Microsoft Word CelilovaElnure260az docx



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə9/29
tarix26.05.2018
ölçüsü0,7 Mb.
#46032
1   ...   5   6   7   8   9   10   11   12   ...   29

25 

 

mühüm  yer  tutur.Xarici  ölkələrlə  iqtisadi  əməkdaşlıq  Azərbaycanın  milli 



iqtisadiyyatının  çoxşaxəli  inkişafını  təmin  etmək  üçün  böyük  üstünlüklərə 

malikdir.Məhz  buna  görə  Azərbaycanın  milli  iqtisadiyyatının  formalaşması 

şə

raitində xarici ölkələrlə qarşılıqlı iqtisadi əlaqələr və bu əlaqələrin inkişafı böyük 



ə

həmiyyət kəsb edir. Azərbaycan bir çox həyati əhəmiyyətə malik siyasi və iqtisadi 

məsələlər  baxımından    dünyanın  yaxın  və  uzaq,  böyük  və  kiçik  dövlətlərinin, 

beynəlxalq  və  regional  təşkilatların  diqqətini  özünə  cəlb  edən  bir  ölkədir. 

Azərbaycan  Respublikasının  xarici  iqtisadi  siyasəti  dedikdə,  beynəlxalq  iqtisadi 

ə

laqələrdə qarşıya qoyduğu məqsədlərin həyata keçirilməsinə yönəldilmiş fəaliyyəti 



başa  düşülür.Xarici  iqtisadi  siyasət  iqtisadi  anlayış  olub,  ümumi  iqtisadi  siyasətin 

tərkib hissəsidir və ölkənin sosial-iqtisadi proqramı ilə bilavəsitə əlaqədardır. 

        Azərbaycanın  sosial-iqtisadi  inkişaf  proqramında  xarici  iqtisadi  siyasət 

ə

sasən,  dörd  istiqamətdə  həyata  keçirilir  :  xarici  ticarət  siyasəti;  ödəniş  balans 



siyasəti; xarici investisiya siyasəti; xarici yardım siyasəti. 

Azərbaycanda aparılan geofiziki və geokimyəvi metodlarla axtarış və kəşfiyyat 

işləri, demək olar ki, antiklinal strukturların aşkar olunmasına yönəldilmişdir və çox 

zəngin  neft  ehtiyatları  olan  yataqlar  aşkar  olunduğundan  bu  cür  metodik  yanaşma 

neft tədqiqatçılarını qane etmişdir.Son zamanlar yanacaq-enerji resurslarına tələbat 

artdığından 

qeyri-antiklinal 

strukturlarla 

ə

laqəli 


yataqların 

axtarışına 

başlanılmışdır. stismar  olunan  neft  yataqlarında  qalıq  nefti  iki  səbəbdən  nəzərdən 

yayınır.Birincisi,  istismar  texnologiyalarının  zəifliyi,  ikincisi,  neftli-qazlı 

obyektlərin  tədqiqat  zamanı  düzgün  qiymətləndirilməməsi.  Neft-qazçıxarma 

kompleksinin  iqtisadi  inkişaf  modeli  monoqrafiyasında    iqtisadçı  alim 

E.M.Hacızadənin  hesablamalarına  görə  quruda  hələ  çoxlu  neft  və  qaz  ehtiyatları 

var.  Onun  hesablamalarına  görə,  2005-2075-ci  illərdə  Quruda  Neft-qazçızarma 

stehsalar  Birliyində  neft  və  qaz  istehsalında  hasilat  tempinin  və  istismar 

müddətinin mərhələli təsnifatda proqnozu verilmişdir 



2005-2075-ci illərdə Quruda Neft-qazçıxarma  stehsalat Birliyində neft və 

qaz hasilatında hasilat tempinin və istismar müddətinin  mərhələli 

təsnifatda proqnozu 


26 

 

 



   llər 

 

 



Müddət 

       Neft, mln.ton 

   Qaz, mln,kubmetr 

Orta 


illik 

artım-


eniş 

Orta 


illik 

hasilat 


Kommulyativ 

hasilat 


Orta illik 

artım-


eniş 

Orta 


illik 

hasilat 


Kommulyativ 

hasilat 


2005-2020  15 

+10%  3,5 

52,5 

+10-


12% 

0,8 


12000 

2020-2040  20 

Sabit 

6,0 


120,0 

Sabit 


1,4 

28000 


2040-2060  20 

-2% 


5,0 

100,0 


-3-4% 

1,0 


20000 

2060-2075  15 

-2-3%  3,8 

57,5 


-5-6% 

0,7 


10000 

 

Öz başlanğıcını 1994-cü ildən götürmüş yeni neft strategiyasının siyasi əhəmiyyəti 



ilə  yanaşı,  bir  sıra  digər  iqtisadi  əhəmiyyətinə  də  nəzər  salaq.Belə  ki,  yeni  neft 

strategiyasının  həyata  keçirilməsi  yüzlərlə,  minlərlə  Azərbaycan  vətəndaşının  işlə 

təmin  olunması  deməkdir.Onu  da  qeyd  etmək  lazımdır  ki,  ölkəmizin  yeni  neft 

strategiyasının reallaşdırılmasına yönəldilən investisiyalar müasir dövrün tələblərinə 

cavab  verə  bilən  infrastrukturların  yaradılması  imkanlarını  artırmaqla  yanaşı, 

ə

halinin  məşğulluq  probleminin  həllinə  böyük  təkan  vermişdir.  Təkcə  onu  demək 



kifayətdir  ki,  "Azəri"  yatağının  işlənilməsinə  yönəldilən  "Faza-1"  və  "Faza-2" 

layihələri  çərçivəsində  aparılan  tikinti-quraşdırma  işlərinin  həyata  keçirilməsi  ilə 

bağlı tədbirlərə Azərbaycanın 6 min nəfərdən çox vətəndaşı cəlb edilmişdir. Bundan 

başqa,  ölkəmizin  3  minədək  vətəndaşı    xam  neftin  Aralıq  dənizi  vasitəsilə  dünya 

bazarına  çıxarılmasını  nəzərdə  tutan  "Bakı-Tbilisi-Ceyhan"  əsas  ixrac  boru 

kəmərinin  tikintisində  çalışmışdır.  Neft  layihələri  çərçivəsində    görülən  tikinti-

quraşdırma işlərindən əlavə, Azərbaycanda xarici şirkətlərin vəsaitləri hesabına bir 

sıra sosial və ekoloji sərmayə proqramları da həyata keçirilir. Həmin proqramlar da 

öz növbəsində yeni iş yerlərinin yaradılmasına imkan verir. Bu işdə Azərbaycandaki 

iri  neft  layihələrinin  operatoru  olan  BP  şirkətinin  fəaliyyəti  diqqəti  xüsusilə  cəlb 

edir.  Sosial  proqramların  əhatə  etdiyi  sahələrdən  biri  də  idarəetmə  sisteminin  



27 

 

təkmilləşdirilməsi  ilə  bağlıdır.  Bunda  məqsəd  gəlirlərin  idarə  olunması,  vətəndaş 



cəmiyyəti  və  yerli  enerji  məsələlərinə  xüsusi  maraq  göstərməklə,  inzibati 

qabiliyyətlərin  və  şəffaflığın  təkmilləşdirilməsidir. ctimai  sərmayə  də  sosial  pro-

qrama daxil olan sahələrdəndir. Bu zaman əsas diqqət neft layihələrinin həyata keçi-

rildiyi  əməliyyatların  yaxınlığındakı  yerli  əhaliyə  yönəldilir.Qarşıya  qoyulan  əsas 

məqsəd  isə  birbaşa,  nisbətən  daha  tez  təsirə  malik  olmaq,  insanların  həyatında 

sanballı  dəyişikliklər  etməkdir.Ölkənin  sosial  problemlərinin  həllində  onun  dovlət 

büdcəsinin  formalaşması  və  ondan  sosial  problemlərin  həllində  istidadə  edilməsi 

mühüm rol oynayır. 

 



Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə