Microsoft Word CelilovaElnure260az docx



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə17/29
tarix26.05.2018
ölçüsü0,7 Mb.
#46032
1   ...   13   14   15   16   17   18   19   20   ...   29

50 

 

nömrəli  Qərarı olmuşdur.  Burada  Azərbaycan  Respublikasının  neft  steategiyasının 



ə

sas  məqsədlərindən  olan  neft  və  qaz  sənayesinin  inkişafı,  o  cümlədən  mövcud 

infrastrukturun  tam  gücü  ilə  işləməsinin  təmin  edilməsi,  xarici  ölkələrdə  aparılan 

neft-qaz  əməliyyatlarının  həmin  strukturun  aktiv  iştirakı  ilə  həyata  keçirilməsinə 

münasib  şəraitin  yaradılması,  bu  sahədə  işləyən  yerli  mütəxəssislərin  işlə  təmin 

olunmasının  perspektivlərinin  müəyyən  edilməsi,  xarici  neft-qaz  şirkətləri 

tərəfindən 

Azərbsycan 

Respublikasının 

müvafiq 


istehsal 

sahələrinə 

investisiyaqoyulması  üçün  cəlbedici  iqtisadi  rejimlərin  yaradılması,  neft 

maşınqayırması və bu qəbildən olan avadanlıqların istehsalı və texniki-quraşdırma 

iş  və  xidmətlərinin  ixrac  potensialının  artırılması,  Azərbaycan  Respublikasının  bu 

sahələrdə  beynəlxalq  ixrac  bazarlarında  aparıcı  yer  tutması  üçün  kompleks 

tədbirlərin həyata keçirilməsi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 

aldığı qərarlar qeyd olunur. 

Azərbaycan  Respublikasının  Baş  naziri  Artur  Rəsulzadə  Azərbaycan  Respublikası 

Nazirlər Kabinetinin 2006-cı il 26 iyul tarixli 185 nömrəli Qərarı ilə təsdiq edilmiş 

" xrac məqsədli neft-qaz fəaliyyəti üzrə idxal əməliyyatlarında güzəştlərin verilməsi 

Qaydaları" 

Bu  Qaydalar  Azərbaycan  Respublikasında  neft  və  qaz  sənayesinin  inkişafı,  o 

cümlədən  mövcud  infrastrukturun  tam  gücü  ilə  işləməsinin  təmin  edilməsi,  xarici 

ölkələrdə aparılan neft-qaz əməliyyatlarının həmin infrastrukturun aktiv iştirakı ilə 

həyata  keçirilməsinə  münasib  şəraitin  yaradılması,  bu  sahədə  işləyən  yerli 

mütəxəssislərin  neft-qaz  layihələri  başa  çatdıqdan  sonra  işlə  təmin  olunması 

perspektivlərinin müəyyən edilməsi, xarici neft-qaz şirkətləri tərəfindən Azərbaycan 

Respublikasının  müvafiq  istehsalat  sahələrinə  investisiya  qoyulması  üçün 

cəlbediciiqtisadi  rejimlərin  yaradılması,  neft  maşınqayırması  və  bu  qəbildən  olan 

avadanlıqların  istehsalı  və  tikinti-quraşdırma  üzrə  iş  və  xidmətlərin  ixrac 

potensialının  artlrılması  məqsədi  ilə  Azərbaycan  Respublikasının  hüdudlarından 

kənarda  həyata  keçirilən  xam  neft  və  təbii  qazın  kəşfiyyatı,  qiymətləndirilməsi, 

işlənməsi,  çıxarılması,  hasilatının  sabitləşdirilməsi,  oyadılması,  təzyiqləndirilməsi, 

toplanması, saxlanması, yerləşdirilməsi, yüklənməsi, nəql edilməsi, satılması və ya 



51 

 

ləğvetmə  əməliyyatları  və  bu  əməliyyatlarla  əlaqədar  olan  hər  hansı  fəaliyyətlə 



bağlı idxal-ixrac əməliyyatlarında güzəştlərin verilməsini tənzimləyir. Bu Qaydalar 

xarici  sifarişçi  ilə  bağlanmış  müqaviləsi  olan  hüquqi  şəxslərə  və  həmin  şəxslərə 

birbaşa və ya əlaqəli  müqavilə üzrə ixrac  məqsədli neft-qaz fəaliyyəti ilə əlaqədar 

malları  təqdim  edən,  işləri  görən  və  xidmətləri  göstərən  hüquqi  və  fiziki  şəxslərə 

ş

amil edilir. Bu Qaydaların məqsədləri üçün xarici sifarişçi ilə bağlanmış müqavilə 



dedikdə, 

Azərbaycan 

Respublikasının 

hüdudlarından 

kənarda 

neft-qaz 

ə

məliyyatlarını həyata keçirən şəxslərlə imzalanmış və hüquqi qüvvəsi olan podrat 



müqaviləsi,  birbaşa  müqavilə  dedikdə,  ixrac  məqsədli  neft-qaz  fəaliyyəti  ilə 

ə

laqədar  Podratçı  ilə  Subpodratçı  arasında  bağlanan  müqavilə,  əlaqəli  müqavilə 



dedikdə isə, ixrac məqsədli neft-qaz fəaliyyatı ilə əlaqədar Subpodratçılar arasında 

bağlanmış  müqavilə  başa  düşülür.  Podratçılar  ixrac  məqsədli  neft-qaz  fəaliyyətinə 

görə  güzəştləri  əldə  etmək  və  bununla  əlaqədar  Azərbaycan  Respublikasına  idxal 

ediləcək avadanlıq və materialların illər üzrə miqdarı göstərilməklə siyahısını qeydə 

almaq  üçün  Azərbaycan  Respublikasının  Dövlət  Neft  Şirkətinə  ərizə  ilə  müraciət 

edirlər. 

Ə

gər  2010-cu  ilədək  Xəzərdə  axtarış-kəşfiyyat  işlərini  xarici  şirkətlərlə  birgə 



aparılırdısa, həmin ildən ARDNŞ bu işlərin bir qismini özü görməyə başladı. Belə 

ki,  uzun  fasilədən  sonra  Xəzərin  Azərbaycan  sektorundakı  "Ümid"  strukturunda 

yenidən  axtarış-kəşfiyyat  işlərinə  başlanması  2010-cu  ilin  noyabrında  burada 

nəhəng  qaz-kondensat  yatağının  kəşf  edilməsi  ilə  nəticələndi.  "Ümid"  yatağının 

aşkarlanması  xüsusi  məna  daşıyır.  Bu  onu  göstərir  ki,  Azərbaycanda  neft-qaz 

sahəsində  bütün  işlər  uğurla  aparılır.  Bu,  bir  də  onu  göstərir  ki,  Azərbaycan  çox 

böyük qaz ölkəsinə çevrilibdir.  lkin hesablamalara görə, "Ümid" strukturunun 200 

milyard kubmetr qaz və 40 milyon ton kondensat ehtiyatı vardır. 

             2011-ci ilin iyul ayında Ümid-1 özülündən layihə dərinliyi 6500 metr olan 

10 nömrəli kəşfiyyat quyusunun qazılmasına başlandı və 2012-ci il iyun ayının 8-də 

quyu perforasiya edilərək mənimsənilmişdir. Quyudan quyuağzı təzyiq 600 atm, 10 

mm-lik  ştuserlə  gün  ərzində  700  milyon  kubmetr  qaz  və  100  kubmetr  kondensat 

alınmışdır.  



52 

 

              "Ümid" yatağının kəşfindən sonra daha bir mühüm hadisə baş verdi. 2011-



ci  ilin  sentyabrında  Xəzərin  "Abşeron"  blokunda  iri  qaz-kondensat  yatağı  kəşf 

edildi.  Cənubi  Xəzər  neftli-qazlı  hövzəsinin  Abşeron  arxipelaqında,  dənizin 

dərinliyi  473,5  metr  olan  sahədə  bu  yatağın  kəşf  olunması  Fransanın  "Total"  və 

"Gas  de  France"  şirkətləri  ilə  ARDNŞ  arasında  hasilatın  pay  bölgüsü  sazişi 

çərçivəsində görülmüş birgə işin nəticəsidir.  

              ARDNŞ-nin  ilkin  hesablamalarına  görə  "Abşeron"  yatağının  ehtimal 

olunan  karbohidrogen  ehtiyatları  350  milyard  kubmetr  qaz  və  45  milyon  ton 

kondensat həcmindədir. Beləliklə, "Azəri-Çıraq-Günəşli" yatağında məhsuldar qatın 

alt 

çöküntülərinin 



qaz 

ehtiyatının 

250 

milyard 


kubmetr 

həcmində 

qiymətləndirilməsini nəzərə almaqla, bu günə respublikamızda təsdiq olunmuş qaz 

ehtiyatları 2 trilyon 550 milyard kubmetrdir.  

              Gələcəkdə  "Babək",  "Naxçıvan",  "Zəfər",  "Məşəl",  "Şəfəq",  "Asiman" 

strukturlarında aparılan kəşfiyyat işləri bu ehtiyatları daha da artıracaq.  

Qarşıdakı  illərdə  dünyada  neftlə  yanaşı,  qaza  olan  tələbat  əhəmiyyətli  dərəcədə 

artacaq və respublikamız bu dövrdə ən mühüm ixracatçılardan biri olacaq. Həyata 

keçirilən layihə və proqramlar üzrə görülən işlər, eləcə də, perspektiv strukturların 

potensialı  nikbin  proqnozlar  üçün  əsas  verir.  Deməli,  region  və  Avropa  ttifaqı 

ölkələrinin  enerji  təhlükəsizliyinin  qorunmasında  Azərbaycanın  rolu  qarşıdakı 

illərdə daha da artacaqdır. 2020-ci ilədək Avropanın enerji istehlakının 70 faizinin, 

2030-cu  ilədək  isə  85  faizədək  hissəsinin  idxal  hesabına  təmin  ediləcəyi  barədə 

ekspert  rəyləri  fonunda  bu,  xüsusən  böyük  əhəmiyyət  kəsb  edir. 

             2017-ci  ildən  sonra,  “Şahdəniz-2”  həyata  keçirildikdən  sonra  ölkənin  qaz 

istehsalı 55 milyard kubmetrə çatacaq və bu, böyük həcmdir. “Ümid” və “Abşeron” 

yataqlarının  karbohidrogen  ehtiyatlarının  nəql  sisteminə  cəlb  olunmasından  sonra 

bu rəqəm daha da artacaq və 2025-ci ildə bu rəqəmin 50 milyard kubmetrə çatacağı 

ehtimalı  da var.  Təbii  qazın  35-40  milyard  kubmetrinin  ixracı nəzərdə tutulur.  Bu 

faktor Azərbaycanın dünya qaz bazarında yüksək nüfuzunun artması üçün əlverişli 

sayıla  bilər.  Bu  da  Avropa  bazarında  Azərbaycanın  mövqeyini  daha  da 

möhkəmləndirəcək.  Bir  neçə  ildən  sonra  respublikamız  dünyanın  50-ə  yaxın 




Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə