Microsoft Word cobanli elshad docx



Yüklə 0,86 Mb.
Pdf görüntüsü
səhifə18/30
tarix22.05.2018
ölçüsü0,86 Mb.
#45397
1   ...   14   15   16   17   18   19   20   21   ...   30

 

 

49 



 

(həm  mineral, həm də üzvi) çatışmazlığı 20°S-dən aşağı temperaturda bərkiməsi və 

150-200°S-dən  yuxarı  temperaturlara  kimi  qızdırıldıqda  buxarlanması  və 

oksidəşməsidir. Spirtin, efirin və silisiumun üzvi birləşmələri əsasında alınan sintetik 

sürtkü  materialları  yüksək  istismar  xassələrinə  (o  cümlədən,  istiliyədavamlılığa) 

malikdirlər, lakin, hələ ki onlar məhdud şəkildə tətbiq olunurlar, çünki neftdən alınan 

yağlara  nisbətən  baha  başa  gəlirlər.  Plastik  (konsistent)  sürtkülər  mürəkkəb  təbiətli 

məhsullardır  və  tərkibi  mineral  yağlardan  (əsası),  qatılaşdırıcılardan  (sabun,  bərk 

karbohidrogenlər)  və  aşqardan  (qrafit  və  s.)  (bir  maddənin  texniki  keyfiyyətini 

yaxşılaşdırmaq üçün ona qatılan başqa maddə) ibarətdir. Bu cür sürtkülər geniş tətbiq 

olunurlar, vakuumda aşağı və yüksək temperaturlarda iş zamanı dayanıqlıdırlar. 

Sürtkü  yağları  karbürator,  dizel  və  aviasiya  daxiliyanma  mühərriklərində 

istifadə  üçün  nəzərdə  tutulmuş  motor  yağlarına,  sənaye  avadanlığının,  cihazların, 

hidravlik  qurğuların,  metalkəsən  dəzgahların,  separatorların,  nəzarət  ölçü 

aparatlarının və digər maşın və mexanizmlərin yağlanması üçün tətbiq olunan sənaye 

yağlarına,  bütün  növlərdən  olan  transmissiya  aqreqatlarının  yağlanması  üçün 

transmissiya yağlarına, turbin, kompressor və s. yağlara bölünürlər. Plastik sürtkülər 

antifriksion,  konservasion,  bərkidici  (sıxlaşdırıcı)  və  kanat  növlərinə  bölünürlər. 

stismar  xassələrini  yaxşılaşdırmaq  üçün  sürtkü  yağlarının  tərkibinə  aşqarlar  – 

mürəkkəb üzvi və ya metal – üzvi birləşmələr daxil edirlər. Aşqarların miqdarı sürtkü 

materiallarının təyinatından və istismar  şəraitindən  asılıdır və yüzdə  bir  faizdən 10-

larla faizə kimi dəyişir. Aşqarlar fərdi (yağa əlavə etdikdə onun bir xassəsini dəyişir) 

və  çoxfunksiyalı  (kompleks)  növlərə  bölünürlər.  Yağların  bu  və  ya  digər  xassəsini 

dəyişmə  qabiliyyətinə  görə  özlülük,  depressor,  antioksidləşdirici,  korroziyaya  qarşı, 

aşınmaya  qarşı,  cızılmaya  qarşı,  yuyucu  və  kompleks  aşqarlar  tətbiq  olunurlar. 

Özlülük  aşqarları  (3%-ə  qədər)  özlülüyü  qaldırır  və  yağların  özlülük-temperatur 

xassələrini  yaxşılaşdırır;  depressor  aşqarlar  (0,5-1,0%-ə  qədər)  məhsulun  səthində 

yüksək  bərkimə  xüsusiyyəti  olan  karbohidrogenlərin  müdafiə  təbəqəsini  əmələ 

gətirməklə yağların bərkimə temperaturunu aşağı salırlar; oksidləşməyə qarşı aşqarlar 

(1%-ə  qədər)  oksidləşmə  məhsullarının  əmələ  gəlmə  müddətini  artırmaqla  sürtkü 




 

 

50 



 

yağlarının  kimyəvi  stabilliyini  yüksəldirlər;  korroziyaya  qarşı  aşqarlar  (faizin  onda 

biri  və  ondan  çox)  iki  əsas  qupa  bölünürlər:  birinci  qrup  (kükürdlü  və  fosforlu 

birləşmələr)  metalın  səthində  mühafizə  təbəqəsi  yaradır,  ikinci  qrup  yanacağın 

yanmasının  və  yağların  oksidləşməsinin  aqressiv  məhsullarını  neytrallaşdırır. 

Aşınmaya  (köhnəlməyə,  sıradan  çıxmaya)  qarşı  olan  aşqarlar  (1,2-2,0%-ə  qədər) 

səthi plastikliyin artırılması hesabına metalların aşınmasını azaldırlar. Cızılmaya qarşı 

aşqarlar  (5,6%-ə  qədər)  səthlərin  dağılmasını  və  dağılma  yükünün  artması  hesabına 

sürtünməsini azaldırlar. Yuyucu aşqarlar (3-15%) silindrik porşenlərdə yanıq və lak 

ə

mələ  gəlməsinin  intensivliyini  azaldırlar.  Yağların  bəzi  xassələrini  yaxşılaşdıran 



kompleks  (çoxfunksialı)  aşqarlar    müxtəlif  təyinatlı  aşqarların  qarışığından  və  ya 

xüsusi üvzi birləmələrdən ibarətdir. 

Sürtkü  yağlarının  əsas  istismar  xassələri  özlülük,  bərkimə  və  alışma  tem-

peraturu, oksidləşmə qabiliyyəti, korroziyaya dayanıqlığı, aşınmaya, cızılmaya qarşı, 

yuyuculuq  və  köpüklənməyə  qarşı  xassələridir.  Sürtkü  yağlarının  ən  mühüm 

xüsusiyyəti  soyutma  effektivliyinə,  işə  salmanın  asanlığına  və  s.  tədir  edən  özlü-

lükdür, ona göə də bir çox yağların markasında özlülüyün qiyməti göstərilir. Özlülük 

temperaturdan  asılıdır  (şəkil  2.4),  özü  də  müxtəlif  marka  yağlar  üçün  özlülük 

müxtəlif  temperaturda  normallaşır  və  sınaqdan  keçirilən  yağın  viskozimetrin 

kapillyarından keçməklə kürəşəkilli tutuma axma zamanına görə müəyyən olunur. 

Temperatur  artıqca  yağların  özlülüyü  azalır,  lakin  özlülüyün  temperaturdan 

asılı  olaraq  dəyişmə  intensivliyi  yağların  müxtəlif  növləri  üçün  müxtəlifdir.  Yağlar 

üçün  müəyyən  edilmiş  satndartlarda  özlülük-temperatur  göstəricilərini  özlülük 

indeksi ilə qiymətləndirirlər. Özlülük indeksi dedikdə özlülüyün temperaturdan asılı 

olaraq  dəyişmə  intensivliyini  (etalon  yağla  müqayisədə)  göstərən  kəmiyyət  nəzərdə 

tutulur.  Özlülüyün  indeksini  formul  ilə  hesablayırlar,  yaxud  da  xüsusi  nomoqrama 

ə

sasən  tapırlar.  Özllük  indeksini  artlrmaq  üçün  az  özlülüklü  yağlara  özlülük 



(qatılaşdıran)  aşqarları  daxil  olunur.  Daha  geniş  yayılmış  yüksək  özlülüklü 

polimerlərə  misal  olaraq  poliizobutileniŞ  polimetakrilatı  və  s  göstərmək  olar. 

Yağların bərkimə temperaturu, o temperaturdur ki, həmin temperaturda yağ o qədər 



 

 

51 



 

bərkiyir  ki,  işərisində  yağ  olan  sınaq  şüşəsini  45°  altında  əydikdə  1  dəqiqə  ərzində 

yağ hərərkətsiz qalır. 

 

Şə



kil 2.4. Yağların özlülüyünün temperaturundan aslılığı: 1-yay; 2- qış 

 

 



Bu  temperatur  yağın  tərkibində  -  parafin  karbohidrogenlərinin  miqdarının  və 

molekulyar kütlənin artması ilə artır. Məsələn, motor yağlarının bərkimə temperaturu 

-20°S  ilə  -30°S  arasındadır,  özlülüyü  az  olan  (transformator,  cihaz  yağları  və  s.) 

yağların  bərkimə  temperaturu  isə  50°S  ilə  -60°S  arasındadır.  Yağların  bərkimə 

temperaturunu aşağı salmaq üçün müxtəlif depressor aşqarlar tətbiq olunur. Onların 

içərisində  əsas  olaraq  naftalinin  kondensasiya  məhsulunu,  kalsium  alkinfenolatın 

yağda məhlulunu, polimetakrilat D-ni və s. göstərmək olar. Yağın alışma temperaturu 

onun qaynama həddini və yanğın təhlükəsizliyini göstərir. Sürtkü yağlarının xassəəri 

nəinki  temperaturun  təsiri  ilə,  həm  də  oksigenin  iştirakı  ilə  dəyişir.  Yağların 

oksigenlə  qarşılıqlı  təsir  reaksiyalarına  davam  gətirmək  qabiliyyətinə  kimyəvi 

stabillik  deyilir.Sürtkü  yağlarının  kimyəvi  stabilliyi  temperatur  artdıqca  əhəmiyyətli 

dərəcədə  azalır.  60-70°S  temperaturlarda  yağda  turş  və  neytral  birləşmələr  əmələ 

gəlir və o qaralmağa başlayır. Temperaturu daha da artırdıqda oksidləşmə prosesləri 

güclənir,  həll  olunmayan  asfalt  maddələri  və  karbonlu  məhsullar  yığılır,  300°S-yə 




Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə