Microsoft Word cobanli elshad docx



Yüklə 0,86 Mb.
Pdf görüntüsü
səhifə19/30
tarix22.05.2018
ölçüsü0,86 Mb.
#45397
1   ...   15   16   17   18   19   20   21   22   ...   30

 

 

52 



 

yaxın  temperaturda  isə  oksidləşmə  prosesləri  ilə  yanaşı  sürtkü  yağlarının 

karbohidrogenlərinin  termik  parçalanması  baş  verir.  Yağların  kimyəvi  stabilliyini 

təmin  etmək  üçün  onların  tərkibinə  fenollar,  aminlər,  sinkin  və  bariumun 

dialkilditifosfatları kimi oksidləşməyə qarşı aşqarlar (oksidləşmə inhibitorları) əlavə 

edirlər.  Maşınların  sürtünən  detallarının  korroziyaya  dayanıqlığı  çox  vaxt  sürtkü 

yağlarının keyfiyyətindən və kimyəvi tərkibindən asılıdır. Daha çox zərərli korroziya 

təsirini  yağın  tərkibində  olan  üzvi  və  mineral  turşular,  su  və  kükürdlü  birləşmələr 

göstərirlər,  ona  görə də  onların  miqdarı  məhdud  olmalıdır.  1  q  yağda  olan  turşuları 

neytrallaşdırmaq  üçün  lazım  olan  qələvi  kaliumun  milliqramlarla  miqdarı  ilə 

xarakterizə olunan yağın turşuluğu müxtəlif yağlar üçün 0,005 ilə 0,30 mq arasında 

dəyişir.  Yanacağın  natamam  yanmasının  məhsullarını  neytrallaşdırmaq  və  onların 

mühərrikin  detallrına  korroziya  edici  təsirinin  qarşısınnı  almaq  üçün  motor  yağları 

müəyyən ( 2-dən 10 mq-a kimi ) qələvi ehtiyyatına (qələvi ədədi) malik olmalıdırlar. 

Podşipniklərin  və  silindr-prşen  sisteminin  detallarının  korroziyasını  azaltmaq  üçün 

sürtkü  yağlarına  antifriksion  aşqarlar,  kükürdlü  və  fosforlu  birləşmələr,  qələvi 

metalların alkilfenolatları və s. əlavə edilirlər. Yağların aşınmaya qarşı və cızılmaya 

qarşı  xassələri  yağın  özlülüyündən,  kimyəvi  tərkibindən  və  təmizliyindən  asılıdır. 

Tətbiq olunmazdan əvvəl sürtkü yağlarını çöküntü və ya filtrasiya yolu ilə mexaniki 

qatışıqlardan  təmizləmək  lazımdır.  Aşınmaya  qarşı  effektiv  aşqarlar  kimi  yağ 

ekstraktları,  efirlər  və  s,  cızılmaya  qarşı  isə  etan,  etilen  birləşmələri  və  s.  göstərilə 

bilər. Yağların yuyucu xassələri oksidləşmə məhsullarını asılı vəziyyətdə saxlayaraq 

detalların  zəruri  təmizliyini  təmin  etmək  qabiliyyətini  səciyyələndirir.  Yağların 

yuyucu xassələri nə qədər yüksək olsa, o qədər detalların üzərində yanıq və lak əmələ 

gəlməsi az olur. Yuyucu xassələr yağın kimyəvi tərkibindən, alınma və təmizlənmə 

üsulundan asılıdır və yağın tərkibinə kalsiumun və baiumun sulfanatları kimi yuyucu 

dispersiya  edən  aşqarların  daxil  edilməsi  ilə  yaxşılaşdırıla  bilərlər.  Köpüyə  qarşı 

aşqarlar yağların istismar xassələrini yaxşılaşdırır və onların köpük əmələ gəlmədən 

hava və qazları buraxmaq qabiliyyətini artırır.  



 

 

53 



 

Karbürator  və  dizel  mühərriklərinin  istismarı  üçün  nəzərdə  tutulmuş  motor 

yağları  vahid  nişanlanma  sisteminə  malikdirlər  və  100°S  temperaturda  6-20  mm

2

/c 



özlülüyü  (hər  2  mm

2

/c-dən  bir  intervalla)  ile  istehsal  olunurlar.  stismar 



göstəricilərinə görə onlar altı qrupa (A, B, V, Q, D, və E) bölünürlər. Hər qrupa eyni 

özlülüyə  malik  olan,  tərkibinə  daxil  edilmiş  aşqarların  miqdarına  və  effektivliyinə 

görə  fərqlənən  yağlar  daxildir.  Motor  yağlarını  markalayarkən  əvvəlkcə  M  hərfi 

qoyulur (motor yağı), sonra 100°S-də kinematik özlülüyün qiymətini göstərən rəqəm 

və  istismar  xassələrinin  səviyyəsini  göstərən  hərf    1  və  ya  2  indeksi  ilə  yazılır.  1 

indeksi  yağın  karbürator  mühəriikləri  üçün,  2  indeksi  isə  dizel  mühərrikləri  üçün 

nəzərdə  tutulduğunu  göstərir.  A  qrupuna  tərkibində  az  miqdarda  aşqar  olan  yağlar 

daxildir.  Onlar  M-6A,  M-8A,  M-10A  markaları  ilə  istehsal  olunur  və  az  güclü 

karbürator  mühərriklərində  istifadə  edilirlər.  B,  V  və  Q  qrupuna  daxil  olan  yağlar 

karbürator  və  dizel  mühərrikləri  üçün,  B  və  Q  qrupları  isə  həm  də  qış  və  yay 

növlərində olurlar. Bununla belə rəqəm indeksi göstərilmədən bu qrupların universal 

yağlarıda  istehsal  oluna  bilər.  B  qrupuna  daxil  olan  yağlar  az  güclü  karbürator  və 

dizel  mühərriklərində  tətbiq  olunur,  tərkibinə  5%-ə  qədər  çox  funksiyalı  aşqarlar 

daxildir və M-6B

1

, M-8B


1

, M-8B


2

, M-10B


2

 və M-12B

2

 və s. markaları ilə buraxılırlar. 



Daha  kütləvi  istehsal  olunan  yağlar  orta  güclü  karbürator  və  dizel  mühərriklərinin 

istismarı üçün nəzərdə tutulmuş B qrupuna daxil olan və yüksək güclü karbürator və 

dizel mühərrikləri üçün nəzərdə tutulmuş Q qrupuna daxil olan yağlardır. Birincilərin 

tərkibinə  8%,  ikincilərin  tərkibinə  isə  11%  çoxfunksiyalı  aşqarlar  daxildir.  B 

qrupunun eyni özlülüyə malik olan motor yağları bir-birini əvəz edə bilərlər. Sənaye 

tərəfindən M-6B

1

, M-8B


1

, M-8B


2

, M-10B


1

, M-10B


2

, M-12B


2

 və s, eləcə də M-6Q

1



M-8Q



1

, M-8Q


2

, M-10Q


1

, M-10Q


2

, M-12Q


2

 və s markalı yağlar istehsal olunur. Onlar 

hətta  kükürdlü  yanacaq  istifadə  edildikdə  belə  yüksək  yuyucu  və  antioksidləşdirici 

xassələrə malik olurlar. D qrupuna daxil olan yağların tərkibinə 18%-ə qədər müxtəlif 

aşqarlar  daxildir  və  kükürdlü  yanacaqla  işləyən  yüksək  güclü  dizellərdə  tətbiq 

olunurlar, E qrupuna daxil olan yağların tərkibində isə 22%-ə qədər aşqarlar var və 

onlar  yüksək  kükürdlü  (3,5%-ə  qədər)  yanacaqla  işləyən  azgüclü  dizellərdə  istifadə 



Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə