Microsoft Word CelilovaElnure260az docx



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə7/29
tarix26.05.2018
ölçüsü0,7 Mb.
#46032
1   2   3   4   5   6   7   8   9   10   ...   29

19 

 

məzmun daşımayaraq, həm də ideolojii əhəmiyyət kəsb edir. 



Azərbaycan  tarixən  ənənəvi  neft  ölkəsi  olduğu  üçün  respublikanın  ictimai-

siyasi  və  təsərrüfat  həyatında  uzun  illər  möhkəm  qərar  tutmuşdur. deoloji 

aspektrəsmən kodeksləşdirilməsə də neft sosial-iqtisadi həyatın aparıcı qüvvəsi kimi 

real və milli simvolik səciyyə daşımış, Azərbaycan neftçisini ən çətin məqamlarda 

istehsal  artımına  səfərbər  edərək  II  Cahan  savaşında  ordunun  yanacaqla  bol 

təchizatında  əsas  təşviqat  meyarına  çevrilmişdir.Yeni  geosiyasi  gerçəklik  və  milli 

neft  strategiyasının  formalaşması  təzahüründə  isə  neftin  ideoloji  yükü  daha  da 

artmış,  iqtisadi  effektivliyin  yüksəlişində  onun  sosial  gücü  bir  qədər  də 

qüvvətlənmişdir.Lakin  bununla  belə,  Azərbaycan  neftinin  fundqmental  imicə 

qovuşması ideoloji aspektin milli maraqları daha geniş və dolğun təcəssüm etdirən 

yeni meyar və dəyərlərlə daha da zənginləşdirilməsini şərtləndirir. Belə ki, neftin və 

təbii qazın iqtisadiyyatının aparıcı və mühüm enerji mənbəyi, qiymətli milli sərvəti 

kimi  daha  geniş  simvolizə  və  təşviqi,  bu  resursların  təbii  görüntüsünün,  mədən 

sənayesinin və dəniz akvatoriyasında hasilatın əzəli təşəkkülünün ölkəmizə aidliyi, 

dünya  arenasında  elmi  və  ensiklopedik  məntiqi  yerini  tutmasına  nailolma  ideoloji 

xəttin prinsipial məğzini ifadə etməlidir. 

Bərpaolunmayan 

resurslar 

kateqoriyasina 

mənsub 


neft 

və 


qazın 

respublikamızda  da  tükənəcəyi  və  əsrin  ikinci  yarısında  bizim  də  postneft  erasına 

qovuşacağımız senarisinin labüdlüyü şübhə doğurmayan reallıqdır. Buna görə də bu 

ə

vəzsiz  təbii  sərvətlərdən  dolğun  və  səmərəli  istifadə  ideoloji  faktor    kimi  milli 



ş

üurda  dərin  kök  salmalıdır.  Neft  strategiyasının  ideoloji  seqmenti  milli 

svilizasiyanı  bütün  qammada  əhatə  edərək  dayanıqlı  iqtisadi  inkişafın  mühüm 

təkanverici sosial indikatoruna çevrilməlidir. 

XXI əsrin əvvəllərində sənayeləşən neft hasilatı, Azərbaycanın iqtisadiyyatını 

geniş  miqyasda  hərəkətə  gətirmiş,  paytaxt  Bakını  bütöv  bir  makroregionun 

industrial,  ticarət  və  maliyyə  mərkəzinə  çevirmişdir.  Artan  neft-qaz  hasilatı  bu 

məkanda güclü sənaye strukturları ilə yanaşı, həm də müqabil sosial infrastrukturun 

da  formalaşmasını  qaynaqlandırmışdır,  indi  meqopolisə  çevrilmiş  şəhərdə  əksər 

kommunikasiya  şəbəkəsi,  su,  qaz  kəmərləri,  istilik,  elektrik  xətləri,  avtomobil 




20 

 

yolları,  sahəsi  milyon  kvadrat  metrdən  çox  hesablanan  mənzil  fondu,  mədəniyyət 



ocaqları,  ticarət-məişət  obyektləri  neft-qaz  sənaye  kompkeksinin  sosial  fəaliyyət 

sferasına  daxildir.  Analoji  sosial  effekt  Bakı  urbanizasiya  zonasından  kənarda 

respublika  ərazisinin  digər  neftli-qazlı  regionlarında  təşəkkül  tapan    şəhər  və 

qəsəbələrə  də  aiddir.  Lakin  130  illik  davamlı  intensiv  istismar  nəticəsində  köhnə 

yataqları  əhatə  edən  kompleksdə  hasilat  reqressiyaya  uğramış,  istehsalın  təchizatı 

çətinləşmiş  və  məntiqi  olaraq  sosial  infrastrukturun  stimullaşması  da 

məhdudlaşmışdır. 

Azərbaycan  neft  sənayesində  xarici  tərəfdaşlarla  birgə  aparılan  uğurlu  işlərin 

nəticəsi  kimi,  ölkəmizə  böyük  miqdarda  neft  gəlirləri  daxil  olmağa  başlayıb. ri 

həcmdə neft gəlirləri Azərbaycan üçün parlaq inkişaf imkanları açır. 

Respublikada  2014-cü  ilin  iqtisadi  göstəriciləri  ilə  yanaşı,  mövcud  maliyyə 

resursları  və  dövlət  büdcəsi  sosial  və  iqtisadi  hədəflərə  çatmağa  imkan  verir.Eyni 

zamanda, ölkəmizin qarşıdakı 3 ilə dair sosial-iqtisadi inkişaf proqnozları ilə bağlı 

makroiqtisadi  göstəricilər  də  perspektiv  uğurlardan  xəbər  verir.Dövlət  büdcəsinin 

gəlirləri  nominal  ifadədə  18,384  milyard  manat,  xərcləri  20,063  milyard  manat 

təşkil etmişdir. 

       2014-cü  ilin  büdcəsinin  gəlirləri  proqnozlaşdırılan  ümumi  daxili  məhsul 

(ÜDM) istehsalının 31,4 faizi, xərcləri isə 34,3 faizi qədərində olmuşdur. 2014-cü 

ilin  büdcə  layihəsində  xərclərin  həcmi  2013-cü  ilə  nisbətən  çox  olmuşdur(20,063 

milyard manat). 

2014-cü  ilin  büdcəsinin  başlıca  istiqamətləri  ölkə  iqtisadiyyatının  inkişaf 

tempinin  qorunub  saxlanmasını,  sosual-iqtisadi  islahatların  əvvəlki  illərdə  olduğu 

kimi  davam  etdirilməsini,  əhalinin  maddi  rifahının  təmin  olunmasını  və  sosiak 

şə

raitinin yaxşıkaşdırılmasını, investisiya qoyuluşlarının həyata jeçirilməsini özündə 



ə

ks etdirmişdir. Büdcə layihələri hazırlanarkən strateji inkişaf xətti, dövlət büdcəsi 

gəlirlərinin  stabilləşdirilməsi,  qeyri-neft  sektorundan  və  digər  real  mənbələrdən 

büdcəyə  əlavə  daxilolmaların  müəyyən  edilməsi,  aztəminatlı  insanların  sosial 

müdafiəsinin  gücləndirilməsi,  onların  gəlirlərinin  və  məşğulluq  səviyyəsinin 

yüksəldilməsi,  qeyri-neft  sektoru,  dövlətin  müdafiə  potensialının  artırılması, 




21 

 

iqtisadi,  enerji,  nəqliyyat,  ərzaq  və  ekoloji  təhlükəsizliyin  təmin  olunması  diqqət 



mərkəzində olmuşdur. 

      Dövlət  büdcəsində  sosial  yönümlü  xərclər  2014-cü  ildə  5milyard  337,3 

milyon manat ayrılmışdır ki, bu xa ümumi büdcənin 26,6 faizi deməkdir. Bu xərclər 

2013-cü  illə  müqayisədə  298,9  milyon  manat  və  ya  5,9  faiz  çoxdur.  Büdcə 

layihəsində  elm,  təhsil,  səhiyyə,  sosial  müdafiə  və.s  xərclər  2014-cü  ildə  4909,5 

milyon manat olmuşdur. Bu, 2013-cü illə müqayisədə 475,9 milyon manat çoxdur. 

         Beləliklə belə nəticəyə gəlmək olar ki, bəzi "ekspertlərin" iddia etdikləri 

kimi  Azərbaycanda  neft  və  qaz  hasilatı  hesabına  yüksək  iqtisadi  artım  şəraitində 

makroiqtisadi  tarazlığın  əhəmiyyətli  şəkildə  pozulması  böyük  ehtimala  malik 

deyildir.Azərbaycanda  neft  gəlirlərinin  artması  onun  istehsal  imkanlarının 

artırılması  üçün  iri  həcmli  investisiya  qoyuluşlarını  həyata  keçirməyə  imkan 

vermişdir. 

Son  illərdə  dövlət  tərəfindən  əhalinin  sosial  müdafiəsinin  gücləndirilməsi, 

pensiya və müavinətlərin məbləğinin artırılması sahəsində mühüm tədbirlər həyata 

keçirilməsi,  aztəminatlı  ailələrə  dövlətin  diqqətinin  və  sosial  qayğısının 

yüksəldilməsi bunu bir daha sübut edir.Belə ki, respublikamızda mənzil tikintisinin 

artması,  Bakıda  özəl  firmalar  tərəfindən  yaşayış  evlərinin  inşasının  getdikcə  geniş 

vüsət alması, ölkəyə idxal olunan avtomobillərin sayının ilbəil çoxalması, əhalinin 

alıcılıq  qabiliyyətinin  yüksəlməsi  ilə  ticarət  dövriyyəsinin  genişlənməsi  və  sair 

amillər ölkə əhalisinin həyat səviyyəsinin yaxşılaşmasına dəlalət edir.Bundan başqa, 

ə

halinin  banklara  qoyduqları  əmanətlərin  həcmi  ilbəil  artmaqdadır.  Lakin  müasir 



dövrdə dünyanın bir çox ölkələrində olduğu kimi, bazar iqtisadiyyatının obyektiv və 

subyektiv  çətinlikləri  ilə  bağlı  bizim  ölkəmizdə  də  yoxsulluq  problemi  yoxdur, 

5,3%  təşkil  edir.  Demək,  əsas  vəzifələrdən  biri  bundan  sonra  da  aparılan  işlərlə 

yoxsulluqla  mübarizəni  gücləndirmək,  yoxsulluğu  azaltmaq  və  gələcəkdə 

Azərbaycan  Respublikasında  yoxsulluğu  tamamilə  aradan  qaldırmaqdan 

ibarətdir.Bu  sahədə  Azərbaycannın  yeni  neft  strategiyası  mühüm  rol  oynaya 

bilər.Çünki  respublikamızda  mənfəət  karbohidrogenlərinin  həcminin  və  satışının 

artması  Azərbaycan  Respublikası  Dövlət  Neft  Fondunun  daxil  olan  gəlirinin 




Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə