Microsoft Word CelilovaElnure260az docx



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə11/29
tarix26.05.2018
ölçüsü0,7 Mb.
#46032
1   ...   7   8   9   10   11   12   13   14   ...   29

31 

 

ş



irkəti yaradıldı.1890-cı ildə Rotşildin bankı Bakı neftinin ixracının 42%-nə nəzarət 

edirdi.1890-cı  ildə  uzunluğu  260  verst  olan  25  neft  boru  xətti  çəkilmişdi.Bunlarla 

sutka ərzində mədənlərdən zavodlara 1,5 milyon pud neft və Qara şəhərdən mədən 

rayonlarına, buxar qazanlarını işlətmək üçün dəniz suyu vurmaq mümkün idi. 

1888-ci  ilə  qədər  neft  mədənlərində,  neft  emalı  müəssisələrində  istehsalın,  boru 

kəmərləri  sisteminin  inkişafı,  məhsul  ixracatı  haqqında  məlumatlar  sadəcə  olaraq 

proqnoz və ayrı-ayrı şəxslərin verdiyi hesablamalardan ibarət idi.1889-cu ildə Neft 

stehsalçıları  Assosiasiyasının  statistika  bürosu  yaradıldı.Həmin  ildən  də  neft 

sənayesinin  durmadan  inkişaf  etməsini  statistik  rəqəmlərdən  izləyə  bilərik.  Eyni 

zamanda  borunun  göstəricilərinə  nəzər  salanda  neftçıxarma  mərkəzinin  tədricən 

Balaxanı və Sabunçunun qərb hissəsindən Ramanaya doğru hərəkət etdiyini, Nobel 

qardaşlarının dərin qazma üsulunun tətbiqi ilə Bibiheybət və Ramana mədənlərinin 

yüksək sürətlə irəlilədiyinin şahidi olarıq.Azərbaycan neft hasilatı və emalı həcminə 

görə 1899-cu ildə dünyada birinci yerdə olub.  

1901-ci  ildə  Azərbaycanda  11  mln.t  neft  hasil  edilmişdir  ki,  bu  da  dünya  neft 

hasilatının  50%-dən  çoxunu  təşkil  edirdi.1880-ci  ildə  məşhur  kimyaçı-alim 

D. .Mendeleyev  Bakı  neftinin  dünya  bazarlarına  çıxarılmasını  təmin  etmək  üçün 

Bakı-Batum  neft kəmərinin  çəkilməsini təklif  edir.  Bu  kəmərin  uzunluğu  833  km, 

d.-200 mm olub tikintisi 1897-ci ildə başlanır və 1907-cı ildə başa çatdırılmışdır 

Azərbaycanda  neft  sənayesi  milliləşdirilənədək  109  səhmdar  cəmiyyəti  fəaliyyət 

göstərirdi.Onlardan 72-si rus kapitalına (240 mln. rubl) və 37-si isə ingilis kapitalına 

(100 mln. funt-sterlinq) məxsus idi.Nobel qardaşlarının neft sənayesinə qoyduqları 

kapital  30  mln.rubl  təşkil  edirdi.  O  dövrün  ən varlı neft sənayesi sahibkarlarından 

olan  mesenat  sa  bəy  Hacinskinin  "Hacı-Çeleken"  neft  şirkətinin  neft  sənayesinə 

kapital  qoyuluşu  1,25  mln.  funt-sterlinq  təşkil  edirdi.  Neft  sənayesinin 

milliləşdirilməsi  ərəfəsində  Azərbaycanda  270  neft  istehsal  edən  müəssisə,  neft 

quyuların  qazılması  ilə  məşğul  olan  49  orta  və  kiçik  firmalar,  neftin  emalı  ilə 

məşğul  olan  25  firma,  100-dən  artıq  mexaniki  sexlər,  təmir  emalatxanaları  və  s. 

fəaliyyət  göstərirdilər.  Bu  mərhələnin  sonuncu  illərində  neft  sənayesində  ağır 

vəziyyət  yaranmışdı  (müharibə,  inqilabi  hərəkat  və  s.  nəticəsində)  və  neft  hasilatı 




32 

 

kəskin surətdə azalmışdır. 



XX  əsrin  əvvəllərində  Bakıya  xarici  kapital  axını  gücləndi  və  o,  neft  sənayesində 

artıq  aparıcı  mövqe  tutdu.Həmin  vaxt  Bakı  neftinə  ingilis  şirkətləri  xüsusi  maraq 

göstərirdilər.1893-1903-cü  illərdə  ingilis  sənayeçiləri  Bakı  rayonu  müəssisələrinə 

47  mln.rubldan  artıq  sərmayə  qoymuşdular.  1902-ci  ildə  Bakıda  39,4  mln.rubl 

kapitalı olan 11 ingilis müəssisəsi vardı. 

Azərbaycanda  başlanan  sosial-iqtisadi  və  ictimai  dəyişikliklər  zərurətindən  irəli 

gələn  kapitalist  cəmiyyəti  quruculuğu  prosesi  sənayenin  və  ticarətin  inkişafı  üçün 

ə

lverişli şərait yaratdı. Bu, Azərbaycan sahibkarlarının nümayəndələrinə imkan ver-



di  ki,  çarizmin  siyasəti  ilə  bağlı  məhdudiyyətlərə,  rus  və  əcnəbi  kapitalistlərinin 

kəskin rəqabətinə baxmayaraq, sənaye, ticarət və nəqliyyat sahələrində Azərbaycan 

iqtisadiyyatının  inkişafı,  mədəniyyəti  ocaqlarının  yaradılması,  Azərbaycan  milli 

cəmiyyətinin  intellektual  potensialının  yüksəlişi,  xalqın  milli  mənlik  şüurunun 

inkişafı  üçün  obyektiv  surətdə  ümummilli  əhəmiyyəti  olan  bir  sıra  müəssisələr 

yaratsınlar.  Rusiyanın  iri  burjuaziyası  çoxmillətli  idi.Onun  tərkibində  ruslardan 

başqa, azərbaycanlı kapitalistlər də var idi. 

Bakı neft sənayesi hələ XIX əsrin sonu - XX əsrin əvvəllərində Amerika neft kralı 

Rokfellerin  və  onun  başçılıq  etdiyi  "Standart  oyl"  şirkətinin  diqqətini  cəlb 

etmişdi.Lakin  Amerika  kapitalının  Azərbaycan  neft  sənayesində  iştirakı  son 

dərəcədə  zəif  idi.  Amerika  kapitalı  burada  yağ  istehsalı  ilə  məşğul  olan  "Vakuum 

oyl və K" şirkəti vasitəsilə təmsil edilirdi. Bu cəmiyyətin əsas kapitalı 2,4 mln. rubl 

idi  ki,  bunun  da  1,2  milyonu  Amerikanın  payına  düşürdü.  Lakin  XX  yüzilliyin 

ə

vvəllərində  Amerika  kapitalının  Bakı  neft  mədənlərinə  axını  nəzərə  çarpacaq 



dərəcədə gücləndi. 

Birinci Dünya müharibəsi ərəfəsində neft sənayesi üç iri əcnəbi inhisarçı şirkətin - 

"Şell  Petroleum  kompani"  (ixtisar  edilmiş  şəkildə  "Şell"),  Nobel  qardaşlarının 

yoldaşlığı  və  "Raşen  General  Oyl  korporeyşn"  (ixtisar  edilmiş  şəkildə  "Oyl") 

ş

irkətlərinin  əlində  cəmləşmişdi.Bu  şirkətlərdən  sonuncusu  1912-ci  ildə  Londonda 



yaradılmışdı.Onun  məqsədi  Rusiyanın neft  sənayesi  müəssisələrinin  səhmlərini al-

maq  yolu  ilə  bu  müəssisələrin  əksəriyyətini  öz  əlində  cəmləşdirməkdən  ibarət  idi. 




33 

 

Artıq 1913-cü ildə bu şirkətin kapitalının həcmi 23,6 milyon rubla çatmışdı. 



             1917-ci  il  Rusiya  inqilabından  sonra  Bakıda  da  Sovet  hakimiyyəti  elan 

olundu.  Bakı  Xalq  Komissarları  Sovetinin  (“Bakı  kommunası”)  2  aprel  1918-ci  il 

tarixli “Azərbaycan neft sənayesinin milliləşdirilməsi haqqında” və 5 aprel 1918-ci 

il  tarixli  “Xəzər  Ticarət  Donanmasının  milliləşdirilməsi  haqqında”  dekretləri  ilə 

1918-ci  ilin  iyunun  1-dən  neft  sənayesi  mədənləri,  müəssisələri  və  Xəzər  Ticarət 

Donanması  sahiblərindən  müsadirə  edilərək  milliləşdirildi.  Neft  sənayesi 

milliləşdirilməsinə  qədər  Azərbaycan  neft  sənayesində  109  səhmdar  cəmiyyəti 

fəaliyyət göstərirdi ki, onlardan 72-si Azərbaycan və rus, 37-si isə ingilis kapitalına 

məxsus idi. Milliləşdirmə ərəfəsində Azərbaycanda 230 neft hasilatı müəssisəsi, 49 

kiçik  və  orta  qazma  müəssisəsi,  25  neftayırma  şirkəti,  100-dən  çox  mexaniki  sex. 

Təmir emalatxanaları və başqa istehsal sahələri mövcud idi. 

          1918-ci il may ayının 28-də Azərbaycan Milli Şurası Tiflisdə türk-müsəlman 

aləmində ilk parlament respublikası olan müstəqil Azərbaycan Xalq Cümhuriyyətini 

elan  etdi.  Onun  idarə  edilməsi  üçün  yaradılmış  hökumət  müvəqqəti  olaraq  Gəncə 

şə

hərində fəaliyyət göstərirdi. 



            1918-ci il sentyabrın 15-də Bakının azad edilməsinin ardınca sentyabrın 17-

də hökumət Bakıya köçdü. Hökumətin 1918-ci il 5 oktyabr tarixli dekreti ilə “Bakı 

Kommunası”  tərəfindən  milliləşdirilmiş  neft  mədənləri  və  zavodlar,  Xəzər  ticarət 

donanmasının  gəmiləri  yenidən  neft  şirkətlərinə  və  gəmi  sahiblərinə  qaytarıldı  və 

bununla da hökumət xüsusi mülkiyyət hüququnu bərpa etdi.   

Bundan sonra ölkənin neft sənayesində ingilis kapitalı daha üstün mövqeyə çıxmağa 

başladı və “Royal Dutch/Shell” şirkəti bir sıra şirkətləri nəzarətə götürdü.Noyabrın 

17-də  ingilis  hərbi  qüvvələri  Abşeronu  bolşeviklərdən  və  almanlardan  müdafiə 

etmək  adı  altında  Bakıya  daxil  oldu. ngilislər  burada  öz  hərbidonanmalarını 

yaratmağa  baıladılar.Noyabrın 29-dan etibarən  Xəzər  Ticarət Donanmasının  bütün 

gəmiləri  ingilis  komandanlığının  sərəncamına  keçdi.  Onlar  neft  sənayesini  də 

nəzarətə almaq üçün “Britaniya Neft Müdiriyyəti”ni təsis etdilər.  

II mərhələ 1920-ci ildə Azərbaycanda neft sənayesinin milliləşdirilməsindən sonra 

başlayır.Sovet Rusiyası üçün Bakı neftinin mühüm əhəmiyyət daşıması 1920-ci ilin 




Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə