Microsoft Word CelilovaElnure260az docx



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə6/29
tarix26.05.2018
ölçüsü0,7 Mb.
#46032
1   2   3   4   5   6   7   8   9   ...   29

16 

 

imzalanması  ölkəmizin  iqtisadi  potensialının  dirçəldilməsi,  iqtisadiyyata  bu  gün 



lazım  olan  milyardlarla  dollar  xarici  sərmayənin  respublikaya  axması  üçün  geniş 

imkanlar  yaratmışdır.  "Əsrin  müqaviləsi"nin  bağlanmasının  təkcə  iqtisadi  yox 

böyük  siyasi  əhəmiyyətidə  vardır.Dünyanın  15  ölkəsinin  33  ən  iri  şirkəti  ilə 

bağlanmış  19  neft  müqaviləsinə  əaasən  60  milyard  dollardan  çox  xarici  sərmayə 

qoyulmuşdur.  Bu  da  ölkənin  iqtisadi  sistemini,  müvafiq  infrastrukturunu  cana 

getirəcək  güclü  maliyyə  kanalı  hesab  edilirdi.  Lakin  neft  müqaviləlırinin 

ə

həmiyyətini  təkcə  iqtisadi  kateqoriyalarda  müəyyənləşdirmək,  onun  tarixi 



mənasını  azaltmış  olardı.  mzalanmış  sazişlərin  siyasi  mənası,dəyəri  heç  də  az 

ə

həmiyyət  daşımır.  Dünyanın  aparıcı  dövlətlərinin    ən qüdrətli şirkətlərinin iştirak 



etdiyi, sərmayə qoyduğu neft müqavilələri Azərbaycanın coğrafi-strateji mövqeyini 

və beynəlxalq siyasətdə rolunu əhəmiyyətli dərəcədə gücləndirən amil funksiyasını 

da həyata keçirir. 

      Azərbaycanın  neft  sahəsindəki  bugünkü  müvəffəqiyyətlərinin  təməli  hələ 

46  il  bundan  öncə  yaradılmağa  başlamışdır.  1969-cu  ildə  Heydər  Əliyev 

respublikaya  birinci  dəfə  rəhbərliyə  başladığı  vaxt  neft  sənayesinin  vəziyyəti 

ürəkaçan  deyildi.  Dənizin  dərinliyi  40  metrə  çatan  sahələrdə  bütün  neft-qaz 

yataqları  kəşf  edilərək  istismara  verilsə  də,  qazma  işləri  görmək  üçün  texnika  və 

maliyyə imkanları yox idi. Ona görə də Azərbaycanda neft və qaz hasilatının aşağı 

düşmə  meyli  müşahidə  olunurdu.  Daha  sonralar  Heydər  Əliyev  tərəfindən  işlənib 

hazırlanan  və  çox  uyğurla  həyata  keçirilən  yeni  neft  strategiyasi  sayəsində 

Azərbaycan  dünyanın  neft  mərkəzlərindən  birinə  çevrilmişdir.  Bununla  yanaşı, 

Azərbaycan  Avropa  ilə  Asiyanın  qovuşduğu  bir  yerdə  yerləşdiyinə,  öz  coğrafi  və 

geopolitik  vəziyyətinə  görə  Avropa-Asiya  iqtisadi,  nəqliyyat  əlaqələrinin  də 

yaranmasında  və  inkişaf  etməsində  xüsusi  rol  oynayır.  Son  vaxtlar  bu  sahədə  də 

xeyli  işlər  görülmüşdür.  Xəzər  hövzəsində  qonşu  ölkələrlə  birlikdə  bizimlə 

müştərək iş görən və Mərkəzi Asiya, Qazaxıstan ərazisində fəaliyyət göstərən xarici 

ölkələrin  şirkətləri  ilə  aparılan  birgə  işlərin  nəticəsində  transqafqaz  magistralı, 

Avropa-Asiya nəqliyyat dəhlizi yaranmışdır. 

      Sahənin  iqtisadi  siyasəti  informasiyaların  tam  təminatı,  elmi-tədqiqatların 




17 

 

aparılması,  onun  cari  və  perspektiv  dövrlərdə  malik  olacağı  istehsal-təsərrüfat 



fəaliyyətinin  təhlili  əsasında  formalaşdırılır.  Belə  bir  təhlil  sahənin  istehsal-

təsərrüfat  fəaliyyətinin  son  nəticələrinə  təsir  edən  meyllərin  və  situasiyaların 

aydınlaşdırılmasını  nəzərdə  tutur.  Sahənin  strateji  vəziyyətini  işləyib  hazırlayan 

zaman  müəyyən  keyfiyyət  və  kəmiyyət  göstəricilərindən  istifadə  edilir.  Kəmiyyət 

göstəriciləri  proqramların  işlənib  hazırlanmasını  ifadə  edir,  keyfiyyət  göstəriciləri 

isə praktikada istiqamətləndirmə adlanır. 

      Məqsədin  müəyyənləşdirilməsi  -  idarəetmə  səviyyəsində  idarəçilik 

qərarlarının  qəbul  edilməsi  deməkdir.  Bu,  müvafiq  strateji  vəzifələrin  işlənib 

hazırlanmasını  tələb  edir.  Bu  məqsəd  üçün  işlənib  hazırlanmış  strategiya  digər 

məqsəd üçün tətbiq edilə bilməz. Çünki hər bir strategiya yalnız bir məqsədə xidmət 

edir. Bu o deməkdir ki, sahənin istehsal-təsərrüfat fəaliyyətinin məqsədi dəyişilərsə 

onun strategiyası da dəyişilməlidir.  stiqamətləndirmə məqsəd və strategiya arasında 

sıx  əlaqə  vardır.  Məsələn,  bazarın  xüsusi  çəkisi  sahənin  həm  məqsəd  və 

istiqamətləndirilməsi, həm də onun strategiyasının əsas göstəricisi hesab edilə bilər. 

Çünki onların hər üçü sahədaxilində işlənib hazırlanır.  

Strategiyanin işlənib hazırlanması və həyata keçirilməsinin mahiyyəti sahənin 

istehsal-təsərrüfat  fəaliyyətinin  daha  da  inkişaf  etdirilməsinin  müxtəlif,  alternativ 

variantları içərisindən ən səmərəli variantı seçib onun istehsal-təsərrüfat fəaliyyətini 

həmin  istiqamətə yönəltməkdən ibarətdir. 

      Neft  hasilatının  tədricən  artırılması  nəticəsində  neft  sənayesinin 

tənəzzülünün qarşısı alınmış və dinamik inkişaf üçün əlverişli zəmin yaradılmışdır. 

Neft 


strategiyasının 

ardıcıl 


həyata 

keçirilməsi 

müstəqilliyimizin 

möhkəmləndirilməsi  və  iqtisadiyyatımızın  gücləndirilməsi  istiqamətində  bir 

vasitədir. 

Ölkəmizdə  son  illərdə  həyata  keçirilən  iqtisadi  islahatlar  nəticəsində 

iqtisadiyyatın bəzi sahələrində, o cümlədən sənayedə və onun aparıcı sahələrindən 

biri olan neft sənayesində bir sıra uğurlu nailiyyətlər əldə edilmişdir. Ümumiyyətlə, 

iqtisadi  islahat  dedikdə  təsərrüfatçılığın  yeni  sistemə  keçirilməsi  prosesi  nəzərdə 

tutulur. Respublikamızda iqtisadi islahatların həyata keçirilməsi təsərrüfat hesabının 




18 

 

təkmilləşdirilməsinə, 



qiymətlərin 

sərbəstləşdirilməsinə, 

kreditin 

rolunun 


artırılmasına  əsaslanır.  Sənayenin  digər  sahələrinə  nisbətən  son  illər 

elektroenergetika, neft və qaz hasilatı sahələrinin işi uğurlu olmuşdur. 

      Qeyd  etmək  lazımdır  ki,  neft  strategiyasının  əsas  vəziflərindən  biri 

Azərbaycanın  müxtəlif  xarici  ölkələrlə  iqtisadi,  siyasi  və  mədəni  əməkdaşlığını 

maksimum  dərəcədə  genişləndirməkdir.  Respublikada  zəngin  neft  və  qaz 

yataqlarının mövcudluğu xarici investorların ölkəmizə marağını daha da artırmışdır. 

"Əsrin  müqaviləsi"nin  ardınca  keçən  dövr  ərzində  21  yeni  neft  sazişləri 

imzalanması da buna nümunədir. 

Sahənin  strategiyası  müxtəlif  ola  bilər.  Adətən,  sahənin  iqtisadi  inkişaf 

strategiyasının  bazar,  planlaşdırma,  nəzarət,  yüksəliş,  marketinq,  xarici  bazara 

çıxmaq növlərini fərqləndirilər. 

Sahənin  bazar  strategiyası  -  sahə  tərəfindən  buraxılan  məhsulların 

rəqabətqabiliyyətinin yüksəldilməsi, konkret növ məhsul və texnologiyanın işlənib 

hazırlanmasına xidmət edir. 

 

1.2. Azərbaycanın sosial-iqtisadi inkişafında neft strategiyasının rolu 

Hər  bir  ölkənin  davamlı  iqtisadi  inkişaf  fəaliyyətində  ölkənin  energetika 

təhlükəsizliyinin  mühüm  rolu  vardır.Hər  dövlətin  sosial  iqtisadi  inkişafı,  onun 

dünya təsərrüfatındakı rolu energetik potensialla  müəyyən olunur.Bu baxımdan da 

karbohidrogen  xammalının  hasilat  problemi  istehsalçı  ölkənin  strateji  iqtisadi 

prinsiplərində  əks  olunur.  Bu  baxımdan  da  karbohidrogen  xammalının  hasilat 

problemi  istehsalçı    ölkənin  strateji  iqtisadi  prinsiplərində  əks  olunur.  Milli  neft 

sənayesinin,  xammal  bazasının  inkişafı  üçün  bu  resursların  ehtiyat  potensialının 

artırılması mühümdür.Yeni iqtisadi sistemə və təsərrüfatçılıq metodlarına keçib elm 

qarşısında  bir  sıra  vəzifələr  qoymuşdur.Bu  vəzifələrin  önündə  həmin  sahələrdə 

dayanaqlı maliyyə sisteminin yaradılması əsas şərtdir. 

Milli  neft  strategiyası  ölkənin  ictimai-siyasi  və  iqtisadi  həyatına  yeni  bir 

dinamizm  gətirərək  rifahi  yüksəlişin  gerçək  stimullaşdırılmasının  fövqündə 

dayanmışdır.  Reallaşan  bu  strategiya  yalnız  siyasi-iqtisadi,  sosial-humanitar  




Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə