etilləşmiş adlanan benzində zəhərlidir və onunla davranarkən müəy-

yən  ehtiyyat  qaydalarına  əməl  etmək  lazımdır.  Zəhərlənmə  təhlükəsinin  mövcudlu-

ğ

unu  bildirmək  üçün  etilləşmiş  benzinlərə  rəng  qatırlar.  Son  zamanlar  yeni,  zəhərli 



olmayan  manqan  antidetonatorları  (manqan  pentokarbonil  MnCO5  və  s.),  yüksək 

oktanlı  etilləşmiş,  benzinlərin  istehsalında  isə  aşqarlar  kimi  efirlər  və  spirtlər  tətbiq 

olunur. Bizim sənaye (keçmiş SSR ) A-72, A-76, A -93 və A -98 markalı avtomobil 

benzinləri  istehsal  edir.  Benzinin  markasındakı  “A”  hərfi  bunun  avtomobil  benzini 

olduğunu, rəqəm isə minimal oktan ədədini göstərir. A-72 və A-76 benzinlərində ok-

tan ədədi (72-76) motor üsulu ilə müəyyən edilmişdir, A -93 və A  benzinlərində isə 

“ ” hərfi göstərir ki, oktan ədədi (93 və 98) tədqiqat üsulu ilə müəyyən edilmişdir (rus 

dilində issledovatelskiy metod). A-72 benzini etilləşmiş şəkildə buraxılır; A-76 sarı, 

A -93  çəhrayı-qırmızı,  A -98  göy  rəngə  boyanır.  A -98-dən  başqa  bütün  benzinlər 

aprelin-1-dən oktyabrın 1-nə kimi istifadə olunan yay (cənub rayonlarında bütün ilbo-

yu)  və  oktyabrın  1-dən  aprelin  1-nə  kimi  istifadə  olunan  qış  (şimal  və  şimal-şərq 

rayonlarında  bütün  ilboyu)  benzinlərinə  bölünürlər.  A-72  benzini  sıxılma  dərəcəsi 

yüksək  olmayan  mühərriklərin  istismarı  üçün  istifadə  olunur:  məsələn,  QAZ-21, 

“Volqa”,  “Moskviç -407”, ZAZ-965A, ZAZ-966, “Zaporojets” və s. minik avtomo-

billəri;  PAZ-651,  KAZ-606A  və  s  avtobusları;  QAZ-51P,  QAZ-51A,  QAZ-53F, 

UAZ-451D,  və s.  yük  avtomobilləri,  işə  salma  və  motosiklet mühərrikləri,  eləcə  də 

istehsalat  və  məişət  məqsədləri  üçün.  A-76  benzini  ZAZ-966,  ZAZ-968,  ZAZ-969, 

“Moskviç-408”,  QAZ-2401  və  s.  minik  avtomobilləri,  PAZ-672,  LAZ-695H,  LAZ-

697H və s. avtobuslar, QAZ-53A/P, Z L-130, Z L-130B , Z L-131B, QAZ-66-01 və 

s. yük avtomobilləri üçün nəzərdə tutulmuşdur. A -93 benzini ZAZ-968, “Moskviç-

412”,  bütün  markalardan  olan  VAZ  “Jiquli”,  QAZ-24,  QAZ-31  və  s.  minik  avto-

mobilləri, VAZ-2103 və s. mikroavtobuslar, “Ural-377”, “Ural-375” və s. yük avto-




 

 

38 



 

mobilləri üçün nəzərdə tutulmuşdur. A -98 benzini Z L-11, Z L-113, “Çayka” və s. 

minik avtomobilləri üçün nəzərdə tutulmuşdur. 

Adi (kreyser) və gücləndirilmiş (təyyarənin uçma rejimi) kimi müxtəlif rejim-

lərdə  istismar  olunan  aviasiya  mühərrikləri  üçün  nəzərdə  tutulmuş  yanacaq  öz 

detonasiyaya  dayanıqlığını  həm  sadə  (bəsit),  həm  də  zəngin  qarışıqlarda  saxlaya 

bilməlidirlər. Aviasiya benzininin sadə qarışıqda iş zamanı detonasiyaya dayanıqlığı 

benzinin oktan ədədi ilə, zəngin qarışıqda iş zamanı isə sortluluğu ilə müəyyə olunur. 

Benzinin  sortluluğu  dedikdə  sortluluğu  100  qəbul  edilmiş  izooktanla  müqayisədə 

sınaqdan keçirilən benzinlə mühərrikin hansı gücü əldə etdiyini göstərən rəqəm başa 

düşülür.    Belə ki,  B-95/130  aviasiya  benzini  oktan  ədədi 95 və  sortluluğu  130 olan 

yanacağa  uyğundur:  bu  sortluluğa  malik  benzinlə  mühərrik  öz  gücünü  izooktana 

nisbətən 30% artığa kimi qaldıra bilər. Bununla bərabər B-100/130, B-91/115 və B-

70 aviasiya benzinləri də buraxılır. 

Benzinin  fraksiya  tərkibi  onun  keyfiyyətinin  və  buxarlanma  qabiliyyətinin, 

yəni  maye  haldan  qazşəkilli  hala  keşmə  qabiliyyətinin  mühüm  göstəricisidir. 

Yanacağın  buxarlanma  qabiliyyətindən  yanan  qarışığın  yaranması,  qızdrılmanın 

müddəti və işə salınmanın asanlığı asılıdır. 

Benzinin  fraksiya  tərkibi  neft  məhsullarının  distilləsi  üçün  nəzərdə  tutulmuş 

xüsusi  cihazda  müəyyən  olunur.  Həmin  cihazda  yanacaq  nümunəsi  qazşəkilli  hala 

keçirilir, sonra kondensasiya edilərək maye şəklində ölçü silindrinə toplanır. Yanaca-

ğ

ın cihazdan keçirilmə prosesində onun qaynamağa başladığı temperaturu, həcminin 



10,50 və 90%-nin qaynayıb buxarlandığı temperaturları və qaynamanın başa çatdığı 

temperaturu  qeyd  edirər.  Avtomobil  benzinlərinin  buxarlanması  35-205°S 

temperaturlarda  baş  verir.  Benzinin  yüngül  fraksiyaları  (buxarlanmanın 

başlanmasından  həcmin  10%-nin  qaynayıb  buxarlanmasına  kimi)  yanacağın  işə 

salma  xassələrini  səciyyələndirirlər,  özü  də  yanacağın  10%-nin  qaynayıb 

buxarlandığı  temperatur  nə  qədər  aşağı  olsa,  onun  işə  salma  xassələridə  o  qədər 

yüksək olar. Yüngül fraksiyalar yalnız soyuq mühərrikin işə salınma və qızdırılması 

müddətində istifadə olunduqları üçün (sonradan onlar mühərrikin işə salınmasını və 




 

 

39 



 

normal işləməsini çətinləşdirirlər), benzinin fraksiya tərkibinə qoyulan tələblər iqlim 

şə

raitindən  asılı  olur:  şimal  rayonları  üçün  və  qış  vaxtında  daha  yüngül  fraksiya 



tərkibli benzindən, cənub rayonlarında və yay vaxtında isə daha ağır fraksiya tərkibli 

benzindən istifadə edilməlidir. Ona görə də sənaye tərəfindən mövsümi (yay və qış) 

avtomobil benzinləri buraxılır. Benzinin qış növü üçün yanacağın 10%-nin qaynayıb 

buxarlanma temperaturu 55°S-dən, yay növü üçün isə 70°S-dən yuxarı olmamalıdır. 

Yanacağın  50%-nin  cihazdan  keçirilmə  temperaturu  benzinin  tərkibində  ağır 

fraksiyaların  miqdarını,  mühərrikin  qızdırılma  sürətini  və  mühərrikin  sürət  yığma 

dinamikasını  səciyyələndirir  və  benzinin  övü  üçün  100°S-dən,  yay  növü  üçün  isə 

110°S-dən çox olmamalıdır. 

Yanacağın 90%-nin cihazdan keçirilmə temperaturu benzinin mühərrikdə tam 

buxarlanmasını səciyyələndirir. Ağır fraksiyaların qaynayıb buxarlanma temperaturu 

nə  qədər  yüksək  olsa,  mühərrikin  silindrinə  də  o  qədər  çox  yanacaq  maye  halında 

daxil olar. Nəticədə yanacağın tam yanması aşağı düşür, sürtünən səthlərin üzərindən 

sürtkü yağları yuyulur və detalların köhnəlməsi (sıradan çıxması) sürətlənir. 

Kimyəvi  sabitlik  benzinin  mühərrikdə  oksidləşməyə,  qatran  və  yanıq  əmələ 

gəlməsinə  və  digər  kimyəvi  dəyişikliklərə  dayanıqlığı  ilə  səciyyələnir  və  yanacağın 

fraksiya  tərkibindən,  onda  qatran  və  qatran  əmələ  gətirən  maddələrin  olmasından 

asılıdır. Qatran karbohidrogenlərinin ağır malekulları təmamilə yanmırlar, mühərrikin 

silindrinin və boru xətlərinin divarlarında kövrək və bərk yanıq şəklində çökürlər və 

bununla da yanma prosesini pisləşdirir, yanacaq sərfini artırır və mühərrikin gücünü 

aşağı salırlar. 

Cədvəl 2.2. 

Benzinin saxlanması zamanı qatranın miqdarının (mq/100 ml) dəyişməsi 

 



Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə