Microsoft Word CelilovaElnure260az docx



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə5/29
tarix26.05.2018
ölçüsü0,7 Mb.
#46032
1   2   3   4   5   6   7   8   9   ...   29

13 

 

onun  üçün  daha  baha  olduğundan  dəmiryoldan  istifadəyə  məcburdur).  AÇG 



səhmdarları ixracatda Bakı-Novorossiys boru xəttindən 2009-cu ilin əvvəlindən im-

tina ediblər və hazırda bu boru xətti SOCAR-ın balansındadır. 

1999-cu ildə Azərbaycanın ilk mənfəət nefti ilə doldurulmuş ilk tanker dünya 

bazarlarına çıxarıldı. 

Saziş  dünyanın  aparıcı  ölkələri  və  şirkətlərini  bir  daha  əmin  etdi  ki, 

Azərbaycan  müstəqil  dövlət  və  etibarlı  tərəfdaşdır,  burada  işləmək  və  bu  ölkəyə 

sərmayə  qoymaq  olar.Heç  təsadüfi  deyil  ki,  bu  Saziş  imzalandıqdan  sonra  xarici 

ş

irkətlərlə daha 30 müqavilə bağlandı və bu, onun böyük siyasi əhəmiyyətidir. 



Xəzərin  Azərbaycan  sektorunda  yerləşən  “Azəri”,  “Çıraq”  yataqlarının  və 

“Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə mənimsənilməsini nəzərdə 

tutan bu sazişin reallaşması təkcə respublikamız üçün deyil, Qərbin bir sıra aparıcı 

dövlətləri,  habelə  Cənubi  Qafqaz  və  Orta  Asiya  regionu  ölkələri  üçün  strateji 

ə

həmiyyət daşıyırdı. Saziş regionda digər qlobal layihələrin gerçəkləşdirilməsi üçün 



müsbət təmayül yaratdı, Xəzərdə maraqları təmin olunmuş bir çox aparıcı Qərb dö-

vlətlərinin  Azərbaycanla  bütün  sahələrdə  genişmiqyaslı  əməkdaşlığa  marağını 

artırdı, beynəlxalq maliyyə qurumları ilə münasibətlərdə keyfiyyətcə tamamilə yeni 

bir mərhələ başlandı.  

      "Əsrin Müqaviləsi"nin çox böyük iqtisadi faydası isə respublikada neft-qaz 

hasilatının səviyyəsinin yüksəldilməsində onun rolu ilə izah olunur. Neft hasilatı ən 

yüksək  səviyyəsi  1997-ci  ildəki  9  milyon  tondan    2010-cu  ildə  50,7  milyon  tona, 

qaz  hasilatı  isə  2004-cü  ildəki  5  milyard  kubmetrdən  2013-cu  ildə  29,5  milyard 

kubmetrə çatdırıldı.  

2012-ci ilin sonunadək bu Saziş üzrə "Çıraq", "Azəri" və "Günəşli" (dərinsulu 

hissə)  sahələrində  quraşdırılmış  dəniz  özüllərindən  60-dan  artıq  istismar  quyusu 

qazılmışdır.Bu quyulardan gündə orta hesabla 91 min tondan çox neft və 35 milyon 

kubmetr qaz çıxarılır. Həmin yataqlardan işlənilmənin əvvəlindən, yəni 1997-ci ilin 

noyabrından  2013-cü  ilin  aprelinədək  298,4  milyon  tondan  artıq  neft  və  81,4  mi-

lyard kubmetrdən çox qaz hasil edilmişdir.  AÇG layihəsi çərçivəsində - 1 platforma 

(Çıraq-1)  modernləşdirilib  və  6  yeni  platforma  tikilib,  dünyanın  ən  böyük  neft  və 




14 

 

qaz  terminallarından  biri  tikilib  və  Xəzərin  dibində  çox  mürəkkəb  sualtı  boru 



kəmərləri şəbəkəsi yaradılıb.   

Artıq 15-ci ildir ki, "Azəri-Çıraq-Günəşli" layihəsinin iştirakçıları, o cümlədən 

Azərbaycan "mənfəət nefti"ndən gəlir əldə edirlər.1999-cu ilədək neftin satışından 

ə

ldə  edilən  gəlir  sərmayə  qoyuluşunun  ödənilməsinə  sərf  edilirdisə,  həmin  ilin 



dekabrından  Azərbaycanın  "mənfəət  nefti"  ilə  dolu  tankerlər  xarici  bazarlara  yol 

alır.2013-cü  ilin  aprel  ayının  1-dək  dünya  bazarlarında  152  milyon  ton  "mənfəət 

nefti"  satılmışdır.  "Mənfəət  nefti"nin  satışından  əldə  edilən  gəlir  "Neft  Fondu"nda 

toplanır,  respublikanın  qeyri-neft  sektorunun,  regionların  və  ümumiyyətlə, 

Azərbaycanın tərəqqisinə sərf edilir.  

Neft strategiyasının əsas istiqamətlərindən biri kimi Azərbaycan neftinin dünya 

bazarlarına  nəqlini  vacib  hesab  edilirdi.Burada  əsas  məqsəd  Azərbaycanın 

mənafelərinin  uzunmüddətli  şəkildə  qorunması,  genişmiqyaslı  beynəlxalq  iqtisadi 

ə

məkdaşlığın  inkişafı,  regionda  neft  hasilatının  artmasıyla  əlaqədar  neftin  dünya 



bazarlarına  nəqlinin  təmin  edilməsi  məqsədi  ilə  strateji  əhəmiyyətli  Şərq-Qərb 

marşrutunun  yaradılmasından  ibarət  idi.Məhz  bu  məqsədlə  “Azəri-Çıraq-Günəşli” 

yataqlarından  hasil  olunan  yanacağın  Avropaya  nəqlini  təmin  edə  biləcək  trans-

kommunikasiya dəhlizinin yaradılması olduqca vacib sayılırdı.Bunun üçün regionda 

ə

n təhlükəsiz və uzunömürlü, rentabelli marşrut olan Bakı-Tbilisi-Ceyhanın (BTC) 



çəkilməsi təklif olunurdu. 

"BTC Co"nun səhmdarları : 




15 

 

 



     Həmin  dövrdə  Bakı-Novorossiysk  və  Bakı-Supsa  neft  kəmərləri 

Azərbaycan  neftini  dünya  bazarlarına  çıxarılmasında  rol  oynasa  da,  BTC  qədər 

beynəlxalq miqyas və rentabelli ixrac dəhlizi sayılmırdı.  

     Azərbaycanda 150 ildən çoxdur ki, sənaye üsulu ilə neft və qaz çıxarılır. Bu 

müddətdə 67 neft, qaz və kondensat yatağı kəşf edilmişdir ki, hazirda onlardan 55-i 

istismar olunur. Yerin təkindən 1365,5 milyon ton, o cümlədən dəniz yataqlarından 

təqribən 430 milyon ton neft və 443,8 milyard kubmetr qaz çıxarılmışdır. 

1994-cü  ildən  Azərbaycan  dövləti  özünün  yeni  neft  strategiyasını  həyata 

keçirir  və  bu  strategiyanın  da  əsas  mənası,  əsas  prinsipləri  Azərbaycanın  zəngin, 

təbii  sərvətlərindən,  o  cümlədən  neft  və  qaz  sərvətlərindən  Azərbaycan  xalqının 

rifahı  naminə  daha  da  səmərəli  istifadə  etməkdın  ibarətdir.  Azərbaycanın  neft 

strategiyası  sahənin  iqtisadi-təsərrüfat  fəaliyyətinin  həm  yaxın  həm  də  uzaq 

perspektivlərdəki məqsəd və strategiyasının müəyyən olunmasını özündə əks etdirir. 

Sahənin  məqsədi  onun  iqtisadi  inkişafının  əsas  istiqamətlərinin  konsepsiyasını 

müəyyən  edir.  Strategiya  isə  müəyyən  edilmiş  məqsədə  nail  olmaq  üçün 

ə

saslandırılmış tədbir və proqramların işlənib hazırlanmasını nəzərdə tutur. 



Neft  sazişinin  bağlanması,  sonralar  Xəzərin  Azərbaycan  sektorunun 

karbohidrogen  ehtiyatkarının  istismarı  ilə  əkaqədar  yeni-yeni  müqavilələrin 




Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə