Microsoft Word CelilovaElnure260az docx



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə2/29
tarix26.05.2018
ölçüsü0,7 Mb.
#46032
1   2   3   4   5   6   7   8   9   ...   29

 

yetirilməsi  məqsədilə  “Azərbaycan  Respublikasının  yanacaq-enerji  kompleksinin 



inkişafı  (2005-2015-ci  illər)  üzrə  Dövlət  Proqramı”nda  qarşıdakı  dövrdə  bu 

kompleksı  daxil  olan  sahələrin  müəyyənləşdirilmiş  inkişaf  istiqamətləri  və  onların 

reallaşması üçün konkret tədbirlərin həyata keçirilməsi davam etdiriləcəkdir. 

 

   Tədqiqatın  obyekti  və  predmeti:Azərbaycanın  müstəqil  dövlətçilik 

statusunun əldə edilməsilə nefrqazçıxarma sənayesində ümumi iqtisadi problemlərin 

öyrənilməsinə,  tədqiqinə  yeni  keyfiyyət  dəyişiklikləri  gətirilmişdir.  Köhnə  iqtisadi 

və ideoloji sistemin dağılması, onun liberal dəyərlər əsasında bazar iqtisadiyyatı ilə 

ə

vəzləşməsi problemin həllinə daha əlverişli çığırlar açmışdır.  ndi daha çox strateji, 



uzaqhədəfliyi  ilə  seçilən,  elmi  əhəmiyyət  kəsb  edən  məsələnin  həlli  geniş 

tədqiqatını  və  əməli  tətbiqini  gözləyir.  Yeni  geopolitik  vəziyyət  problemi  geniş 

elmi-tədqiqat  obyektinə  çevirərək  aktuallığını  artırır.  Bu  baxımdan  köhnə  neft 

yataqlarında  səmərəliliyin,  sabitliyin,  iqtisadi  artımın  təminatının  metodoloji  və 

metodik  aspektlərinin  müəyyən  olunması,  potensial  və  resurslardan  rasional 

istifadə,  maliyyə  möhkəmliyi,  iqtisadi  çevikliyin  yüksəldilməsi,  sahədə  yeni  bazar 

münasibətlərinin  formalaşması,  neft  hasilatının  və  ümumilikdə  neft  sənayesinin 

digər  steateji  və  taktiki  elmi  səciyyə  daşıyan  prinsipal  prioritetləri  tədqiqat 

mövzusunun  seçilməsini  şərtləndirir.  Odur  ki,  "Azərbaycan  neft  sənayesi  və  onun 

inkişaf mərhələləri" mövzusunda yazılan tədqiqat işinin obyekti Azərbaycanın neft 

sənayesidir

 

     şin  abrobasiyası:Ötən  iki  əsrin  qovşağında  Azərbaycanın  neft  sənayesini 

ə

hatə edən elm formalaşmağa başlamışdır. Dünya neft elminin, xüsusən də Sovetlər 



ttifaqında neft sahəsi ilə bağli elmlərin inkişafında Azərbaycanın, onun alimlərinin 

xidmətləri  yüksək  olmuşdur.  Azərbaycanın  görkəmli  neftçi  alimlərinin,  mühəndis 

və mütəxəssislərinin tədqiqatları və praktiki fəaliyyətləri keçmiş Sovetlər  ttifaqının, 

Qərbi  Avropanın,  Şimali  Afrikanın,  Yaxın  və    Orta  Şərqin,  neft-qaz  sənayesinin 

formalaşmasında yüksək xidmətliliyi ilə fərqlənmişdir. Neft-qaz hasilatının ümumi 

problemlərilə  bağlı  təqqiqatlarda  X.B.Yusifzadə,  E.M.Rüstəmov,  Ə.N.Əlixanov, 

S.A.Orucov,  Ə.B.Süleymanov,  B.Ə.Hacıyev,  Z.S.Abdullayev,  G.Z.Yüzbaşovanın 

elmi  araşdırmaları  mühüm  yer  tutur.  Neftqazçıxarma  sənayesində  mövcud 




 

vəziyyətin respublika iqtisadiyyatına, onun tərəqqisinə əsaslı təsiri vardır. Gerçəklik 



ondan  ibarətdir  ki,  neftqazçıxarma  sənayesi  iqtisadiyyatın  bütün  strukturunda 

hərəkətverici qüvvəyə malikdir.

 

   Tədqiqat  işinin  elmi  yeniliyi:  Müasir  tələblər  baxımından  millli  neft-qaz 

kompleksinin  təsərrüfat  strukturunun  təkmilləşdirilməsi  araşdırılmışdır.  Neft-qaz 

kompleksində  müasir  üsulların  tətbiqi  araşdırılmış  variantlar  üzrə  qoyulan 

investisiyaların həcmi,  ödəmə  müddəti,  effekti,  əmsalı  və.s göstəricilərdən  istifadə 

edilərək  müxtəlif  variantlar  üzrə  müqayisə  aparılmış  və  onların  daha  optimalının 

seçilməsi məsələlərinə toxunulmuşdur. 

Azərbaycanda  neft  sənayesinin  sahəvi  şəbəkəsini  əlaqələndirən  mobil 

infrastruktur məsələlərinə yeni şəraitdə Xəzərin neft-qaz potensialı nəzərə alınmaqla 

baxılmış və bu infrastrukturun təkmilləşdirilməsi məsələlərinə diqqət yetirilmişdir. 

O  cümlədən,  neft-qaz  maşınqayırma  avadanlıqları  istehsal  edən  müəssisələrə 

investisiya yatırımları imkanları tədqiq olunmuşdur. 

    Tədqiqatın nəzəri-metodoloji əsasları: Qeyd etdiyimiz kimi, "Azərbaycan 

neft sənayesinin inkişafı" mövzusu əvvəllər ümumi şəkildə işlənsə də yuxarıda qeyd 

etdiyimiz  fikirlərə  əsasən  mövzunun  bu  dərəcədə  aktual  olması  həmin  mövzunun 

öyrənilməsi baxımından böyük əhəmiyyət kəsb edir.Magistr işinin hazırlanmasında 

mövzu  ilə  bağlı  son  dövrlərdə  yazılmış  elmi  işlərdən,  kitablardan,  elmi 

məqalələrdən istifadə edilmiş və ümumi nəticələr çıxarıkmışdır ki, onun da böyük 

elmi -nəzəri əhəmiyyəti vardır.

 

    Tədqiqat işinin quruluşu: Tədqiqat işi giriş, üç fəsil, nəticə və təkliflərdən, 

istifadə  olunan  ədəbiyyat  siyahısından  ibarətdir.  Tədqiqat  işində  aşağıdakı  suallar 

izah  edilmişdir:  Azərbaycanda  neft  strategiyasının  mahiyyəti,  məqsədi  və 

metodoloji  əsasları;  Azərbaycanın  sosial-iqtisadi  inkişafında  neft  strategiyasının 

rolu; neft sənayesinin mövcyd vəziyyəti; neft sənayesinin inkişaf dinamikası; milli 

neft-qaz  kompleksinin  təsərrüfat  strukturunun  təkmilləşdirilməsi;  neft-qaz 

kompleksində müasir üsulların tətbiqi.

 

 

 



 


 

 



 

 

 



 

 

 

 

FƏSIL 1. AZƏRBAYCAN NEFT SƏNAYESININ NƏZƏRI VƏ 

METODOLOJI ƏSASLARI 

1.1. 

Azərbaycanda 

neft 

strategiyasının 

mahiyyəti,məqsədi 

və 

formalaşdırılması amilləri 

     Azərbaycan  Respublikasında  təbii  ehtiyatlar,  xüsusilə  də  ölkənin  zəngin 

olan karbohidrogen ehtiyatları üzərində mülkiyyət hüququ dövlətə məxsusdur. Bu, 

hər şeydən  əvvəl onunla izah  olunur ki, ümummilli  sərvətlər,  o  cümlədən də təbii 

ehtiyatlar  və  onlardan  əldə  olunan  gəlirlər  təyinatı  baxımından  ayrı-ayrı  fərdlərin 

deyil,  dövlətin  simasında  bütün  xalqın  mənafeyinin  yüksəldilməsinə  xidmət 

etməlidir, və təbii sərvətlərə münasibətdə ayrı-ayrı fərdlərin bərabər hüququ həmin 

sərvətlərin dövlətin mülkiyyətinə verilməsi ilə təmin edilməlidir. 

     Azərbaycan  Respublikasının  Konstitusiyasının  14-cü  maddəsinə  əsasən 

təbii ehtiyatlar hər hansı fiziki və ya hüquqi şəxslərin hüquqlarına və mənafelərinə 

xələl gətirmədən Azərbaycan Respublikasına məxsusdur.  

     “Yerin  tərki  haqqında”  Azərbaycan  Respublikasının  1998-ci  il  13  fevral 

tarixli  qanununa  əsasən  karbohidrogen  ehtiyatlarının  yerləşdiyi  yerin  tərkinin 

istifadəçiləri həm yerli, həm də xarici dövlətlərin fiziki və hüquqi şəxsləri ola bilər. 

Qanunun tələbinə görə, yerin tərki geoloji öyrənilmə üçün 5 ilədək müddətə, faydalı 

qazıntıların  çıxarılması  üçün  25  ilədək  müddətə,  geoloji  öyrənilmə  və  faydalı 

qazıntıların  çıxarılması  birləşdirildikdə  isə  30  ilədək  müddətə  xüsusi  icazə 

(lisenziya)  əsasında  istifadəyə  verilə  bilər.  Lakin  bu  halda  da  yerin  tərkinin 

mülkiyyət  hüququ  dövlətin  əlində  qalmış  olur  və  yalnız  istifadə  hüququ  digər 

hüquqi və ya fiziki şəxslərə verilir. Bu konstitusion normada “hər hansı fiziki və ya 




Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə