Microsoft Word cobanli elshad docx



Yüklə 0,86 Mb.
Pdf görüntüsü
səhifə3/30
tarix22.05.2018
ölçüsü0,86 Mb.
#45397
1   2   3   4   5   6   7   8   9   ...   30

 

 



 

Azərbaycan  neftinin  tarixi  kökləri  çox  qədim  dövrlərə  gedib  çıxır.  Ərəb 

tarixçiləri,  coğrafiyaşünasları  və  səyyahlarından  Əhməd  Əl-Bəlaruri  (IX  əsr) 

Abşerondakı  iqtisadi  həyatın  qədimdən  neftlə  bağlı  olduğunu  göstərmiş,  Əbu- shaq 

stəxri  (XI-X  əsrlər),  Əbu-d-Həsən  Əli  Məsudi  (X  əsr)  Bakının  neftli  torpağı, 

Abşeronun "ağ" və "qara" nefti haqqında məlumat vermişdir. 

talyan  səyyəhı  Marko  Polo  (XIII-XIV  əsrlər)  Bakı  neftinin  yaxın  Şərq 

ölkələrinə aparılması, alman diplomatı və səyyahı Adam Oleari (XVII əsr) Bakıdakı 

neft quyuları, türk səyyahı Evliya Çələbi (XVII əsr) neft mədənləri, neftin  rana, Orta 

Asiyaya,  Türkiyəyə  və  Hindistana  aparılması və neftin gətirdiyi  illik gəlir haqqında 

məlumat  vermişdir.  Balaxanıdakı  neft  quyularından  birində  aşkar  edilmiş  daş 

üzərindəki  yazı  quyunun  (35  m  dərinliyində)  hələ  1594-cü  ildə  usta  Allahyar 

Məmmədnur oğlu tərəfindən qazılıb istifadəyə verildiyi göstərilir. 

Ə

min  Əhməd  Razinin  ( ran,  1601)  məlumatına  görə  XVI  əsrin  əvvəllərində 



Bakı ətrafında 500-ə qədər belə neft çalaları və 

quyusu mövcud idi ki, bunlardan da həm "qara", 

həm  də  "ağ"  neft  çıxarılırdı.  Alman  səyyahı, 

həkim və təbiətşünası Engelbert Kempfer  sveç 

səfirliyinin  katibi  kimi  1683-cü  ildə  Abşeron 

yarımadasında  Balaxanı,  Binəqədi,  Suraxanı 

yataqlarında 

olmuş, 


neftin 

Abşeron 


yarımadasından  rana,  Orta  Asiyaya  və  Şimali 

Qafqaza  aparılmasını  təsvir  etmişdir.  1803-cü  (1798)  ildə  Bakı  sakini  Qasımbəy 

Mənsurbəyov Bibiheybət yaxınlığında, dənizdə, sahildən 18 m və 30 m aralı iki neft 

quyusu qazdırmışdır.  

Azərbaycan neft sənayesinin inkişaf tarixinə nəzər salaq. 

Sənaye  əhəmiyyətli  neft  alınması    1847-ci  ildən  neftin  mexaniki  üsulla 

qazılmış quyulardan hasil edilməsi ilə başlanır və 1920-ci ilə kimi davam edir. 1847-

1848-ci  illərdə  ilk  dəfə  Bibiheybət  və  sonra  Balaxanı  yataqlarında  mexaniki  üsulla 

qazılmış quyulardan sənaye əhəmiyyətli neft alınmış və həmin ildən də Azərbaycanın 



 

 



 

neft  sənayesinin  inkişafı  başlanır.  XIX  əsrin  əvvəllərində  dünyada  ilk  dəfə  olaraq 

Bibiheybətdə  sahildən  30  m  aralı  dənizdə  qazılmış  əl  quyusundan  neft  hasil 

edilmişdir. 

1859-cu  ildə  Bakıda  ilk  neftayırma  zavodu  (qurğusu)  tikilir.  1863-cü  ildə 

Cavad  Məlikov  Bakıda  kerosin  zavodu  tikdirdi  və  dünyada  ilk  dəfə  neftayırma 

prosesində soyuduculardan istifadə etdi. 1867-ci ildə 15 neftayırma qurğusu fəaliyyət 

göstərirdi. 1878-ci ildə Balaxanı yatağı ilə Bakı neftayırma zavodunu birləşdirən 12 

km uzunluğunda Rusiyada ilk neft kəməri inşa edilir. 1898-ci ildə neft mədənləri ilə 

Bakı  neftayırma  zavodlarını  birləşdirən  neft  kəmərlərinin  ümumi  uzunluğu  230  km 

idi.  Bu  kəmərlərdə  ildə  1mln.  t  neft  nəql  edilirdi.  1883-cü  ildə  Bakı-Batum  dəmir 

yolu  tikilib  istifadəyə  verilir  ki,  bu  da  neft  və  neft  məhsullarının  Avropa  ölkələrinə 

ixrac edilməsində mühüm əhəmiyyətə malik idi.  

SSR   dağıldıqdan  sonra  Azərbaycanda  Neft  hasilatı  sahəsi  yeni  mərhələyə 

qədəm  qoyur.  Respublikada  baş  verən  gərgin  ictimai-siyasi  proseslər  ərəfəsində 

hökümət bir çox xarci investrorların Azərbaycana cəlb eilməsinə nail olur. 1994-cü il 

sentyavrın  20-də  Bakıda  Gülüstan  sarayında  Xəzərin  Azərbaycan  sektorundakı 

"Azəri", "Çıraq", "Günəşli" yatatqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi 

haqqında "məhsulun pay bölgüsü" tipli müqavilə imzalandı. Müqavilə öz tarixi, siyasi 

və beynəlxalq əhəmiyyətinə görə "Əsrin müqaviləsi" adlanmış, təxminən 400 səhifə 

həcmində və 4 dildə öz əksini tapmışdıır. 

Ə

srin  müqaviləsində  dünyanın  8  ölkəsinin  (Azərbaycan,  ABŞ,  Böyük 



Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur 

neft şirkəti (Amoko, BP, MakDermott, Yunokal, ARDNŞ, LUKoyl, Statoyl, Ekson, 

Türkiyə petrolları, Penzoyl,  toçu, Remko, Delta) iştirak etmişdir. Bununla da "Yeni 

neft  strategiyası"  və  doktrinası  uğurla  həyata  keçirilməyə  başlandı.  "Əsrin 

müqaviləsi" Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edildi və 12 

dekabr  1994-cü  ildə  qüvvəyə  mindi.  Hal-hazırda  bu  müqaviləyə  əsasən  çalışan 

müəssisəslərlə  bilrikdə  əldə  edilən  neftin  hesabına  Azərbaycan  bir  dövlət  kimi 

dünyada öz mövqeyini möhkəmlətməyə nail olmuşdur. 




 

 



 

Bütün  bu  yuxarıda  göstərilənlər  Respublikamızda  neft  emalı  sənayesinin  ən 

qabaqcıl sahələrdən biri olmasını sübut edir. 

Сə

dvəl 1.1. 



stehsal olunan neft və neft məhsullarının miqdarı 

Göstəricilər/illə

2009 

2010 

2011 

2012 

2013 

Natural ifadədə əsas məhsul 

növlərinin istehsalı 

 

 



 

 

 



Xam neft, min ton (min ton) 

48353,7 


48580,9 

43445,6 


41014,5 

40726,3 


Qaz yataqlarının qazı (təbii qaz) 

milyon kub m (milyon m

3



11517,7 



13943,0 

12371,0 


13217,2 

15300,4 


Avtomobil benzini, min ton 

(min ton) 

1235,0 

1248,9 


1295,5 

1296,6 


1407,0 

Neft-kimya sənayesində istifadə 

üçün benzin (yüngül distilat) 

min ton (min ton) 

257,3 

195,3 


219,0 

148,7 


124,6 

Aviasiya üçün və s. ağ neft 

(kerosin) min ton (min ton) 

609,7 


600,4 

621,7 


626,4 

703,1 


Qazoyllar (dizel yanacağı) min 

ton (min ton) 

2366,9 

2488,4 


2483,3 

2368,8 


2495,0 

Mazut min ton (min ton) 

286,9 

231,4 


253,8 

286,5 


285,0 

Sürtkü yağları, min ton (min 

ton) 

6,0 


87,2 

91,1 


63,2 

47,2 


Təmizlənmiş qaz, min ton (min 

ton) 


18,5 

22,6 


28,4 

21,3 


28,04 

Neft koksu, min (min ton) 

127,2 

396,4 


268,6 

231,0 


223,0 

Neft bitumu, min ton (min ton)  

236,4 

241,5 


265,7 

288,1 


312,7 

 

Yuxarıda  qeyd  olunanlarla  yanaşı  cədvəl  1.1-də  xam  neftin  hasilatı,  istehsal 

olunmuş təbii qazın, avtomobil yanacağınının, aviasiya yanacağının və s. 2009-2013-

cü illərdə istehsal miqdarı göstərilmişdir.  

 

 

1.2.



  Neftin emalı nəticəsində alınan məhsulların ümumi xarakteristikası 

 

Neftdən  böyük  praktiki  əhəmiyyətə  malik  müxtəlif  məhsullar  alınır.  Əvvəl-

cədən  neftdən  həll  olunmuş  şəkildə  qaz  karbohidrogenlərini  (əsasən  metan),  uçucu 

karbohidrogenləri, həll olmuş duzları, suyu ayırandan sonra nefti emal edirdilər. 

Emal prosesinin son mərhələsi distillə, konversiya və təmizləmə qurğularından 

gələn  axınları  qarışdıraraq  son  məhsulun  əldə  olunmasıdır.  Müxtəlif  karbohid-

rogenlərin  qarışığından  hansı  məhsulun  əldə  olunacağını  əvvəlcədən  planlaşdırmaq 



Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə