Microsoft Word cobanli elshad docx



Yüklə 0,86 Mb.
Pdf görüntüsü
səhifə15/30
tarix22.05.2018
ölçüsü0,86 Mb.
#45397
1   ...   11   12   13   14   15   16   17   18   ...   30

 

 

40 



 

  

Qatranın miqdarı xüsusi standartlar vasitəsilə müəyyən edilir və 7-15 mq/100 



ml-dən çox olmamalıdır. Qatran əmələ gətirən maddələr kimi saxlanma və daşınma 

prosesində  oksidləşən  və  qatrana  çevrilən  müxtəlif  dayanıqsız  birləşmələr,  məsələn 

doymamış karbohidrogenlər və s. çıxış edə bilərlər (cədvə 2.2). Qatranın əmələ gəlmə 

intensivliyi  neftin  kimyəvi  tərkibindən,  onun  emal  üsulundan  və  saxlanma 

temperaturundan asılıdır. 

Kimyəvi  sabitlik  xüsusi  laboratoriya  qurğusunda  benzinin  süni  oksidləşmə 

müddətini  göstərən  induksiya  müddəti  ilə  ofadə  olunur  və  təmiz  oksigen  mühitində 

0,7 MPa təzyiqdə və 100°S temperaturda təyin edilir. Benzinin oksidləşməsi zamanı 

oksigenin bir hissəsi qatran və turşuların yaranmasına sərf olundğu üçün onun təzyiqi 

ə

həmiyətli dərəcədə aşağı düşür. Müxtəlif markalı avtomobil benzinlərinin induksiya 



müddəti  450-900  dəqiqədən  az  olmamalıdır.  Yanacağın  kimyəvi  dayanıqlığını 

artırmaq  üçün  benzinin  oksidləşməsinin  induksiya  müddətini  artıran  antioksidləş-

diricilər (ağac qatranı təbiətli, detohaftal) əlavə edirlər. Yanacaq buraxan aparatların 

rezervuarlarının  (çənlərin),  sisternlərinin,  yanacaq  çənərinin  və  detallarının  korrozi-

yaya  uğramasına  benzinin  tərkibində  mineral  turşuların,  qələvilərin,  aktiv  kükürdlü 

birləşmələrin,  suyun  və  digər  qarışıqların  olması  təsir  edir.  Benzinin  turşuluğu  100 

mq    yanacaqda  olan  turşuların  neytrallaşdırılması  üçün  zəruri  olan  qələvi  kaliumun 

(KOH)  milliqramlarının  miqdarı  ilə  səciyyələnir  və  və  3mq-dan  artıq  olamamlıdır. 

Kükürdlü  birləşmələrin  olması  nəinki  mühərrikin  işçi  orqanlarının  korroziyasına 

səbəb  olur,  eləcə  də  yanacağın  detonasiya  dayanıqlığını  aşağı  salır,  qatran  əmələ 

gəlməsinə  şərait  yaradır.  Benzinin  tərkibində  kükürdün  miqdarı  nə  qədər  az  olsa,  o 

qədər  onun  keyfiyyəti  yüksək  olar.  Kükürdün  benzində  olmasını  cilalanmış  mis 

lövhənin  benzinlə  korroziyaya  uğramasını  sınaqdan  keçirmək  yolu  ilə  təyin  edirlər. 

Benzinin  markasından  asılı  olaraq  kükürdün  miqdarı  0,10-0,15%-dən  çox 

olmamalıdır. 

Su  benzində  həll  olmuş  və  sərbəst  vəziyyətdə  ola  bilər.  Həll  olmuş  suyun 

miqdarı  nir  qayda  olaraq  faizin  mində  bir  hissəsindən  çox  olmur,  sərbəst  suyun 

mövcudluğu  isə  benzinin  hiqroskopikliyindən  (rütubəti  özünə  çəkmə  qabiliyyəti) 




 

 

41 



 

asılıdır və nəzər çarpan səviyyədə ola bilər. Benzinin tərkibində suyun olması onun 

güclü  korroziya  yaratma  təsirinə  malik  olması  səbəbindən,  eləcə  də  soyuq  havada 

yanacaq buraxan aparatın donmasının mümkünlüyünə görə yol verilməzdir. Benzinin 

tərkibində  mühərrikin  detallarının  sıradan  çıxmasına,  filtrlərin  və  karbüratorun 

kanallarının  çirklənmsəinə  gətirən  mexaniki  qatışıqların  (tozlar,  mineral  və  üzvi 

hissəciklər) olması da yol verilməzdir. 

 

 

2.2.Tədqiqatın əsas metodları 

2.2.1. Dizel yanacağının xassə göstəricilərinin qiymətləndirilməsi 

 

 



Dizel  yanacağının  keyfiyyətinin  əsas  göstəricilərindən  biri  yanacağın  alışma 

mənbəyi  olmadan alovlanmasını  səciyyələndirən və setan  ədədi ilə  qiymətləndirilən  

alovlanmadır. 

Setan  ədədi  bir  silindrli  mühərrikli  laboratoriya  qurğusunda  sınaqdan  keçirilən 

yanacaq  nümunəsinin  öz-özünə  alovlanma  temperaturunu  etalon  yanacağın  tempe-

raturu  ilə  müqayisə  edilməsi  yolu  ilə  təyin  olunur.  Etalon  yanacağı  kimi  iki  karbo-

hidrogendən – öz-özünə alovlanması 100-ə bərabər qəbul edilmiş setandan (C

16

H



34

və öz-özünə alovlanması sıfır olan ά - matilnaftalindən (C



11

H

10



) ibarət qarışıq tətbiq 

olunur. Setan ədədi dedikdə ədədi qiymətcə setan və ά- matilnaftalindən ibarət olan 

və  öz-özünə  alovlanmasına  görə  yoxalnılan  yanacaqla  eynilik  təşkil  edən  qarışıqda 

setanın  faizinə  (həcm  üzrə)  bərabər  olan  şərti  vahid  nəzərdə  tutulur.  Məsələn,  əgər 

slnaqdan keçirilən yanacaq özünü 45% setandan və 55 % ά  matilnaftalindən ibarət 

qarışıq  kimi  aparırsa,  onda  həmin  dizel  yanacağının  setan  ədədi  45-ə  bərabərdir. 

Setan ədədi artdıqca dizel yanacağının öz-özünə alovlanma temperaturu azalır (şəkil 

2.1).  Setan  ədədi  mühərrikin  işə  salınmasının  asanlığına  və  etibarlığına,  yanma 

təzyiqinə,  yanacağın  xüsusi  sərfinə  və  digər  göstəricilərinə  təsir  edir.Daha  yüksək 

setan ədədinə malik yanacaqdan istifadə edilməsi natamam yanmaya, buraxılan qazın 

tüstülülüyünün artmasına və mühərrikin gücünün azalmasına gətirir.

  



 

 

42 



 

Dizel  yanacağının  fraksiya  tərkibindən  yanacaq-hava  qarışığının  yaranma 

keyfiyyəti  və  onun  yanmasının  tamlığı,  buraxılan  qazın  tüstülülüyü  və  mühərrikin 

işləməsinin  digər  göstəriciləri,  eləcə  də  yanan  qarışığa  od  yaxınlaşdırdıqda  onun 

alışma  temperaturu  asıldır.  Alışma  temperaturunu  tətin  edərkən  yanacağı  qapalı 

putada  (içində  metal  əritmək  üçün  odadavamlı  qab)  qızdırırlar  və  mütəmadi  olaraq 

onun  sətfinə  alov  lampasını  yaxınlaşdırırlar.  Alışma  temperaturu  yanacağın 

istifadə,daşınma və saxlanma zamanı oddan təhlükəli olmasını səciyyələndirir. 

 

Şə

kil 2.1. Dizel yanacağının öz-özünə alovlanma temperaturunun setan ədədindən aslılığı. 



 

Özlülük  dizel  yanacağının  mühüm  istismar  xassəsidir  və  onun  mühərrikliyini 

(yəni  müəyyən  qüvvənin  təsiri  altında  yerdəyişmə  zamanı  mayenin  hissəciklərinin 

bir-birinə  müqavimətini),  onun  xırdalanma  (toz  halına  keçə  bilmə)  dərəcəsini  və 

yanan qarışığın bircinsliyini müəyyən edir. Özlülük aşağı olduqda yanacağın həddən 

artıq  xırdalanması,  onun  yarıqlardan  axması  baş  verir,  püskürmənin  təzyiqi  aşağı 

düşür,  onun  yağlayıcı  xassəsi  pisləşir  və  əksinə,  özlülük  çox  yuxarı  olduqda 

yanacağın  borularla  hərəkəti  zamanı  müqavimət  artır,  xırdalanma  və  qarışıq 

yaranması prosesləri pisləşir, yanacaq natamam yanır, onun sərfi artır.Dizel yanacağı 

adətən  mayenin  daxili  sürtünməsinin  xüsusi  əmsalını  təşkil  edən  kinematik  özlülük 

ilə  səciyyələnir.  Dizel  yanacağının  özlülüyü  temperaturdan  asılıdır.  (şəkil  2.2).  və 



Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə